Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   45   46   47   48   49   50   51   52   ...   70

_______________ Milli Kitabxana _______________ 
197 
 
Əvvəl səpər yerə can toxumunu
Əkin yetişdimi, tez biçər onu. 
Hər gecə yandırar yeni bir çırağ, 
Çəkər sinəsinə tüstüdən bir dağ. 
Sonra da yel üflər ona hər səhər, 
Özü yaqdığını özü söndürər. 
Qəlbə dağlar çəkən tilsimli fələk 
Bizlə çıraq kimi oynayır, gerçək. 
Fələk düyünləsə hər bir ayağı, 
Hayana getsə də açılmaz bağı. 
Dörd atdan piyada qalsan sən, əgər, 
Bu düyün o zaman açıla bilər
109

Ol canın sapı tək düyünsüz, amma, 
Qızdırma sapı tək düyünlü olma. 
"Ud" düyün vurmaqda məşhur olsa da, 
Sən düyün açmaqda müşk ol dünyada. 
 
 
ANASININ ÖLÜMÜNDƏN  
MƏCNUNUN XƏBƏR TUTMASI 
 
Çərxin şəhsüvarı atlandı birdən, 
Meydanı zəbt etdi həriflərindən. 
Günəş ki, dünyadan bir qorxu duydu, 
Şərab şüşəsini tağ üstə qoydu. 
Sübhün üsyanından göylər söküldü. 
Şüşə parçalandı şərab töküldü. 
Məcnun dil verərək qəsidəsinə, 
Yalnızlıq təblini çalırdı yenə. 
Gecəli-gündüzlü nə vaxtdan bəri, 
Dilindən düşməzdi qəsidələri. 
Xəbəri yoxdu ki, anası yazıq, 
Dünyadan yığışıb köçmüşdür artıq. 
Səlimin qəlbindən ahlar yüksəldi, 
O, qəmgin aşiqin yanına gəldi. 
Paltar, yemək verdi çox ehtiyatla, 
Sonra da dil açdı ona fəryadla: 
"O bəlalər görmüş zavallı qarı 


_______________ Milli Kitabxana _______________ 
198 
 
Ölüb tərk elədi bu ruzigarı. 
O da öz köçünü sürdü dünyadan
Öldü atan kimi səndən nigaran". 
Məcnun bu matəmi eşidib durdu, 
Ah çəkib, of deyib, başına vurdu. 
Səhər çəngi kimi inlədi səsi, 
Qırıldı daşlarda könül şüşəsi. 
Ata-anasını anaraq yenə, 
Üz tutdu onların qoşa qəbrinə. 
Fəryadlar qoparıb diz üstə çökdü, 
Hər iki məzara göz yaşı tökdü. 
Gah buna, gah ona üz sürtdü, ancaq, 
Ölmüşə dərmandan kar olmayacaq. 
Qohumlar tutunca səsindən xəbər, 
Qaçıb qəbilədən bir-bir gəldilər. 
Məcnunu torpağa düşmüş gördülər
Canında az idi həyatdan əsər. 
Onun ayağına yığılıb həmən, 
Qanlı yaş tökdülər onlar gözündən. 
Ayılsın, deyərək, Məcnun bir təhər, 
Ona gülab suyu çilərdi gözlər. 
O hissiz aşiqsə ayılan zaman 
Dualar etdilər ona hər yandan. 
Evə aparmağa çox çalışdılar, 
Dedilər, vətəndə tutsun o qərar. 
Lakin, bir ah çəkdi o bəxti qara, 
Yenə öz köçünü sürdü dağlara. 
Ürəyi - dərd evi, ciyərləri - qan, 
Çöllərdə gəzirdi yenə pərişan. 
Ardınca düşmüşdü vəhşi heyvanlar, 
Həmdəm olmamışdı ona insanlar. 
Şərrində bir xeyir görmədiyindən, 
Öz canamazını atdı kilsədən... 
Ömür yol gedirdi, sanki bir şimşək, 
Məcnun əl üzürdü ondan bulut tək. 
Madam ki bu həyat baqi deyildir, 
Min il də, bir an da yaşasan birdir. 


_______________ Milli Kitabxana _______________ 
199 
 
Həyatda ölümün nişanəsi var, 
Onun işvəsinə insanmı uyar? 
Ey ölüm sirrindən qafil dolanan, 
Ey bu həqiqətdən xəbərsiz insan, 
Ölüm səfərinə yığışmadan sən 
Çoxmu öz ömrünə güvənəcəksən? 
Məgər dərk etməyir zəif düşüncən 
Ki, sən bu dünyada nəçisən, nəsən? 
Bu yer kütləsində zərrələr ki, var, 
Müəyyən ölçüyə sahibdir onlar. 
Ancaq, Qaf gövdəli dağ önündə, bil, 
Onların qiyməti əlif də deyil. 
Bu geniş tarlada, ey məğrur insan, 
Sən kiçik bir budaq, yarpaq boydasan. 
Başıyın üstəki fələyə bax sən, 
Gör nə görünürsən ona nisbətən. 
Bu geniş aləmə açsan gözünü, 
Heç kimi görərsən burda özünü. 
Sənin düşüncəndə bir həqiqət var
Müəyyən ölçüdə tutmusan qərar. 
Lakin bu dünyanın qarşısında, bil, 
Sənin en-uzunun zərrə də deyil. 
Alçaqlıq həddini aşdığın yerdə 
Dünyada "mən varam" deməzsən bir də. 
Torpağın qoynuna gəl sığın ancaq, 
Qoy örtsün eybini o qara torpaq. 
Iki-üç pas atmış mıxın var, bir bax, 
Onu da zəkatla yığmısan ancaq. 
Bir neçə qızıla güvənib dəm-dəm, 
Deyirsən: "Dünyanın ağası mənəm". 
Nə qədər möhtacsan dünya əhlinə, 
Işin ahüvayla keçəcək yenə. 
Ucalar dünyada başın, ey insan, 
Qurtarsan dünyanın ehtiyacından! 
Hələ də dünyada xalq minnətindən 
Yaxanı qurtara bilməmisən sən. 
Gəl, yad süfrəsindən it kimi əl çək, 


_______________ Milli Kitabxana _______________ 
200 
 
Özgə süfrəsinə baxma pişik tək. 
Məşəl tək əliyin müzdüylə dolan
Şam kimi, sən də öz xəzinənlə yan. 
Sən də Nizami tək aləmə tanın, 
Sən də ağası ol şahın, sultanın. 
 
 
LEYLİNİN MƏCNUNA SİFARİŞİ 
 
Leyli qəfəsdəki o gözəl deyil, 
Tikilən qələlər xanımıdır, bil. 
Məcnundan gəldikcə acı xəbərlər, 
Yeyirdi qəlbini min qəm, min kədər. 
O da aşiqi tək olmuşdu diltəng, 
Məhbəsdə qalmışdı can çəkişərək. 
Düyünlü bir sapın halqasında qız 
Zəncirsiz dustağa düşmüşdü yalqız. 
Onun dörd yanında gözətçi vardı, 
Dürrün ətəyini almaz qırardı. 
Taki o bir gecə qaçmasın yenə 
Bütpərəst əhlinin büt məbədinə. 
Əri canfişanlıq edib Leyliyə, 
Xoş üz göstərərdi, şad olsun deyə. 
Leylinin qəlbisə tutqun, pərişan, 
Soyuq qarşılardı onu hər zaman. 
Süfrədə yox idi milçəkdən bir iz, 
Gecə qararmışdı, ev gözətçisiz. 
Leyli aşiqini anıb ürəkdən, 
Qapıdan eşiyə sıçradı birdən. 
Düşmənlər yolundan bir ağac kənar 
Bir yol üzərində oturdu ağlar. 
Istərdi bu yoldan keçən bir nəfər 
Ona aşiqindən versin bir xəbər. 
Bu dəmdə dərdlərə çarə göstərən 
Bir ağ saçlı qoca göründü birdən. 
Qoca Xızır kimi iti gedərdi, 
Yol axtaranlara yol göstərərdi, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə