Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 

66 


kimi çıxış edirlər. 

Araşdırmalar  göstərir  ki,  françayzinq  hüquqi  cəhətdən  tənzimlənən  sərbəst 

obyekt  olmaqla  dünyanın  80  ölkəsində  və  70-dən  çox  istehsal  sahələrində  tətbiq 

edilir.  O,  dünya  təcrübəsində  biznes  fəaliyyətinin  mütərəqqi  forması  kimi  qəbul 

edilmiş və xarici ölkələrdə geniş yayılmışdır. 

Uzunmüddətli  beynəlxalq  yeni  kreditləşmə  formalarından  biri  layihə  üzrə 

maliyyələşdirmə  metodudur.  Onun  digər  əvvəlki  metodlardan  üstün  cəhəti  ondan 

ibarətdir  ki,  kreditləşmə  obyektin  layihələndirmə  mərhələsindən  onun  istismara 

verilməsinədək  dövrü  əhatə  edir.  Layihə  üzrə  kreditləşmə  dünya  təcrübəsində 

aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 

•  layihənin qiymətləndirilməsində bankların “bədmin” proqnozları; 

•  istehsal  ediləcək  məhsul  üzrə  qiymətin  və  tələbat  dinamikasının  hərtərəfli 

tədqiqi; 

•  layihə sponsorlarının (pul ödəyicilərinin) zəmanətinin mövcudluğu; 

•  layihə üzrə maliyyələşdirmədə kreditlərin verilməsinin müxtəlif şərtlərinin 

nəzərə alınması. 

nvestisiya  meylli  vergi  krediti  metodu  dünya  təcrübəsində  kiçik  və  orta 

sahibkarlığın  fəaliyyətinin  maliyyələşdirilməsində  geniş  istifadə  edilir.  Bu  metod 

ə

n  çox  Kanadada,  ABŞ-da  və  eləcə  də  digər  Avropa  ölkələrində  sınaqdan 



çıxarılmışdır.  Rusiya  Federasiyasının  Vergi  Kodeksində  də  həmin  kreditləşmə 

metodu  öz  əksini  tapmışdır.  Bu  metodun  mahiyyəti  ondan  ibarətdir  ki,  vergi 

ödəyənə  ödənişin  müddətinin  təxirəsalınması  icazə  verilir.  Məhz  həmin  dövrdə 

sahibkar sərbəst vəsaiti özünün daha çox ehtiyacı olan fəaliyyət növünə sərf edir. 

Ölkəmizin  müvafiq  qanunvericilik  aktlarında  adı  çəkilən  metodun  tətbiqi  əsasən 

aqrar  sektora  şamil  edilmişdir.  Lakin  onun  xalq  istehlak  malları  istehsal  edən 

firmaların  fəaliyyətinə  şamil  olunması  bütünlükdə  keyfiyyətli  məhsul  istehsalına 

şə

rait  yaratmaqla  idxal-ixrac  əməliyyatlarında  keyfiyyət  dəyişikliklərinə  imkan 



yaradardı.  Bu  məqsədlə  ölkənin  Vergi  Kodeksində  müvafiq  dəyişiklik  və 

ə

lavələrin aparılmasına ehtiyac duyulur. 




 

67 


  3.2Pul axınlarının idarə edilməsi mexanizminin təkmilləşdirilməsi 

          Müasir  bazar  iqtisadiyyatı  şəraitində  hər  bir  təsərrüfat  subyekti  öz  inkişaf 

strategiyası  və  taktikasını  sərbəst  seçir,  özünümaliyyələşdirməni  birinci  dərəcəli 

vəzifə kimi qarşıya qoyur. Müəssisədə pul vəsaitlərinin hərəkəti (pul axınları) daim 

baş  verir.  Əhəmiyyətli  kapital  qoyuluşu  ilə  şərtlənən  texnoloji  təkmilləşdirmələr, 

inflyasiya,  faiz  dərəcəsinin  dəyişməsi,  vergi  sistemində  aparılan  islahatlat 

müəssisədə pul vəsaitlərinin hərəkətinə təsir göstərir. 

Pul  vəsaitlərinin  hərəkəti  haqqında  hesabat  böyük  informasiya  dəyəri 

daşıyır.  Bu  informasiyadan  maliyyə  menecerləri  və  investorlar  yetərincə 

faydalanırlar,  sahibkarlar  isə  əlavə  aktivlərin  formalaşdırılması,  borcların 

ödənilməsi  və  yeni  investisiya  qoyuluşu  ilə  bağlı  məsələlərin  həllində  istifadə 

edirlər.  

Pul  axınlarının  idarə  edilməsi  elə  maliyyə  alətidir  ki,  onun  köməyilə 

müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  yüksək  son  nəicələrinə  nail  olmaq, 

yəni  daha  çox  mənfəət  əldə  etmək  mümkündür.  Bütün  bunlar  müəssisə 

səviyyəsində  pul  axınlarının  idarə  edilməsi  mexanizminin  təkmilləşdirilməsini 

zəruri edir. 

        Təsərrüfat  subyektlərində  pul  vəsaitləri  əsas  fondların  əldə  edilməsi,  əmtəə 

ehtiyatlarının  yaradılması,  debitor  borclarının  formalaşdırılması  və  başqa 

məqsədlər  üçün  istifadə  olunur.  Pul  vəsaitlərinin  hərəkətilə  istehsal-kommersiya 

tsikli başlayır və onunla da başa çatır. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin 

tsikli prosesində pul vəsaitləri müxtəlif aktivlərə, məhsulun reallaşdırılması zamanı 

debitor borclarına çevrilir. 

qtisadi ədəbiyyatlarda “pul axınları” məfhumuna müxtəlif yanaşmalar vardır. 

Məsələn,  Amerika  alimi  L.A.  Beristayn  hesab  edir  ki,  şirkət  pul  vəsaitlərinin 

hərəkətini  –  axıb  gəlməsi  və  axıb  getməsi  prosesini  sınaqdan  çıxarır  və  onu 

müxtəlif fəaliyyət növlərinə – istehsal, maliyyə və investisiya fəaliyyətinə aid edir. 

Bu fəaliyyət növlərinin hər biri üçün və eləcə də bütövlükdə müəssisənin fəaliyyəti 

üçün  pul  vəsaitlərinin  axıb  gəlməsi  və  axıb  getməsi  arasında  fərqi 




 

68 


müəyyənləşdirmək  olar.  Pul  vəsaitlərinin  axıb  gəlməsi  həmin  müddətdə  pul 

qalığının artmasına, axıb getməsi isə pul qalığının azalmasına uyğun gələcəkdir. 

Digər  amerika  alimi  Dj.K.Van  Xorn  qeyd  edir  ki,  firmanın  pul  vəsaitlərinin 

hərəkəti fasiləsiz prosesdir. Firmanın aktivləri pul vəsaitlərinin həqiqi istifadəsini, 

passivləri  isə  həqiqi  mənbəyləri  ifadə  edir.  Pul  vəsaitlərinin  miqdarı  məhsulun 

satışı,  debitor  borclarının  ödənilməsi,  kapital  məsrəfləri  və  maliyyələşmənin 

həcmindən asılı olaraq vaxtaşırı dəyişilir . 

Almaniya  alimləri  “pul  axınları”  anlayışını  “Cash-Flow”  kimi  izah  edirlər. 

Onların  fikrincə,  Cash-Flow  illik  qalığın,  amortizasiya  ayırmaları  və  pensiya 

fonduna ödənilən vəsaitin məbləğinə bərabərdir. Daxili maliyyələşdirmənin faktiki 

həcmini müəyyənləşdirmək üçün Cash-Flow-dan planlaşdırılan dividend ödənişləri 

çıxılır.  Amortizasiya  ayırmaları  və  pensiya  fonduna  ödənişlər  daxili 

maliyyələşdirmə  imkanını  azaldır,  hərçənd  onlar  pul  vəsaitlərinin  müvafiq  axıb 

getməsinə uyğun gəlmədən baş verir. Əslində bu vəsait müəssisənin sərəncamında 

qalır  və  maliyyələşdirmə  mənbəyi  kimi  istifadə  edilə  bilər.  Cash-Flow  daxili 

maliyyələşdirmənin  faktiki  həcmini  əks  etdirir  və  onun  köməyilə  müəssisənin 

maliyyə resurslarına tələbatını müəyyənləşdirmək olar. 

Postsovet məkanında, o cümlədən Azərbaycan Respublikasında “pul axınları” 

termininin  mahiyyətinə  xüsusi  yanaşma  mövcuddur.  Belə  ki,  1995-ci  ildə 

mühasibat  uçotunun  tərkibində  əlavə  4№-li  forma  “Pul  vəsaitlərinin  hərəkəti 

haqqında  hesabat”  daxil  edildi.  Rusiya  alimlərinin  fikrincə,  pul  vəsaitlərinin 

axınları dedikdə müəyyən vaxt ərzində müəssisənin aldığı və ödədiyi pul vəsaitləri 

arasındakı  fərq  başa  düşülür,  onlar  mənfəətlə  müqayisə  olunur.  Mənfəət 

müəssisənin  fəaliyyətinin  özünümaliyyələşdirilməsi,  geniştəkrar  istehsalın  həyata 

keçirilməsi, sosial və maddi tələbatın ödənilməsi üçün əsas vəsait hesab edilir. Belə 

ki,  mənfəət  hesabına  müəssisə  büdcə,  bank  və  digər  təşkilatlar  qarşısında  öz 

öhdəliklərini yerinə yetirir. 

Beləliklə,  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinin  təşkili  prosesində  pul 

vəsaitlərinin  hərəkəti  baş  verir.  nflyasiya  və  maliyyə  böhranı  şəraitində  pul 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə