Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   39   40   41   42   43   44   45   46   ...   70

_______________ Milli Kitabxana _______________ 
173 
 
Mənim bu dərdimə çarə taparaq
Gəl mərdlik əlini mənə də yetir, 
Bu qara talei üstümdən götür. 
Ah! Bir xəbər yetir mənə dostumdan, 
Bir gül itirmişdir, fərz et, gülüstan". 
Gördü ki, buxardan olan ulduzlar, 
Qaçışıb tutmayır fələkdə qərar. 
Bildi ki, xəyalın səfası çoxdur. 
Amma ki, dərdinə dəvası yoxdur. 
Üz tutub yalvardı aşiq bir daha, 
Hər dərdin çarəsi böyük allaha. 
Dedi: "Ey qapısı son sığınacaq, 
Sənsən umud yerim dünyada ancaq. 
Zöhrə, Müştəri tək sənin qulun var, 
Adınla başlanır aləmdə adlar. 
Hamıdan ucadır elmin, hikmətin
Axar çeşməsisən sən səxavətin. 
Sən, ey hər müşkülün açarı olan. 
Səxavət ağası, dərdlərə dərman, 
Səninlə yüksəlir hər böyük dilək, 
Acizə, məzluma bir sənsən kömək. 
Qarşında qul kimi bəndələrik biz, 
Yoxdur səndən özgə ağamız, şəksiz. 
Sən ey yeddi göyü yaradan qüdrət, 
Hamımız bir sənin bəndənik, əlbət. 
Kainat adlanır qurduğun əsər, 
Sənin əlaltındır altı cəhətlər. 
Sən o varlıqsan ki, kəc baxsa insan
Bir dəmdə kor olar gözləri, inan. 
Qulundur gövhəri pak olan bəşər, 
Sənsiz olan başa torpaq səpilər. 
Sən, ey torpağıma su verən allah, 
Mənim bu halıma nəzər yetir, ah! 
Mərhəmət sayəni kəsmə üstümdən, 
Bil ki, bir acizəm, bir qəribəm mən. 
Tanrılıq lütfündən mənə də göndər. 
Qaranlıq gecəmi gündüzə döndər. 


_______________ Milli Kitabxana _______________ 
174 
 
Günümü vəfayla mübarək elə, 
Bəxtim kor olmasın bu gündən belə". 
Məcnun mətləbini dedikcə göyə, 
Yatdı bu sözləri o deyə-deyə. 
Onun gözlərinə bir yuxu gəldi, 
Bəxtinin ağacı göyə yüksəldi. 
O yaşıl budaqdan bir quş uçaraq, 
Məcnunun yanına gəldi qaçaraq, 
Tacının üstündə düşərək haman, 
Gövhər səpələdi o quş ağzından. 
Elə ki, röyadan Məcnun oyandı, 
Gün çıxdı, üfüqlər ala boyandı. 
Aşiqin üzünə güldükcə səhər, 
Oxşadı ruhunu gülgün şəfəqlər. 
Məcnun o quş kimi qanad açmışdı, 
Röya xəyalına şəfəq saçmışdı. 
Aşiqin üzünə gülməsə visal, 
Ona təsəllidir yuxuyla xəyal... 
 
 
LEYLİNİN MƏKTUBUNUN MƏCNUNA YETİŞMƏSİ 
 
Parladı aləmə günəşin üzü, 
Ondan aydın olsun hamının gözü. 
Behiştdən doğmuşdu o gözəl səhər
Isa nəfəsliydi əsən küləklər... 
Işi düz gətirən hər məsud insan, 
Sağ əli üstündə qalxdı yuxudan. 
Tale usanmışdı acıqdan o vaxt, 
Qayıdıb gəlmişdi gec olsa da vaxt.,. 
Öz qəlbini əkib, ciyərni biçən, 
Min bir məşəqqətin suyundan içən 
Məcnun vəhşilərlə dağda durmuşdu 
Onların içində tək oturmuşdu. 
Səhradan kənarda, nəzərdən uzaq 
Qalxdı dağa tərəf tünd bir tozanaq. 


_______________ Milli Kitabxana _______________ 
175 
 
O toz pərdəsinin ardınca gələn 
Bir atlı üzünü göstərdi birdən. 
Bir nur parçasıydı o gələn insan, 
Bir az yaxınlaşıb düşdü atından. 
Məcnun duydu onun dost olduğunu
Nəcib bir insana oxşatdı onu. 
Baxıb yanındakı o vəhşilərə, 
Işarə etdi ki, yatsınlar yerə. 
Özüsə atlının yanına qoşdu, 
Mehriban bir dillə belə soruşdu: 
"Ey Yəmən ulduzu, bu nə gəlişdir? 
Mən hara, sən hara, nə xeyir işdir? 
Nə qədər olsa da siman mehriban, 
Bu çöl vəhşiləri uzaqdır ondan. 
Çatıdan qorxuram, ilan sancmış tək. 
Əъdaha sancmışdır canımı, gerçək. 
Bayaq hərzə-hərzə yalan danışan 
Sinəmin üstünə sancdı bir tikan. 
O dəmir tikandan çox ağrıdım mən, 
Hələ mismar qalxır mənim sinəmdən. 
Mətaın beləsə, yolunla düz keç, 
Yaxşısı budur ki, ağız açma heç". 
Yolçu mehribandı, qəlbi də kövrək, 
Onun ayağına düşdü kölgə tək. 
Dedi: "Ey dünyanın əşrəfi insan, 
Vəhşilər dizinə baş qoyub yatan
Ahular qəlbini vermişdir sana, 
Aslanlar yolunda durur mərdana. 
Bir qərib aşiqə sevgilisindən 
Xoş xəbər gətirən bir insanam mən. 
Sənə deyiləsi sözlərim vardır, 
Gizli saxladığım bir yadigardır. 
Açıb söyləyərəm, icazən olsa, 
Yoxsa ağzımı da açmaram əsla". 
Aşiq bu sözlərdən ürəklənərək, 
Dedi: "Nəyin varsa, aç söylə görək" 
Yolçu söylədi ki: - Tək qalan aşiq, 


_______________ Milli Kitabxana _______________ 
176 
 
Bəxtinin tünd atı ram olan aşiq, 
Dünən bir obadan keçirdim yalqız, 
Yol üstdə durmuşdu ayüzlü bir qız. 
Ay nədir, gün kimi üzü parlardı, 
Qara bir ipəkdən niqabı vardı... 
O, bağ sərvi kimi deyildi barsız, 
Qapısız bir behişt bağıydı o qız. 
Dinəndə bal dilli o gözəl nigar
Lal olub yuxuya gedərdi sular, 
Ahu gözləriylə baxsa o canan, 
Dovşan yuxusuna gedərdi aslan... 
Boyu "əlif" kimi, ağzı "mim" kimi, 
Qıvrılmışdı saçı onun "cim" kimi. 
Deyirdi: - Adımdır mənim də bu "cam"
108

Dünyanı göstərir özündə bu cam. 
Qoşa nərgiz kimi gözləri xumar, 
Sanki bir bulaqda bitmişdi onlar. 
Qaşları çatmaydı, həm də tamaşa, 
Təkəm söyləyirdi, olsa da qoşa. 
Könül ovlamağa bir sehr açardı, 
Reyhan nəfəsindən ətir saçardı. 
Xülasə, nə deyim, o gözəl bədən 
Doğulmuş nəfəsdən, yaranmış gözdən. 
Lakin, məhəbbətin üzündən bir az 
Saralıb solmuşdu haman sərvinaz. 
Kamana dönmüşdü o gözəl pəri, 
Solğun yanağında yaş inciləri... 
Xeyzaran biləyi bir neyə bənzər, 
Ərqəvən yanağı xeyriyə bənzər. 
Xeyri sarı deyil, bəlkə də zərdir, 
O ney qamış deyil, bir ney-şəkərdir. 
O göz qələsinin üstündə fələk 
Kəmənd oynadırdı rəqsə gələrək. 
Sultan ilə Ayaz müttəfiq olmuş, 
Keşikçi məst idi, sərkərdə bihuş. 
Dostuna can-başla umud bağlardı, 
Ərindən qorxaraq pünhan ağlardı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə