Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   41   42   43   44   45   46   47   48   ...   70

_______________ Milli Kitabxana _______________ 
181 
 
Sənlə qiyamətə bir yolumuz var. 
Mən verdim könlümü sənin eşqinə
Sən də sevgimizə sadiqsən yenə. 
Bildir, işin nədir, de, nə haldasan? 
De, kimi sevirsən, nə xəyaldasan? 
Sənin bəxtin kimi uzağam səndən, 
Biz ayrı olsaq da, səninkiyəm mən. 
Aldanmış ərimi sevmirəm, haşa, 
Bir gecə yatmamış mənlə baş-başa. 
Dürrüm deşilməmiş, ərisəm də mən, 
Bir almas dəyməmiş o dürrə həmən. 
Qapısı möhürlü durur xəzinəm, 
Bağ qönçəsi kimi bağlıdır bu dəm. 
Doğrudur, ərimin calalı vardır, 
Sənsiz olan calal xərabəzardır. 
Süsənə oxşayıb dursa da bir az, 
Sarımsaq yarpağı ələ alınmaz. 
Xiyar da saralıb turunca dönər
Onun şəkli belə turunc görünər, 
Dadı da turş olar, turunc dadı tək, 
Lakin, turunc dadı verəmməz bişək. 
Istərdim, dünyada sağ başım olsun, 
Sən kimi bir yuva yoldaşım olsun. 
Yolundan kim qaçsa çöl eşşəyi tək, 
Meydini belində gətirsin eşşək. 
Hicrana düşdüksə bu dünyada, ah! 
Söylə ey sevgilim, məndə nə günah! 
Ah, səni duymayan soyuq bir ürək 
Bəlalar içində ağlasın gərək. 
Hər kim ox qaldırıb qıysa canına, 
Sağ əli quruyub düşsün yanına. 
Bir tükün gözümdə dünyaya dəyər, 
Xoşdur hər tikanın gülüstan qədər. 
Xızır ətəyidir qaldığın məskən, 
Xızır suyu kimi dərmanım ol sən. 
Mən ayam, sən də bir günəşsən, inan, 
Mən səndən alıram işığı hər an. 


_______________ Milli Kitabxana _______________ 
182 
 
Səndən geri qaldım, əfv et məni gəl, 
Bilirsən nə idi yolumda əngəl. 
Atayın vəfatı incitdi məni, 
Ölmüş vücudumdan cırdım kəfəni. 
Elə zənn etdim ki, atamdır ölən, 
Didib parçaladım üzümü birdən. 
Gözümə gül kimi millər çəkərək, 
Göy etdim donumu bənəfşələr tək. 
Eşqinə sadiqəm, yolunda dustaq, 
Dərdinə şərikəm, qəminə ortaq. 
Yanına gəlməyim olmadı mümkün, 
Başqa şərtlərisə görmüşəm bütün: 
Vücudum ayrısa sənin yanından, 
Ruhum ayrılmamış yanından bir an. 
Dərdindən, qəmindən mən xəbərdaram; 
Çarə axtarıram onlara müdam. 
Ikicə günlükdür bu düşərgəmiz, 
Yola getməliyik zəmanəylə biz. 
Sənə camal verən, rəng verən bu ev 
Darısqal olsa da, gəl onu sən sev. 
Günlərin yenəmi boş keçəcəkdir? 
Bir az sakit ol ki, ömür gödəkdir. 
Dünyada səbr elə hər şeydən əvvəl 
Iradə mülkünün hakimi ol gəl. 
Bəsdir, az dərd çəkib şikayət eylə, 
Cəfaya dözməyi gəl adət eylə. 
Mən də sən gündəyəm, ey talei kəm, 
Lakin qədəmimi tutmuşam möhkəm. 
Gözünü bağlasa yaxşıdır insan - 
Onun göz yaşına gülürsə düşman. 
Düşməni şad edib güldürürsə qəm, 
Ağıllı dərd çəkib, olarmı dilqəm? 
Nə olur, bir az da sevinib şad ol, 
Bu dərddən, qüssədən, qəmdən azad ol. 
Bu dünya dəyişib dönür əzəldən, 
O, alt-üst olsa da, gəl darıxma sən. 
Kəndlinin dənini udsa da torpaq, 


_______________ Milli Kitabxana _______________ 
183 
 
Yenidən göyərir, sən buna gəl bax. 
Xurma ağacında bu gün tikan var
Sabah yetişəcək şirin xurmalar. 
Qönçə tikanlıqda olsa da əgər, 
Açılacaq güldən bir müъdə verər. 
Qəlbini sıxma ki, sən kimsəsizsən, 
Mən kiməm, adamın deyilmiyəm mən? 
Heç kəs köməksizəm, deməsin gərək, 
Köməksiz olana allahdır kömək. 
Yanma şimşək kimi atasızlıqdan, 
Bulutlu gözündə qopmasın tufan. 
Ata ölmüşsə də, oğul çağ olsun
Mədən qırılmışsa, gövhər sağ olsun". 
Məcnun bu məktubu oxuyan zaman 
Çıxdı qönçə kimi öz qabığından... 
"Ay allah"dan başqa dinmədi artıq, 
Bir anlıq özünə gəlmədi yazıq. 
Sonra huşa gəlcək öz adətilə 
Bir neçə saatlıq ağladı yenə. 
Qasidi ordaca saxlayıb bir an, 
Gah əlindən öpdü, gah ayağından. 
Dedi: "Nə kağızım, nə qələmim var, 
Cavab gözləyəcək məndən o nigar". 
Açdı heybəsini qasid belindən, 
Heybənin içini tökərək birdən, 
Yazı şeylərini göstərdi ona, 
Sonra qaydasınca verdi Məcnuna. 
Məcnun ki, qələmi aldı əlinə, 
Min bir nüktə vurub, nəqş açdı yenə. 
Qəlbində gizlənmiş hər dərdi, qəmi 
Söz boyunbağına düzdü qələmi 
Məktubun başını bağladı sonra, 
Qasidə tapşırıb "Qaç" dedi ona. 
Qasid də məktubu alıb apardı, 
Yel kimi Leylinin yanına vardı. 
Məktubu açaraq oxuyanda qız, 
Onun göz yaşıyla islandı kağız. 
 
 


_______________ Milli Kitabxana _______________ 
184 
 
MƏCNUNUN MƏKTUBUNU  
LEYLİNİN OXUMASI 
 
Məktub başlanmışdı böyük allahla 
Misilsiz, əvəzsiz o padişahla. 
Batinə, zahirə bələd qüdrətlə, 
Sərt daşa gövhərlər verən hikmətlə. 
Göydə ulduzları qoruyub güdən, 
Ulduz karvanına başçılıq edən, 
Hər qəlbi dostluqla işıqlandıran, 
Gecənin qəlbində işıq yandıran, 
Baharı su ilə doyuzduranla, 
Bütün möhtaclara kömək duranla. 
Sonra, öz dərdini açıb dərindən: 
Deyirdi kül olmuş ciyərlərindən: 
"Bu məktub sənədir, ey üzü mahım, 
Sənsən bu dünyada son qərargahım... 
Yox-yox, bu, qanına qərq olan məndən 
Öz qanını satan sənədir, bilsən. 
Daşlar arasında qalmış bir açar 
Sən tək xəzinəyə necə yol açar. 
Canan, ayağıyın torpağıyam mən, 
Bəs kimin suyusan bu saflıqla sən? 
Mən ki, alçalıram qədəmlərinə, 
Kimin ətəyindən tutursan yenə? 
Mən sənin dərdini gizli çəkirəm
Bəs kimin qəmidir sən çəkdiyin qəm? 
Çiynimdə çəkdiyim bu yük sənindir, 
Kimin sırğasını taxmısan, de bir? 
Sən, ey astanası mehrabım sənəm, 
Camalın olmuşdur cahanda Kəbəm. 
Ey yüz min sinəyə mərhəm afitab, 
Sərabda incisən, şüşədə şərab. 
Ey könlüm evini qarət edən yar, 
Sən tacsan, rəqibim oldu tacidar. 
Ey yadlar əlinə düşmüş xəzinə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə