Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   2   3   4   5   6   7   8   9   10   ...   29

 

20 


1.

  Ümumi Daxili Məhsulun (ÜDM) təkrar istehsalı prosesinin dəyər, maliyyə 

cəhətindən  öyrənilməsi,  gəlirlər,  xərclər,  mənfəət  dinamikasının  müəyyən 

edilməsi; 

2.

  Ayrı-ayrı  maliyyə  əməliyyatlarının  icrası,  pul  vəsaitlərinin  hərəkətinin 



öyrənilməsi; 

3.

  Valyuta  və  qiymətli  kağızlar  bazarının  qarşılıqlı  asılılıq  halında 



öyrənilməsi; 

4.

  Pul tədavülü və maliyyə proseslərinin vəhdət halında tənzim edilməsi; 



5.

  Dövlət büdcəsi gəlirləri və xərclərinin sosial-iqtisadi problemlərlə optimal 

uzlaşdırılması; 

6.

  Gəlirlərin  ilkin  və  yenidən  bölüşdürülməsi  üzərində  nəzarətin  təşkili  və 



gücləndirilməsi; 

7.

  Gəlirlər və xərclərin büdcələşməsi sisteminin təkmilləşdirilməsi; 



8.

  Büdcə siyasətinin iqtisadi strategiya proqramı ilə əlaqələndirilməsi; 

9.

  Dövlətin  mərkəzləşmiş  maliyyə  resursları  ilə  qeyri-dövlət  sahibkarlıq 



kapitalının əlaqələndirilməsi; 

10.


 Ölkənin  maliyyə  sisteminin,  maliyyə  resurslarının  dünya  maliyyə  sistemi 

ilə məqsədyönlü inteqrasiyanın təmin edilməsi; 

11.

 Dövlət  büdcəsi  ilə  büdcədən  kənar  fondlar  arasındakı  düzgün  əlaqənin 



təmin edilməsi; 

12.


 Nağd  pul,  nağdsız  pul  və  qiymətli  kağızlar  (səhm,  veksel,  opsion  və  s.) 

arasında iqtisadi şəraiti nəzərə alan nisbətlərin tənzim edilməsi; 

13.

 Dövlət krediti ilə kommersiya, təsərrüfat subyektlərinin, bank kreditlərinin 



koordinasiya edilməsi; 

14.


 Vergilər üzrə fiskal, tənzimləyici və stimullaşdırıcı siyasətin formalaşması 

və həyata keçirilməsi; 

15.

 Qiymətin  əmələ  gəlməsində  bazar  mexanizmi  ilə  dövlət  siyasətinin 



uzlaşması. 

Eyni  zamanda  maliyyə  menecmentinin  keyfiyyəti  müəssisə  daxilində 

idarəetmənin  ümumi  keyfiyyətini  də  əks  etdirir.  Maliyyə  menecmenti  orta  sahə 



 

21 


səviyyəsindən  yüksək  olan  gərginlik  konsepsiyasının  təmin  edilməsinə  əsaslanır. 

Bu  baxımdan,  B.Karlof  haqlı  olaraq  qeyd  edir  ki,  “...  sahibkarlığın  mahiyyəti 

ondan ibarətdir ki, nəticədə daha az xərclə potensial mənfəəti təyin etməyə imkan 

yaransın”, “... sahibkarlığın mahiyyəti təkcə biznesin idarə edilməsini özündə əks 

etdirmir, lakin o, biznes fəaliyyətini həyata keçirmək üçün imkanları aşkar etmək 

və ondan istifadəni bacarmaqdır”. Təcrübə göstərir ki, yüksək inflyasiya şəraitində 

sahibkarlığı  inkişaf  etdirmək  və  bu  sahədə  müvafiq  strategiya  işləyib  hazırlamaq 

mümkün  deyildir.  Strategiya  sahibkarlıqla  menecerlərin  tələbatını  ödəyə  bilən 

məhsul  istehsalı  prosesini  təşkil  etdiyi  şəraitdə  formalaşır.  Bu  zaman  sahibkarın 

qarşısına qoyduğu başlıca məqsəd – toplanmış kapital və cəlb edilən investisiyadan 

səmərəli istifadə etmək istiqamətində inkişaf konsepsiyasını işləyib hazırlamaq və 

həyata  keçirməkdir.  Həmin  məqsədə  nail  olmaq  üçün  müəssisənin  maliyyə 

fəaliyyətinin qiymətləndirilməsi üzrə aşağıdakı məsələlər öz həllini tapmalıdır: 

•  müəssisənin  əmlakının  dəyəri,  quruluşu  və  formalaşma  mənbəyi 

qiymətləndirilməli; 

•  maliyyə resurslarından istifadənin başlıca istiqamətlərinin açıqlanması; 

•  maliyyə avadanlığını müəyyən edən göstəricilərin müəyyən edilməsi; 

•  müəssisənin ödəniş qabiliyyətinin qiymətləndirilməsi. 

Bəzi  parametrlər  üzrə  maliyyənin  idarə  edilməsi  təbii  idarəetmənin  ümumi 

nəzəryyəsinə  aiddir,  maliyyə  menecmentini  təsvir  və  strukturizasiya  edərkən  bu 

funksiyalar  adekvat,  xüsusilə  planlaşdırma,  təhlil,  nəzarət  və  s.  metodikalarda  öz 

ə

ksini tapır. 



Məlumdur ki, idarəetmə elm ilə incəsənətin sintezini ifadə edir. Başqa sözlə, 

idarəetmə  qərarlarının,  o  cümlədən  maliyyə  xarakterli  qərarların  qəbulunda 

subyektiv  amillər  əhəmiyyətli  rol  oynayır.  Məhz  ona  görə  də  maliyyə 

menecmentinin  aydın  praktiki  istiqaməti  vardır  və  o,  nəzəri  fikirlər  və  onların 

praktiki  realizasiyası  arasında  özünəməxsus  körpü  rolunu  oynayır.  Maliyyə 

menecmentinin  bu  cəhəti  həm  maliyyə  menecerinin  fəaliyyətinin  informasiya 

təminatı,  həm  də  bu iki istiqamətin  nümayəndələrinin  fəaliyyət  obyektinin uyğun 

gəlməsi mövqeyindən mühasibat uçotu ilə sıx əlaqə yaradır.  




 

22 


1.2. Maliyyə menecmentinin konseptual əsasları 

 

Ş

irkətin  məqsədini  və  siyasətini  onun  mülkiyyətçiləri  (səhmdarları) 



müəyyənləşdirir,  hansıki  maraqlarını  səhmdarların  seçdikləri  idarə  heyəti  və 

direktorlar  şurası  təqdim  edirlər.  darə  heyətinin  məsuliyyəti  xüsusi  idarəetmə 

komandasının  köməyilə  düzgün  qərarların  qəbulundan,  firmanın  işinin 

effektivliyinə  təsirindən,  istehsalın  və  maliyyə  axınlarının  operativ  idarə 

edilməsindən  ibarətdir.  Direktorlar  Şurasına  şirkətin  idarə  heyətinin  təklif  etdiyi 

şə

xslər  və  idarəetmənin  yuxarı  eşelonu  daxildir.  Səhmdarlar  Direktorlar  Şurasına 



firmanın  məqsədinin  müəyyənləşdirilməsi  və  siyasətinin  formalaşdırılması  daxil 

olmaqla böyük səlahiyyətlər verirlər. 

Müəssisənin fəaliyyətinin idarə olunmasına belə yanaşma iki mövqedən inan- 

dırıcıdır. Birincisi, əgər firmanın idarə edilməsi ilə hər bir səhmdar məşğul olarsa, 

bu  praktiki  cəhətdən  səmərəli  ola  bilməz.  kincisi,  müvafiq  təhsili  və  praktiki 

vərdişi  olan  peşəkar  menecerlər  firmanın  işinin  daha  yüksək  effektivliyini  təmin 

edə bilər. Əksər səhmdarlar üçün göndərilən səlahiyyətlər hələlik direktorlar şurası 

tərəfindən  yerinə  yetirilən  iş  dividentlərin  ödənilməsi  və  mənfəətin  alınması 

baxımından firmanın sahiblərini təmin edir. 

Kiçik  firmalar  adətən  öz sahibləri  tərəfindən  idarə olunurlar.  Belə  firmaların 

sahibləri  və  menecerləri  arasında  heç  bir  münaqişə  yarana  bilməz,  belə  ki,  onlar 

eyni  adamlardır.  Əksər  iri  şirkətlər  peşəkar  menecerlər  tərəfindən  idarə  olunur, 

hansıki, onlar qanuna uyğun olaraq səhmdarların maraqlarını ifadə etməlidirlər.  

Menecerlərin  vicdansız  qərarlarından  mühafizə  üçün  səhmdarlar  direktorlar 

ş

urasına  xarici  menecerlərin  –  məşhur  maliyyəçilərin  və  siyasətçilərin  daxil 



edilməsini tələb edirlər, hansıki onların şirkətin idarə heyətinin üzvlərilə sıx əlaqəsi 

yoxdur.  

Bir  sıra  iqtisadçılar  hesab  edirlər  ki,  iri  şirkətlər  çox  vaxt  vicdansız  və 

cəmiyyətin  əleyhinə  hərəkət  edirlər,  ona  görə  onlar  milliləşdirilməlidirlər.  Həmin 

iqtisadçılar  qeyd  edirlər  ki,  iqtisadiyyatın  idarə  edilməsində  dövlətin  rolu  daha 

yüksək  olmalıdır,  çünki  iri  şirkətlər  dövlətin  nəzarətindən  kənarda  qalaraq 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə