Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   43   44   45   46   47   48   49   50   ...   70

_______________ Milli Kitabxana _______________ 
189 
 
Dəyməz bir arpaya onun qiyməti. 
Umudum qalmamış, ey nazlı canan, 
Bir öpüş almağa gül dodağından. 
Zülfündən ənbərlər saçdığın zaman, 
Ağzını nafə tək açdığın zaman 
Səhər nəsimindən ətir göndərsən, 
Işlərim düzələr, ey nazik bədən. 
Camalın bağından, ey gözəl sənəm
Röyada bir xurma dərmək istərəm. 
Badəni içməyə, ey nazlı nigar, 
Könlümdə sönməyən bir ehtiras var. 
Verdiyin al şərab ruh verər cana, 
Mənə bu neməti qıysa zamana. 
Sən əlində şərab mənlə durmusan, 
Sənin şərabından, sərxoşam inan. 
O gül dodağından, əlindən müdam, 
Gah şarab, gah da ki, öpüş alıram, 
O incə dodaqlar, yolsuz dodaqlar 
Tutarmı başqa bir məclisdə qərar? 
Onda əqiq rəngli, bal şəhdi vardır, 
Ah, onu əmən şəxs nə bəxtiyardır! 
Bəzən şəhd əmirəm dodaqlarından, 
Bəzən gül dərirəm yanaqlarından. 
Gah sığallayıram gözəl çənəni, 
Gah ləbin şəkəri dirildir məni. 
Bütün bu sözlərim, bil, əfsanədir; 
Sənlə danışmağa bir bəhanədir. 
Inan ki, bunlardan mən çox uzağam
Safdır arzularım nə qədər sağam. 
Tamah ayağına zəncir vurmuşam, 
Sənin xəyalinlə yalnız dilxoşam. 
Yanında min gecə otursam əgər, 
Gözüm görməsə də səndən bir əsər, 
Eşqin ki, daima bir yadigardır, 
Sənin camalınla nə işim vardır? 
Uğrunda çəkdiyim hər əzab xoşdur, 
Əzabın eşqimə həmdəm olmuşdur. 


_______________ Milli Kitabxana _______________ 
190 
 
Tək eşqin göstərsə mənə özünü
Görməsəm də olar sənin üzünü. 
Qoy eşqin sirrimçin dönsün əğyara. 
Könlümə şəfadır vurduğun yara. 
Qoy heç tapılmasın yarama məlhəm, 
Sən salamat qalsan, nə qüssə, nə qəm! 
Qoy, məni zillətə salsa da hicran, 
Sən ondan uzaq ol, sevimli canan! 
Düşsə də eşşəyim mənim ayaqdan, 
Sənin ərəb atın var olsun, canan! 
Pis tale gizlədi üzünü məndən
Daima xoşbəxt ol bu dünyada sən! 
Bir baş əyilməsə əmrinə bir gün, 
Görüm ayağının altına düşsün!" 
 
MƏCNUNUN DAYISI SƏLİM AMİRİNİN 
 MƏCNUNU GÖRMƏYƏ GƏLMƏSİ 
 
Bəli, söz sərrafı o vaxtdan bəri 
Düzmüş söz sapına bu inciləri: 
Məcnunun aqil bir dayısı vardı, 
Aşiqin halını yaxşı duyardı. 
Hünər sahibiydi o halalzada, 
Dadmışdı yaxşını, pisi dünyada. 
Ona deyirdilər Səlim Amiri, 
Samiri kimiydi ağlı, tədbiri. 
Yaralı Məcnunun oydu məlhəmi, 
Başından getməzdi aşiqin qəmi. 
Hər ay əl tutardı yazıq Məcnuna, 
Yemək də, paltar da verərdi ona. 
Bir gün o qəribin dalınca yenə 
Düşdü səhraların dərinliyinə. 
Qovdu çöldən-çölə öz dəvəsini
Dağ-daşı dolandı dəli div kimi. 
Gördü ki, tayfadan, zəncirdən kənar, 
Bir dağın dibində o tutmuş qərar. 


_______________ Milli Kitabxana _______________ 
191 
 
İki-üç vəhşi də bürümüş onu, 
Gəlib gedənlərin kəsmiş yolunu. 
Qorxdu vəhşilərdən yorğun müsafir, 
Uzaqdan-uzağa salam verdi bir. 
Məcnun o salamı eşidən zaman: 
"De, kimsən, nəçisən?" soruşdu ondan. 
O sa cavab verdi: "Amiriyəm mən, 
Yumruqlar yemişəm pis zəmanədən. 
Sənin öz dayınam, dərk elə, bala, 
Üzün möhtac deyil qara bir xala. 
Sən də həbəşilər kimisən bu gün, 
Üzün xal olmuşdur sənin büsbütün". 
Məcnun tanıyaraq, dedi: "Yaxın gəl". 
Onunla diz-dizə oturub, əvvəl 
Olandan, keçəndən xəbərlər tutdu
Söhbət şirin keçdi, dərdi unutdu. 
Səlim qəbristanda kəfənsiz qalan 
O çılpaq aşiqi gördüyü zaman 
Bir əyin paltarı aldı yükündən, 
Məcnuna verərək söylədi: "Bil sən, 
Bu paltar halaldır, gey indən belə, 
Halalzadə kimi davran mənimlə". 
"Yox, mənim canımdan paltar uzaqdır, 
Geyinsəm bədənim od tutacaqdır. 
Zənn et ki, libasa mən meyil saldım, 
Sonrasa cıraraq, yenə lüt qaldım". 
Səlim çox əlləşdi orda, müxtəsər, 
Paltarı geydirdi ona bir təhər. 
Sonra heybəsini açıb tökərək, 
Gətirdi Məcnuna ət ilə çörək. 
Nə qədər dil töküb yalvardısa da, 
Məcnun bir tikə də yemədi əsla. 
Yeməzdi, içməzdi Məcnun bir kərə, 
Nə tapsa verərdi o vəhşilərə. 
Səlim soruşdu ki: "Ey bağrı qan, sən 
Danış, gecə-gündüz bəs nə yeyirsən? 
Adam ki, yeməklə, içməklə yaşar, 


_______________ Milli Kitabxana _______________ 
192 
 
Danış, adamsansa, nə xörəyin var?" 
Dedi ki: "Ey adı qəlbim tək Səlim, 
Hər sözü, söhbəti, salamı həlim, 
Könlümü doyuran yeməklər deyil
Səhər çağlarının nəsimidir bil. 
Budur, ac qalmaqdan canım sönmüşdür, 
Yemək qüdrətim də heçə dönmüşdür. 
Yarın qoqusunu gətirən külək 
Mənə həm su olur, həm də ki, çörək. 
Hər gecə daşların üzərindəyəm, 
Ağ gün görməmişəm bu yerdə bir dəm. 
Aclıqdan saralıb lap keçinirkən, 
Ağacdan kitirgə qoparıram mən, 
Gah da göz tikirəm ota, ələfə, 
O da həftədə yox, ayda bir dəfə. 
Yeməkdən əlimi üzmüşəm müdam, 
Yemək qayğısından tamam azadam. 
Boğazdan getməyir yediyim mənim
Udanda, inciyir bütün bədənim. 
Bu arıq canımla keçinirəm ac, 
Canımda yeməyə yoxdur ehtiyac... 
Lakin, buraxmaram ruzini əldən, 
Yeyənlər tapılar, yeməsəm də mən. 
Bir nemət yeyəndə aslanla maral, 
Onlar çeynədikcə doyuram dərhal". 
Səlim anladı ki, o mərd, o qoçaq 
Çörəksiz, ot ilə dolanır ancaq. 
Gülmədi aşiqin o xörəyinə, 
Dəyib toxunmadı onun qəlbinə. 
Dedi ki: - Dünyada yemək üzündən 
Çox quşlar tələyə düşmüşdür, bilsən. 
Nə qədər dən dərdi çəksə bir insan, 
Onunçün o qədər dərd verər zaman. 
Kim qənaət etsə ota, sənin tək, 
O öz aləminin şahıdır, gerçək. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə