Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   26   27   28   29   30   31   32   33   ...   70

_______________ Milli Kitabxana _______________ 
121 
 
Alçaq bir ömürdən xoş olsun gərək. 
Bədnam olmağımı qoyma, amandır! 
Qiyamət günü var... o, imtahandır. 
Indi bu naləmə, dərdimə çatsan, 
Dünyada xoşbəxt ol, sevin hər zaman. 
Yoxsa, and içirəm bir allaha mən
Əlimi çəkərəm ətəklərindən, 
Ay üzlü balamın vurub boynunu, 
Itin qabağına ataram onu. 
Taki bu qeyrəti çəkməyim bir də, 
Ölüb, öldürməyim durduğum yerdə. 
Qoy mənə yer üzü lənətlər desin, 
Qızımı divdənsə köpəklər yesin. 
Insanı dinləsə azğın bir quduz, 
Onun məlhəmi var, keçər, qorxusuz. 
Lakin dil yarası ürəkdən getməz, 
Ona min məlhəm də bir əsər etməz". 
Nofəl dinlədikcə rəngi saraldı, 
Söz tapa bilməyib cavabsız qaldı. 
Qoca danışdıqca açıq, mərdana, 
Nofəl yumşalaraq: "Qalx-dedi ona. 
Bu gün bir sərkərdə olsam belə mən 
Xoşluqla istərdim qızını səndən. 
Indi ki, vermirsən, canın sağ olsun, 
Mən zalım deyiləm, üzün ağ olsun. 
Quru bir çörəklə, şor bir halvadan 
Pisdir zorla gələn bir arvad, inan. 
Dualar ardınca dolaşıram mən, 
Belə cəfalardan bezaram, bilsən". 
Nofələ dil açdı yaxın adamlar, 
Dedilər: "Qocanın nə günahı var? 
Məcnun xoş gəlməsin gözünə sənin, 
Mənliyi alçaqdır o divanənin. 
Bir qadın doğrudan sevsə də onu, 
Fəlakət törədər bu eşqin sonu. 
Havalı yaşayan sərsəm bir insan. 
Nə xeyrə, nə şərə yarayar, inan. 
Ona neyləsən də ağıla gəlməz, 


_______________ Milli Kitabxana _______________ 
122 
 
Yoxdur iradəsi, durub dincəlməz. 
Dünən biz onunçun döyüşən zaman 
Qələbə istərdi düşmənə hər an. 
Oxlara gərmişdik biz sinəmizi, 
O da oxlayırdı bir yandan bizi. 
Bu iş ağıllının işi deyildir
Ona ağlamaq da, gülmək də birdir. 
Bu gün yetirsək də canana onu, 
Açıq görünür ki, matəmdir sonu. 
Düz ölçüb biçməsən bu işi, ey mərd, 
Biz zərər çəkirik, siz də xəcalət. 
Adımız, sanımız bizə əfzəldir
Bu işdən əl çəkmək daha gözəldir". 
Nofəlin qəzəbi soyuyub söndü, 
Qoşuna əmr edib, geriyə döndü. 
Məcnun yaralandı bu bəd xəbərdən, 
Min tikan sancıldı qəlbinə birdən. 
"Ah, - dedi, - çatmışdı visal üçün vaxt, 
Öldü, oyanmadı, oyanmadı baxt. 
Bəxtimin vəfası olsaydı mana, 
Özüm tək olardı dostum mərdana". 
Gözündə yaş seli, qəlbində vulkan, 
Nofəlin yanına gəldi pərişan. 
Dedi: "Ey dostluğa qadirəm deyən, 
Söz verib, sonradan sözünü yeyən, 
Mənim ki, üzümə gülürdü səhər
Rəvamı qəlbimdə sönsün ümidlər. 
Nə üçün buraxdın ovumu əldən, 
Biz ki, əl vermişdik, unutdunmu sən? 
Susuzdum, apardın sən "Fərat" deyə, 
İçməmiş odlara tapşırdın niyə? 
Şəkərdən bir şirin şərbət qayırdın, 
Ondan da içməmiş məni ayırdın. 
Qarşıma açdınsa şirin süfrəni, 
Sonra milçək kimi qovladın məni. 
İpin ki, ucunda bu düyün vardı, 
Ona dəyməsəydin yaxşı olardı". 


_______________ Milli Kitabxana _______________ 
123 
 
Deyib bu sözləri getdi çaparaq, 
Atının nalından odlar qoparaq. 
Ona çox dedilər, çox yalvardılar 
Ki: "Sənə bundan da yaxşı bir nigar - 
Hörmətli, hünərli, dövlətli, mallı, 
Bir gümüş sinəli; günəş camallı, 
Işinə yarayan bir qız taparıq, 
Bu yeri axtarıb soraqlaşarıq, 
Ta işin onunla tamam düzəlsin, 
Dövlət də qapına qayıdıb gəlsin". 
Çox umud verdilər aşiqə bir-bir, 
Könlünün düyümü açılmadı bir. 
O çıxdı ortadan iz azdıraraq, 
Qəlbi bulud kimi tutuldu ancaq. 
Göz yaşı tökürdü o qəlbi xəstə, 
O tiryək səpirdi zəhərin üstə.. 
Artıq öz mülkünə qayıtdı Nofəl, 
Yetişcək yurduna hər şeydən əvvəl 
Çağırtdı o cəfa görmüş Məcnunu 
Ki, ürək verərək dincəltsin onu. 
Axtaran çox oldu, tapan olmadı, 
Artıq siyahidən silindi adı. 
Bildilər, nə imiş bu səssiz gediş
Onun tənəsinə səbəb nə imiş... 
 
 
MƏCNUNUN AHULARI AZAD ETMƏSİ 
 
Dinləyin bu ötən, sədəfli sazı, 
Görün nələr deyir onun avazı: 
Murada çatmamış o yaralı quş, 
Qəlbi intizara, dərdə tutulmuş, 
Nofəldən ayrılıb çapdı atını, 
At açdı çöllərdə yel qanadını. 
Nofəl, o əhdinə çıxdı vəfasız, 
Məcnun oxuyurdu səhrada yalqız. 
Hər kiçik təpəyə üz tutub bəzən, 


_______________ Milli Kitabxana _______________ 
124 
 
Şikayət eylərdi öz taleindən. 
Göz yaşı tökərək o yürüyürdü, 
Uzaqdan qurulu bir tələ gördü. 
Tələyə düşmüşdü bir-neçə ceyran, 
Yazıqlar bağlıydı əldən ayaqdan. 
Qəsdinə durmuşdu ovçu onların, 
Qanını tökməyə o ceyranların. 
Məcnun səyirtdi ki, yetsin köməyə, 
Ovçu da dayandı: "Gələn var" deyə. 
Dedi: "Tələ üstə çıxmışam birdən, 
Adət qonağıyam, özün bilirsən. 
Ahular başından götür tələni
Onları azad et, sevindir məni. 
Yazıq heyvanlara nə qəsdin vardır? 
Onlar həyat üçün yaranmışlardır. 
Gözləri göyçəkdir, baxışları şad. 
Onlar da əzəldən yaranmış azad. 
Necə qıyırsan ki, bir həmlədə sən 
İki-üç qan töküb nəfəs kəsəsən. 
Qurd olsa bir adam zatında əgər,  
Bu qurd o ceyranın qanını tökər. 
Yar gözü kimidir ahunun gözü, 
İlk bahar gününə bənzəyir üzü. 
Yar gözü eşqinə rəhm et ceyrana, 
Bahar xatirinə gəl qıyma ona. 
Boynunu vurma gəl, bivəfa deyil, 
O şümal gərdənə ip rəva deyil. 
O xallı boynundan gəl indi vaz keç, 
Ona polad qılınc yaraşırmı heç? 
O qara gözlərin sürməsi də var, 
Rəvamı torpaqla örtülə onlar? 
Gümüş həsəd çəkir o saf sinəyə
Yanıb kabab olsun, kül olsun niyə? 
Nazla bəslənmişdir şümal sağrılar. 
Danış, layiqmidir ona ağrılar? 
Ahu göbəyindən mişk alınar, bil, 
Qanını tökməyin insafdan deyil. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə