Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   30   31   32   33   34   35   36   37   ...   70

_______________ Milli Kitabxana _______________ 
137 
 
LEYLİNİN İBN-SƏLAMA VERİLMƏSİ 
 
Bir xəbər tutunca tez Ibn-Səlam 
Tələsdi vədəyə versin sərəncam. 
Şahlıq cəlalilə, dəbdəbəsilə 
Keçirmək istədi Leylini ələ. 
Çoxlu xəzinəylə elçi gəldilər. 
Xalvarla qənd gəldi, batmanla ənbər. 
Nafə müşkü ilə mədən ləlləri 
Bəzədi büsbütün qumlu çölləri. 
Geyinsin, bəzənsin deyə o dilbər
İpəklə yükləndi gələn dəvələr. 
Atlardan "ərəbi", "bəxti", "təkavər"
94
 
Gətirdi ağıla sığmayan qədər 
İnsan döyüşdürən qızıllar ki, var, 
Qum kimi dağıdıb səpirdi onlar. 
Qızılı qum kimi səpdikcə yenə, 
Sanki qum tökürdü düşmən gözünə. 
Nəydi o səxavət, nəydi o rəftar! 
O böyük calala heyran qaldılar. 
İki gün dincəldi o yol yorğunu, 
Elçini çağırıb öyrətdi onu. 
Elçinin cadulu bir dili vardı, 
Daşı xəcalətdən yumuşaldardı. 
Sözü Isa kimi can təzələrdi, 
Ölülər yenidən dilə gələrdi. 
Alıb Rum elindən, Çindən, Məkkədən, 
Peşkəşlər gətirdi nadir şeylərdən. 
Elçi xəzinəylə düşdü yollara
Hamsını çatdırdı xəzinədara. 
Öz şirin dilinin açarı ilə 
Gizlin xəzinəni o açdı belə: 
- Aslan ürəklidir bizim qəhrəman, 
Ərəbin fəxridir, şənidir, inan. 
Nəsəb sahibidir, adlı-sanlıdır, 
Böyükdür, nəcibdir o çox şanlıdır. 


_______________ Milli Kitabxana _______________ 
138 
 
Siz qan istəsəniz, qum kimi tökər. 
Davadan-dalaşdan azad olaraq, 
Onunla səadət taparsan ancaq. 
Elçi bu sözləri dediyi zaman  
Qızcığın atası qalmışdı heyran. 
Sonra, məsələnin əslinə yetdi, 
Qəbul etdiyini etiraf etdi, 
Bu işi qızına o rəva gördü 
Ayı əъdəhanın ağzına verdi. 
Sabah günəş doğub şölə salanda, 
Cəmşidin camını ələ alanda 
Bəylik xələtini rus oğlu aldı,  
Ərəb damadının çiyninə saldı 
Gəlinin atası çıxdı eşiyə, 
Çadırı bəzədi, bayramdır deyə. 
O, qonaq çağırdı Ibn-Səlamı, 
Şadlıq məclisində əyləşdi hamı. 
O, keyf məclisini sevinclə qurdu, 
Ona layiq olan bir zinət vurdu. 
Ərəb qaydasınca onlar bir yerdə 
Öncə sınan əhdi bağladı bir də.  
Göylərə sovurdu pul tufanını 
Süd həqqinə girov dedi canını. 
Qızın otağında onlar bu səhər 
Tünglərə nə qədər şəkər tökdülər. 
O kiçik ağızlı, qaragün sənəm 
Ətir yandırırdı ud kimi o dəm. 
Ətir dağıdırdı ah çəkən qəlbi, 
Göz yaşı tökürdü gülablar kimi. 
Ləli od verirdi, bulağı da su,
95
 
O, ənlik qayırır, gülab yayır bu. 
Yarı çatmışdısa bu gün murada, 
Muradsız qalmışdı özü dünyada. 
Ağıza çatarkən düşüb sındı cam, 
Qoğalı bişmişkən dönüb oldu xam. 
Qaydadır, ayağa batar hər tikan, 


_______________ Milli Kitabxana _______________ 
139 
 
Od ağız yandırar ağıza qoysan. 
Kim ki, müxalifət göstərə bir az
Heç kimin əmrinə o qulaq asmaz. 
Öz qəbiləsinə asi olan şəxs 
Onunla bir yerdə yaşaya bilməz. 
Barmağın birini çalarsa ilan, 
Barmaq kəsilməsə zəhərlənər can. 
Təbə can dərmanı olmuş məhəbbət, 
Ölümə səbəbdir hər müxəlifət. 
Ruhu şənləndirən Leyli ki, vardı, 
Ixtilaf üzündən canlar alardı. 
Şahlıq çırağından alışıb yanan, 
Çıraqla gəzirdi onu hər zaman. 
 
LEYLİNİN İBN-SƏLAMIN EViNƏ KÖÇMƏSİ 
 
Günəş səhər-səhər yuxudan durdu, 
Çadrını göy rəngli gülşəndə qurdu. 
Gecə səyyarəsi alışıb yandı, 
Nil rəngli Dəcləyə tərəf yollandı. 
Sevincək yerindən sıçradı damad, 
Kəcavə bəzədi ürəyi çox şad. 
Elə ki, əyləşdi kəcavədə qız, 
Onu çox hörmətlə aparıb yalnız, 
Taxtını, tacını tapşırdı ona, 
Dedi, hakim olsun bu gözəl sona. 
Keçdi iki-üç gün, həya üzündən 
O mumu səbr ilə yumşaltdı, bilsən. 
Xurma ağacına bir gün əl atdı, 
Xurmalı budağa o əl uzatdı. 
Lakin, o, Leylidən bir zərbə aldı, 
Ağrıdan sustalıb yerində qaldı. 
Qızın silləsindən o birdən-birə, 
Cansız ölü kimi sərildi yerə. 
Qız dedi: "Bir daha belə iş görsən, 
Təqsiri məndə yox, özündə gör sən. 


_______________ Milli Kitabxana _______________ 
140 
 
Mənim surətimi qurub bəzəyən 
Böyük sənətkara and içirəm mən, 
Qanımı töksə də sənin inadın, 
Hasil olmayacaq məndən muradın". 
Bu and təsir etdi Ibn-Səlama
O da razılaşdı quru salama. 
Bildi ki, sevməyir onu bu nigar, 
Qəlbinin bambaşqa bir çırağı var. 
Lakin o məğrurluq üzündən yenə, 
Yox deyə bilmirdi öz ürəyinə. 
On dörd günlük o ay, o nazik bədən 
Bunu da salmışdı eşqiylə əldən. 
Dedi: "Mən ki, düşdüm onun eşqinə, 
Uzaqdan da görsəm, bu bəsdir mənə. 
Quru bir baxışla şadlansam da mən, 
Bu xoşdur, ömürlük yad düşməyimdən. 
Dedi ki: - Qarşında çoxdur günahım, 
Keç bu təqsirimdən, ey qibləgahım. 
Quru tamaşana razıyam, inan, 
Namərdəm çəkilsəm bu iqrarımdan". 
O da ömr elədi, dözdü bu dərdə, 
Başqa təmənnası olmadı bir də. 
Həsrət içindəydi o bağ bəzəyi, 
Yollarda qalmışdı gözü, ürəyi. 
Bəlkə, xoş xəbərlə əsən bir külək 
Məcnundan ona bir toz gətirəcək. 
Ağlaya-ağlaya döyüb köksünə, 
Çadırdan çıxardı yollar üstünə. 
Bülbüldən yaralı bir səsi vardı, 
O, sərxoşlar kimi addım atardı. 
"Aşiqim hardadır" söylədikcə qız, 
Öz incik ruhuyla yaşardı yalnız. 
Nə səbri qalmışdı, nə də qərarı, 
Dərddən axıtdıqca o göz yaşları, 
Onun gizli sirri düşdü dillərə, 
Eşqi günəş kimi güldü ellərə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə