Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   2   3   4   5   6   7   8   9   ...   29

 

10 


keçirdikləri  nəzarət  vasitəsilə.  Maliyyə  nəzarətinin  gələcək  inkişafı,  onun 

səmərəliliyi  xeyli  dərəcədə  dövlətin  qanunvericilik  bazasının,  zamanın  tələbinə 

uyğun  təkmilləşdirilməsindən  bilavasitə  asılıdır.  Maliyyə  nəzarətini  tənzimləyən 

normativ-hüquqi  baza  bu  nəzarəti  demokratik  dövlətə  xas  olan  keyfiyyətcə  yeni 

səviyyədə 

keçirməyi 

təmin 

etməlidir. 



Maliyyə 

nəzarətinin 

obyekti 

mərkəzləşdirilmiş, 

yəni 

ümumdövlət 



və 

bələdiyyə 

fondlarının 

və 


mərkəzləşdirilməmiş,  yəni  xüsusi  sektorun  pul  fondlarının  qanunvericilikdə 

müəyyən edilmiş qaydalarda təşkili, bölgüsü və istifadəsini nəzərdə tutan fəaliyyət 

təşkil edir. 

      Maliyyənin  bölgü  və  nəzarət  funksiyaları  təsərrüfat  mexanizminin  tərkib 

hissəsi  olan  maliyyə  mexanizmi  vasitəsilə  reallaşdırılır.  Maliyyə  mexanizmi  - 

maliyyə  münasibətlərinin  idarə  edilməsi  üsullarının  məcmusudur.  Maliyyə 

mexanizmi özünə - dövlətdə maliyyə münasibətləri formalarını, mərkəzləşdirilmiş 

və  qeyri-mərkəzləşdirilmiş  pul  vəsaitləri  fondlarının  formalaşması  və  istifadəsi 

qaydalarını,  maliyyə  planlaşdırılması  metodlarını,  maliyyənin   idarə  edilməsi 

formalarını və maliyyə qanunvericiliyini daxil edir. 

      Müasir  dövrdə  xüsusilə  bazar  iqtisadiyyatı  şəraitində  maliyyənin  daha  bir 

funksiyası  da  özünü  qabarıq  şəkildə  göstərməkdədir.  Maliyyənin  tənzimləyici 

funksiyası, onun cəmiyyətdə mövcud ictimai münasibətlərə - iqtisadi, sosial, siyasi, 

ailə, mənəvi, əxlaq və s. münasibətlərin inkişafına təsir etməsində təzahür edir. Bu 

o  deməkdir  ki,  ölkənin  maliyyə  vəziyyətindən  asılı  olaraq,  adı  çəkilən 

münasibətlərin  pozitiv  inkişafı  və  ya  əksinə,  tənəzzülü  baş  verə  bilər.  Lakin 

maliyyə  ehtiyatlarının  səviyyəsinə  və  onun  xərc  istiqamətlərinin  müəyyən 

edilməsinə  də  mənfi  təsir  göstərən  amillər  vardır.  Bunlar  büdcə  kəsiri,  iqtisadi 

böhran,  pul  kütləsinin  əsassız  artımı,  təsərrüfat  fəaliyyətinin  inkişafına  vergi  və 

kredit  mexanizmlərinin  əngəllər  törətməsi  və  ya  onların  qeyri-səmərəliliyinə, 

nəhayət, cəmiyyətdə qeyri-stabillik və s. ola bilər. 

Maliyyə  menecmenti  –  maliyyə  resurslarının  idarə  edilməsi  sistemidir.  Maliyyə 

siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin 

edilməsi  sahəsində  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  idarəetmə 



 

11 


qərarlarını  qəbul  edən  və  bu  qərarları  praktikada  həyata  keçirən  insanları 

ə

laqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir. 



      Maliyyə  menecmenti  maliyyə  sisteminin  bütün  elementlərinə  nüfuz  edir  və 

bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi 

çıxış  edir.  Maliyyə  menecmentinin  əsası  qısamüddətli  və  uzunmüddətli 

perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə 

ə

saslanan  və  maliyyə  xidmətlərinin  fəaliyyət  istiqamətlərini  müəyyənləşdirən 



maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin 

mənbələri  dövlət  maliyyə  orqanlarının  rəsmi  hesabatları,  institusional  bazar 

strukturlarının  (banklar,  investisiya  şirkətləri,  əmtəə,  fond  və  valyuta  birjaları) 

informasiyası,  statistik  məlumatlar,  sahələrarası  və  ölkələrarası  məlumatların 

müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat 

hesabatlarıdır.  Müəssisələr  səviyyəsində  müvafiq  maliyyə  siyasətinin  işlənib 

hazırlanması və qərarlar qəbul edilməsi üçün təsərrüfatdaxili prosesləri daha ətraflı 

açıqlayan  daxili  idarəetmə  informasiyasından  da  istifadə  edilir.  Maliyyə 

menecmentinin  məqsədləri  aşağıdakılardır:  şirkətin  fəaliyyətinin  faydalı  iqtisadi 

nəticəsinin  maksimallaşdırılması,  məsrəflər  minimallaşdırılmaqla  mənfəətin 

maksimallaşdırılması,  şirkətin  iqtisadi  potensialının  artırılması,  bazarda  rəqabət 

qabiliyyətinin təmin edilməsi, mövcud maliyyələşdirmə mənbələrindən daha yaxşı 

istifadə  edilməsi  və  qarşıya  qoyulmuş  məqsədlərə  nail  olmaq  üçün  yeni 

maliyyələşdirmə  mənbələrinin  cəlb  edilməsi,  şirkətin  aktivlərinin  strukturunun 

optimallaşdırılması,  yaxın  gələcəkdə  şirkətin  maliyyə  sabitliyinin  təmin  edilməsi. 

Maliyyə  menecmenti  məqsədlərinə  nail  olmaq  müvafiq  idarəetmə  metodlarının 

tətbiq  edilməsi  sayəsində  mümkündür.  Maliyyənin  idarə  edilməsi  metodları 

konkret tarixi xarakter daşıyır, makro və mikro səviyyələrdə iqtisadi münasibətlər 

inkişaf  etdikcə  bu  metodlar  da  inkişaf  edir.  nkişaf  etmiş  bazar  münasibətləri 

şə

raitində  maliyyənin  idarə  edilməsinin  əsas  metodları  aşağıdakılardır: 



prnoqnozlaşdırma  və  planlaşdırma,  maliyyələşdirmə  və  kreditləşdirmə, 

özünümaliyyələşdirmə,  vergitutma,  sığorta,  lizinq,  trast,  faktorinq,  girov,  maddi 

həvəsləndirmə,  sanksiyaların  tətbiq  edilməsi.  Maliyyə  menecmenti  müəyyən 



 

12 


maliyyə  vasitələri  toplusunun  köməyi  ilə  həyata  keçirilir:  ilkin  vasitələr  –  pul 

vəsaitləri, debitor və kreditor borcları, qısamüddətli maliyyə qoyuluşları – səhmlər 

və istiqrazlar; təkrar vasitələr – opsionlar, fyuçerslər, forvard kontraktları. 

      Şirkətdə  maliyyə  fəaliyyətinin  idarə  edilməsi  xüsusi  olaraq  bu  məqsədlə 

yaradılmış xidmətlər tərəfindən həyata keçirilir. Bir qayda olaraq həmin xidmətlərə 

maliyyə  üzrə  vitse-prezident  və  ya  maliyyə  direktoru  rəhbərlik  edir.  Maliyyə 

xidmətinin  strukturuna  daxil  olan  bölmələr  maliyyə  təhlili,  proqnozlaşdırma  və 

planlaşdırma,  kredit  siyasəti,  pul  vəsaitlərinin  və  qısamüddətli  maliyyə 

qoyuluşlarının  idarə  edilməsi,  vergitutma  və  dövlət  tənzimləmə  orqanları  ilə 

qarşılıqlı  münasibətlər,  investisiya  fəaliyyəti,  eləcə  də  şirkətin  mühasibat 

hesabatının tərtib edilməsi ilə məşğul olurlar. 

        XX  əsrin  ortalarında  iri  biznesin  təşəkkülü  və  milliləşdirilməsi  maliyyə 

bazarlarının  inkişafı  ilə  əlaqədar  şirkətlərin  fəaliyyətinin  maliyyələşdirilməsinin 

ə

sas aləti kimi «maliyyə» termini yeni reallığı nəzərə almaqla dəyişdirilmişdir. Bu 



dəyişiklikdə ən çox xüsusi biznes sferasında maliyyə resurslarının dövr etməsi ilə 

ə

laqədar motivlərin alınması nəzərə çarpır. 



Müasir iqtisadi lüğətdə göstərilir ki, «maliyyə» terminini dar mənada monitar 

formada  kapital  kimi,  yəni  maliyyə  bazarının,  yaxud  maliyyə  institutunun 

köməyilə  uzunmüddətli  məqsəd  üçün  ayrılmış,  yaxud  alınmış  fondlar  kimi 

aydınlaşdırmaq  olar.  Geniş  mənada  bu  termin  istənilən  mənbədən  alınmış  və 

istənilən məqsədlər üçün istifadə olunmuş fondlara şamil edilir.  

Maliyyə menecmenti firmanın (müəssisənin) qarşısında duran məqsədlərə nail 

olmaq  kontekstində  müstəsna  rol  oynayır.  Müəssisə  maliyyəsinin  idarə  edilməsi 

sisteminin  formalaşması  və  strukturlaşması  onun  qarşısında  duran  məqsədli 

tapşırıqların  prioritetliyi  əsasında  həyata  keçirilir,  yəni  yaradılan  sistem  həm 

ümumfirma, həm də dar funksional xarakterli müəyyən məqsədlərə çatmağa səbəb  

olsun.  

Aydındır ki, ümumi halda iqtisadi məqsədlərin məcmusu haqqında danışmaq 

olar.  Həmin  məqsədlərə  nail  olunması  firmada  maliyyə  menecmenti  sisteminin 

uğurla 


fəaliyyət 

göstərməsi, 

xüsusilə 

müflisləşmə 

və 

iri 


maliyyə 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə