Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

_______________ Milli Kitabxana _______________ 
125 
 
O zərif ayaqlar bir xeyzərandır, 
Onları incitmə, qıyma, amandır! 
Yükə qatlaşmamış o incə kürək
Yerə vursan onu o inciyəcək". 
Ovçu bu öyüdü dinləyib daldı, 
Donaraq barmağı ağzında qaldı. 
Dedi: "Yoxsulluğa düşməsəydim mən, 
Boyun qaçırmazdım bu sözlərindən. 
Iki ay içində şikarım budur, 
Külfətim bir buna göz tikib durur. 
Ehtiyac içində qalan bir ovçu 
Ovunu öldürsə olarmı suçu? 
İstəsən, onların gəl qeydinə qal, 
Onların canını məndən satın al". 
Məcnun dinləyərək yoxsul ovçunu
Atından tez düşüb çağırdı onu. 
Ovçuya verərkən ceyran atını, 
Açdı ceyranların qol-qanadını. 
Ovçu tez minərək atı yol aldı, 
Məcnun ceyranlarla səhrada qaldı. 
Mərhəmətlə deyil, sevgiylə qəlbən 
Öpdü ceyranların qara gözündən. 
Bu yar gözü deyil, ona oxşardı, 
O qara gözlərdən bir yadigardı. 
Onlara mərhəmət diləyib haqdan, 
Açıb xilas etdi qanlı duzaqdan. 
Özü də çöllərdə fəryad çəkərək, 
Ahular dalınca yüyürürdü tək. 
Düşməni yoxsa da, silahı vardı, 
Gül tək silahından yara alardı. 
O isti qumların odlu qoynunda 
Qazan tək qaynayıb coşurdu o da. 
Havalar qızırdı çəkdiyi ahdan, 
Əynini cırırdı çöldə hər tikan. 
Gecənin üzünə zülmət gələndə, 
Ayın pərdəsində gün gizlənəndə 
Məcnun nalələrdən cana gəlmişdi


_______________ Milli Kitabxana _______________ 
126 
 
İpək teli kimi çox incəlmişdi. 
Yarın saçları tək qaraydı gecə, 
Yol aşiq canı tək olmuşdu incə. 
Məcnun ilan vurmuş kərtənkələ tək, 
Yanıb qovrulurdu mağarada tək. 
Yerdə qıvrılırdı bir ilan kimi, 
Odlara qalanmış bir tikan kimi. 
Sübhə dək gözləri yuxusuz qaldı. 
Ömrü gecə kimi ahla qaraldı. 
 
MƏCNUNUN MARALI AZAD ETMƏSİ 
 
Çəkdi bayrağını gülüzlü səhər, 
Yenə al şəfəqə boyandı göylər. 
Bax, Çinin aynası parladı Çindən, 
Həbəşin qaşları çatıldı birdən
88

Paslı ayna kimi ürəyi tutqun, 
Xəyal aynasını gəzdirən Məcnun 
Oddan tüstü kimi qalxdı bu zaman, 
Ənbər saçılırdı gül varlığından. 
O, aşiq qəlbiylə dalıb xəyalə, 
Gedirdi dilində şerlə nalə. 
Pərişan gözləri yol süpürürdü
Könlündən keçəni allah görürdü... 
O birdən yetişdi şikar yerinə, 
Qurulmuş tələyə rast gəldi yenə. 
Gördü ki, tələyə düşmüş bir maral, 
Boynunda zəncir var, alnında zaval. 
Ovçu o gülüzlü maralı görcək, 
Ona hücum çəkir qızmış aslan tək. 
Istədi axıtsın günahsız bir qan, 
Nə çıxar günahsız tökülən qandan? 
Məcnun tez ovçunun yanına qaçdı, 
Ona neştər kimi dilini açdı: 
"Ey zalım iti tək yazığı tutan, 
Aç qurduğun toru, zülmündən utan. 


_______________ Milli Kitabxana _______________ 
127 
 
Qoy, bu tora düşmüş zavallı əsir 
Gəzib, bir-iki gün şad yaşasın bir. 
Gəl onu sən salma tor havasına, 
Getsin öz tayıyla öz yuvasına. 
Onu sevgilisi tapmasa əgər
Bu gecə arxanca nə sözlər deyər? 
Deyər: - Səni məndən alan ovçular 
Ayrılıq dərdinə olsunlar düçar. 
Qoy səni ovlayan mən günə düşsün, 
O da yar gözündən sürgünə düşsün. - 
Dərd duya bilirsə səndəki ürək, 
Öz tamah dişini bu ovdan gəl çək. 
Neylərdin qəfəsdə özün qalsaydın, 
Maral ovçu olub, sən ov olsaydın? 
Söylə taleinə şükr edirmisən 
Ki, ov maral olmuş, ovçusu da sən?" 
Ovçu nəsihəti dinləyib bu dəm 
Dedi ki: "Bu qandan mən əl çəkirəm, 
Vurmaram maralın buruq boynunu, 
Ancaq, havayı da vermərəm onu. 
Bu ovla dolanıb yaşayıram mən, 
Satın al maralı məndən istəsən". 
Alıb silahını, sazını Məcnun 
Ovçuya uzadıb dedi: - Buyurun. 
Ovçu silahı da, sazı da aldı, 
Maral azad oldu, salamat qaldı. 
Ata öz oğlunu əzizləyən tək
Məcnun da maralı əzizləyərək, 
Tutub sığalladı o dildarını, 
Bağladı heyvanın yaralarını. 
Onun gövdəsini çox tumarladı, 
Maraldan daha tez özü ağladı. 
Dedi: "Həsrət çəkən dağlar maralı, 
Səndəmi tayından düşdün aralı? 
Ey çöl qoşununun gözəl sarbanı, 
Dağlar döşündəki çadırın hanı? 
Xoş ətrin canandan gətirir xəbər, 


_______________ Milli Kitabxana _______________ 
128 
 
Gözün sevgilimin gözünə bənzər. 
Bu tordan ayağın qoy azad olsun, 
Yetiş öz tayına, o da şad olsun. 
Səndən iraq olsun düşmənin fəndi, 
Boynuna keçməsin şahlar kəməndi. 
Dişlərin keçməsin qızıl qapağa, 
Yaraşır səndəki sədəf dodağa. 
Oxların yayına yarıyan dərin 
Öz paltarın olsa yaxşıdır sənin. 
Zəhri əritsə də isti göz yaşın, 
Axmasın üstünə torpağın, daşın. 
Sən ey mərd sinəli, ucaboy maral
Mən qəlbi yanmışın halına bir qal. 
Bilirəm genişdir gəzdiyin hasar, 
Hasardakı aydan bir xəbərin var. 
Otladığın zaman o tərəfdə sən 
Yara əhvalımı açıb deyərsən: 
Düşmən qaxıncına qurban olan yar, 
Əmrinə hazıram, nə istəyin var? 
Biz ayrı düşəli əziyyətdəsən, 
Sən də mənim kimi bu möhnətdəsən. 
Bir qoca dost da yox imdada yetsin, 
Bir ox da yoxdur ki, hədəfə getsin. 
Ah! Sənin qoqunu verməsə külək
Onun da adını çəkməyir ürək. 
Xəyal da anmasa, duymasa səni, 
Yoxdur varlığımda onun məskəni". 
Məcnun ağlayaraq bu qəribliyə, 
Dərdini bir deyil, yüz deyə-deyə, 
Yazıq maralcığın açdı torunu, 
Gözlərindən öpüb buraxdı onu. 
Qaçdı səhralara tor görmüş maral, 
Məcnun öz yoluna başladı dərhal. 
Gecənin yolçusu yetişdi haman 
Bir Yusif camalı aldı quyudan
89

Ulduzlar içində o parladı tək, 
Göy Misri Nil kimi coşmuşdu, gerçək.
90
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə