Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   2   3   4   5   6   7   8   9   ...   29

 

edilməsində  yaranmış  meyllər  maliyyə  resurslarının  və  maliyyə  bazarlarının 



ə

həmiyyətinin  artması,  biznesin  beynəlmiləşməsinin  güclənməsi  və  iri  transmilli 

ş

irkətlərin inkişafı ilə şərtlənir. Bu reallıq, hər şeydən əvvəl, xüsusi kapitalın idarə 



edilməsi metodlarının ümumiləşdirilməsini və inkişafını nəzərdə tutan maliyyənin 

neoklassik nəzəriyyəsinin təşəkkülünə gətirib çıxarmışdır.  

Maliyyə  menecmenti  maliyyə,  idarəetmə,  uçot  və  təhlil  sahəsindəki  nəzəri 

işləmələri  və  onun  çərçivəsində  hazırlanmış  yanaşmaların  praktiki  tərəflərini 

müvəffəqiyyətlə  əlaqələndirən  iqtisad  elminin  ən  perspektiv  istiqamətlərindən 

biridir.  Maliyyə  menecmenti  maliyyə  nəzəriyyəsi  ilə  mühasibat  uçotu  arasında 

ə

laqələndirici  həlqədir.  Maliyyə  menecmentinin  məzmununa  bir-biri  ilə  sıx 



qarşılıqlı  əlaqəli  məsələlər:  ümumi  maliyyə  təhlili  və  planlaşdırma;  pul 

vəsaitlərinin cari idarə edilməsi; istehsalın rentabellik səviyyəsinin yüksəldilməsini 

təmin  edən  maliyyə  fəaliyyətinin  idarə  edilməsi;  investisiya  fəaliyyətinin  idarə 

edilməsi;  maliyyə  resursları  mənbələrinin  idarə  edilməsi  aid  edilirMaliyyə 

menecmenti  maliyyə,  idarəetmə,  uçot  və  təhlil  sahəsindəki  nəzəri  işləmələri  və 

onun  çərçivəsində  hazırlanmış  yanaşmaların  praktiki  tərəflərini  müvəffəqiyyətlə 

ə

laqələndirən  iqtisad  elminin  ən  perspektiv  istiqamətlərindən  biridir.  Maliyyə 



menecmenti  maliyyə  nəzəriyyəsi  ilə  mühasibat  uçotu  arasında  əlaqələndirici 

həlqədir.  Başqa  sözlə,  maliyyə  menecmentinə  gedən  yolun  başlanğıcı  mühasibat 

uçotundan keçir. Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi 

aşağıdakı səbəblərlə izah olunur: 

-

  bəzi  təsərrüfat  subyektlərində,  xüsusilə  kiçik  müəssisələrdə  maliyyə 



meneceri və mühasib vəzifəsi birləşdirilir; 

-

  maliyyə  xarakterli  qərarlar  mühasibat  uçotunun  informasiyaları  əsasında 



qəbul edilir; 

-

  maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və 



müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir; 

-

  maliyyə xarakterli bir çox vacib qərarların əsaslandırılması uçot obyektinin 



fəaliyyətinin bu və ya digər aspektlərinin başa düşülməsinin adekvat səviyyəsindən 

bilavasitə asılıdır; 




 

-



  maliyyə  menecmentinin  strukturlaşma  məntiqi  və  onun  əsas  bölmələrinin 

məzmunu ən yaxşı halda mühasibat balansına əsaslanır. 

        Bazar  iqtisadiyyatı  strukturlarının  böyük  müstəqilliyə  malik  olduqları  və 

özlərinin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrinə görə səhmdarlar, işçilər, 

banklar və kreditorlar qarşısında tam məsuliyyət daşıdıqları hazırki vaxtda maliyyə 

menecmentinin  təkmilləşdirilməsi  problemlərinin  tədqiqi  xüsusi  aktuallıq  kəsb 

edir. 

        Tədqiqatın  məqsədi  və  vəzifələri.  Dissertasiya  işinin  məqsədi  maliyyə 



menecmentinin  nəzəri-metodoloji  və  əməli  tərəflərinin  tədqiq  edib  öyrənilməsi 

ə

sasında  elmi  cəhətdən  əsaslandırılmış  təklif  və  tövsiyələr  işləyib  hazırlamaqdan 



ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi 

nəzərdə tutulmuşdur: 

       .      maliyyənin  klassik  və  neoklassik  nəzəriyyələrinin  təşəkkülü  və  inkişafı     

mərhələlərinin öyrənilməsi 

•  müəssisədə  maliyyə  menecmentinin  təşkilinin  xüsusiyyətlərinin  öyrənilib 

aşkara çıxarılması; 

•  maliyyə 

menecmentinin 

metodoloji 

və 


konseptual 

planının 

formalaşmasının metodiki səmtlərinin açıqlanması; 

•  maliyyə menecmentinin təkmilləşdirilməsinin başlıca istiqamətləri 

•  təsərrüfat  subyektlərinin  maliyyə  resurslarının  formalaşması,  istifadəsi  və 

idarə edilməsi proseslərinin tədqiq edilməsi; 

•  maliyyə menecmenti sistemində investisiya fəaliyyətinin səmərəli təşkili ilə 

bağlı məsələlərin araşdırılması; 

         Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  predmetini  maliyyə  və 

investisiya təminatı məsələləri, obyektini isə milli iqtisadiyyatın sənaye sektorunda 

biznes fəaliyyəti təşkil edir. 

Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodlarını

  Azərbaycan 

Respublikası  Dövlət  Statistika  Komitəsinin  hesabatları,  respublikamızda  maliyyə 

menecmentinin genişləndirilməsinə həsr edilmiş Dövlət Proqramları təşkil edir. 



Tədqiqatın elmi yeniliyi 

aşağıdakılardan ibarətdir: 




 

•  müəssisədə 



maliyyə 

menecmentinin 

təşkilinin 

təkmilləşdirilməsi 

məsələləri kompleks şəkildə tədqiq edilmişdir; 

•   maliyyə  strategiyasının  işlənib hazırlanması və  reallaşdırılması  prinsipləri 

və metodları araşdırılmışdır;  

•  müəssisənin maliyyə dayanıqlığının kompleks təhlil edilməsi; 

•  qeyri-müəyyənlik  şəraitində  müəssisənin  maliyyələşdirilməsinin  səmərəli 

variantının seçilməsi və qiymətləndirilməsi modeli işlənilmişdir; 

•  Azərbaycanın sahibkarlıq mühitində maliyyə menecmentinin mövcud və- 

ziyyəti  və  investisiya  təminatı  müxtəlif  təhlil  metodlarının  köməyi  ilə 

qiymətləndirilmiş və ehtiyat imkanları aşkara çıxarılmışdır. 

Tədqiqatın  praktiki  əhəmiyyəti

  ondan  ibarətdir  ki,  onun  əsas  müddəaları, 

hazırlanan  əməli  nəticə  və  təkliflər  Respublikamızda  fəaliyyət  göstərən  sənaye 

müəssisələrində  biznesin  inkişafını  sürətləndirməyə,  keyfiyyətcə  yeni  mərhələyə 

qaldırmağa  imkan  verər.  Müəssisədə  maliyyə  menecmentinin  təkmilləşdirilməsi 

üzrə  irəli  sürülən  təklif  və  tövsiyələr  müvafiq  Dövlət  Proqramlarının  işlənib 

hazırlanmasında istifadə oluna bilər 

                          



 

 

             

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə