Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   2   3   4   5   6   7   8   9   ...   29

 

16 


Rusiyada maliyyənin inkişafında N. . Turqenyevin 1818-ci ildə nəşr olunmuş 

«Vergilər  nəzəriyyəsi  təcrübəsi»  adlı  əsəri  təqdirəlayiq  hal  kimi  qiymətləndirilir. 

O,  vergilərin  yaranma  tarixini  qısa  təsvir  etmiş,  vergi  siyasətinin  prinsiplərini 

formalaşdırmış,  vergilərin  müxtəlif  təsnifatını  göstərmiş,  hər  bir  verginin  iqtisadi 

mahiyyətini açmış, kapitalın müxtyəlif növlərinin traktovkasını vermişdi. 

 

  



 

XIX əsrin əvvəlində artıq başa düşüldü ki, maliyyə elminin məzmunu yalnız 

vergilər  və  rüsumlardan  ibarət  deyil,  dövlət  krediti  onun  mühüm  komponentidir. 

Bu istiqamətdə ilk sistemləşdirilmiş əsəri M.F. Orlov yazmış və 1833-cü ildə çap 

etdirmişdir.  O,  kredit  anlayışına  aydınlıq gətirmiş,  dövlət  krediti  ilə xüsusi  kredit 

arasındakı fərqi müəyyənləşdirmiş, dövlət kapitalının yaranmasının əsas mənbələri 

kimi  vergilərin  və  istiqrazların  əhəmiyyətini  əsaslandırmış,  həmin  mənbələr 

arasındakı  prinsipial  fərqi  açıqlamış,  vergiqoyma  və  kredit  sahəsində  qərb 

ölkələrinin təcrübəsini ümumiləşdirmişdir.  

Dövlətin maliyyələşdirmə sistemi  

Birbaşa  

Qaytarılan  

Bağışlanan  

Qarışıq  

Dolayı  

Vergi ödənişi 

üzrə güzəştlər 

Sürətləndirilmiş 

amortizasiya 

ayırmaları hüququ 

Fərdi ixtiralar üçün 

dövlət patent ödənişinin 

səviyyəsinin azaldılması 

Həyata keçirilən müxtəlif 

ixtiralar üçün patent 

ödənişinin müddətinin 

uzadılması 

Şəkil 1. Dövlətin maliyyələşdirmə sisteminin prinsipial quruluş




 

17 


      Maliyyənin  idarə  edilməsi  bütün  iqtisadi  formasiyalarda,  o  cümlədən  planlı 

iqtisadiyyatda  mövcud  olmuşdur.  “Maliyyə  menecmenti”  anlayışı  isə  bazar 

iqtisadiyyatı  şəraitində  maliyyənin  idarə  edilməsini  ifadə  edir.  XX  əsrdə  maliyyə 

elmində edilmiş çoxlu yeniliklərdən iki istiqaməti – portfel nəzəriyyəsi və kapitalın 

strukturu  nəzəriyyəsi  iri  şirkətlərin  maliyyəsinin  idarə  edilməsi  elminin  və 

texnikasının  əsas  mahiyyətini  ifadə  edir,  çünki  iki  prinsipial  suala:  maliyyə 

resurslarını  haradan  almaq  və  hara  yönəltmək  suallarına  cavab  verməyə  imkan 

verir.


  

 

XX  əsrin  ortalarında  maliyyənin  neoklassik  nəzəriyyəsinə  dair  sanballı 



monoqrafiyalar  nəşr  olunmuşdur.  Bununla  belə  həmin  əsərlərdə  müəyyən 

spesifiklik  müşahidə  olunur,  yəni  maliyyə  nəzəriyyəsi  üzrə  elmi  ədəbiyyatlarda 

Müəssisənin maliyyə 

resurslarının idarə 

edilməsi üzrə strateji 

məqsəd və vəzifələrin 

müəyyən edilməsi 

Maliyyə resurslarının 

hərəkətinin idarə 

edilməsi üzrə müvafiq 

maliyyə metodları və 

qaydalarının seçilməsi  

Müəssisənin inkişaf 

proqramı üzrə 

tədbirlərin və maliyyə 

planının tərtib edilməsi 

Tədbirlərin və planın 

həyata keçirilməsi üzrə 

qərarın icrası 

Qərarın yerinə 

yetirilməsinə nəzarət 

Müəssisənin 

maliyyələşdirilməsi 

prosesinin idarə 

edilməsinin 

tənzimlənməsi 

Həyata keçirilən 

tədbirlərin nəticələrinin 

qiymətləndirilməsi  

Şəkil 2. Maliyyə menecmentinin prinsipial sxemi 




 

18 


kapital bazarının problemləri geniş şərh olunmuş, şirkətlərin maliyyə resurslarının 

idarə  edilməsi  məsələlərinə  çox az  yer  ayrılmışdır.  Şübhəsiz ki,  maliyyənin  idarə 

edilməsinin nəzəri əsaslarını bilmək zəruridir. Lakin onun tətbiqi aspektləri də az 

ə

həmiyyət  kəsb  etmir.  Məhz  axırıncı  amil  1960-cı  illərdə  firmanın  maliyyəsinin 



idarə  edilməsinin  metodologiyasına  və  texnikasına  həsr  olunmuş  elm  kimi 

«maliyyə  menecmenti»  tətbiqi  fənnin  təşəkkülünə  xidmət  etmişdir.  Bu  yeni  fənn 

üzrə  ilk  monoqrafiya  1962-ci  ildə  Dj.Uyeston  və  T.Kauplyend  tərəfindən 

yazılmışdır.  ndi  artıq  demək  olar  ki,  maliyyə  menecmenti  təkcə  müstəqil  elmi 

istiqamət və praktiki fəaliyyət kimi deyil, həm də ali məktəblərdə tədris fənni kimi 

təşəkkül tapmışdır. 

«Dövlət  ehtiyac  olmadan  biznesə  müdaxilə  etməməlidir»  prinsipi  bir  çox 

ölkələrdə  biznesin  təşkilinin  mühüm  prinsiplərindən  birinə  çevrilmişdir  ki,  bu  da 

ngiltərə-Amerika  modelindən  istifadə  edən  ölkələrdə  mühasibat  uçotunun 

tənzimlənməsi  sisteminə  bilavasitə  təsir  etmişdir.  Maliyyə  sahəsində  ən  yaxşı 

ə

sərlərdən biri olan K.Payın ikicildlik əsəri alman dilindən tərcümə edilib 1832-ci 



ildə Rusiyada nəşr olunmuşdur.  

 

Dövlətin maliyyələşdirmə sistemi  



Birbaşa  

Qaytarılan  

Bağışlanan  

Qarışıq  

Dolayı  

Vergi ödənişi 

üzrə güzəştlər 

Sürətləndirilmiş 

amortizasiya 

ayırmaları hüququ 

Fərdi ixtiralar üçün 

dövlət patent ödənişinin 

səviyyəsinin azaldılması 

Həyata keçirilən müxtəlif 

ixtiralar üçün patent 

ödənişinin müddətinin 

uzadılması 

Şəkil 3. Dövlətin maliyyələşdirmə sisteminin prinsipial quruluş




 

19 


      Dünya 

təcrübəsini 

Azərbaycan 

şə

raitinə 



uyğunlaşdırmaq, 

maliyyə 


menecmentinin  inkişaf  konsepsiyasını  işləyib  hazırlamaq  zəruridir.  Bunun  üçün 

inkişaf  etmiş  qərb  ölkələrində  maliyyə  menecmentinin  inkişaf  mərhələlərini  və 

qanunauyğunluqları  müəyyənləşdirmək,  həmin  mərhələləri  şərtləndirən  amilləri 

aşkara  çıxarmaq  lazımdır.  Bu  qanunauyğunluqlar  qərb  ölkələrində  maliyyə 

menecmentinin  təşəkkül  prosesini  xarakterizə  edən  tarixi  hadisələrin  obyektiv 

ə

laqələrini  ifadə  edir,  həmçinin  Azərbaycanda  maliyyə  menecmentinin  spesifik 



cəhətlərini,  onun  inkişafına  yanaşmaların xüsusiyyətlərini dəqiq  müəyyən  etməyə 

imkan verir.  

Maliyyə  menecmentinin  təşkili  xüsusiyyətlərini  tam  açıqlamaq  üçün  ilk 

növbədə onun mahiyyətini, bütünlükdə maliyyənin idarə edilməsi problemlərini və 

istiqamətlərini  açıqlamaq  lazımdır.  Maliyyə  menecmenti –  maliyyə  ilə bağlı peşə 

fəaliyyətinin  növü  olmaqla  firmaların  maliyyəsinin  idarə  edilməsi  ilə  məşğuldur. 

Bazar münasibətləri şəraitində hər bir sahibkar firmanın başlıca vəzifəsi maliyyə-

təsərrüfat  fəaliyyətinin  yaxşılaşdırılması  əsasında  mənfəət  artımını,  firma 

səhmlərinin  məzənnə  dəyərinin  yüksəldilməsini  təmin  etməkdən,  investisiya 

layihələrinin  səmərəliliyini  artırmaqdan,  firmanın  maliyyə  resurslarını,  dövriyyə 

aktivlərini  səmərəli  halda  idarə  etməkdən  və  sairdən  ibarətdir.  Həmin  tələblər  

baxımından  maliyyə  menecmenti  özünə  firmaların  maliyyə  siyasətinin 

formalaşmasını,  maliyyə  məsələləri  üzrə  tədbirlərin  konkretləşdirilməsi 

məsələlərini,  firma  rəhbərliyinin,  onun  istehsal  və  funksional  bölmələrinin 

informasiya  təminatını,  maliyyə  hesabatının  tərtib  edilməsini  və  s.  daxil  edir. 

Deməli,  burada  maliyyə  ilə  idarəetmə  kateqoriyaları  bir-birinə  üzvi  bağlı  olan 

vəhdət  təşkil  edir.  Bu  baxımdan  maliyyə  çoxmənalı  və  çoxaspektli  iqtisadi 

kateqoriyadır.  O,  dövlətin,  təsərrüfat  subyektlərinin,  hüquqi  və  fiziki  şəxslərin 

gəlirlərinin  əmələ  gəlməsi  (formalaşması),  bölüşdürülməsi  və  yenidən 

bölüşdürülməsi  proseslərini,  müxtəlif  pul  vəsaitlərinin  hərəkətini,  geniş  iqtisadi 

münasibətləri  əhatə  edir.  Ona  görə  də  maliyyənin  idarə  edilməsi  problemləri 

menecmentin  mexanizminin  iqtisadi  metod  baxımından  bütün  elementlərini 

özündə əks etdirir. Adı çəkilən problemlərə əsasən aşağıdakılar daxildir: 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə