Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   36   37   38   39   40   41   42   43   ...   70

_______________ Milli Kitabxana _______________ 
161 
 
Yarım da sən idin, yavərim də sən, 
Könlüm güc alardı daima səndən. 
Oğluna daima yollar açaraq, 
Bir səndin dərdimə yananım ancaq. 
Sənsiz ki, zillətdə yaşayacağam, 
Əfsus, səndən sonra yenə də sağam! 
Uzaq düşməyimi başıma qaxma, 
Çoxdur xəcalətim, olmuşa baxma. 
Hər nəsihətini eylədikcə yad, 
Ruhumdan ucalır ah ilə fəryad. 
Mənim xoş yerişli atlım şən ikən, 
Dönmüşdüm başı bərk ayğırına mən. 
Qızıl bir sırğaydın qulağımda sən, 
Qapı halqası tək uzaqdım səndən. 
Sən mülayim idin, mən dəliqanlı, 
Mən soyuqqanlıydım, sən isti qanlı. 
Sözlə oxşamadım qəlbini bir an
Yanında bir gecə yatmadım, aman! 
Sən mənim ucumdan dözdün yüz dərdə, 
Mənsə xəyal kimi gəzdim çöllərdə. 
Mənim yatağımı çırpardın hərdən, 
Mənsə ayrılmazdım yenə çöllərdən. 
Sən şadlıq büsatı qurardın mana, 
Mənsə yıxılardım daşlar qoynuna. 
Sən dua elədin, təsir etmədi, 
Mən də ağac əkdim, meyvə bitmədi. 
Can dostum sənsənmiş, andıqca, inan, 
Bil ki, dərd əlindən bağrım olur qan. 
Axır libasıma göz qaram hər dəm,
102
 
Bu yolla kor olub, qara geyirəm. 
Ah, ata, peşmanam tutduqlarımdan, 
Bir dərdim min oldu, beləymiş dövran. 
Yersiz incitmişəm, atacan, səni 
Əhvalım çox pisdir, bağışla məni. 
Səni incitmişəm bu dünyada, ah! 
Bizdən sorulmasın bu ağır günah. 
Sən, ey ulduzumu işıqlandıran, 


_______________ Milli Kitabxana _______________ 
162 
 
Sənin əlindədir əlacım inan! 
Sən razı qalmasan oğlundan əgər, 
Allah da oğluna cəzalar verər. 
"Ciyərim" deyərdin mənə bir zaman, 
Indi o ciyərə sən ox vurursan. 
Doğrudan ciyərin yarandımsa mən, 
Gəl kabab bişirmə öz ciyərindən. 
Bir də ciyərindən axırsa bu qan, 
Sən niyə torpağın qucağındasan. 
Ciyərim qanını axıdaraq sən 
Yenə də: "Ciyərim sənsən" deyirsən. 
Səni yandırdımsa, ey taci-sərim
Alışıb od tutdu öz ciyərlərim. 
Əgər sənə qarşı günahkar oldum 
Özüm öz cəzama giriftar oldum. 
Qulaq asmadımsa sözlərinə mən, 
Qulağım buruldu sənin zərbəndən". 
Məcnun ah çəkərdi aşdıqca dərdi, 
Gününü gecə tək qara edərdi. 
Gecə sallayardı qara bir bayraq, 
Ağlamaq təbili susmazdı ancaq. 
Sədəf tək arxası qaralmış gecə 
Ayla və balıqla pəncələşincə, 
Balıq sədəfindən qızışdı haman, 
Bütün dürrləri tökdü ağzından. 
Məcnun sədəf rəngli iki gözündən. 
Ətrafa incilər səpirdi, bilsən. 
O qəbrin üstündə səhərə qədər, 
Oxudu qəlbyaxan, acı novhələr. 
Türbəylə birləşdi o da türbə tək, 
Bu iki mənzildə vurdu bir ürək. 
Qəbrə üz sürtürdü o yanıqciyər, 
Bu zaman gün çıxdı, açıldı səhər. 
Səhərin carçısı səslənən zaman 
Şəfəq bayrağını qaldırdı dağdan. 
Kimyagər - səhərin böyük iksiri
Qızıla döndərdi nəfəslə yeri. 


_______________ Milli Kitabxana _______________ 
163 
 
Torpaqda sürünən o yazıq insan 
Qalxıb Nəcdə getdi yenə pərişan. 
Yenə ağlayırdı gözlərində qəm, 
Onun varlığını sarmışdı matəm. 
Əzabla qatlanıb tale deyənə, 
Yüz min çətinliklə yaşardı yenə. 
Bir könül şamını gəzirdi təkcə... 
Gecəsi gündüzdü, gündüzü gecə. 
 
 
MƏCNUN VƏHŞİLƏR ARASINDA 
 
Əfsanə yaradan bir sahib hünər 
Bu qəmli dastanı belə nəql edər: 
O yatağı səhra, o balıncı dağ, 
Bu saxsı evdəki o solğun zanbaq 
Ata matəmini çatdırıb başa, 
Yenə də üz tutub, qaçdı dağ-daşa. 
O, vəhşi çölləri bir gün tərk etdi, 
Yarının yurduna üz tutub getdi. 
Gördü ki, vəfanın çəkdiyi qələm 
Leylini Məcnunla yazmışdır bahəm. 
Eşdi dırnağıyla yerin layını, 
Özünü saxlayıb pozdu tayın. 
Görənlər dedi ki: "Bu necə işdir? 
O iki rəqəmdən biri getmişdir". 
Dedi ki: "Birini pozsa da qədər, 
Bir ad ikimizə kifayət edər. 
Aşiqi axtarıb gəzsə bir insan, 
Onun yarını da qoy tapsın ondan". 
Bu vaxt soruşdular, dedilər: "Nədən 
O itmiş ortadan, itməmisən sən?" 
Dedi: "Yaxşı düşməz mənimçin artıq, 
Mən özüm məğz olam, o isə qabıq. 
Mən dostun örtüsü olsam da ancaq, 
Xoşdur o məğz üstdə bir qabıq olmaq". 
Deyib, o yerlərdə tutmadı qərar, 


_______________ Milli Kitabxana _______________ 
164 
 
Gah yolla gedirdi, gah yoldan kənar. 
O, aşiqlər kimi dilində qəzəl 
Gəzirdi bir təbib, bir mehriban əl. 
Insan adətindən əl götürərək, 
Ipini qırmışdı o, vəhşilər tək. 
Çöl vəhşisi kimi o, zaman-zaman 
Yeyib yaşayırdı yaşıl otlardan. 
O, tordan, vəhşidən qorxmurdu bir dəm, 
Vəhşilər olmuşdu Məcnuna həmdəm: 
Ona yetişməsin deyə bir zaval, 
Keşikdə durardı şir ilə maral. 
Çöldə nə qədər ki, vəhşilər vardı, 
Onun qulluğunda hazır durardı. 
Aslanı, maralı, tülkünü, qurdu 
Yığıb yol üstündə ordugah qurdu. 
Hamsı qulluğunda durmuşdu sayaq, 
O da şah olmuşdu Süleyman sayaq. 
Şahin qanadından günlüyü vardı, 
Nəşinə qaraquş kölgə salardı. 
O qədər böyükdü ondakı şahlıq, 
Vəhşilər vəhşətdən çıxmışdı artıq. 
Qoyun qurd belinə yatıb qalırdı, 
Maral şir üstünə ayaq alırdı. 
Düzəlmişdi itlə dovşan arası, 
Şir südü əmirdi ahu balası. 
Məcnun yol gedirdi əlində canı. 
Vəhşiylə dolmuşdu onun dörd yanı. 
Yatacağı yeri tülkü görərdi, 
Ona quyruğuyla yer süpürərdi. 
Ahu sığallardı yanaqlarını, 
Qoynuna alardı ayaqlarını. 
Onun cüyür kimi həmdəmi vardı, 
Maral sağrısına o, baş qoyardı. 
Başının üstündə şir diz çökərək
Keşikçi durmuşdu qılınc çəkərək. 
Canavar olmuşdu ona pasiban, 
Canını edərdi yolunda qurban. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə