Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 

59 


fəaliyyətinin  büdcə  planlaşdırılması  sistemi  aşağıdakı  funksional  büdcələrin 

yaradılmasını  nəzərdə  tutur:  əməyin  ödənilməsi  büdcəsi,  material  məsrəfləri 

büdcəsi,  enerji  istehlakı  büdcəsi,    amortizasiya  büdcəsi  (  fondu  ),  kreditlərin 

ödənilməsi büdcəsi, vergi büdcəsi, sair xərclər büdcəsi. 

Müəssisənin  fəaliyyətinin  yekun  (kompleks)  büdcə  planlaşdırılması 

sisteminin tərkib elementləri aşağıdakılardır: 

• 

ilkin proqnoz məlumatları ; 



• 

istehsal proqramı; 

• 

mənfəət və zərərlər balansı; 



• 

müəssisənin balansı; 

• 

pul vəsaitlərinin hərəkəti haqda hesabat. 



 

Büdcənin  gəlirlər  hissəsi  xərclər  hissəsindən  çox  olduğu  halda  mənfəət, 

xərclər hissəsi gəlirlər hissəsindən çox olduğu halda isə büdcə kəsiri yaranır.  

Qeyd etmək lazımdır ki, müəssisənin  illik, rüblük və aylıq yekun büdcələri 

tərtib  olunur.  Bu  iş  müəssisənin  plan-iqtisad  şöbəsi  tərəfindən  maliyyə 

xidmətlərinin iştirakı ilə yerinə yetirilir. 

Yekun  büdcə  gəlirlər  və  xərclər  hissəsindən  ibarət  olur.  Yekun  büdcəni  ümumi 

şə

kildə, cədvəl 5-dakı kimi göstərmək olar: 



 

 

Cədvəl  5. 

 

əssisənin yekun büdcəsi (gəlirlər və xərclərin əsas maddələri) 



 

 

 



 

 

 



 

 

             Gəlirlər hissəsi                                                   Xərclər hissəsi 



 

1.Məhsul satışından və sair satışlar-                    1. Büdcə vergiləri 

 dan  gəlirlər                                                         2. Əmək haqqı 

2.Satışdankənar əməliyyatlardan                         3. Xammal və materialların alınması 

 gəlirlər                                                                 4. Elektrik enerjisinin ödənilməsi 

3. Plan dövrünün əvvəlinə bank                           5. Kreditlərin ödənilməsi (faizlər            

   hesablarında vəsait qalıqları                          nəzərə alınmaqla) 

4. Kreditlər və borclar                                          6.Xammal və materialların alınması 

5. Sair gəlirlər                                                      7. Sair xərclər 

Büdcə gəlirləri (gəlirlərin xərclərdən                  Büdcə kəsiri ( xərclərin gəlirlərdən  

 çox olduğu halda)                                                   çox olduğu halda) 



 

60 


 

 

Müəssisənin  maliyyə  planı  onun  iqtisadi  inkişaf  planının  digər  bölmələri 



ə

sasında  yaradılır.  Eyni  zamanda,  maliyyə  planının  tərtib  olunması  maya  dəyəri 

planının  formalaşmasına,  maddi  və  digər  resurslardan  istifadəyə  əhəmiyyətli 

dərəcədə  təsir  göstərir.  Müəssisələrin  öz  öhdəlikləri  üzrə  digər  müəssisələrlə 

hesablaşmaları,  bir  qayda    olaraq,  bank  idarələri  vasitəsilə  nağdsız  qaydada 

aparılır.  Bununla  yanaşı,  müəssisələrlə,  vətəndaşlarla  (işçilərlə,  alıcılarla  və  s.) 

nağd  pulla  hesablaşmalar  da  həyata  kecirilir  (əmək  haqqı  və  başqa  ödənişlərin 

verilməsi 

 

 

 



 

 

 Fəsil 3. Maliyyə menecmentinin təşkilinin  təkmilləşdirilməsinin 



                              başlıca istiqamətləri 

3.1. 

Müasir şəraitində 

maliyyələşdirmə metodlarının təkmilləşdirilməsi 

Ümumi  şəkildə  maliyyələşmə  sistemi  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  iki 

hissədən ibarətdir: 

1.

  Dövlətin maliyyəsi (maliyyə sistemi); 



2.

  Təsərrüfat subyektlərinin maliyyəsi. 

Öz  növbəsində  dövlətin  maliyyəsi  özündə  aşağıdakı  tərkib  hissələrini 

cəmləşdirir:  dövlət  büdcəsi,  büdcədənkənar  fondlar,  dövlətin  kredit  sistemi  və 

sığorta  sistemi.  Təsərrüfat  subyektlərinin  maliyyəsinə  isə  onun  tərkibindəki 

subyektlərin investisiya ödəyən maliyyə bölmələri daxildir. 

Maliyyələşmə  sistemindəki  tutduğu  yerinə  baxmayaraq  biznes  fəaliyyətinin 

investisiya (maliyyə) təminatı aşağıdakı prinsiplərə əsaslanmalıdır: 

1.

  Maliyyə vəsaiti maksimum nəticənin əldə edilməsinə yönəldilməsi; 




 

61 


2.

  Biznes  fəaliyyətinin  maliyyələşməsinin  texniki-iqtisadi  cəhətdən 

ə

saslandırılması və hüquqi cəhətdən qorunması; 



3.

  Böyük sayda maliyyələşmə mənbələrinin mövcudluğu; 

4.

  Konkret şərait üçün maliyyə sisteminin uyğunlaşması və çevikliyi. 



Dünyanın  inkişaf  etmiş  ölkələrində  uğurla  fəaliyyət  göstərən  firmaların  iş 

təcrübəsi  ilə  sübuta  yetirilmişdir  ki,  biznes  fəaliyyətində  yaxşı  təşkil  olunmuş 

maliyyələşmə sistemi onların səmərəli işləməsinə zəmanət verir. 

Mülkiyyət münasibətlərindən asılı olaraq, ümumi şəkildə biznes fəaliyyətinin 

maliyyələşmə mənbəyinin üç növü mövcuddur: 

a)

  mülkiyyətçinin maliyyə resursları; 



b)

  cəlb edilən vəsait; 

c)

  borc vəsaiti. 



 Mülkiyyətçinin maliyyə resurslarına nizamnamə kapitalı, amortizasiya ayırma-

ları, fiziki və hüquqi şəxslərin əmanətləri, eləcə də sığorta təşkilatlarının ödənişləri 

daxildir.  Cəlb  edilən  vəsaitə  -  səhmlərin  satışından  əldə  edilən  vəsait,  əmək 

kollektivi  üzvlərinin  payı  və  ödənişi,  borc  vəsaitinə  isə  -  bank  kreditləri,  xarici 

investisiyalar,  beynəlxalq  maliyyə  və  investisiya  institutlarının  vəsaiti  və  s.  daxil 

edilir.  Qeyd  edilən  mənbələri  şərh  edərkən  inkişaf  etmiş  ölkələrin  eyni  adlı  iş 

təcrübəsini  ön  plana  çəkmək  yerinə  düşərdi.  Məsələn,  Almaniya  Federativ 

Respublikasında  fəaliyyət  göstərən  sənaye,  ticarət  və  nəqliyyat  sahələrində 

passivlərin  içərisində  mülkiyyətçinin  maliyyə  vəsaitinin  xüsusi  çəkisi  18%;  cəlb 

olunan vəsaitin verimi – 5,1%; real bank stavkasınınkı isə - 3,6% təşkil edir.  

Başqa  bir  misal,  Avropa  yenidənqurma  və  inkişaf  bankı  kiçik  və  orta 

sahibkarlığın  inkişafına  kömək  məqsədilə  həyata  keçirdiyi  layihənin  65%-ni  özü 

təmin edir. 

Bazar  iqtisadiyyatlı  ölkələrdə  biznes  fəaliyyətində  müxtəlif  maliyyələşmə 

metodlarından istifadə edilir. Onlara aşağıdakılar daxildir (şəkil 7). 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə