Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   21   22   23   24   25   26   27   28   29

 

75 


kreditdir,  əsas  mənbəyi  isə  təkrar  istehsal  prosesində  azad  pul  vəsaitləridir: 

amortizasiya fondu, mənfəət, əhalinin pul gəlirləri və dövlətin pul yığımları. 

Ə

halinin azad pul resurslarına tələb və təklifi xüsusi maliyyə  bazarı yaradır, 



haradakı sahibindən istifadəçiyə pul vəsaitlərinin hərəkəti baş verir. Belə qarşılıqlı 

münasibət qiymətli kağızlar bazarında həyata keçirilir. Qiymətli kağızlar bazarının 

vəzifəsi alıcı və satıcı üçün sərfəli qiymətlə pul axınlarının investisiyaya daha tez 

yönəldilməsini  təmin  etməkdir.  Müəssisə  həmçinin  əhalinin  azad  pul  vəsaitlərini 

maliyyə bazarında alıb qiymətli kağızların tədavülünə buraxa bilər.  

Müəssisənin  mənfəətlə  işlənməsi  üçün  pul  vəsaitləri  axınının  effektiv  idarə 

edilməsi,  planlaşdırılmış  fəaliyyət  kursundan  kənarlaşmaya  operativ  reaksiya 

verilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Pul  axınlarının  idarə  edilməsi  maliyyə 

menecerinin  fəaliyyətinin əsas istiqamətlərindən biridir və ona daxildir: 

−  pul vəsaitlərinin tədavül vaxtının (maliyyə tsikli) hesablanması; 

−  pul axınlarının təhlili; 

−  pul axınlarının proqnozlaşdırılması. 

Maliyyə  tsikli  pul  vəsaitlərinin  dövriyyədən  kənarlaşdığı  vaxtı  ifadə  edir. 

Maliyyə tsiklinə daxildir: 

−  məhsul istehsalı üçün xammal, material, yarımfabrikat və komplektləşdirici 

məmulat və başqa aktivlərə pul vəsaitlərinin investisiyalaşdırılması; 

−  məhsulun reallaşdırılması, işin yerinə yetirilməsi və xidmətin göstərilməsi, 

həmin əməliyytalardan gəlirin alınması. 

Məhsulun reallaşdırılması, pul vəsaitlərinin daxil olması və xərclənməsi eyni 

vaxtda  baş  vermir  və  nəticədə  ya  böyük  həcmdə  pul  axınına,  ya  da  müəssisənin 

likvidliyini  qoruyub  saxlamaq  üçün  digər  mənbələrdən  vəsaitin  cəlb  edilməsinə 

ehtiyac yaranır. 

Pul  axınlarının  effektiv  idarə  edilməsi  üçün  istehsal  resurslarının  alınması 

anından  əmtəənin reallaşdırılması  nəticəsində  pul vəsaitlərinin daxil olması  anına 

qədər 

vaxt 


intervalında 

tamamlanmış 

maliyyə 

tsiklinin 

müddətinin 

müəyyənləşdirilməsi  vacibdir.  Maliyyə  tsiklinin  müddəti  (M)  aşağıdakı  düsturla 

hesablanır: 



 

76 


 

M =   + D – K, 

 

burada ,   – istehsal ehtiyatlarının tədavül vaxtı; 



   

  D – debitor borclarının tədavül vaxtı; 

   

  K – kreditor borclarının tədavül vaxtıdır. 



Bu  düstur  əsasında  gələcəkdə  müəssisənin  kredit  siyasətinin  xarakterini, 

debitor  və  kreditor  borclarının  ekvallentliyini,  müəssisə  üçün  səciyyəvi  olan 

ə

məliyyat  tsiklinin  müddətini  və  onun  dövriyyə  kapitalının  həcminə  təsirini, 



təsərrüfat 

dövriyyəsindən 

pul 

vəsaitlərinin 



kənarlaşması 

müddətini 

müəyyənləşdirmək  olar.  Maliyyə  tsiklinin  müddətinin  hesablanması  zamanı 

istifadə  olunan  göstəricilərin  təsirini  qiymətləndirmə  pul  vəsaitləri  dövriyyəsinin 

sürətləndirilməsi yollarını mümkündür.  

Pul vəsaitləri axınının proqnozlaşdırılması müəssisənin maliyyə fəaliyyətinin 

səmərəli  təşkilində  mühüm  əhəmiyyət  kəsb  edir.  Pul  axınlarının  proqnozu  – 

müəyyən dövr ərzində gözlənilən əməliyyatların həyata keçirilməsi prosesində pul 

vəsaitlərinin  daxil  olması  və  xərclənməsini  tam  şəkildə  özündə  əks  etdirən 

hesabatdır . 

Pul  axınlarının  proqnozlaşdırılması  vəsait  defisitinin,  yaxud  artıqlığının  hələ 

onların  baş  verməsinə  qədər  qabaqcadan  görməyə  və  müəyyən  vaxt  ərzində 

müəssisənin  fəaliyyətinə  müvafiq  düzəlişlər  etməyə  imkan  verir.  Pul  axınlarının 

proqnozlaşdırılması  pul  vəsaitləri  büdcəsinin  tərkibinə  uyğun  gəlir.  Pul  vəsaitləri 

büdcəsi  istehsal,  xammalın  alınması,  hazır  məhsulun  reallaşdırılması  sahəsində 

fəaliyyət  proqramının  dəyər  göstəricilərini  özündə  əks  etdirir.  Fəaliyyət 

proqramında  ayrı-ayrı  tədbirlərin  vaxtaşırı  və  funksional  koordinasiyası  təmin 

edilməlidir. 

Büdcənin tərtibi prosesində ən vacib və çətin məsələ layihənin pul axınlarının 

–  investisiya  xərclərinin  və  layihə  reallaşdırıldıqdan  sonra  daxil  olan  pul 

vəsaitlərinin  proqnozlaşdırılmasıdır  .  Büdcənin  tərtibində  ilk  addım  relevant  pul 

axınlarını  müəyyənləşdirməkdir,  hansıki  layihənin  icrası  haqqında  qərar  qəbul 




 

77 


edərkən  lazımdır.  Layihəni  qiymətləndirərkən  onun  reallaşdırılması  nəticəsində 

təkcə  nə  qədər  mənfəət,  yaxud  zərər  alınacağını  deyil,  həm  də  şirkətin  maliyyə 

göstəricilərinin nə qədər dəyişiləcəyini nəzərə almaq lazımdır.  

Pul axınlarının proqnozlaşdırılmasının effektiv sisteminin əsasını kassa planı 

təşkil  edir.  Kassa  planı  müəyyən  vaxt  ərzində  pul  vəsaitlərinin  daxil  olması  və 

xərclənməsinin proqnozu əsasında tərtib edilir. Kassa planı proqnozlaşdırılan dövr 

ə

rzində  daxil  olacaq  və  xərclənəcək  pul  vəsaitlərinin  vaxtını  və  həcmini 



müəyyənləşdirməyə  imkan  yaradır.  Kassa  planının  köməyilə  maliyyə  meneceri 

müəssisənin  pul  vəsaitlərinə  gələcək  tələbatı  və  bu  tələbatın  maliyyələşdirilməsi 

mənbələrini  müəyyənləşdirir,  həmçinin  pul  vəsaitlərinin  hərəkətinə  və  likvidliyin 

dəyişilməsinə nəzarət edir. 

                  

 3.3.  nflyasiya şəraitində maliyyə menecmentinin təşkilinin təkmilləşdirilməsi 

Mürəkkəb və ziddiyyətli sosial-iqtisadi proses olan inflyasiya milli valyutanın 

bazar  dəyər  məzənnəsinin  aşağı  düşməsində  və  həmçinin  dönərli  valyutaya 

nisbətində  öz  əksini  tapır.  Azərbaycan  Respublikasının  milli  valyutası  olan 

manatın  ABŞ  dollarına  nisbətən  məzənnəsinin  son  illər  artmasına  baxmayaraq 

inflyasiya  nəinki  aşağı  düşməmiş,  əksinə  xeyli  artmışdır.  Çünki  inflyasiya 

çoxamilli bir prosesdir, qiymətin artmasına milli iqtisadiyyatın rəqabət qabiliyyəti, 

tədiyyə balansı və başqa amillər təsir göstərir. 

Xeyne Polun fikrincə, inflyasiya pulun dəyərinin, yaxud alıcılıq qabiliyyətinin 

aşağı düşməsidir. Digər tərəfdən, inflyasiya maddi nemətlərin qiymətlərinin surətlə 

artmasıdır. 

nflyasiya,  xüsusən  onun  tempinin  yüksək  olması  maliyyə  menecmentinin 

təşkilində  çox  böyük  çətinliklər  yaradır.  nflyasiya  şəraitində  maliyyə  xarakterli 

qərarların  qəbulu  səciyyəvi  xarakter  daşıyır.  O,  menecerə  inflyasiyanın  təsirinə 

daha  çox  məruz  qalan,  həmçinin  onunla  əlaqədar  baş  verən  digər  problemlər 

barədə aydın təsəvvür yaratmalıdır.  

nflyasiya  şəraitində  qəbul  edilən  maliyyə  xarakterli  əsas  qərarlar  çox  vaxt 

ziddiyyətli  və  uzunmüddətli  olub,  investisiya  layihələrinin  seçilməsi  ilə 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə