Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

_______________ Milli Kitabxana _______________ 
153 
 
Gəl mənim yerimdə özün tut qərar. 
Qoy ölüm əmrilə canımı alsın, 
Bari, bir oğulsa yurdumda qalsın. 
Ölüm səfərinə çıxsa bədənim, 
Bilim ki, yerimdə adam var mənim. 
Ölüm yasdığımda baxmasan mənə
Nə dosta xoş gələr, nə də düşmənə. 
Kənardan-kənara çıxar bir nəfər, 
Mənim yığdığımı qapıb qəsb edər. 
Rəvamı dünyada mən talei kəm, 
Oğlum ola-ola kimsəsiz öləm? 
Artıq çalınmışdır köç təblim, inan, 
Indi köç yoluna hazırlaşır can. 
Qorxuram, köçməyə tələsiyəm mən, 
Köçümü tərpədəm sən gəlməmişkən. 
Məzarım üstünə sən baş qoyasan, 
O vaxt ağlayasan, bərk ağlayasan. 
Tüstüyə dönsə də o gün nəfəsin, 
Mənə nə faydası o ağlar səsin? 
Qəmindən dünyalar yansa da, düzü, 
Bir də gülməyəcək bəxtimin üzü". 
 
 
MƏCNUNUN ATASINA CAVABI 
 
Oğul atasına çox qulaq asdı, 
Onun hər sözünü qəlbinə yazdı. 
Istədi iki gün səbr edib dözsün. 
Bu sövda yolundan o ayaq üzsün. 
Eşqə tövbə demək istədi, fəqət. 
Tövbə qulağını çəkdi məhəbbət. 
Məhəbbət fili də qoyar piyada, 
Ona diz çökənlər mərddir dünyada. 
Bu, keçə şiridir, o, meşə şiri, 
Bu, həmişə tikər, yırtar o biri. 
Eşqin kamanından ox atsa bəşər, 
Onun öz əlini o, şil-küt eylər. 


_______________ Milli Kitabxana _______________ 
154 
 
Məcnun toplayaraq öz qüvvətini, 
Dinləyib atanın nəsihətini, 
Dedi: "Ey nəfəsi ruhuma qüvvət, 
Sənsən müşgülümü düzəldən, əlbət. 
Sözün, nəsihətin dimağımdadır, 
Bax, qulluq halqan da qulağımdadır. 
Gözəl nəsihətin qəlbə çıraqdır, 
Kim boyun qaçırsa, bəxtdən uzaqdır. 
Mən qulaq asardım bu sözlərinə
Neyləyim, əlimdən gəlməyir yenə. 
Mənə ağıl dərsi oxumaqla sən 
Nə üçün eşqimin üstə gülürsən. 
Məhəbbət oylağı könlümçün, inan, 
Bir qara pula da dəyməz bu cahan! 
Tale puç eyləmiş məni dünyada, 
Eşidib bildiyim düşməyir yada. 
Bütün hafizəmi sovurub yellər, 
Yoxdur xatirimdə nə səs, nə xəbər. 
Bu gün soruşma ki, nə yedim dünən. 
Bu sual da çıxar puç hafizəmdən, 
Bu saat gördüyüm işi də sorma, 
Cavabsız qalarsan, özünü yorma. 
Bilirəm, oğlunam, sən də atamsan, 
Adın da qalmamış yadımda, inan. 
Bir atam çıxmamış yadımdan bu gün, 
Huşumun özü də itmiş büsbütün. 
Öz adım da çıxmış yadımdan bu dəm, 
Bilmirəm məşuqəm, yoxsa aşiqəm. 
Bir ildırım kimi qəlbim odlandı, 
Qəlbimin odundan, canım da yandı. 
Ayrıldım dünyanın nemətlərindən
Çöllərin otuyla keçinirəm mən. 
Zəmanə adlanan bu boş dəyirman 
Boşalmış deyirəm, dən ilə sudan. 
Mən öz vəhşətimdən itgin düşmüşəm. 
Vəhşilər insana olarmı həmdəm? 
Vəhşiylə dost olsa insan dünyada, 


_______________ Milli Kitabxana _______________ 
155 
 
Vəhşi adətincə ömr edər o da. 
Mən milçək toxunmuş qovun kimiyəm, 
Kəs məni, at gedim, saxlama bir dəm. 
Yoxsa bir toz qopsa üstümdən əgər, 
O tozum bostanı xəstələndirər, 
Çiçəyi kənarda tutun uşaqdan, 
Yoxsa zəhərlənər uşaqdakı qan. 
Yalnız xərabəyə meylim var mənim, 
Qoy xərabə olsun yerim, məskənim. 
Zənn et ki, zəmində bitmədi bir kol
Atdığın bir toxum puç oldu bir yol. 
Bildiyin bir sözü oxumamış bil, 
Zənn et ki, əkdiyin heç oğul deyil. 
Gəl bir məzar düzəlt, sözümü dinlə, 
Ölmüş bir aşiqi dəfn et əlinlə, 
Ağlının üstünə qələm çəkilən 
Divanə bir gəncdən əlini üz sən. 
Deyirsən yaxındır sənin köç yolun, 
Köçünü bağlamış bu bədbəxt oğlun. 
Xəzanım çatacaq sən ölənədək, 
Bil ki, səndən qabaq köçüm gedəcək. 
Sən ölsən üstündə dirilər ağlar
Mən çoxdan ölmüşəm, əlimdə nə var?" 
 
ATASININ MƏCNUNLA VİDALAŞMASI 
 
Atası görüncə dərdli oğlunu, 
Eşqin girdabında boğulduğunu, 
Kəsdi umudunu ondan büsbütün; 
O qızdırma sapı düşmüşdü düyün... 
Dedi: "Ey ciyərim, ciyər neştərim, 
Ey boyun zəncirim, ey taci-sərim, 
Əlacsız dərdini duydum ürəkdən
Səndən də əl üzdüm, özümdən də mən. 
Atan əldən düşdü, insafa gəl sən, 
Gəl tut məhəbbətlə onun əlindən, 


_______________ Milli Kitabxana _______________ 
156 
 
Qalx, sarıl boynumdan, qurbanın olum, 
Üzüm göz yaşınla islansın, oğlum. 
Səfər qüslüm olsun o göz yaşları, 
Səfər beşiyində dinc yatım, barı. 
Ayrılıq dəmidir, halıma yan bir, 
Gözümə sürmə yox, mil çəkilmişdir. 
Naz vaxtı deyildir, qucaqlaşaq gəl, 
Səndən tuşə alım səfərdən əvvəl
.100
 
Köçümü yığmışam dünyadan bu dəm, 
Başqa bir aləmə köçüb düşmüşəm. 
Sənin fikrindən də deyiləm uzaq, 
Ölürəm, dərdinlə ölürəm, ancaq 
Çox əziz olsan da gözüm kimi sən
Atanı bir daha görməyəcəksən. 
Əlvida, səfərə hazıram artıq, 
Gedər-gəlməzədir bu son ayrılıq. 
Əlvida, ayrılıq zamanı yetdi, 
Biz gecikib qaldıq, karvansa getdi". 
Qurtardı atanın vida sözləri, 
Oğluyla görüşüb qayıtdı geri. 
Pərişan atanın üzündə kədər, 
Ölümcül, evinə gəldi bir təhər. 
Zəiflik üzündən o iki-üç gün 
Qüssəylə keçindi vücudu ölgün. 
Birdən baş qaldırdı pusqudan əcəl, 
O öldü murada çatmazdan əvvəl. 
Onun səma quşu çıxdı qəfəsdən, 
Sidqin budağında o tutdu məskən 
Göylərdən törəyən göylərə yetdi, 
Torpaqdan olan da torpağa getdi. 
Asudə odur ki, ay tək hər zaman 
Bu yandan çıxaraq, batsın o yandan. 
Bağlanıb qalmasın qüssə evinə, 
Şimşək tək parlayıb o sönsün yenə. 
Beş günlük dünyanın mənzilində sən 
Çox rahatlanma ki, zillət çəkəsən. 
Qoy bilsin bu kənddə mənzil tikənlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə