Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə26/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   21   22   23   24   25   26   27   28   29

 

78 


ə

laqədardır. Aydındır ki, investisiya layihələrinin seçimi, hər şeydən əvvəl, vahidə 

gətirilmiş effektin proqnoz kəmiyyətinin hesablanmasına əsaslanır. Hesablamanın 

keyfiyyəti pul axınlarının və investisiyanın effektivlik səviyyəsinin proqnozundan 

daha çox asılıdır. Hesablama zamanı iki prinsipə riayət edilməlidir: 

−  inflyasiyanın  proqnozlaşdırılan  səviyyəsinə  düzəlişləri  özündə  əks  etdirən 

diskontlaşdırma dərəcəsi (stavkası) tətbiq edilməlidir; 

−  bərabər biznes mühitində daha qısa müddətdə həyata keçirilməsi mümkün 

olan layihəyə üstünlük verilməlidir. 

nflyasiya  şəraitində  müəssisənin  fəaliyyətini  planlaşdıranda  bir  sıra  sadə 

qaydalara riayət edilməlidir: 

−  müəssisənin hesablaşma hesabında artıq pul vəsaiti saxlamaq, tanışlara və 

kontragentlərə kredit və istiqraz vermək; 

−  sərbəst  pul  vəsaitlərini  daşınmaz  əmlaka  və  ya  mütləq  gəlir  gətirən 

layihələrə yönəltmək; 

−  kredit  qaytarmaq  qabiliyyətini  hesablamaqla  mümkün  qədər  kapital  cəlb 

etmək. 

nflyasiya  şəraitində  müəssisənin  normal  fəaliyyət  göstərməsi  üçün  zəruri 



kapitalın həcmi daim artır. Bu istifadə olunan xammalın qiymətinin və əmək haqqı 

xərclərinin  artması  ilə  əlaqədardır.  Beləliklə,  hətta  sadə  təkrar  istehsal,  yəni 

müəssisənin  iqtisadi  potensialının  olduğu  kimi  saxlanılması  əlavə  maliyyə 

mənbələri  tələb  edir.  Bu  müəssisənin  maliyyə  fəaliyyətinin  perspektiv 

planlaşdırılmasında nəzə alınmalıdır.  

nflyasiya  şəraitində  investorlar  öz  kapitallarının  təhlükəsizliyinin  təmin 

olunmasına  ciddi  səy  göstərirlər.  Bu  zaman  faktiki  olaraq  iki  düzəliş  baş  verir: 

inflyasiyanın  tempinə  əlavələrlə  nominal  stavka  və  inflyasiyanın  tempinə 

ə

lavələrsiz  real  stavka.  Maliyyə  müqavilələri  bağlanarkən  nominal  stavkadan 



istifadə  olunur.  nflyasiya  şəraitində  cəlb  edilən  kapitalın  maliyyə  mənbələrinin 

dəyəri  artır.  Məhz  bu  meyli  maliyyə  meneceri  alınacaq  vəsaitlərin  mənbələrini 

planlaşdırarkən mütləq nəzərə almalıdır. 



 

79 


nflyasiya  şəraitində  uzunmüddətli  maliyyə  xarakterli  qərarların  qəbulunda 

ehtiyatlı  olmaq  gərəkdir.  Çünki  kreditorlar  uzunmüddətli  kreditləri  çox  könülsüz 

verirlər;  borc  alanlar  da  bahalı  uzunmüddətli  kreditlərin  cəlb  edilməsinə  çətin 

razılaşırlar.  Bazar  iqtisadiyyatında  istiqraz  vərəqələri  təsərrüfat  fəaliyyətinin 

maliyyələşdirilməsi  mənbələrindən  biridir.  Onun  da  qeyd  etmək  lazımdır  ki, 

inflyasiya şəraitində investorlar birincisi qısamüddətli kreditlərə üstünlük verirlər, 

ikincisi  uzunmüddətli  kredit  verərkən  öz  kapitallarına  yüksək  faiz  tələb  edirlər. 

Belə olan halda adi istiqraz vərəqələri arzuolunan deyil, inflyasiyanın səviyyəsi ilə 

ə

laqədar  üzən  faiz  dərəcəli  istiqraz  vərəqələri  daha  cəlbedici  sayılır.  Belə  siyasət 



inflyasiyanın səviyyəsi daim yüksək olan ölkələr, məsələn Latın Amerikası ölkələri 

üçün xüsusilə səciyyəvidir. Azərbaycan Respublikasında belə maliyyə aləti tətbiq 

olunmur, onu uzunmüddətli kreditlər və istiqraz vərəqələri əvəz edirlər.  

Müəssisənin təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsində həmçinin qiymətli 

kağızlardan istifadə olunur. Pul vəsaitlərinə ekvalent olan yüksək likvidli qiymətli 

kağızlardan üç əsas məqsədə nail olmaq üçün istifadə edilir:  

1) müəssisənin zəruri likvidliyinin təmin edilməsi;  

2)  əvvəlcədən  planlaşdırılmayan,  əlverişli  təsadüfi  rast  gələn  sərfəli 

investisiya layihəsini reallaşdırmaq üçün vəsait mənbəyi kimi;  

3) gəlir mənbəyi kimi. 

nflyasiya  bir  çox  hallarda  investisiya  layihəsinin  səmərəliliyinə, 

maliyyələşmə  şəraitinə  və  layihədə  müəssisənin  öz  xüsusi  kapitalının  iştirak 

səviyyəsinə  təsir  edir.  Bu  təsir  xüsusilə  də  vaxta  görə  genişlənmiş  investisiya 

tsiklinə malik olan və ya xeyli borc vəsaiti tələb edən layihələr üçün daha qabarıq 

nəzərə  çarpır.  nvestisiya  layihələrini  qiymətləndirərkən  inflyasiyanı  şərtləndirən 

aşağıdakı amillərin nəzərə alınması vacibdir: 

1)

  Manatın  inflyasiyasının  ümumi  indeksi.  Bu  indeks  inflyasiya  gedişinin 



sistemli şəkildə təshih edilən işçi proqnozu nəzərə alınmaqla müəyyən edilir; 

2)

  Manatın valyuta məzənnəsinin proqnozları. 



3)

  Məhsula  və  resurslara  qiymətlərin  vaxta  görə  dəyişmələrin  proqnozları, 

eləcə  də  perspektiv  üçün  orta  əmək  haqqı  və  digər  göstəricilərin  səviyyəsinin 



 

80 


dəyişmə proqnozları. 

4)

  Vergi  dərəcələrinin,  resursların,  Azərbaycan  Respublikasının  yenidən 



maliyyələşdirmə  dərəcəsinin  və  dövlət  tənzimlənməsi  üzrə  digər  maliyyə 

perspektivləri. 

       Unutmaq  olmaz  ki,  inflyasiya  templərinin  proqnozlaşdırılması  kifayət  qədər 

mürəkkəb  və  əmək  tutumlu  ehtimal  olunan  prosesdir.  Bundan  başqa,  inflyasiya 

templəri  ayrı-ayrı  dövrlərdə  xeyli  dərəcədə  proqnozlaşdırıla  bilməyən  subyektiv 

amillərin təsirinə məruz qalır. 

Son nəticədə hesablama düsturunun seçimi konkret investisiyalaşma şəraitini 

və  hər  bir  layihənin  xüsusiyyətlərini  nəzərə  alan  təhlilçi  tərəfindən  sabit  və  cari 

qiymətlərlə həyata keçirilir.

 

nvestisiya  layihələrinin  dinamik  qiymətləndirilməsində  layihələrdəki  pul 



axınlarının  zamana  görə  hazırkı  və  gələcək  dəyəri  nəzərə  alınır.  Pul  axınlarının 

zamana  görə  qiymətləndirilməsi  gələcəkdəki  hər  hansı  dəyişikliyin  qarşısının 

alınmasına səbəb olur. Gələcəkdə baş verə bilən dəyişikliklərə misal olaraq inflya-

siyanı,  riski,  qeyri-müəyyənliyi  və  s.  amilləri  qeyd  etmək  olar.  Pul  axınlarının 

hazırkı və gələcək dəyərləri adətən diskontlaşdırma normasına görə tapılır. 

nvestorun  pul  axınları  iki  istiqamətdə  hərəkət  edir.  Əvvəlcə  pul  axınları 

investtisiya qoyuluşlarına yönəldilir (mənfi pul axınları), sonra isə həmin vəsaitlər 

artımla geri qayıdır (müsbət pul axınları). Lakin, mənfi və müsbət pul axınlarının 

yaranma  vaxtı  müxtəlif  olduğundan,  pulun  dəyərsizləşməsi  nəzəriyyəsinə  görə, 

geri  qayıdan  pul  vəsaitlərinin  dəyəri  investisiyalara  yönəldilmiş  pul  vəsaitlərinin 

dəyərindən aşağı olmalıdır. Qiymətləndirmə prosesində bu itkilərin nəzərə alınması 

və  müxtəlif  dövrlərdə  yaranan  pul  axınlarının  müqayisə  oluna  bilən  vəziyyətə 

gətirilməsi  üçün  diskont    (discount)  (pul  vəsaitlərinin  hazırki  dəyərinin  azalması 

ə

msalı)  əmsalından istifadə   olunur.    Bu  əmsal 1 şəklində ifadə edilir. Başqa 



sözlə,  axınlarının  cari  dəyəri  onların  gələcək  pul  diskonta  hasili  kimi 

müəyyənləşdirilir: 

               1                C

 

PV



 = C  x  ---------   =  ---------- 

                ( 1+i )        ( 1 + i ) 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə