Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   2   3   4   5   6   7   8   9   ...   29

 



          Fəsil 1. Maliyyə menecmentinin nəzəri-metodoloji əsasları. 



1.1.

 Maliyyə menecmenti  yaranma tarixi. 

        Maliyyə  müasir  cəmiyyətin  inkişafının  mühüm  elementlərindən  biridir. 

Soruşulan  hər  yüz  nəfərin  doxsan  doqquzu  «Maliyyə  nədir?»  sualına  «Puldur» 

deyə  cavab  verəcəkdir.  Doğrudan  da  maliyyənin  tarixi  adı  pul  münasibətlərini 

ifadə  edir.  Bu  anlayış  qədim  latın  sözü  olan  “financia”sözündən  götürülüb,  hərfi 

mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi 

XIII-XV  əsrlərdə  taliyada  tətbiq  olunmağa  başlanmışdır.  Sonralar  bu  istifadə 

olunmağa  başlamış  və  beynəlxalq  status  almışdır.  Maliyyə  anlayışı  pul 

münsibətlərini  əhatə  etmir.  Pul  münasibətləri  maliyyə  münasibətlərinə  nisbətən 

daha geniş anlayışdır. Hazırkı şəraitdə hər bir cəmiyyətdə bir sıra pul münasibətləri 

fəaliyyət  göstərir.  Bunlara  aiddir:  dövlətlə  müəssisələr,  dövlətlə  əhali,  ayrı-ayrı 

müəssisələr,  müəssisələrlə  əhali  arasında  olan  münasibətlər.  Maliyyə 

münasibətlərini fərqləndirən bir sıra xüsusi elementlər vardır: 

1.  Maliyyə  münasibətləri  bölgü  xarakteri  daşıyır,  yəni  ÜMM  və  milli  gəlirin 

bölgüsü və yenidən bölgüsü ilə əlaqədardır. 

2. Maliyyə münasibətləri bilavasitə dövlətlə əlaqədardır. 

3. Maliyyə  münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. 

Onlar  bu  və  ya  digər  səviyyələrdə  (dövlət,  müəssə,  təşkilat)  pul  fondlarının 

yaradılması iqtisadi münasibətlər sistemini ifadə edir. Bu münasibətlərin hər üçünə 

uyğun  olan  pul  münasibətləri  maliyyə  münasibətlərinə  aiddir.  Yuxarıdakı  təhlil 

göstərir  ki,  maliyyə  iqtisadi  münasibətləri  ifadə  edir  və  deməli,  iqtisadi  bazisin 

tərkibinə  daxildir.  Bazis  dedikdə  üst  qurumun  əsasında  duran  istehsal 

münasibətlərinin  məcmusu  başa  düşülür.  Maliyyə  iqtisadi  bazisin  elementidir  və 

iqtisadi  kateqoriya  kimi  çıxış  edir.  Çünki  hər  şeydən  əvvəl  o,  istehsal 

münasibətlərinin  müəyyən  tərəflərini  universal  və  mücərrəd  formada  ifadə  edir, 

tarixi  səciyyə  daşıyır.  Maliyyənin  mahiyyətinin  müəyyən  olunması  zamanı  da 

iqtisadçılar  arasında  böyük  fikir  ayrılığı  yaranır.  Onlardan  bəziləri  maliyyənin 

bölgü  kateqoriyası,  digərləri  istehsal  kateqoriyası,  üçüncü  qrup  isə  geniş  təkrar 

istehsal  kateqoriyası  kimi  qiymətləndirirlər.  Məlum  olduğu  kimi  geniş  təkrar 




 

istehsal  4  mərhələdən  ibarətdir:  istehsal  –  bölgü  –  mübadilə  –  istehlak.  Beləliklə 



maliyyəyə belə tərif vermək olar: Maliyyə pul fondlarının yaradılması və istifadəsi 

ilə əlaqədar olan pul-bölgü münasibətlərinin məcmusuna deyilir. 

      Ümumiyyətlə,  mаliyyə  bir  еlmi  аnlаyış  кimi  аdətən  еlə  prоsеslərin 

məcmusudur  кi,  ictimаi  həyаtdа  müхtəlif  fоrmаlаrdа  təzаhür  еtsə  də  höкmən  pul 

vəsаitlərinin  hərəкəti  ilə  müşаyiət оlunur.  Müəssisələrdə təsərrüfаt dахili  təyinаtа 

mаliк оlаn fоndlаrın yаrаdılmаsı üçün mənfəətin bölüşdürülməsi, vеrgilərin dövlət 

büdcəsinə  ödənilməsi,  büdcədən  кənаr  fоndlаrа  və  хеyriyyə  fоndlаrınа  vəsаit 

к

öçürülməsi  zаmаnı  höкmən  pul  vəsаitinin  hərəкəti  müşаhidə  оlunur.  Nə  qədər 



nəzərə  çаrpаn  оlsа  dа,  pul  vəsаitinin  hərəкəti  özlüyündə  mаliyyənin  mаhiyyətini 

а

çа bilmir. Mаliyyənin mаhiyyətinin öyrənilməsi üçün bütün mаliyyə ünsürlərinin 



dахili təbiətini хаrакtеrizə еdən хüsusiyyətləri bilməк lаzımdır. 

      “Maliyyə”  anlayaşı   pul   və  əmtəə-pul   münasibətlərilə  qırılmaz  surətdə 

ə

laqədardır.  Əmtəə-pul  münasibətləri  şəraitində  pulun  hərəkətinin  fasiləsiz 



prosesində  onların  bir  sahibkardan  digərinə  keçidi  baş  verir.  Pul  maliyyənin 

mövcudluğunun mütləq şərtidir. 

      Mаliyyəni digər bölgü каtеqоriyаlаrındаn fərqləndirən mühüm хüsusi əlаmət 

о

ndаn  ibаrətdir  кi,  mаliyyə  münаsibətləri  mаliyyə  rеsurslаrı  fоrmаsındа  оlаn  pul 



gəlirləri və pul yığımlаrı fоndlаrının təşкili ilə əlаqədаrdır. Bu şərt bütün ictimаi-

iqtisаdi  fоrmаsiyаlаr  üçün  ümumidir.  Аncаq  ictimаi-iqtisаdi  fоrmаsiyаnın  sоsiаl 

təbiətinin  dəyişməsindən  аsılı  оlаrаq  mаliyyə  rеsurslаrının  təşкili  və  istifаdəsinin 

fоrmа və mеtоdlаrı dəyişilir və təкmilləşdirilir. 

      Bеləliкlə,  mаliyyə  -  məcmu  ictimаi  məhsulun  (ümumi  dахili  məhsulun)  və 

milli  vаridаtın  bir  hissəsinin,  təsərrüfаt  subyекtlərinə  və  dövlətdə  pul  gəlirləri 

fоndlаrının  yаrаdılmаsı,  həmçinin  gеniş  təкrаr  istеhsаlın  və  əhаlinin  dаim  аrtаn 

tələbаtının ödənilməsi məqsədilə bölgüsü və yеnidən bölgüsü prоsеsində mеydаnа 

çıхаn pul münаsibətlər sistеmidir. 

      Maliyyənin başlıca təyinatı pul gəlirləri və pul fondlarının yaradılması yolu ilə 

nəinki dövlətin və müəssisələrin pul vəsaitlərinə olan tələbatlarını təmin etmək və 

habelə  maliyyə  resurslarının  xərclənməsi  üzərində  nəzarət  etməkdən  ibarətdir. 




 

Maliyyə  pul  vəsaitlərinin  özü  deyil,  pul  vəsaitləri  fondlarının  yaradılması, 



bölüşdürülməsi  və  istifadəsinə  dair  insanlar  arasındakı  münasibətlərdir. 

Maliyyə mərkəzləşdirilmiş  və  qeyri-mərkəzləşdirilmiş  pul  vəsaitləri  fondlarının 

yenidən bölgüsü və istifadəsi prosesində ictimai-iqtisadi münasibətlərin fəaliyyəti 

ilə  bilavasitə  əlaqədardır.  Bir  elm  kimi  maliyyənin  predmeti  ümumi  daxili 

məhsulun  və  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsü,  pul  vəsaitləri  fondlarının 

yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemindən ibarətdir. 

      Maliyyə  dövlətlə  müəssisələr,  təşkilatlar  və  vətəndaşlar  arasında  qarşılıqlı 

ə

laqələrin konkret forma və metodlarını özündə əks etdirir. Maliyyənin mahiyyəti 



və məzmunu onun funksiyalarında daha aydın görünür. 

      Maliyyənin funksiyası dedikdə, ona məxsus olan xassələrin (təyinatı, vəzifələri, 

icrası,  rolu)  təzahürü,  yəni  onun  iqtisadi  münasibətlər  sistemində  yerinə  yetirdiyi 

rol  başa  düşülür.  Maliyyənin  funksiyası  onun  mahiyyətini  açıqlayır.  qtisadi 

kateqoriya  kimi  maliyyəyə  3  funksiya:  bölüşdürücü,  tənzimləyici  və  nəzarət 

funksiyaları xarakterikdir. 

      Maliyyənin bölüşdürücü  funksiyası  ÜDM-in,  milli  gəlirin  bölüşdürülməsi  və 

yenidən  bölüşdürülməsini  həyata  keçirir.  Dövlətin  milli  gəlirinin  yaradılmasının 

maddi əsasını ictimai məhsulun təkrar istehsalı təşkil edir. ÜDM-in təkrar istehsalı 

və  onun  bölgüsünün  bütün  mərhələlərində  (istehsal,  bölgü,  mübadilə  və  son 

istehlak)  maliyyədən  bilavasitə  istifadə  edilir.  Maliyyənin  vasitəsilə  həyata 

keçirilən  milli  gəlirin  və  ÜDM-in  bölgüsü  və  yenidən  bölgüsünün  son  məqsədi 

məhsuldar  qüvvələrin  inkişafından,  dövlətçiliyin  möhkəmləndirilməsindən,  geniş 

ə

hali kütləsinin yüksək həyat səviyyəsinə nail olunmasından ibarətdir. Maliyyə öz 



bölgü  funksiyasını,  habelə  müəssisələrin  gəlirlərinin  formalaşması  və  bölgüsü 

prosesində yerinə yetirir. 

      Maliyyənin digər mühüm funksiyası – nəzarət funksiyasıdır. Nəzarət funksiyası 

bölgü funksiyasından törəyir və hər şeydən əvvəl ümumi daxili məhsulun və milli 

gəlirin  pul  fondlarına  bölgüsü  və  onların  öz  məqsədlərinə  xərclənməsi  üzərində 

nəzarətdə  təzahür  edir.  Maliyyənin  nəzarət  funksiyası  2  cür  həyata  keçirilir: 

birincisi,  manatla  nəzarət  vasitəsilə,  ikincisi,  maliyyə  orqanlarının  həyata 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə