Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 

56 


Xətti  amortizasiya  metodu  həm  MDB  məkanında,  həm  də  xarici  təsərrüfat 

praktikasında  ən  geniş  yayılmışdır.  Bu  metoddan  istifadə  konsepsiyası  ona 

ə

saslanır  ki,  müəssisənin  əldə  etdiyi  amortizasiya  olunacaq  aktivin  təsərrüfat 



prosesində  eyni  vaxtda  bir  qərarda  istifadəsi  nəzərdə  tutulur,  belə  ki,  o,  mənəvi 

aşınmaya  zəif  məruz  qalır,  onun  təsir  göstərdiyi  istehsal  isə  stabil  ahəngdar 

xarakter daşıyır. 

Xətti  amortizasiya  metoduna  əsasən  aktivlərin  stabil  amortizasiya  norması 

aşağıdakı düsturla hesablanır: 

,

100



IM

AN =

 

 



burada, AN – aktivlərin illik amortizasiya norması, faizlə; 

   


M – aktivin faydalı istifadə müddəti, il. 

Amortizasiyanın  istehsal  metodu  bir  çox  ölkələrdə  yayılıb  və  müxtəlif 

beynəlxalq  uçot  standartlarını  əks  etdirir.  Bu  metoddan  istifadə  konsepsiyası  ona 

ə

saslanır  ki,  aktivin  aşınması  istehsalda  istifadə  dərəcəsinin  nəticəsidir  və  onun 



istismar  müddəti  ilə  əlaqədar  deyil.  Bu  metoda  əsasən  amortizasiya  norması 

aşağıdakı düsturla hesablanır: 

 

;

1



1

M

AA

AN =

   


 

;

2



1

2

M



AA

AA

AN

=



 

 

burada, AN



1

 – məhsul vahidi hesabı ilə aktivin ilkin dəyərini nəzərə almaqla  

amortizasiya norması, manat; 

   


AN

2

 – məhsul vahidi hesabı ilə ləğv olunma dəyəri nəzərə almaqla  



aktivin amortizasiya norması, manat; 

AA

1



 – amortizasiya olunan aktivin ilkin dəyəri, manat; 

AA

2



 – amortizasiya olunan aktivin ləğvedilmə dəyəri, manat; 

M – amortizasiya olunan aktivin iştirakı ilə məhsul istehsalının həcmi,  

natural ifadədə. 

Sürətli  amortizasiya  metodu  postsovet  respublikalarında,  o  cümlədən 

Azərbaycanda  fəaliyyət  göstərən  təsərrüfat  subyektlərində  tətbiq  edilir.  Bu 



 

57 


metoddan istifadə konsepsiyası ona əsaslanır ki, çoxlu aktivlər özünün istismarının 

ilk  illərində  ən  yüksək  məhsuldarlığa  malik  olur  və  həm  də  texnoloji  tərərqqi  ilə 

ə

laqədar funksional (mənəvi) aşınmaya intensiv məruz qalırlar. 



Müxtəlif  amortizasiya  metodlarının  tətbiqi  müəssisənin  dövriyyədən  kənar 

aktivlərindən  daha  effektiv  istifadə  məqsədilə  mümkün  idarəetmə  qərarlarının 

seçilməsi alternativliyini təmin edir.  

Səhmlərin əlavə emissiyası yolu ilə xarici mənbələrdən xüsusi kapitalın cəlb 

edilməsi mürəkkəb və baha başagələn prosesdir. Maliyyə  menecmenti mövqeyin-

dən  səhmlərin  emissiyasının  idarə  edilməsinin  əsas  məqsədi  minimum  müddətdə 

fond bazarında lazımi həcmdə xüsusi maliyyə resurslarını cəlb etməkdən ibarətdir. 

Səhmlərin  emissiyasının  idarə  edilməsi  prosesi  aşağıdakı  mərhələlər  üzrə  həyata 

keçirilir: 

−  səhmlərin emissiyasının effektiv yerləşdirilməsi imkanlarının öyrənilməsi; 

−  emissiyanın məqsədinin müəyyən edilməsi; 

−  emissiyanın həcminin müəyyən edilməsi; 

−  qiymətli səhmlərin nominalı, növləri və miqdarının müəyyən edilməsi; 

−  cəlb edilən səhmdar kapitalın dəyərinin qiymətləndirilməsi. 

Səhmdar cəmiyyəti ilkin, yaxud əlavə səhm emissiyası haqqında qərarı yalnız 

fond    bazarı    konyukturunun    hərtərəfli    təhlili    və  öz  səhmlərinin  potensial 

investisiya  

cazibədarlığının qiymətləndirilməsi əsasında qəbul edə bilər. 

Strateji  perspektivdə müəssisənin  maliyyə  fəaliyyətinin səmərəli  təşkili daim 

borc vəsaitlərini cəlb etmədən mümkün deyil. Borc maliyyə resurslarından istifadə 

müəssisənin  təsərrüfat  fəaliyyətini  genişləndirməyə,  xüsusi  kapitaldan  daha 

səmərəli  istifadə  olunmasına,  müxtəlif  məqsədli  maliyyə  fondlarının 

formalaşmasını  sürətləndirməyə,  son  nəticədə  isə  müəssisənin  bazar  dəyərini 

artırmağa imkan verir. 

 



 

58 


Müəssisənin  strateji  inkişafını  təmin  edən  borc  maliyyə  resursları  adətən 

uzunmüddətli  əsasda  formalaşır.  Borc  maliyyə  resurslarının  formalaşmasının 

strateji idarə edilməsi prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir: 

−  gələcək  dövrdə  borc  maliyyə  resurslarının  cəlb  edilməsi  və  istifadəsinin 

təhlili; 

−  borc maliyyə resurslarının cəlb edilməsinin maksimum həcminin müəyyən 

edilməsi; 

−  müxtəlif  mənbələrdən  borc  maliyyə  resurslarının  cəlb  edilməsi  dəyərinin 

qiymətləndirilməsi; 

−  cəlb edilən borc maliyyə resurslarından istifadə müddətinin müəyyən 

edilməsi; 

−  əsas kreditorların tərkibinin müəyyən edilməsi; 

−  borc maliyyə resurslarının cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması; 

−  cəlb edilən borc maliyyə resurslarından effektiv istifadənin təmin edilməsi; 

−  alınan  kreditlər  və  istiqraz  vərəqələri  üzrə  vaxtında  hesablaşmaların  təmin 

edilməsi. 

 

stiqraz  vərəqəsi  emissiyasının  idarə  edilməsində  əsas  məqsəd  həmin  növ 



qiymətli kağızın buraxılması və ilkin fond bazarında yerləşdirilməsi yolu ilə lazımi 

həcmdə  borc  maliyyə  vəsaitləri  cəlb  etməkdən  ibarətdir.  Müəssisədə  istiqraz 

vərəqəsinin idarə edilməsi prosesi aşağıdakı mərhələlər üzrə həyata keçirilir: 

−  istiqraz emissiyasının səmərəli yerləşdirilməsi imkanlarının araşdırılması; 

−  istiqraz vərəqəsi vəsaitinin cəlb edilməsi məqsədinin müəyyən edilməsi; 

−  xüsusi kredit reytinqinin qiymətləndirilməsi; 

−  istiqraz emissiyası həcminin müəyyən edilməsi; 

−  istiqraz emissiyası şərtlərinin müəyyən edilməsi; 

−  istiqraz vərəqəsinin dəyərinin müəyyən edilməsi; 

−  istiqrazların artırılması fondunun yaradılması. 

Ödəniş  fonduna  ayırmalar  həm  pul  formasında,  həm  də  fond  bazarında 

alınmış  istiqrazlarla  həyata  keçirilə  bilər.  Müəssisənin  struktur  bölmələrinin 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə