Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

_______________ Milli Kitabxana _______________ 
157 
 
Yoxdur bu aləmdə dinclikdən əsər. 
Ölməz can qurtaran bu daş hasardan 
Onunçun ölmüşdür bu dünya, inan. 
Mələk surətində bir divdir aləm. 
Səni məhv etməyə çalışır hər dəm 
Dolmuşdur dünyanın kasası qandan, 
O qan da süzülür öz bağrımızdan. 
Dünyada həmdəmin olsa da hər kəs, 
Ömründə şad olub sifəti gülməz, 
Bu divlər yatağı yer deyil, inan, 
Sel yolu tutmuşdur, qalx bu yataqdan. 
Dünyanın ağzı bir xurmaya oxşar
Əfsus, öpüşündə acı tikan var. 
Sərvini bitirmə bu çəməndə sən 
Suyu duz, otu da qılıncdır, bilsən. 
Bəsdir bu dünyadan yediyimiz qəm, 
Çoxmu qamçısını vuracaq aləm? 
Aləmi şad keçir, bil, aləm budur, 
Çəkmə dünya qəmi, əsil qəm budur. 
Əliuzun olsa bir oğru əgər, 
Girib xəzinədən gövhərlər çəkər. 
Xəzinəni atıb, kim yesə torpaq, 
O, ağıllı deyil, ilandır, ancaq
101

Yaşa ki, dünyaya işıq verəsən, 
Torpağa göz tikmə ilan kimi sən. 
Ömürdən bərk yapış, ömürdür məqsəd, 
Ömürsüz dünya da boş qalır, əlbət. 
Yaxşı-yaman gündə gümüş çox yarar, 
Min gəmi ləngəri onunla sınar. 
Əlində saxlama, quyu tək, varı, 
Dəyirman daşı tək üyüd onları. 
Aldığın hər şeyi payla dünyada
Belə abad olub bizim dünya da 
Hərdən bir əl iyi qayırsan da sən, 
Ox da yon hazırla, dünyada bəzən. 
Yüksüz bir adamdan alınarmı bac? 
Xaraba bir yerdən alınmaz xərac. 


_______________ Milli Kitabxana _______________ 
158 
 
Boş-bikar oturma heç yerdə bir an, 
Bari əl-qolunu oynat yalandan. 
Heç yerdə qəflətlə gəl tutma qərar, 
Hərdən bir bağırıb hay-küy də qopar. 
Əli boş insanlar qəm çəkər, bişək, 
Beldən şikəst olsun gücsüz bir eşşək. 
Səninlə cıdıra çıxanlara bax, 
Yarı yolda qalan bir sənsən ancaq. 
O Kəyan şahları, o peyğəmbərlər 
Dünyanı qullara qoyub getdilər. 
Gör bu qövm kimdir, kim idi onlar, 
Gör kimin yerində kim tutdu qərar. 
Yaxşılıq etməsən əgər insana
Böyüklük şərəfi verilməz sana. 
Yaxşılıq eyləyib, qorx yamanlıqdan, 
Yaxşılıq gətirər yaxşılıq hər an. 
Sənə pislik edən özündən küssün, 
Çünki öz canına qıymış o düşgün. 
Quyuya salsan da yaxşılığı, bil, 
Yenə qayıdacaq, o itən deyil. 
Hər yaxşı-yamana qoca dünyada 
Gələr fələklərdən bir əksi-səda. 
Kim dağa sirrini söyləsə əgər, 
Dağ eşitdiyini geriyə verər. 
Qalxıb ucalsan da sonsuz göylərə, 
Ağlı başında ol, düşün bir kərə. 
Heç kəs bu fələkdən baş çıxarmamış, 
Heç kəs bu kitabı sona varmamış. 
Araba, mancanaq daşını heç kəs 
Fələk divarına söykəyə bilməz, 
Çünki o torpaqdan, yerdən uzaqdır, 
Yerin tənəsindən pak duracaqdır. 
Dünya karxanadır, xor baxma barı, 
Bu dibsiz quyuya düşdü çoxları. 
Dərindir, çuxurdur dediyim quyu, 
Sən oyuncaq yeri zənn etmə bunu. 
Bil ki, bu quyudan çəkilməsən sən, 


_______________ Milli Kitabxana _______________ 
159 
 
İpin buraxılsa daima əldən
Bu sallaxanadan qurtulmaq olmaz, 
Bari bu hikməti dərk elə bir az. 
Harda bir abadlıq görsən bərqərar, 
Ilki də, sonu da xaraba olar. 
Daim xaraba da olsa bir diyar, 
Bil ki, abadlıqdan onda nişan var. 
İstər xarab olsun, istərsə abad, 
Daimi binövrə qoymamış ustad. 
 
ATASININ ÖLÜMÜNDƏN MƏCNUNUN 
XƏBƏR TUTMASI 
 
Bir gün, təsadüfən, doğanda səhər 
Şikara gedirdi çölə bir nəfər. 
Məcnun Nəcd dağına çıxıb durmuşdu, 
Tacda inci kimi tək oturmuşdu. 
Yolçu yol üstündə şirə göz atdı, 
Qılınc tək dilini ona uzatdı. 
Yasa batmış kimi soruşdu ondan: 
"Ey evdən, eşikdən didərgin insan, 
Leylidir gəzdiyin dünyada ancaq, 
Bir öz ətrafından almırsan soraq. 
Yadından çıxmışdır atayla ana. 
Həyasız adamsan, eyb olsun sana. 
Sənin tək bir oğul girsin yerlərə. 
Naxələf olmaqdan əl çək bir kərə. 
Tutaq ki, ömrünün cavan vaxtı sən 
Qaçdın öz atandan, o kimsəsizdən 
Indi ki, ölmüşdür o yazıq atan. 
Nolar xatırlasan, onu bir zaman. 
Olmazmı, gedəsən ziyarətinə, 
O ata haqqının son möhnətinə? 
Sığınıb qəbrinin pənahına sən, 
O incik ruhundan üzr istəyəsən?" 
Məcnun, xəbərçinin bu sözlərindən 


_______________ Milli Kitabxana _______________ 
160 
 
Sızlayıb çəng kimi büküldü birdən, 
Dərdlənib, yerlərə çırpdı özünü, 
Dönüb sillələdi o, üz-gözünü. 
Kəsildi büsbütün səbri, qərarı, 
Qaçdı atasının qəbrinə sarı. 
Qəbrin şüşəsinə bir nəzər atdı, 
Elə bil bağrına almazlar batdı. 
Huşsuz, o türbəyə yıxıldı birdən, 
Basdı öz bağrına onu dörd yerdən. 
Onun pak ruhuna ağladı zar-zar, 
Axan göz yaşıyla islandı məzar. 
Gah qəbri qucayıb huşsuz durardı, 
Gah dərddən başına qum sovurardı. 
Gündüzki dustağın çatdı gecəsi, 
Çoxaldı xəstənin can isitməsi. 
Bütün ömrü boyu o naxoş bədən 
Qəmlər əsiriydi ilk nəfəsindən. 
Qorxunun əsiri olsa bir nəfər, 
Halı yetimlikdə nə ola bilər. 
Ah! O yetim ürək, o dərdli dustaq 
Köməksiz, arxasız, yetim qalaraq, 
Qıvrılıb torpağa düşdü bir zaman, 
Öz müsahibindən axtardı nişan. 
Lakin, tapmayınca öz qəmxarını, 
Kəsmədi ömrünün qəm ruzgarını. 
Ağladı, gözündən qan axıdaraq, 
Tamam qızıl qana bulandı torpaq. 
Dedi: "Yazıq atam, de hardasan sən? 
Oğluna tacını göstərməyirsən. 
Ey mənim qəmimə, yasıma həmdəm, 
Bu dərdi mən kimə şərh edim bu dəm. 
Üzünü torpaqda sən gizlədərək, 
Oğulsuz qalmağı istədin, demək. 
Mən ki, atasızlıq bilməzdim bir dəm
Sınadım, nə qədər acıymış bu qəm. 
Of!. Könlüm naləsiz, sakit durarmı? 
Bir də səndən özgə köməyim varmı? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə