Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 

69 


axınlarının  effektiv  idarə  edilməsi  maliyyə  menecmentinin  ən  aktual 

problemlərindən biridir. 

         Pul  axınlarının  təhlili  müəssisənin  pul  vəsaitləri  ilə  təmin  edilməsi 

vəziyyətini qiymətləndirməyə imkan verir. Pul axınlarının təhlilinin əsas məqsədi 

pul  vəsaitlərinin  çatışmaması  səbəblərini  aşkara  çıxarmaq,  onların  cəlb  edilmə 

mənbəylərini  və  istifadə  istiqamətlərini  müəyyənləşdirməkdən  ibarətdir.  Pul 

axınlarının  təhlili  müəssisənin  əsas,  investisiya  və  maliyyə  fəaliyyəti  üzrə  ayrıca 

aparılır  ki,  bu  da  fəaliyyət  növlərinin  hər  birindən  alınan  gəlirin  xüsusi  çəkisini 

müəyyənləşdirməyə və inkişaf perspektivlərini qiymətləndirməyə imkan verir. 

Dünya uçot-analitik təcrübədə pul vəsaitlərinin hərəkətini müəyyənləşdirmək 

üçün  təhlilin  birbaşa  və  dolayısı  metodlarından  istifadə  edilir.  Birbaşa  metod  pul 

vəsaitlərinin  daxil  olması  və  istifadəsinin  hesablanmasına  əsaslanır,  müəssisənin 

likvidliyini qiymətləndirməyə, cari öhdəliklər üzrə ödənişlər, investisiya fəaliyyəti 

və əlavə xərclər üçün pul vəsaitlərinin kifayət qədər olması barədə operativ nəticə 

çıxartmağa  imkan  verir.  Bu  metodun  nöqsan  cəhəti  alınmış  maliyyə  nəticələri  və 

müəssisənin hesablaşma hesabında pul vəsaitlərinin dəyişilməsi arasında qarşılıqlı 

ə

laqəni müəyyənləşdirə bilməməsidir. 



Dolayısı  metod  pul  vəsaitləri  ilə  əlaqədar  əməliyyatların  və  balansın 

maddələrinin  uçotuna  və  xalis  mənfəətin  məbləğində  müvafiq  dəyişikliklərin 

aparılmasına  əsaslanır,  müəssisənin  xalis  mənfəəti  və  aktivlərində  baş  verən 

dəyişikliklər  arasında  qarşılıqlı  əlaqəni  aydınlaşdırmağa  imkan  verir.  Gəlir  və 

xərclərin  elə  növləri  vardır  ki,  onlar  pul  vəsaitlərinə  toxunmadan  xalis  mənfəət 

yaradırlar.  Təhlil  prosesində  gəlir  və  xərclərin  həmin  maddələrinə  və  xalis 

mənfəətə  müvafiq  düzəlişlər  edilir,  çünki  xərc  maddələri  pul  vəsaitlərinin  daxil 

olmasından asılı deyil, vəsaitin xərclənməsi ilə müşayət olunmayan gəlir maddələri 

xalis mənfəətin məbləğinə təsir etmir. 

Maliyyə  hesabatlarının  bütün  istifadəçiləri  praktiki  öz  maraqlarına  uyğun 

qərarların  qəbulu  üçün  təhlilin  müxtəlif  metodlarından  istifadə  edirlər.  Məsələn, 

mülkiyyətçilər kapitalın gəlirliyini artırmaq və şirkətin dayanaqlı fəaliyyətini təmin 

etmək üçün, kreditorlar və investorlar borclar və qoyuluşlar üzrə riskləri azaltmaq 



 

70 


üçün  maliyyə  hesabatlarını  təhlil  edirlər.  Maliyyə  hesabatlarının  beynəlxalq 

standartlara  uyğunlaşdırılması  təhlilin  yeni  metodikasından  istifadəni  zəruri  edir. 

Bu  metodika  tərəfdaşların  seçilməsini  əsaslandırmaq,  müəssisənin  maliyyə 

dayanaqlığı  səviyyəsini  müəyyənləşdirmək,  işgüzar  aktivliyi  və  sahibkarlıq 

fəaliyyətinin effektivliyini qiymətləndirmək üçün vacibdir.  

Azərbaycan  Respublikasında  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  geniş 

miqyaslı  islahatların  həyata  keçirilməsi  prosesində  xarici  investisiyanın  cəlb 

edilməsinin  mühüm  kanallarından  biri  sayılan  birgə  müəssisələr  və  xarici 

firmaların yaradılması məsələsinə xüsusi diqqət yetirilmişdir. 

 

Təhlil  göstərir  ki,  ölkədə  istehsal  olunan  ümumi  daxili  məhsulun  57,7  faizi, 



iqtisadiyyatda  məşğul  olan  əhalinin  12,9  faizi  xarici  və  müştərək  müəssisələrin 

payına düşür. Müştərək müəssisələr və xarici firmalar Azərbaycan iqtisadiyyatına 

xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli rol oynayırlar. Belə ki, 2010-

cu  ildə  müştərək  müəssissələr  və  xarici  firmalar  tərəfindən  ölkə  iqtisadiyyatına 

659,6  milyon  ABŞ  dollar  və  2012-ci  ildə  1094,5  milyon  dollar  həcmində 

investisiya  qoyulmuşdur  ki,  bu  ölkə  iqtisadiyyatına  yönəldilən  xarici 

investisiyaların 8-10 faizini təşkil etmişdir (cədvəl 6). 

 

 

Cədvəl 6 

Azərbaycan Respublikasında xarici və müştərək müəssisələrin fəaliyyəti 

 

Göstəricilər 

llər 

2000  2005  2010 



2011 

2012 


Fəaliyyət 

göstərən 

müəssisələrin 

sayı, vahid  

551 

796 


1091 

899 


1083 

ş

ləyənlərin 



siyahı sayı, nəfər 

2214


5841


55936  63918  76651 




 

71 


Orta aylıq əmək 

haqqı, manat 

208,4  672,7  1008,0  1117,2  1241,0 

Məhsulun 

(işlərin, 

xidmətlərin) 

həcmi, mlyn 

manat 


1239,

7081,



24011,


29651,


29439,


Xarici 


investisiya, 

mlyn.dollar 

118,0  230,5  659,6  886,0  1094,5 

 

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2013, Bakı, 2013, səh. 118,119, 400 

Müştərək  müəssisələrin  inkişafında  vergi  dərəcəsi,  rentabellik  səviyyəsi  və 

valyuta  tənzimlənməsi  əhəmiyyətli  rol  oynayır.  Azərbaycan  Respublikasında 

müştərək müəssisənin iştirakçısı olan xarici investorun əldə etdiyi dividendə görə 

15  faiz  vergi  dərəcəsi  təyin  edilmişdir.  Ayrı-ayrı  dövlətlərlə  bağlanmış 

müqavilələrə  əsasən  ikiqat  verginin  aradan  qaldırılması  mühüm  əhəmiyyət  kəsb 

edir.  Azərbaycan  Respublikası  Türkiyə,  ABŞ,  Böyük  Britaniya  və  s.  ölkələrlə 

ikiqat verginin aradan qaldırılması haqqında bağladığı müqavilələrə əsasən həmin 

ölkələrin  investorları  öz  ölkələrində  Azərbaycanda  götürdüyü  gəlirlərə  görə  

tutulan  vergilərin  həcmindən  Azərbaycanda  alınan  vergilər  çıxılır  və  Azərbaycan 

tərəfindən  bu  gəlirlərə  görə  vergi  dərəcəsinin  aşağı  salınması  nəzərdə  tutulur. 

Müştərək müəssisələrin iştirakçısı olan xarici investorun əldə etdiyi dividend, faiz 

və  digər  gəlirlərin  xaricə  köçürülməsində  heç  bir  məhdudiyyət  yoxdur.  Xarici 

investorlar  müvafiq  sənədləri  təqdim  etmək  şərtilə  öz  vəsaitlərini  sərbəst  şəkildə 

repotasiya  edə  bilər  və  milli  valyutada  əldə  etdikləri  gəlirləri  xarici  valyutaya 

çevirə bilərlər. Müştərək müəssisənin və tamamilə xarici investisiyalı müəssisənin 

yaradılması  üçün  Azərbaycan  Respublikasının  ərazisinə  gətirilən  əmlak  gömrük 

rüsumundan və əlavə dəyər vergisindən azaddır.  

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə