Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

44 
 
Dövlət tipli iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid şəraiti ilə bağlı pul 
islahatları şok terapiyası adlanır. Şok terapiyası şəraitində inflyasiyanın aradan 
qaldırılması üçün pul islahatlarının xüsusiyyətlərinin üç tipi vardır: 
1.
 
Kağız pulların deflyasiya siyasəti ilə yeni pullarla əvəz 
olunması; burada məqsəd kağız pul kütləsini azaltmaqdan ibarətdir. 
Məsələn: Yunanıstanda 1944cü ildə pulların dəyişdirilməsi zamanı 1 yeni 
draxma 1mlrd. köhnə draxmaya bərabər edilmişdi. 
2.
 
Ə
hali və müəssisələrin bankdakı əmanətlərinin tam və ya 
qismən müvəqqəti şəkildə dondurulması. Bu cür islahatlar 1945-ci ilin 
iyununda, 1948-ci ilin yanvarında Fransada, 1944-cü ilin oktyabrında 
Belçikada, 1945-ci ilin oyul, noyabr aylarında Avstraliyada baş vermişdir.  
3.
 
Hər iki metodun uzlaşması. Bu metod 1948-ci ilin iyun ayında 
qərbi Almaniyada istifadə olunub.  
Ümumiyyətlə şok terapiyası üç əsas ideya ətrafında birləşmişdir: 
I ideya – bazar münasibətlərinin iqtisadiyyatda böhrandan çıxmanın son yolu 
olmasıdır. Bunun üçün mümkün olduğu qədər tez bir vaxtda çətinliklərə 
baxmayaraq bazar iqtisadiyyatına keçmək əsas götürülür.  
II ideya – mərkəzi ideya olub, sərbəst qiymətəmələgəlmədən istifadə edərək, 
bazar strukturlarını və institutlarını, ilk əvvəl rəqabət bazarını, müstəqil 
istehsalçılar sisteminin yaranmasını stimullaşdırmaqdan ibarətdir. 
III ideya – inflyasiya və işsizliklə əlaqədar əhalinin yaşayış səviyyəsinin 
nəzərə çarpacaq dərəcədə aşağı düşməsi nəticəsində inzibati sistemdən bazar 
iqtisadiyyatına keçidlə səciyyələnir. 
Hökumətin əsas məqsədi antiinflyasiya tədbirlərini minimum itki ilə başa 
vurmaqdır. Birinci metodda qısa zamanda, ikincidə isə mərhələlərlə sabitliyə 
qovuşmaq nəzərdə tutulur. 
Antiinflyasiya proqramlarının müəffəqiyyətli olması üçün hökumətin öz 
vətəndaşları qarşısında etibarını saxlaması əsas şərtdir. Buna “kredibliti(etibar) 


45 
 
problemi”deyirlər. Yəni həm hökumət,həm də həyata keçiriləcək proqram xalq 
arasında əvvəlcədən etibar qazanmalıdır.Bir sözlə şəffaflıq təmin edilməlidir. 
Herbert Şteyn bir proqramın etibar qazanması üçün 6 xüsusiyyətinin olmasını irəli 
sürür: 
-Həyata keçiriləcək tədbirlərin birləşdirilməsi; 
-Hökumətlə Mərkəzi Bank arasında səmərəli əlaqə; 
-Partiyalar arsında müəyyən məsələlərdə razılığın əldə olunması; 
-Gələcəklə bağlı iqtisadi məqsədlərin açıq şəkildə ortaya qoyulması və 
məqsədlərdən uzaqlaşmaların düzəldilməsi; 
- şsizlik səviyyəsi ilə bağlı heç bir tərəddüdə yol verilməməsi; 
-Gəlirlərə və hər cür iqtisadiyyata müdaxilə düşüncələrindən uzaqlaşılması. 
II Dünya müharibəsi illərində Macarıstanda baş verən dünyanın ən böyük 
səviyyəli inflyasiyasının qarşısı pul islahatı aparmaqla alındı. Belə ki, 1946-cı ildə 
(iyunda) yeni pul vahidi dövriyyəyə buraxıldı və onun əvvəlki pula nisbəti 
1:1,3x1020 formasında müəyyənləşdirildi. 
Postsovet ölkələri arasında pul-kredit siyasətində ən uğurlu yolu Baltikyanı 
ölkələr keçmişlər. Onların islahatları arasında sərt maliyyə-kredit siyasəti əsas yer 
tuturdu. Bu ölkələr tezliklə rubl məkanından çıxdılar. Bu ölkələr pul islahatı ilə 
yanaşı sərt pul-kredit siyasəti yürüdürdülər. Belə ki, büdcə xərcləri azaldılmış,bank 
kreditləri məhdudlaşdırıldı, kreditləşmə kommersiya bazası üzərinə keçirildi. 
Antiinflyasiya siyasətinin uğurlarından Azərbaycanın timsalında da danışmaq 
olar. Belə ki, 1995-ci ilə qədər Azərbaycanda üst-üstə 4600%-dən çox inflyasiya 
olmuşdur. Nəticədə 1994-cü il Azərbaycan iqtisadi tarixinə hiperinflyasiya ili kimi 
düşmüşdür (1788%). 1995-ci ildən Mərkəzi Bank hökumətlə razılaşdırdığı və 
BVF-nin hazırladığı sabitləşdirmə proqramına uyğun olaraq sərt pul – kredit 
siyasətini həyata keçirməyə başladı. Aparılan antiinflyasiya siyasəti Monetarizm 


46 
 
prinsiplərinə uyğun olaraq tələbin məhdudlaşdırılmasına əsaslanırdı. Bu prinsiplər 
aşağıdakılardan ibarətdir: 
     - Tədavüldəki ümumi pul kütləsi məhdudlaşdırıldı; 
     - Mərkəzləşdirilmiş kredit resursları azaldıldı; 
     - Kredit emissiyası sahəsindəki hərc – mərclik aradan qaldırıldı; 
     - Uçot stavkalarının yüksəldilməsi hesabına kredit resurslarına olan tələbin 
aşağı salınması; 
     - Manatın xarici valyutalara nisbətən məzənnəsinin sabitləşdirilməsi; 
     - Qiymət və əmək haqqı üzrə nəzarətin gücləndirilməsi vəs. 
Tətbiq olunan bu siyasətin bir sıra mənfi nəticələri də qeyd olunur. Belə ki, 
siyasət əsasən tədavül sferasına təsir etmiş, lakin istehsal sferası kənarda qalmışdır. 
Dövriyyədəki pul kütləsi ÜDM-nin həcmi ilə ziddiyyət təşkil etmiş, işgüzar fəallıq 
aşağı düşmüş, ölkənin xarici borcları artmış vəs. kimi mənfi nəticələr göstərmişdir. 
Lakin real vəziyyət belədir ki, 1997-ci ildə artıq  inflyasiyanın səviyyəsi 
postsosialist məkanında ən aşağı səviyyəyə 3,8%-ə düşmüşdür. 
Pul tədavülünün inflyasiya proseslərinin vəziyyətindən asılı olan əsas 
sabitləşmə formaları pul islahatları və antiinflyasiya siyasətidir. 
Pul islahatı - milli valyutanın möhkəmləndirilməsi, pul tədavülünün 
pisləşməsinin qarşısının alınması və pul vahidinin stabilləşdirilməsi məqsədi ilə 
dövlət tərəfindən ölkənin pul sisteminin dərindən yenidən qurulmasıdır. Dövlətin 
pul islahatları keçirməkdə məqsədi inflyasiyanın qarşısı almaq və ya onun 
nəticələrini yumşaltmaqdır.  slahat –pul sisteminin tamamı ilə, ya da hissəli şəkildə 
yenidən formalaşdırılması, dəyişikliyə məruz qalmasıdır. Pul islahatlarının əsas 
formaları:  
1.
 
Deflyasiya 
– pul nişanlarının bir hissəsini dövriyyədən 
çıxarmaqla pul kütləsini azaltmaqdır. Özlüyündə deflyasiya hələ tam pul 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə