Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

_______________ Milli Kitabxana _______________ 
169 
 
MƏCNUNUN ULDÜZLARA ŞİKAYƏTİ 
 
Gecə parlayırdı bir gündüz kimi, 
Göylər tər-təzəydi yaşıl düz kimi. 
Qızıl həmailin şəddələrindən 
Qızıl geyinmişdi göy üzü, bilsən. 
Səyyarə ədəblə əl bağlayaraq
Üfüqün fərşinə döyürdü ayaq. 
Uzaqdan lahövlə vəla deyərək,
103
 
Divə qılıncını çəkmişdi şimşək. 
Gecənin nafəsi fələkdə yandı, 
Ayın gövhərindən yer işıqlandı. 
Göydə parladıqca nafəylə gövhər, 
Ətirlə, bəzəklə doldu üfüqlər. 
Fələk çərx üstündə tutmuşdu qərar. 
Qütbün qələsinə çəkmişdi hasar. 
Fərqəd öz atını çapırdı yenə,
104
 
Gəmisi çatmışdı Şətt sahilinə. 
Fələk hər addımda büsat açırdı 
Gecəyə yüz cürə ulduz saçırdı. 
Pərvin al və sarı ipək tutaraq,
105
 
Qızıl sancağına çəkirdi bayraq. 
Ay sarı ipəkdən tutmuşdu halə, 
Rübəndi bənzərdi onun xəyalə. 
Ulduzlar girmişdi başqa sifətə, 
Min bir yaraşığa, min bir zinətə. 
Elə bil ki, şahın öz kamanından 
Möhrə atılmışdı aya bu zaman. 
Ütarid süzərək göydə gəzərdi, 
Fəzaya sancılmış oxa bənzərdi. 
Yəhərinin qaşı Zöhrəydi, gerçək. 
Gözəl görünürdü onun alnı tək. 
Onun qılıncı tək günəş də parlaq
Gecə örtülüydü, gündüzsə çılpaq. 
Mərrix də gözündən qəzəb tökərdi, 
Düşmənin gözünə millər çəkərdi. 


_______________ Milli Kitabxana _______________ 
170 
 
Onun üzüyünü Bürcis saxlardı, 
Onda dünyaların talei vardı. 
Onun qılıncını itilər Keyvan, 
Belindən bir bilöv asmışdı əlan. 
Şahın bu cəlalı heç də solmasın. 
Dünya camalından məhrum olmasın. 
Bu şah qapısında tapdın məqami, 
Şənin nə yüksəkdir sənin, Nizami! 
Bürclər, mənzillər dairəsindən 
Fələk zəlzələyə düşmüşdü, bilsən. 
Həməl bürcü ayın dodaqlarından 
Haşiyə tikmişdi göyə bu zaman. 
Dərya öküzü tək, o öküz bürcü 
Gövhər boğazlıydı, dişləri inci. 
Kəmər bağlamışdı Cevza iki qat, 
Qoşa payalıydı əyləşdiyi taxt. 
Həqə gəlin kimi girib duvağa, 
Durmuşdu Hənəylə qulaq-qulağa. 
Qayçı dırnağını uzadıb Xərçəng, 
Vəhşi dırnağını tuturdu, gerçək, 
Nəsrə bir tərəfdə səpirdi gövhər, 
Tərfə də bir yanda dağıdırdı zər. 
Cəbhə budaqları yanırdı düm ağ, 
Şölə saçmadaydı ondan yüz çırağ. 
Qəlbüləsəd belə Əsəd bürcündən 
Ud alovu kimi yanırdı, bilsən. 
Əzra kənar durmaz gözəl Sərfədən
Sünbülə atmırdı sərfəsiz bir dən. 
Əvva güvənərək beş qılıncına, 
İtini qovurdu şirlə yan-yana. 
"Yetim süfrəsinə" xeyirxahlar tək, 
Qüfr, tullamışdı altı pay çörək.
106
 
Mizan öz dilindən alov saçmışdı, 
Çox bilmişlər kimi o, dil açmışdı. 
Əklil bağışlamış Qəlbəyə bir tac, 
Əqrəb də kamana vermişdi xərac. 
Nəayim xərcini öyrənsin deyə, 


_______________ Milli Kitabxana _______________ 
171 
 
Bəldə çalışırdı iki-üç əllə. 
Cədi baş kəsməyin sirrin bilərək
Başını kəsmişdi keçi başı tək. 
Ağzını yumuşdu Zabeh qorxaraq, 
Səd cilovlamışdı Əxbiyəni, bax. 
Yemək iştahında olmasaydı Bəl, 
Duaya açmazdı səhər vaxtı əl. 
Dəlv də günəşin gileylərindən 
Ağzına su alıb susmuşdu birdən, 
Altına qızıldan iki xət salmış 
Ki, bu qabaqdadır, o dalda qalmış. 
Bir qatar dəvəylə o Rəşa, Xatun 
Kəcavə etmişdi bətnini Hutun. 
Bürcləri dolduran göy cisimləri 
Ulduzlar yoluyla gedir iləri. 
Bax Bətnülhəməlin dörd ayağına, 
Bağlanmış havanın üç bucağına. 
Əyyuqun zoruna, gücünə bax bir, 
Tay-tuşdan tac qapıb, bir baş yüksəlir. 
Sacayaq adlanan ulduz da bu an 
Göyün qazanına pay verir haman. 
Şeri yəmənli tək nədənsə, bilməm, 
Şersiz rəqs edir yerində bu dəm. 
Məbsutə çıraq tək yaxmış özünü, 
Məqbuzə çıxarmış qarğa gözünü. 
Səyyaf duman rəngli qılıncla durmuş, 
Qılıncı Aslanın boynunu vurmuş. 
Yalqız adam kimi Fərd adlı ildız 
Cənubun üstündə parlayır yalqız. 
Sərir üç ulduzla bir məclis qurmuş, 
Dördüncü fələyin altında durmuş. 
Simak ulduzları cərgəylə köçür, 
Ramehdən Əzələ karvanla keçir. 
Qoşa qanad açmış uçucu Nəsrin, 
Uçurdu üstündə göy adlı qəsrin. 
Atını Nəş ilə çapırdı Qarı, 
Qarının Nəşsiz gəlməz qərarı. 


_______________ Milli Kitabxana _______________ 
172 
 
Suha ulduzu da görərdi uzaq, 
Bütün qonşuları geri qoyaraq. 
Səhər çağının da Qurd nəfəsi var,
107 
Yusif tək quyunun dibində parlar, 
Fələkdə rəqs edən o səyyarələr 
Nəş qızlarına salmışdı nəzər... 
Məcnunun qəlbində gizli bir maraq, 
Oyunbaz fələyi seyrə dalaraq, 
Zöhrə ulduzuna dil açdı qəlbən: 
"Ey sənə taleim etimad edən
Gecənin alnında işıq yandıran, 
Səadət bəxtini işıqlandıran, 
Xoşbəxtlik yolunun sənsən məşəli, 
Sənsən aşiqlərin sövda əməli. 
Hər əməl açarı səndədir, yəqin, 
Şərbəti səndədir hər piyalənin. 
Şahlıq üzüyünün bir qaşısan sən. 
Murad sarayının gözəli sənsən. 
Səndən yaranmışdır incə hisslər, 
Gözəl təbiətin yaranmış ənbər. 
Var olan lütfündən ehsan ver bizə, 
Bir umud qapısı aç üzümüzə. 
Canıma dərmandır sevdiyim dilbər, 
Sən yetir canandan mənə bir xəbər". 
Üfüqdən göründü yenə Müştəri, 
Bu oldu Məcnunun ona sözləri: 
"Sən ey səadətin ulduzu sənəm
Vədəsi, iqrarı daima möhkəm, 
Sən ey baxışları bizə ruh verən, 
Dünyanı adınla fəth elədin sən. 
Ey umud məktubu yazan Müştəri, 
Səndəndir ölkənin fəthi, zəfəri. 
Bu aləm sayəndə tutmuşdur qərar, 
Dünyanı yaşadan bir qüdrətin var. 
Sən, ey taleimin şəni-şöhrəti
Səndədir qəlbimin bütün qüvvəti. 
Gəl vəfa gözüylə üzümə bir bax, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə