Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

 

23 


cəmiyyətin  ən  varlı  və  kasıblar  təbəqəsinə  parçalanmasına,  sosial  gərginliyin 

artmasına  səbəb  ola  bilər.  Digər  iqtisadçılar,  məsələn  M.Fridman,  Dj.Xiks  və 

başqaları  isə  əksinə  iqtisadi  proseslərə  dövlətin  müdaxiləsinin  yolverilməz 

olduğunu  söyləyirlər.  Onlar  hesab  edirlər  ki,  biznes  fəaliyyəti  ilə  məşğul  olan 

firmanın  əsas  funksiyası  tələb  olunan  məhsulun  buraxılışı  və  mənfəətin 

alınmasıdır.  Yalnız  dövlətin  müdaxiləsindən  azad  iqtisadi  münasibətlər  istehsalın 

səmərəliliyinin  yüksəldilməsini  və  demokratik  cəmiyyətin  inkişafını  təmin  edir. 

Real  iqtisadi  proseslər  isə  axırıncı  nöqteyi-nəzərə  yol  vermir.  qtisadi 

münasibətlərin  inkişafı  təkcə  xüsusi  kapitalın  nəzarəti  altında  gedə  bilməz,  bu 

prosesdə dövlət, fəhlələrin həmkarlar ittifaqı, istehlakçılar qrupu və başqa ictimai 

təşkilatlar iştirak etməlidirlər.  

Hazırda  elə  bir  ölkə  yoxdur  ki,  iqtisadiyyatın  inkişafının  idarə  edilməsində, 

maliyyə fəaliyyətinin tənzimlənməsində, uçot stavkalarına nəzarətdə dövlətin bu və 

ya digər dərəcədə rolu hiss edilməsin. 

Obyekt-məqsədli  yanaşmanın  əsasını  idarəetmə  obyektlərinin  strukturi-

zasiyası  təşkil  edir,  yəni  məntiqi  sual  yaranır:  «Maliyyə  meneceri  nəyi  idarə 

etməlidir?». 

Prosedur-məqsədli  yanaşma  maliyyə  menecmentinin  prosedurlarının 

strukturizasiyasına əsaslanır, yəni məntiqi sual yaranır: «Müəssisənin fəaliyyətinin 

ə

sas  məqsədinə  nail  olunması  üzrə  tədbirlər  sistemində  hansı  əsas  prosedurları 



maliyyə meneceri yerinə yetirməlidir?». 

Obyekt-prosedur  yanaşması  maliyyə  menecerinin  fəaliyyətinin  statik  və 

dinamik  aspektlərinin  birləşdirilməsi  hesabına  yuxarıda  deyilənləri  sintez  edir. 

Burada  məntiq  aydındır  və  ona  əsaslanır  ki,  birinci  və  ikinci  yanaşmalarda  zəif 

cəhətlərin olması istisna deyil. 

Maliyyənin  idarə  edilməsinin  nəzəriyyəsi  və  praktikası  sahəsində  baxılan 

yanaşmalar  ingiltərə-amerika  məktəbinin  din  nümayəndələrinin  ideyalarına 

ə

saslanır. 



Məqsədi  pul  axınlarını  optimallaşdırmaq  olan  maliyyənin  idarə  edilməsi 

sisteminə ikisəviyyəli model kimi baxmaq məqsədəuyğundur: 




 

24 


−  makrosəviyyə  –  dövlətin  və  yerli  idarəetmə  orqanlarının  maliyyələrinin 

idarə edilməsi; 

−  mikrosəviyyə – təsərrüfat subyektlərinin maliyyələrinin idarə edilməsi. 

Makrosəviyyədə  maliyyənin  idarə  edilməsinin  əsas  vəzifəsi  dövlət  və 

bələdiyyə büdcələri və kreditlərini idarə etmək,  monitar və fiskal siyasəti hə-yata 

keçirməkdir. Makrosəviyyədə maliyyənin idarə edilməsinin məntiqi və prinsipləri 

sahibkarlıq  sektorunun,  yəni  təsərrüfat  subyektlərinin  maliyyəsi-nin  idarə 

edilməsində baza parametrlərini və məhdudiyyətləri müəyyənləş-dirirlər. Bununla 

belə  istənilən  müəssisə  bəzi  sistemləri,  təsərrüfat  subyekt-lərinin  maliyyəsinin 

idarə  olunması  sisteminin  konseptual  əsasları  kimi  təsnifləşdirilən  müəyyən 

standartlar  və  qaydaların  nəzəri  ümumiləşdirilməsi  üzrə  həyata  keçirilən 

maliyyənin  idarə  olunmasını  ifadə  edir.  Sözsüz  ki,  təsərrüfat  subyektləri  çoxlu 

parametrlərinə:  fəaliyyət  növlərinə,  müəssisənin  ölçüsünə,  aktivlərin  strukturuna, 

maliyyə  strukturuna  və  s.  görə  fərqlənirlər  ki,  bu  da  hər  bir  konkret  müəssisədə 

maliyyənin  idarə  edilməsi  sisteminə  bilavasitə  təsir  edir,  lakin  onun  fəaliyyət 

məntiqi variantsız olaraq qalır. 

Məhz  bu  məntiqin  təsviri  elmi  istiqamət  kimi  maliyyə  menecmentinin 

məzmununu  zənginləşdirir;  bununla  belə  onun  digər  tərəfi  –  maliyyənin  idarə 

edilməsinin  metod  və  üsullarının  praktiki  realizasiyası  mövcuddur.  Başqa  sözlə, 

maliyyə  menecmentini  həm  elmi,  həm  də  praktiki  aspektdən  xarakterizə  etmək 

olar. Birinci halda söhbət bu elmi istiqamətin konseptual əsaslarının təsviri, ikinci 

halda  isə  təsərrüfat  subyektinin  maliyyəsinin  idarə  edilməsinin  konkret  metod  və 

üsulları barədə gedir. 

Maliyyə  menecmentinin  mahiyyəti  mümkün  nəticənin  alınması  məqsədilə 

maliyyə  axınlarını  optimallaşdırmaqdan  ibarətdir.  Çoxlu  axınların,  xüsusilə 

müəssisəyə  kənardan  daxil  olanların  rəqs  etməsi,  bir  qayda  olaraq,  maliyyə 

müqavilələri  şəklində  tərtib  olunmuş  bəzi  maliyyə  münasibətlərinin  qurulmasının 

nəticəsidir.  Axının  iki  əsas  xarakteristikası  olur:  axının  əvvəli,  yəni  maliyyə 

resursları  haradan  alınmışdır;  axının  sonu,  yəni  bu  resurs  hara  yatırılıb.  Bundan 

başqa,  nəqədərki  axınların  çoxluğu  və  qarşılıqlı  əvəz  olunması  vardır,  maliyyə 




 

25 


menecmenti çərçivəsində həm yaranma mənbələri üzrə, həm də investisiyalaşdırma 

variantları üzrə axınların optimal stukturu barədə məsələ ortaya qoyulur. Beləliklə, 

maliyyə  menecmenti  maliyyə  mexanizmləri,  resurslar,  maliyyələşmə  mənbələri, 

maliyyə nəticələri, cari pul axınları kimi baza elementlərinə ayrılır. 

Məlum olduğu kimi, elm  həqiqət  haqqında obyektiv biliklərin formalaşması  

və  nəzəri  cəhətdən  sistemləşdirilməsi  üçün  insanın  fəaliyyət  sferasını  ifadə  edir. 

Təsərrüfat  subyektlərinin  maliyyə  fəaliyyətinə  həmçinin  bu  subyektin 

xüsusiyyətlərinə münasibət üzrə variantlaşmış müəyyən qanunauyğunluqlar xasdır. 

Maliyyə  menecmenti  çərçivəsində  həmin  qanunauyğunluqlar  sistemləşdirilir  və 

buna görə də maliyyə  menecmenti öz kateqoriya aparatı və alətləri olan müstəqil 

elmi istiqaməti ifadə edir. 

Maliyyə  menecmentinin  konseptual  əsasları  dedikdə  əhatə  olunan  siyasi-

iqtisadi  mühit  kontekstində  təsərrüfat  subyektinin  maliyyə  fəaliyyətinin  idarə 

edilməsi  sisteminin  fəaliyyət  məntiqi,  strukturu  və  prinsiplərini  müəyyənləşdirən 

nəzəri biliklərin məcmusu başa düşülür. 

Maliyyə    menecmentinin    konseptual    əsaslarını    (CFjm)  qarşılıqlı    əlaqəli 

səkkiz elementlərdən ibarət olan model şəklində təqdim etmək məqsədəuyğundur  

 

CFjm = {S1, OT, SC, BC, FP, MM, SS}, 



 

harada,  S1 – iştirakçıların maraqları; 

OT – maliyyənin idarə edilməsi sisteminin məqsədlərinin ierarxiyası; 

SC – kateqoriya sistemi; 

BC – baza (fundamental) konsepsiya sistemi; 

FP – maliyyə prosesləri; 

MM – elmi-praktiki instrumentariya (metodlar, modellər, üsullar və  

 

 alətlər); 



FM – maliyyə mexanizmləri; 

SS – təminedici altsistemləri. 

ş

tirakçıların  maraqları.  Təsərrüfat  subyekti  insan  amilinin  mütləq  və  üstün 



iştirakı  ilə  resursların  məcmusu  kimi  müəyyən  edilən  sosial-iqtisadi sistemi  ifadə 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə