Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 

29 


Mülkiyyətçinin  və  iştirakçının  prinsipləri  müəyyən  dərəcədə  qarşılıqlı  asılı 

şə

kildə olurlar. Əgər müəssisə özünün səhmdarlarına müvafiq gəlir gətirə bilmirsə, 



onda  öz  fəaliyyətini  genişləndirmək  üçün  əlavə  səhmdar  kapitalı  əldə  etmək 

imkanı olmur. Müəssisə hər hansı səbəbdən yüksək gəlir götürmürsə, o borc vəsaiti 

cəlb etmək və mənfəətdən investisiya üçün istifadə etmək,  müəssisə fəaliyyətinin 

iştirakçılarının  tələbatını  ödəmək  üçün  kifayət  qədər  vəsaitə  malik  olmayacaqdır. 

Deməli,  müəssisənin  inkişafı  üçün  mənfəət  mühüm  əhəmiyyətə  malikdir.  Əgər 

müəssisənin  müvafiq  pul  vəsaitləri  axını  yoxdursa,  onda  o  öz  səhmdarlarına 

dividend  ödəyə  və  onların  investisiya  imkanlarını  təmin  edə  bilməz  ki,  bu  da  öz 

fəaliyyətini  artırmaq  və  genişləndirmək  üçün  əlavə  səhmdar  kapitalı  cəlb  etmək 

imkanını məhdudlaşdıra bilər. 

Direktorlar  Şurasının  və  onların  təyin  etdikləri  inzibati  aparatın  vəzifəsi 

müəssisənin  iştirakçılarının  hər  bir  qrupunun  qanuni  tələbatının  ödənilməsi  üçün 

kifayət  qədər  mənfəətin  alınmasını  təmin  edə  bilən  müəssisənin  strategiyası  və 

taktikasını işləyib hazırlamaqdır. 

Maliyyənin  idarə  edilməsi  funksiyasına  baxarkən  müəssisənin  ümumi  idarə 

olunmasının  spesifik  aspektlərini  nəzərə  almaq  vacibdir.  Bu  halda  müəssisənin 

ümumi  idarə  edilməsini  xarakterizə  edən  bəzi  məsələləri,  məsələn,  sosial 

mədəniyyəti nəzərə almamaq lazımdır. 

Maliyyənin idarə edilməsini maliyyə menecerinin fəaliyyət sferası və vəzifəsi 

kimi müəyyənləşdirmək olar. Maliyyə meneceri müəssisənin ümumi strukturunda 

ə

həmiyyətli  yer  tutur.  Müəssisənin  idarə  edilməsinin  təqribi  strukturu  aşağıdakı 



şə

kildə təqdim edilir. 

 



 

30 


 

Şəkil5. Müəssisənin idarə edilməsinin təqribi strukturu 

Ə

gər  əvvəllər  maliyyə  menecerinin  rolu  sadəcə  ən  əlverişli  şəraitdə  şirkətin 



sahibkarlıq fəaliyyətini maliyyə vəsaitləri ilə təmin etmək kimi başa düşülürdüsə, 

müasir dövrdə bu rol əhəmiyyətli dərəcədə genişlənmişdir. Belə ki, müəssisəni pul 

vəsaitləri  ilə  səmərəli  şəkildə  təmin  etməklə  yanaşı,  müəssisə  daxilində  maliyyə 

resurslarından  effektiv  istifadənin  müəyyənləşdirilməsi  vəzifəsini  də  maliyyə 

menecerləri  yerinə  yetirirlər.  Maliyyə  menecerinin  əsas  vəzifəsi  aşağıdakılardan 

ibarətdir: 

− 

ə

lverişli şərtlərlə müəssisəni maliyyə resursları ilə təmin etmək; 



− 

alınmış maliyyə resurslarından effektiv istifadəni təşkil etmək. 

Maliyyə  meneceri  müəssisənin  büdcə  planının  tərtibi,  müəssisənin 

kapitallaşmış  dəyərinin  artırılması,  investisiya  layihələrinin  qiymətləndiril-məsi, 

müəssisənin  qiymət  siyasətinin  müəyyənlənşdirilməsi,  məhsulun  satış  bazarının 

öyrənilməsi üzrə vəzifələri yerinə yetirir. 

qtisadiyyatın 

müxtəlif 

sahələrində 

müəssisənin 

fəaliyyətinin 

maliyyələşdirilməsi  üsulları  əhəmiyyətli  dərəcədə  fərqlənir.  Bəzi  şirkətlər  üçün 

borc  maliyyələşdirilməsinin  yüksək  məbləği  səciyyəlidir,  halbuki  başqaları  üçün 

borc  maliyyələşdirməsi  praktiki  yox  dərəcəsindədir.  Belə  olan  halda  müəssisənin 

fəaliyyətinin  maliyyələşdirilməsinin  müxtəlif  növlərini  əlaqələndirməklə  optimal 

variantın seçilməsi vacibdir. 

Baş direktor 

 

Təchizat üzrə 



menecer 

stehsal üzrə 

menecer 

Kadrlar üzrə 

menecer 

Maliyyə 


meneceri 

Təminat üzrə 

menecer 

darəetmə 

uçotu üzrə 

ş

öbə 



Maliyyə 

mühasibat-

çılığı 

 

Xəzinədar 



Kredit 

ş

öbəsi 



nformasiyaların 

toplanması və 

emalı şöbəsi 



 

31 


Aktivləri  cəlb  etdikdən  və  biznesin  inkişafı  üçün  lazımi  maliyyələşdirmə-ni 

həyata  keçirildikdən  sonra  onların  effektiv  idarə  edilməsinə  zəruriyyət  yaranır. 

Müxtəlif növ aktivlər maliyyə menecerlərindən müxtəlif dərəcəli məsuliyyət tələb 

edir.  Belə  ki,  maliyyə  meneceri  dövriyyə  vəsaitlərinin  idarə  olunması  məsələsinə 

daha ciddi yanaşmalıdır. Çünki əsas vəsaitlərin idarə olunmasına görə məsuliyyətin 

çox hissəsini istehsal bölmələrinin rəhbərləri daşıyırlar. 

Maliyyə  menecmentinin  mühüm  aspekti  aktivlərin  lazımi  səviyyəsi  və 

strukturunun təmin edilməsi, biznesin maliyyələşdirilməsi mənbələri və üsullarının 

axtarılıb  tapılması  ilə  əlaqədardır.  Maliyyə  menecerinin  sərəncamında  kifayət 

qədər maliyyələşdirmə mənbələrinin geniş spektri vardır.  

 

                  1.3 Müəssisə maliyyəsinin təşkilinin nəzəri əsasları. 

       Müasir bazar iqtisadiyyatında müxtəlif mülkiyyət formalı çox növlü təsərrüfat   

subyektləri  əsas  rol  oynayırlar.  Təsərrüfat  subyekti  hüquqi  şəxsdir,  mövcud 

qanunvericiliyə  uyğun  olaraq  dövlət  qeydiyyatından  keçir  və  qarşıya  qoyulan 

məqsədə nail olmaq üçün fəaliyyət göstərir.  

Yaranma  məqsədindən  və  fəaliyyətindən  asılı  olaraq  təsərrüfat  subyektləri 

kommersiya  və  qeyri-kommersiya  təşkilatlarına  bölünürlər.  Kommersiya  

təşkilatının  əsas  məqsədi  mənfəət  əldə  etmək  və  onu  iştirakçılar  arasında 

bölüşdürməkdir. Qeyri-kommersiya təşkilatının məqsədi isə sosial   məsələləri həll 

etməkdir, əgər təşkilat sahibkarlıq fəaliyyət ilə məşğul olursa, onda alınan mənfəət 

iştirakçılar arasında bölüşdürülmür, yalnız sosial və digər ictimai faydalı məqsədlər 

üçün istifadə edilir. 

 Kommersiya təşkilatları bazar iqtisadiyyatının özəyini təşkil edir.  qtisadi və 

hüquqi ədəbiyyatlarda bu özəyin müxtəlif cür adlandırılmasına rast gəlinir: firma, 

ş

irkət, müəssisə, təşkilat və s. 



Məlum olduğu kimi müasir iqtisadi nəzəriyyə iki hissədən: mikroiqtisadiyyat 

və  makroiqtisadiyyatdan  ibarətdir.  Mikro  və  makroiqtisadi  sistemlər  biri-birini 

tamamlayan vahid iqtisadi sistemin tərkib hissələridir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə