Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 

44 


 

Cədvəl 1. 

 

əssisənin maliyyə resurslarının formalaşmasının  

strateji idarə edilməsi prosesində istifadə olunan təsnifat 

 

Təsnifat əlamətləri 



Təsnifat qrupları 

1. Mülkiyyətçi titulu    

1. Xüsusi maliyyə resursları  

2. Borc maliyyə resursları 

2. Müəssisəyə cəlbetmə mənbələri   

3. Daxili mənbələrdən formalaşan 

maliyyə resursları  

4. Xarici mənbələrdən formalaşan 

maliyyə resursları 

3. Cəlbetmənin müvəqqəti müddəti  

5. Uzunmüddətli əsasda cəlb edilən 

maliyyə resursları  

6. Qısamüddətli əsasda cəlb edilən 

maliyyə resursları 

 

Mülkiyyətçinin  titulu  üzrə  formalaşdırılan  maliyyə  resursları  xüsusi  və  borc 



maliyyə  resurslarına  ayrılır.  Müəssisənin  maliyyə  resurslarının  formalaşması 

prosesinin  strateji  idarə  edilməsi  sistemində  onların  belə  bölgüsü  təyinedici 

xarakter daşıyır. 

Müəssisəyə    cəlbetmə    mənbələri  üzrə    maliyyə  resursları  daxili  və  xarici 

mənbələrdən  cəlb  edilən  maliyyə  resurslarına  ayrılır.  Daxili  mənbələrdən  cəlb 

edilən  maliyyə  resursları  müəssisənin  inkişafı  üçün  bilavasitə  müəssisədə 

formalaşan  xüsusi  hissəni  xarakterizə  edir.  Daxili  mənbələrdən  maliyyələşən 

xüsusi maliyyə resurslarının əsasını müəssisənin xalis mənfəəti təşkil edir. Xarici 

mənbələrdən  cəlb  edilən  maliyyə  resursları  müəssisədən  kənarda  formalaşan 



 

45 


hissəni  xarakterizə  edir.  O,  kənardan  cəlb  edilən  həm  xüsusi,  həm  də  borc 

kapitaldan ibarət ola bilər. 

Cəlbetmənin  müvəqqəti  müddəti  üzrə  formalaşan  maliyyə  resursları 

uzunmüddətli  və  qısamüddətli  əsasda  cəlb  edilən  maliyyə  resurslarına  ayrılır. 

Uzunmüddətli əsasda cəlb edilən maliyyə resurslarına müəssisənin xüsusi maliyyə 

resursları və bir ildən artıq dövrə cəlb edilən borc vəsaitləri aiddir. Bu növ maliyyə 

resursları müəssisənin maliyyə resurslarının formalaşması prosesinin strateji idarə 

edilməsinin əsas obyekti sayılır. Qısamüddətli əsasda cəlb edilən maliyyə resursları 

bir  il  ərzində  müəssisə  tərəfindən  formalaşdırılır,  hansıki  strateji  idarəetmə 

prosesində investisiya tələbatının müvəqqəti ödənilməsi üçün istifadə olunur. 

Bütövlükdə,  müəssisənin  maliyyə  strategiyasının  səmərəlilik  səviyyəsi  onun 

maliyyə  resurslarının  məqsədyönlü  formalaşmasından  bilavasitə  asılıdır. 

Müəssisənin  maliyyə  resurslarının  formalaşmasının  əsas  məqsədi  onun  təsərrüfat 

fəaliyyətinin  perspektiv  inkişafını  təmin  edən  lazımi  maliyyə  aktivlərini 

formalaşdırmaqdan  ibarətdir.  Bu  məqsədi  nəzərə  almaqla  müəssisənin  maliyyə 

resurslarının formalaşması prosesi aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 

1.

  Müəssisənin  təsərrüfat  fəaliyyətinin  inkişaf  perspektivlərinin  nəzərə 



alınması.  Maliyyə  resurslarının  həcmi  və  strukturunun  formalaşdırılması  prosesi 

müəssisənin strateji inkişafının bütün mərhələlərində təsərrüfat fəaliyyətinin təmin  

edilməsinə hədəflənir. 

2.

  Maliyyə  resurslarının  ümumi  həcmindən  investisiya  hissəsinin  ayrılması. 



Müəssisənin  investisiya  resurslarına  ümumi  tələbatı  hesablayarkən  korporativ 

strategiyanın,  funksional  strategiyanın  və  biznes-vahidi  strategiyasının 

reallaşdırılması üçün investisiyaların həcmi nəzərə alınmalıdır.  

3.

  Müəssisənin  maliyyə  təhlükəsizliyi  mövqeyindən  maliyyə  resurslarının 



formalaşmasının  optimal  strukturunun  təmin  edilməsi.  Maliyyə  resurslarının 

formalaşmasının optimal strukturu strateji inkişaf prosesində müəssisənin maliyyə 

tarazlığını təmin edir. 

Bu  prinsiplərin  reallaşdırılması  müəssisənin  maliyyə  resurslarının 

formalaşmasının strateji idarə edilməsi prosesinin əsas məzmununu təşkil edir. 



 

46 


Müəssisənin maliyyə resurslarının formalaşması prosesi onların cəlb edilməsi 

dəyərinin  qiymətləndirilməsi  ilə  əlaqədardır.  Belə  qiymətləndirmə  aşağıdakı  üç 

mərhələ üzrə ardıcıl aparılır: 

−  müəssisənin  xüsusi  kapitalının  ayrı-ayrı  elementlərinin  dəyərinin 

qiymətləndirilməsi; 

−  müəssisə  tərəfindən  cəlb  edilən  borc  maliyyə  resurslarının  ayrı-ayrı 

elementlərinin dəyərinin qiymətləndirilməsi; 

−  müəssisənin  formalaşan  maliyyə  resurslarının  ortaölçülü  dəyərinin 

qiymətləndirilməsi. 

Xüsusi  maliyyə  resurslarının  formalaşmasının  strateji  idarə  edilməsi  prosesi 

daxili və xarici mənbələr üzrə ayrıca həyata keçirilir. 

Xüsusi  maliyyə  resurslarının  formalaşmasının  daxili  mənbələrin  tərkibində 

müəssisənin  sərəncamında  qalan  mənfəət  əsas  yer  tutur.  Mənfəət  müəssisənin 

xüsusi maliyyə resurslarının əsas hissəsini formalaşdırır, xüsusi kapitalın artımını 

və  müvafiq  olaraq  müəssisənin  bazar  dəyərinin  artırılmasını  təmin  edir.  Daxili 

mənbələrin  tərkibində  əsas  vəsaitlərdən  və  qeyri-material  aktivlərindən 

amortizasiya  ayırmaları  müəyyən  rol  oynayır.  Digər  daxili  mənbələr  müəssisənin 

xüsusi maliyyə resurslarının  

formalaşmasında əhəmiyyətli rol oynamır. 

Xüsusi  maliyyə  resurslarının  formalaşmasının  xarici  mənbələrinin  tərkibində 

müəssisə tərəfindən cəlb  edilən əlavə  pay,  yaxud səhmdar  kapitalı  əsas  yer  tutur. 

Ayrı-ayrı  müəssisələr  üçün  xüsusi  maliyyə  resurslarının  formalaşmasının  xarici 

mənbələrindən  biri  ona  əvəzsiz  təqdim  edilən  maliyyə  köməyi  ola  bilər.  Xüsusi 

maliyyə  resurslarının  formalaşmasının  digər  xarici  mənbələrinə  müəssisənin 

balansında olan material və qeyri-material aktivlərinin ona əvəzsiz verilməsidir. 

Müəssisənin  xüsusi  kapitalının  çoxalması  ilk  növbədə  xüsusi  maliyyə 

resurslarının formalaşmasının idarə edilməsi ilə əlaqədardır. Bu idarəetmənin əsas 

vəzifəsi  gələcək  dövrdə  müəssisənin  təsərrüfat  fəaliyyətinin  inkişafının  lazımi 

səviyyədə özünümaliyyələşdirilməsini təmin etməkdən ibarətdir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə