Microsoft Word ?liyeva Nuran?Pul siyas?tinin n?z?ri v? ?m?li probleml?ri docx



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə18/32
tarix14.09.2018
ölçüsü0,79 Mb.
#68281
1   ...   14   15   16   17   18   19   20   21   ...   32

58 
 
Kassa planına əlavə hesablaşmaları aşağıdakı müəssisələr banka təqdim edir: 
ticarət təşkilatları – ticarət gəlirlərinin daxil olması haqda məlumat, nəqliyyat 
müəssisələri, kommunal müəssisələr, məişət xidməti müəssisələri, maliyyə 
orqanları – vergilərin daxil olması məlumatları və s. 
Kommersiya bankları müəssisələrin onlara təqdim etdikləri məlumatlar və 
kassa ərizəsi əsasında kassa proqnozu hesabı tərtib edir. Məhz bu hesabla da 
kommersiya bankları müəssisə və təşkilatları nağd pulla təchiz edir.  
Pul vəsaiti və başqa qiymətlilərin daxil olması və verilməsi üçün kommersiya 
banklarında kassa əməliyyatı şöbəsi fəaliyyət göstərir. Bu şöbədə isə öz 
növbəsində gəlir kassası, xərclər kassası, gəlir və xərclər kassası, axşam kassaları, 
pul dəyişdirmə kassaları, pul gəlirlərinin köçürülməsi kassası mədaxilləri 
inkassator aparatı vasitəsilə daxil olan banklarda mövcuddur. Axşam kassaları isə 
pul vəsaitlərini yalnız axşam qəbul edən banklarda olur. Kassaların sayı bankın 
fəaliyyət xarakteri ilə müəyyən olunur. 
 
 
2.2. Manatın alıcılıq qabiliyyətinə təsir edən amillər. 
Azərbaycan Respublikasında valyuta sisteminin əsasını 1992-ci ildə tədavülə 
buraxılmış manat təşkil edir. Valyuta münasibətləri sahəsində əsas qanunverici akt 
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu hesab olunur. 
Bu qanun ölkədə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta 
tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini, funksiyalarını, hüquqi və 
fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq və bunlardan istifadə etmək, onlar 
barəsində sərəncam vermək sahəsində hüquqlarını, vəzifələrini və valyuta 
qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir.  
Hal – hazırda Azərbaycanda valyuta birjalarında tələb və təklifdən asılı olan 
“üzən” valyuta məzənnəsi fəaliyyət göstərir. Dolların manata olan rəsmi 


59 
 
məzənnəsini Mərkəzi Bank Bakı Banklararası Valyuta birjasının (BBVB) 
nəticələri əsasında müəyyənləşdirir. 
Azərbaycanda valyuta əməliyyatlarını Mərkəzi Bankın müvafiq lisenziyasını 
alan banklar və digər kredit idarələri apara bilər. 
Xarici valyutaların alqı – satqısı səlahiyyətli kommersiya bankları tərəfindən 
həyata keçirilir. Xarici valyutaların alqı – satqısı üzrə sövdələşmələri birbaşa 
olaraq səlahiyyətli banklar öz aralarında, həmçinin Azərbaycan Mərkəzi Bankının 
müəyyənləşdirdiyi qaydalar və şərtlər çərçivəsində fəaliyyət göstərən valyuta 
birjaları ilə həyata keçirə bilərlər. Xarici valyutaların alqı – satqısına səlahiyyəti 
olmayan banklar müdaxilə edə bilməz. 
Azərbaycanda valyuta tənzmini Mərkəzi Bank həyata keçirir. O rezidentlərə 
məxsus olan xarici valyutaların və xarici valyutada ifadə olunan qiymətli 
kağızların dəyişdirilməsi, göndərilməsi qaydasını müəyyənləşdirir, valyuta 
lisenziyalarının verilməsi və valyuta birjalarında valyuta əməliyyatlarına müdaxilə 
edə bilir. 
Azərbaycan Respublikasında valyuta nəzarətini valyuta nəzarəti orqanları və 
onların agentləri həyata keçirir. 
Valyuta nəzarəti orqanları Azərbaycan Respublikasının Mərkəzi Bankı və 
Dövlət Gömrük Komitəsidir. 
Valyuta nəzarəti agentləri isə Azərbaycan Respublikasının Mərkəzi Bankı 
qarşısında hesabat verən müvəkkil banklardır. 
Valyuta nəzarəti orqanları və onun agentləri ölkədə həyata keçirilən valyuta 
ə
məliyyatlarının mövcud qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə 
dərəcədə uyğun gəlməsini və bu əməliyyatlar üzrə uçotun, hesabatın və 
sənədləşmələrin forma və qaydalarını müəyyən edir.  


60 
 
Valyuta məzənnələri beynəlxalq valyuta bazarında müəyyən şərtiliklə 
uzunmüddətli, ortamüddətli və qısamüddətlilərə bölünə bilən çoxsaylı amillərin 
təsiri altında formalaşırlar. 
Məzənnələrin dinamikasına təsir edən uzunmüddətli amillərə pul vahidlərinin 
ə
sas xarakteristikalarını formalaşdıranları – bu və ya digər ölkədə əmək 
məhsuldarlığının səviyyəsini, ümumi milli məhsulun uzunmüddətli artım tempini, 
dünya ticarəti və xarici invesitisiyalarda ölkənin yeri və rolunu aid edirlər. Bu 
amillər pul kütləsi və əmtəə və xidmətləri kütləsi arasında uzunmüddətli mübadilə 
proporsiyalarını, yəni pulun valyuta məzənnəsinin əsasında duran alıcılıq 
qabiliyyətini müəyyənləşdirirlər. 
Ortamüddətli amillərə ölkənin cari əməliyyatlar üzrə tədiyə balansının 
vəziyyətini, uzunmüddətli kapitalların hərəkət balansı saldosunu, depozitlər üzrə 
faiz dərəcələrinin səviyyəsini, bu və ya digər ölkədə daxili qiymətlər arasında 
fərqin artma templərini aid etmək olar. Həmçinin belə amillərə dövlət maliyyəsinin 
vəziyyəti – büdcənin kəsirli  olub olmaması, kəsirlidirsə, nə səviyyədə və s. – aid 
edilməyə başlamışdır.  
nflyasiya və iqtisadi artım parametrlərinin konkret uzlaşması ölkədaxili və 
xarici iqtisadi artım amillərini nəzərə alaraq dövlətin iqtisadi proqramları 
çərçivəsində müəyyənləşməlidir.  nflyasiya problemləri ilə mübarizə apara bilən 
inkişaf etmiş digər ölkələrin iqtisadiyyatında baş verən proseslərə və iqtisadi 
siyasətə nəzər yetirməklə onların bu nailiyyətləri “üzən”, yəni tənzimlənən 
məzənnə rejimi sayəsində əldə etdiyini görmək mümkündür. Belə ki, inkişaf etmiş 
ölkələrdə sərbəst dəyişən (üzən) məzənnələr şəraitində devalvasiya və revalvasiya 
prosesləri gündəlik olaraq valyuta bazarında baş verir.  
Valyuta məzənnəsi qəti müəyyən olunmuş ölkələrdə hər iki proses milli pul 
vahidinin rəsmi valyuta məzənnəsinin qanunvericilik əsasında dəyişməsi yolu ilə 
baş verir. Bu da valyuta sabitliyinə nail olmanın bir yoludur.  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə