Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

54 
 
Kredit multiplikatoru bu prosesin hərəkətverici qüvvəsini açıqlayır. Yəni 
multiplikasiyanın yalnız bazar münasibətlərinin kreditləşməsi zamanı baş verə 
bilməsi faktını açıqlayır. 
Kredit multiplikatoru dedikdə kommersiya banklarının kreditlərinin mərkəzi 
bankın kommersiya banklarına verdiyi kreditlərə nisbəti kimi başa düşülür. 
Depozit multiplikatoru multiplikasiyasının obyektini, daha dəqiq, 
multiplikasiya prosesində artan kommersiya banklarının depozit  hesablarındakı 
pulları tərənnüm edir. 
Ümumi şəkildə pul multiplikatorunu pul təklifinin pul bazasına qarşı 
münasibəti  kimi təsəvvür etmək olar: 
M = Ms / MB          (1) 
    Burada: 
Ms – pul təklifi (M = nağd pul + tələb olunan depozitlər) 
MB – pul bazası (MB = nağd pul + ehtiyyatlar) 
(1) 
formulundan (2) formulunu çıxarmaq olar. 
Ms = mMB       (2) 
Beləliklə pul təklifi birbaşa pul bazasının həcmindən və pul 
multiplikatorundan asılıdır.  
Pul bazası
 - mərkəzi bank tərəfindən buraxılan (Mərkəzi Bankın 
xəzinədarlığında olan nağd pullar nəzərə alınmadan) nağd pullar və kommersiya 
banklarının məcburi ehtiyyatlarıdır. 
Pul multiplikatoru pul bazasının artması zamanı pul təklifinin necə 
dəyişməsini göstərir. Depozit əmsalı və ehtiyyat normasının artması uyğun olaraq 
pul multiplikatorunu azaltmış olur. 


55 
 
Nağd pul dövriyyəsi ölkəmizin Mərkəzi Bankının hesablaşma kassa 
mərkəzlərindən başlayır. Nağd pullar onların ehtiyat fondlarından dövriyyə 
kassalarına köçürülür və beləliklə də nağd pullar tədavülə daxil olur. Nağd pullar 
dövriyyə kassalarından kommersiya banklarının əməliyyat kassalarına 
yönəldilir.Banklar bu pulların bir hissəsini ödəniş əsasında bir-birinə verə bilər. 
Lakin nağd pulların əksər hissəsi müştərilərə - hüquqi və fiziki şəxslərə (müəssisə 
və təşkilatların kassalarına, ya da bilavasitə əhaliyə) verilir.Müəssisə və 
təşkilatların kassalarında olan nağd pulların bir hissəsindən onların arasında 
hesablaşmalar üçün istifadə olunur. Lakin bu pulların əksər hissəsi pul gəlirlərinin 
müxtəlif növləri kimi (əmək haqqı, pensiya və müavinət, təqaüd sığorta ödənişləri, 
qiymətli kağızların satışından mədaxil və s.) əhaliyə verilir. 
Nağd pul emissiyası  pulların tədavülə pul kütləsinin artması ilə baş verən 
buraxılışdır. 
Nağd pulların inhisarçı emissiya hüququ hər bir dövlətin mərkəzi bankına 
verilir ki, bu da bu bankı digər kommersiya banklarından fərqləndirən əsas 
cəhətlərdəndir. 
Mərkəzi bank özünün analoji fəaliyyəti çərçivəsində kommersiya banklarının 
kassa dövriyyələrinin proqnozlarından istifadə etməklə pul emissiyasının ölçüsünü 
müəyyən etmiş olur. Həmçinin onu da qeyd etmək lazımdır ki, bu zaman 
emissiyanın optimal həcmi ilə yanaşı, onun regionlar arasında düzgün 
paylaşdırılması da vacib şərtlərdəndir.Nağd pul emissiyası üçün ərazilər üzrə 
mərkəzi bankın baş idarələrinin hesablaşma-kassa mərkəzlərində (HKM) ehtiyyat 
fondları və dövriyyə kassaları yaradılır.   
Ehtiyyat fondlarında  tədavülə buraxılmaq üçün nəzərdə tutulan, lakin hələ 
mahiyyət etibarilə pul hesab edilməyən (pul tədavülü prosesində iştirak etmədiyi 
üçün ) pul nişanları saxlanılır. 


56 
 
Hesablaşma kassa mərkəzinin dövriyyə kassalarından pullar daim hərəkətdə 
olurlar. Belə ki, kommersiya bankları nağd pul qalıqlarını bura təhvil verir və 
yaxud da lazım olduqda oradan nağd pullar alırlar. 
Beləliklə hesablama – kassa mərkəzlərinin dövriyyə kassalarındakı pullar 
daim hərəkətdə olur və tədavüldə olan pullar hesab olunur. 
Ə
gər HKM dövriyyə kassalarına nağd pul qəbulu ondan çıxan pullardan çox 
olarsa, bu zaman əmələ gələn fərq tədavüldən çıxarılır və ehtiyyat fonduna 
keçir.Burada bu pullar müvəqqəti olaraq pul olma xassəsini itirirlər. 
Ə
ksinə əgər, HKM-nin dövriyyə kassalarından çıxan pullar kassaya daxil olan 
puldan çox olarsa, ehtiyyat fondundan dövriyyə kassalarına əlavə pul keçir ki, 
bununla da bir növ pul emissiyası baş vermiş olur. 
Lakin onu da nəzərə almaq lazımdır ki, bir HKM-nin digər HKM ilə emissiya 
yerinə yetirməsi zamanı bir kassaya əlavə daxilolmalar, digər kassadan çıxan artıq 
pullarla ört-bastır oluna bilər. Buna görə də tadavüldə nağd pulların ümumi həcmi 
dayişməyə də bilər, bununla da emissiya baş verməyə də bilər. 
Müəyyən bir gündə pul emissiyasının baş verib – verməməsi haqda məlumat 
yalnız hər bir ölkənin mərkəzi bankının direktorlar şurası tərəfindən müəyyən 
edilir. Belə ki, məhz bu şura gündəlik emissiya balansı tərtib edir. 
Müasir iqtisadi şəraitdə nağd puldan istifadənin ön plana çıxarılmasının 
iqtisadi münasibətlərdə özünəməxsus yeri vardır. Belə ki, məhz nağd pul dövranı 
sferasında təsərrüfatda istehsal olunan malların yekun reallaşması baş verir və 
ictimai istehsalla şəxsi tələbat arasındakı əlaqənin keyfiyyəti yoxlanılmış olur. 
Buna görə də çox hallarda təsərrüfatda pulların normal sirkulyasiyası, onların 
alıcılıq qabiliyyətinin dayanaqlığı nağd pul dövranının vəziyyətindən asılıdır. 
Azərbaycan ərazisində dövriyyədə olan nağd pullar bir növ kredit pullar hesab 
oluna bilər. Tədavülə pulun buraxılması təsərrüfatın kreditləşməsi ardıcıllığı ilə baş 
verməlidir. Ölkənin mərkəzi emissiya funksiyasını yerinə yetirən Mərkəzi Bank 


57 
 
tədavülə pul buraxmaq və lazım gəldikdə pulu tədavüldən çıxarmaq hüququna 
malikdir. Mərkəzi Bank təsərrüfatda kassa əməliyyatlarının həyata keçirilməsi 
ardıcıllığını müəyyənləşdirir, banknot və sikkələrin hazırlanmasını təşkil edir, nağd 
pulların köçürülmə, saxlanılma və inkassasiya qaydalarını formalaşdırır. Banknot 
və metal pulların ehtiyat fondlarının yaranmasını təmin edir, pul nişanlarının 
ödəmə qabiliyyətinin müəyyənləşməsi ardıcıllığını, həmçinin onların 
bölüşdürülməsi, istifadəyə yararsız pulların məhv edilməsi və yeniləri ilə əvəz 
olunmasını həyata keçirir.   
Banka daxil olan bütün nağd pulların gəlir və xərcləri ilə bağlı əməliyyatların 
yerinə yetirilməsi üçün hər bir kommersiya bankı dövriyyə kassasına malik 
olmalıdır. Əməliyyat gününün axırına kimi banka daxil olan bütün nağd pullar elə 
həmin gün dövriyyə kassasına mədaxil olunmalı və müvafiq hesablara 
köçürülməlidir. 
Müəssisə və təşkilatlara nağd pulların verilməsi də dövriyyə kassaları 
vasitəsilə həyata keçirilir. Bu zaman hər bir kommersiya bankı özünün rasional pul 
dövriyyəsini təşkil etməyi bacarmalıdır. Daha dəqiq desək müəssisələr bu nağd 
vəsaitləri Mərkəzi Bankdan aldığı mərkəzləşdirilmiş kreditlər hesabına deyil, öz 
resursları hesabına təqdim etməyə meylli olmalıdır. Bu işin yerinı yetirilməsi 
kommersiya bankları tərəfindən rüblük operativ kassa proqnozlarının tərtib 
olunması və yerinə yetirilməsi yolu ilə həyata keçirilə bilər. Bütün məssisə və 
təşkilatlar banka kassa ərizələri təqdim edirlər. 
Müəssisələrin, təşkilatların kassa ərizələri 4hissədən ibarətdir. 1ci bölmədə 
müəssisə və təşkilatların kassa planının ayrı – ayrı maddələri üzrə nağd kassa 
mədaxillərinin məbləği göstərilir. 2-ci bölmədə gəlirlər xərclər, pul qalıqları 
göstərilir. 3-cü bölmədə əmək haqqına xərclənən pul vəsaitləri, sosial xarakterli 
ödəmələr, təqaüdlər və s. göstərilir. Bu bölmənin göstəriciləri keçən ilin müvafiq 
dövrünə uyğun olaraq müəyyənləşir.  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə