Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

_______________ Milli Kitabxana _______________ 
133 
 
Bir yerdə dayanıb tutmadı qərar. 
El yazıq aşiqi görüncə darda
Gülənlər də oldu, ağlayanlar da. 
Qafillər Məcnuna baxıb gülürdü, 
Aqillər gözündən yaş tökülürdü. 
Ayağında buxov, boynunda zəncir 
Məcnun tənələrə dözürdü bir-bir. 
Bir çadır yanına yetişdi birdən, 
Od, alov parladı nəğmələrindən. 
O "Leyli" dedikcə, daşlar yeyirdi, 
Daş altda rəqs edib canan deyirdi. 
Qadın yedəyində çəkdi Məcnunu, 
Leyli qapısına gətirdi onu. 
Çəmənin nəsimi ona dəyəndə 
Dayandı sərv tək yaşıl çəməndə. 
Aşiq o çəməndə ağladı zar-zar, 
Sanki ilk baharda yağdı buludlar. 
O, yerə baş döyüb deyirdi: "Canan, 
Özündən ayrıyam, dərdinlə həmcan. 
Zəncirdən, quyudan qaçdığım üçün 
Yanında təqsirkar olmuşam bu gün. 
Indisə zəncirdə sızlayır bədən, 
Verdiyin cəzaya şadam ürəkdən. 
Yanında çox oldu mənim günahım, 
Üzürsüz gəlmişəm, ey qibləgahım. 
Bil ki, hakimimsən, məhkumam sənə, 
Öz bildiyin kimi cəza ver mənə. 
Qılınc vurmağıma baxma, ey sənəm, 
Sənin hüzurunda yenə əsirəm. 
Atımı sürdümsə siz tərəfə mən
Min yara almışam mən öz zərbəmdən. 
Ayağım etdisə dünən bir günah. 
Bu gün baş qoymuşam ayağına, ah! 
Sizə ox atdısa bu sınmış əlim, 
İndi zəncirlidir o da, gözəlim. 
O zaman bir günah etdimsə əgər, 
Bəsdir bu çəkdiyim ağır cəzalər. 


_______________ Milli Kitabxana _______________ 
134 
 
Qıyma ki, bu cürə zəlil olum mən, 
Bir dəfə canımı çıxar bədəndən. 
Səndən özgəsinə meyl etsə ürək, 
Gəl, məni xaç kimi çarmıxlara çək. 
Ey vəfasızlığı vəfadan parlaq, 
Xətadır yanında xətasız olmaq. 
Qarşında xətasız dayanıb bu dəm, 
Özümü xətaya düçar edirəm. 
Bəlkə vəfa görəm bu yolla səndən
Ya da atdığın ox keçə sinəmdən. 
Nə qədər ki sağam salamımı sən 
Alıb bir başıma əl çəkməyirsən. 
Razıyam, gəl öldür məni, ey mələk, 
Öldür ki, başıma əlin dəyəcək. 
Bir qılınc endir ki, başıma, canan 
Mən olum qapında kəsilən qurban. 
Mən İsmayıl kimi saxlaram ədəb, 
İncisəm, qoy olum İsmayılməzhəb
92

Şam kimi alışıb yanır bədənim, 
Qorxmaram başımı qoparsan mənim. 
Bir şamın başını qoparanda biz, 
O, baş ağrısından xoş olar şəksiz. 
Ayağın altında can verib ölsəm, 
Sənsiz yaşamaqdan bu xoşdur, nə qəm. 
Madam ki bağlıdır yanına yolum, 
İşim ah olacaq, qurbanın olum! 
Başım ayrılmayır qəmdən, qüssədən, 
Səninsə başını ağrıtmayım mən. 
Istəsən başından dərd uzaq olsun, 
Dərd mənəm, qoy ölüm, başın sağ olsun". 
Deyərək, ox kimi qalxdı yerindən, 
Tutub parçaladı zənciri birdən. 
Qəmlərdən şadlanan o bəxti qara 
Dağ vəhşisi kimi qaçdı dağlara. 
Nəcdə çatan kimi inləyib durdu, 
Özünə ox kimi sillələr vurdu. 
Ondan soraq alıb getdi qohumlar 


_______________ Milli Kitabxana _______________ 
135 
 
Görünməmiş bir hal gördülər onlar. 
Atası, anası ağlayıb qəlbən, 
Artıq əl üzdülər o divanədən. 
Heç kəsə yovuşmaz görüb Məcnunu
Yalnız özbaşına qoydular onu. 
Gördülər yamandır onun bu halı, 
Leylini axtarır darğın xəyalı. 
Yanında başqa bir söz danışsalar, 
Özünü döyərək tutmazdı qərar... 
 
İBN-SƏLAMIN DASTANI 
 
Məna dənizinin qəvvası insan 
Səpmiş bu şəkəri dodaqlarından: 
Nofəlin qələbə çaldığı gündə 
Şadlandı Leylinin qəlbi köksündə. 
Qəlbə işıq saçan o gözəl nigar 
Dedi: "Sevin, Leyli, qalib çıxdı yar..." 
Bu zaman atası gəldi vüqarla, 
Güldü bığ altından o, iftixarla, 
Öz əmmaməsini kəc qoyub haman, 
Dil açıb dəm vurdu dilbazlığından: 
"Bu gün hiylə töküb tor quraraq mən 
Qurtardım yaxamı o divanədən. 
Verdim cavabını dönməz bir üzlə
Onu suya verdim quruca sözlə. 
Bu tanrı vergisi dilimə görə 
O allah qarğamış Nofəl bilmərrə 
Əl çəkdi fikrindən, o xam xəyaldan, 
Öz tamah dişini çəkdi visaldan. 
Allaha şükür ki, qurtardıq ondan, 
Onun da payını versin yaradan". 
Leyli eşitdikcə bu hekayəti 
Gözündə çağladı can şikayəti... 
Çadırda gizləndi o dərdli pəri, 
Qan sıxıb, qan tökdü ağlar gözləri. 


_______________ Milli Kitabxana _______________ 
136 
 
Gözlərindən axan o qanlı yaşlar 
Keçdiyi yollarda qoymadı qubar. 
Bilincə itmişdir yenə o baxtsız, 
Əlini, qolunu dişləyirdi qız. 
Saf qan axıdırdı gözündən mələk, 
Bu sudan özünə zinət verərək. 
Nərgislə suvardı qız ərğəvanı
93

Hovuza batırdı o, xeyzəranı. 
Onun nə hal duyan bir kəsi vardı, 
Nə bir dost dərdinə çarə tapardı. 
Qapını, bacanı bağlayıb möhkəm, 
Dustaq ilan kimi yaşardı sənəm. 
Yalnız, qapısından əsən küləklər 
Ətrindən hər yana verirdi xəbər. 
Adlı adamlar da evlənək deyə, 
Elçi göndərirdi hər gün Leyliyə. 
Hamısı dəm vurub öz dövlətindən, 
Ər olmaq istərdi ona hər yetən. 
O dürrün dalınca hey mahal-mahal 
Düşmüşdü ortaya minlərlə dəllal. 
Birinin o bala iştahı vardı, 
Başqası o taxta əl uzadardı. 
Atası qızını tutub ürəkdə, 
Onu inci kimi saxlardı bərkdə. 
Kamala yetişmiş o gümüşbədən 
Şüşəni gözlərdi daşdan, küləkdən. 
Yüz min ehtiyatla yeyirdi dildar, 
Qəlbini gizlincə, şərabı aşkar. 
Şam kimi gülərək, qızarsa da qız, 
Bu gülüş altında yanardı yalnız 
Gül kimi iki lay kəmərli müdam 
Ayağında nizə, əllərində şam. 
Bütün möhnətlərə o dözə-dözə, 
Çəkdiyi ağrını vurmazdı üzə. 
Ulduzlar içində bir ay durmuşdu
Çadrına yüz Zöhrə halqa vurmuşdu. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə