Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə29/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   21   22   23   24   25   26   27   28   29

 

87 


Cədvəldən  göründüyü  kimi  Azərbaycanda  əsas  kapitala  yönəldilmiş 

investisiyanın həcmi 2013-cü ildə 2005-ci illə müqayisədə 3,1 dəfə artmışdır, həm 

də  bu  artım  əsasən  daxili  vəsaitlərin  hesabına  təmin  edilmişdir.  Belə  ki,  həmin 

dövrdə əsas kapitala yönəldilmiş daxili vəsaitlər 5,8 dəfə artmış, xarici vəsaitlər isə 

ə

ksinə  11,1%  azalmışdır.  Bunun  nəticəsidir  ki,  əsas  kapitala  yönəldilmiş 



investisiyanın ümumi həcmində daxili vəsaitlərin xüsusi  çəkisi 2005-ci ildəki 36,5 

%-dən  2013-cü  ildə  79,5%-ə  qalxmış,  xarici  vəsaitlərin  xüsusi  çəkisi  isə  əksinə 

63,5%-dən 21,2%-ə 

  Təhlil  göstərir  ki,  əsas  kapitala  yönəldilmiş  investisiyanın  quruluşunda 

tikinti-quraşdırma  işlərinin  xüsusi  çəkisi  2005-ci  ildəki  53,9%-dən  2013-cü  ildə 

62,3%-ə çatmış, avadanlıq, alət və invertarların xüsusi çəkisi isə 23,4%-dən 15,1%-

ə düşmüşdür.

 

        Beləliklə,  investisiyanın  qiymətləndirilməsi  zamanı  inflyasiyanın  nəzərə 



alınmasına rəğmən aşağıdakı nəticələri çıxarmaq olar: 

1.  nflyasiyanı nəzərə almaq lazımdır. 

2.  Kapital  qoyuluşu  büdcəsinin  formalaşması  zamanı  inflyasiyanın  təhrif 

olunan  təsirinin  aradan  qaldırılmasının  daha  səmərəli  yolu  qiymət  dəyişmələrinin 

təsiri  altında  onların  dəyişmə  dərəcəsindən  asılı  olmaqla  ayrılan  pul  axını 

tərkibinin təshihindən ibarətdir. 

3.  nflyasiyanın  gələcək  templərinin  dəqiq  qiymətləndirilməsini  aparmaq 

mümkün olmadığına görə, səhvlər qaçılmazdır. 

4.  nflyasiya kapital qoyuluşunun risk dərəcəsini yüksəldir. 

  Son  illər  Azərbaycanda  istər  antiinflyasiya,  istərsə  də  investisiya 

siyasətlərinin  hüquqi  təminatı  müvafiq  qanunvericilik  bazası  və  digər  normativ 

aktlarla  daha  möhkəmləndirilmişdir.  Eyni  zamanda  Azərbaycan  inkişaf  etmiş 

ölkələr  üçün  strateji  maraq  kəsb  etdiyinə  görə  ölkədə  investisiya  iqlimini  normal 

hesab etmək olar. 



 

 


 

88 


 

 

                               Nəticə və təkliflə

          Maliyyə sistemi və onun idarə edilməsi məsələsinə həsr edilmiş bu doktorluq 

dissertasiyası konseptual, sistemli iqtisadi problemlərlə əlaqədardır. Bütövlükdə iş 

iqtisad  elminin,  makroiqtisadi  nəzəriyyənin,  o  cümlədən  maliyyə  nəzəriyyəsi  və 

praktikasının ən vacib, vaxtı çatmış problemlərinə həsr edilmişdir. Burada maliyyə 

menecmenti  həm  də  bazar  idarəetmə  mexanizmlərinin  təkmilləşdirilməsi,  onun 

milli  iqtisadiyyatın  stabilləşməsinə  pozitiv  təsiri  baxımından  da  nəzərdən 

keçirilmişdir.  Bu  məqsədlə  qlobal  iqtisadiyyatın,  habelə  bir  çox  ölkələrin  pozitiv 

təcrübəsindən  geniş  istifadə  edilmiş  və  həm  də  yeri  gəlmişkən  müəllif  müvafiq 

problemli məsələlərə öz tədqiqatçı mövqeyini bildirmişdir. 

 

Müasir  dövrdə  qlobal  və  milli  iqtisadiyyatda,  makro  və  mikro  səviyyəli 



problemlər  getdikcə  kəskinləşmiş,  qeyri-müəyyənlik  və  riskli  hallar  daha  da 

artmışdır. Bu baxımdan müasir şəraitdə  maliyyə menecmentinin təkmilləşdirilməsi 

probleminə  həsr  edilmiş  dissertasiya  mühüm  əhəmiyyət  kəsb  edir.Dissertasiya 

işində  maliyyə  menecmentinin  təkmilləşdirilməsi  problemləri  sistemli  şəkildə 

tədqiqi  aşağıdakı  elmi-nəzəri  nəticələr  çıxarmağa  və  təkliflər  irəli  sürməyə  əsas 

verir: 


Maliyyənin  klassik  nəzəriyyəsinin  çərçivəsində  əsasən  mərkəzləşdirilmiş 

maliyyə inkişaf etdirilmiş və sistemləşdirilmişdi.  kinci dünya müharibəsi ərəfəsin-

də və ondan sonrakı dövrdə dünya iqtisadiyyatında vəziyyət kəskin şəkildə dəyişdi, 

bazar  iqtisadiyyatı  inkişaf  etdikcə  dövlətin  və  açıq  ittifaqların  iqtisadiyyatda  rolu 

azalmağa  başladı.  Kapitalın  inkişafı  və  beynəlmiləşməsi,  transmilli  şirkətlərin 

rolunun artması, istehsalın təmərküzləşməsi prosesi, biznesin resurs təminatı siste-

mində  maliyyə  resurslarının  əhəmiyyətinin  artması  XX  əsrin  ortalarında  istənilən 

iqtisadi  sistemin  əsas  sistemyaradıcı  səviyyəsində,  yəni  təsərrüfat  subyektində 

maliyyənin rolunun nəzəri cəhətdən dərk edilməsini zəruriyyətə çevirdi.  

Maliyyə  menecmenti  üç  elmi  istiqamətin:  maliyyə,  mühasibat  uçotu  və 

idarəetmənin kəsişməsində müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət kimi 



 

89 


formalaşmışdır.Bazar  münasibətlərinin  bərqərar  olduğu  ölkələrdə  maliyyə 

menecmenti  maliyyə,  idarəetmə,  uçot  və  təhlil  sahəsindəki  müvafiq  nəzəri  və 

praktiki  yanaşmaların  vəhdəti  şəklində  meydana  çıxmaqla  ən  perspektivli  elmi 

istiqamətlərdən birinə çevrilmişdir 

Bazar    iqtisadiyyatı    şəraitində    maliyyə    menecmentinin    ayrılmaz    tərkib 

hissəsi olan maliyyə təhlilinin əhəmiyyəti xeyli artmışdır. Müasir dövrdə maliyyə 

təhlilinə  dair  iki  yanaşma  mövcuddur.  Birinci  yanaşmada  maliyyə  təhlili  geniş 

aspektdə  başa  düşülür,  yəni  kapital  bazarı  da  daxil  olmaqla  ətraf  mühit 

kontekstində  təsərrüfat  subyektlərinin  maliyyəsinin  idarə  edilməsi  ilə  əlaqədar 

analitik  işlərin  bütün  bölmələrini  əhatə  edir,  ikinci  yanaşma  maliyyə  təhlilinin 

ə

hatə sferasının mühasibat uçotunun təhlili ilə məhdudlaşdırılmasını nəzərdə tutur. 



    Müştərək sahibkarlıq xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsində, 

beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsində,  firmalararası  koopera-siya 

ə

laqələrinin  qurulmasında,  əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsində  və 



rifah  halının  yaxşılaşdırılmasında  müstəsna  rol  oynayır.  Müştərək  sahibkarlığın 

inkişafı iqtisadi artıma, ümumi daxili məhsulun strukturuna və keyfiyyətinə müsbət 

təsir  göstərir,  həmçinin  yerli  xammal  resurslarından  daha  səmərəli  istifadə 

olunmasına, daxili bazarın keyfiyyətli əmtəə və xidmətlər ilə zənginləşdirilməsinə, 

ixrac potenmsialının artırılmasına səbəb olur. 

       Pul  axınları  müəssisənin  istehsal-kommersiya  fəaliyyəti  prosesində  baş  verir 

və  maliyyə  fəaliyyətinin  son  nəticələrinə  təsir  edirBazar  münasibətləri  şəraitində 

pul  axınlarının  effektiv  idarə  edilməsi  maliyyə  menecmentinin  təşkilinin  mühüm 

alətinə  çevrilib,  çünki  müəssisənin  fəaliyyətinin  yüksək  son  nəticələrinə  nail 

olmağın əsas yolları istehlak bazarında cəmlənmişdir. 

                                          

                                    

 

 

 



 


 

90 


 

 

                                Istifadə edilmiş ədəbiyyat 



           1. D. A. Bağırov  , M.X. Həsənli  “ Maliyyə” dərslik     Bakı 2011 

2. Abbasov S.A. Maliyyə menecmenti: təşkili və təkmilləşdirilməsi 

problemləri (monoqrafiya). Bakı, “Elm və Təhsil”, 2009. – 288 səh. 

     3. Biznesin təşkili və idarə edilməsi. Dərslik. Bakı, “ qtisad Universiteti” 

nəşriyyatı, 2011. – 464 səh.  

4. Səhmdarlıq işi. Dərslik. Bakı. “ qtisad Universiteti” nəşriyyatı, 2010. – 

491 səh.  

5. Брихем Ю., Хьюстон Дж. Финансовый менеджмент. СПБ: Питер, 

2007. – 544 

6. Джемс К., Ван Хорн, Джон М. Вахович. Основы финансового 

менеджмента

 – М: ООО «ИД Вильямс», 2006. – 1232 с. 

7. Дранко О.Ш. Финансовый менеджмент: Технологии управления 

финансами

 предприятия. Учеб. Пособие для вузов. – М.:ЮНИТИ –

ДАНА


, 2004. – 351 с. 

8. Ковалев В.В. Финансовый анализ: методы и процедуры. – М.: 

Финансы

 и статистика, 2006. – 560 с. 



9. Ковалев В.В. Курс финансового менеджмента. Учебник. – М.: ТК 

Велби


. Проспект, 2008. – 448 с. 

10. Финансовый менеджмент: Учебное пособие. М.: КНОРУС, 2010. – 

432 с.i  



 

91 


Məmmədli Fuad Kamal oğlunun"Müasir şəraitində maliyyə 

menecmentinin təkmilləşdirilməsi” mövzusunda 

magistr   

dissertasiyasının

 

 

Рефераты 



Mövzunun  aktuallığı.

  Qlobal  maliyyə  böhranının  təsiri  maliyyə  sistemində  daha 

çox  psixoloji  xarakterli  olmuş  və  maliyyə  institutlarının  inkişaf  strategiyalarını 

yenidən nəzərdən keçirməyə sövq etmişdir. Maliyyə sistemi çərçivəsində maliyyə 

resurslarının  yenidən  bölüşdürülməsi  həmişə  müəyyən  məqsədlərin  əldə 

olunmasına yönəldilmişdir. O, idarəetmənin müəyyən sxeminin yaradılmasını tələb 

edir. 

 

Maliyyə  siyasətinin  əsas  məqsədləri:  səmərəli  dövlət  və  bələdiyyə 



idarəçiliyinin  maliyyə  təminatı,  dövlət  siyasətinin  prioritet  istiqamətlərində 

maliyyə resurslarının cəmləşdirilməsi, milli sərvətlərin və əvəzedilməz resursların 

istifadə  olunması  üçün  rasional  rejimin  müəyyən  olunması,  dövlətin  maliyyə 

sabitliyinin  və  maliyyə  təhlükəsizliyinin  təmin  edilməsi,  əhalinin  dövlətin  sosial 

siyasət tapşırıqlarına cavab verən normativ həyat səviyyəsinin təmin olunmasıdır. 

           qtisadi sistemin transformasiyası şəraitində Azərbaycanda bazar prinsipləri 

ə

sasında  fəaliyyət  göstərən  iqtisadi  cəhətdən  təhlükəsiz  və  sivil  cəmiyyətin 



qurulması zərurəti xeyli dərəcədə ölkənin maliyyə potensialının formalaşması, ölkə 

iqtisadiyyatının  aparıcı  sahələri  üzrə  onların  düzgün  bölüşdürülməsi  və  istifadəsi 

ilə  müəyyən  olunur.  nkişaf  etmiş  ölkələrin  iş  təcrübəsi  göstərir  ki,  maliyyə 

potensialından istifadə problemi mürəkkəb və sistemli bir prosesdir. Keçid iqtisadi 

şə

raitində  maliyyə  potensialının  formalaşması  və  istifadəsi  özünə  dövlətin  və 



təsərrüfat subyektlərinin iqtisadi mənafelərinin uzlaşdırılmasını daxil edir. Deməli, 

maliyyə  potensialından  səmərəli  istifadə  mexanizmini  həm  ölkə,  həm  onun 

regionları  səviyyəsində,  eləcə  də  təsərrüfat  subyektləri  üzrə  qarşılıqlı  fəaliyyət 

halında  müəyyən  edilməlidir.  Bu  proses  isə  öz  növbəsində  biznes  mühitinin 

yaradılması ilə bilavasitə bağlıdır. 



 

92 


            Maliyyə  menecmentinin  müstəqil sistemləşdirilmiş  elmi-praktiki  istiqamət 

kimi  formalaşmasına  biznesin  idarə  edilməsində  yaranmış  meyllərin  reallığına 

alimlərin  və  praktiklərin  təbii  reaksiyası  səbəb  olmuşdur.  Biznesin  idarə 

edilməsində  yaranmış  meyllər  maliyyə  resurslarının  və  maliyyə  bazarlarının 

ə

həmiyyətinin  artması,  biznesin  beynəlmiləşməsinin  güclənməsi  və  iri  transmilli 



ş

irkətlərin inkişafı ilə şərtlənir. Bu reallıq, hər şeydən əvvəl, xüsusi kapitalın idarə 

edilməsi metodlarının ümumiləşdirilməsini və inkişafını nəzərdə tutan maliyyənin 

neoklassik nəzəriyyəsinin təşəkkülünə gətirib çıxarmışdır.  

Maliyyə  menecmenti  maliyyə,  idarəetmə,  uçot  və  təhlil  sahəsindəki  nəzəri 

işləmələri  və  onun  çərçivəsində  hazırlanmış  yanaşmaların  praktiki  tərəflərini 

müvəffəqiyyətlə  əlaqələndirən  iqtisad  elminin  ən  perspektiv  istiqamətlərindən 

biridir.  Maliyyə  menecmenti  maliyyə  nəzəriyyəsi  ilə  mühasibat  uçotu  arasında 

ə

laqələndirici  həlqədir.  Maliyyə  menecmentinin  məzmununa  bir-biri  ilə  sıx 



qarşılıqlı  əlaqəli  məsələlər:  ümumi  maliyyə  təhlili  və  planlaşdırma;  pul 

vəsaitlərinin cari idarə edilməsi; istehsalın rentabellik səviyyəsinin yüksəldilməsini 

təmin  edən  maliyyə  fəaliyyətinin  idarə  edilməsi;  investisiya  fəaliyyətinin  idarə 

edilməsi;  maliyyə  resursları  mənbələrinin  idarə  edilməsi  aid  edilirMaliyyə 

menecmenti  maliyyə,  idarəetmə,  uçot  və  təhlil  sahəsindəki  nəzəri  işləmələri  və 

onun  çərçivəsində  hazırlanmış  yanaşmaların  praktiki  tərəflərini  müvəffəqiyyətlə 

ə

laqələndirən  iqtisad  elminin  ən  perspektiv  istiqamətlərindən  biridir.  Maliyyə 



menecmenti  maliyyə  nəzəriyyəsi  ilə  mühasibat  uçotu  arasında  əlaqələndirici 

həlqədir.  Başqa  sözlə,  maliyyə  menecmentinə  gedən  yolun  başlanğıcı  mühasibat 

uçotundan keçir. Maliyyə menecmentinin mühasibat uçotu ilə sıx qarşılıqlı əlaqəsi 

aşağıdakı səbəblərlə izah olunur: 

-

  bəzi  təsərrüfat  subyektlərində,  xüsusilə  kiçik  müəssisələrdə  maliyyə 



meneceri və mühasib vəzifəsi birləşdirilir; 

-

  maliyyə  xarakterli  qərarlar  mühasibat  uçotunun  informasiyaları  əsasında 



qəbul edilir; 

-

  maliyyə menecmenti müəssisənin maliyyə fəaliyyətinin yaxşılaşdırılması və 



müəyyən maliyyə nəticələrinin əldə edilməsi məqsədilə həyata keçirilən prosesdir; 


 

93 


-

  maliyyə xarakterli bir çox vacib qərarların əsaslandırılması uçot obyektinin 

fəaliyyətinin bu və ya digər aspektlərinin başa düşülməsinin adekvat səviyyəsindən 

bilavasitə asılıdır; 

-

  maliyyə  menecmentinin  strukturlaşma  məntiqi  və  onun  əsas  bölmələrinin 



məzmunu ən yaxşı halda mühasibat balansına əsaslanır. 

        Bazar  iqtisadiyyatı  strukturlarının  böyük  müstəqilliyə  malik  olduqları  və 

özlərinin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrinə görə səhmdarlar, işçilər, 

banklar və kreditorlar qarşısında tam məsuliyyət daşıdıqları hazırki vaxtda maliyyə 

menecmentinin  təkmilləşdirilməsi  problemlərinin  tədqiqi  xüsusi  aktuallıq  kəsb 

edir. 


      Tədqiqatın  məqsədi  və  vəzifələri.  Dissertasiya  işinin  məqsədi  maliyyə 

menecmentinin  nəzəri-metodoloji  və  əməli  tərəflərinin  tədqiq  edib  öyrənilməsi 

ə

sasında  elmi  cəhətdən  əsaslandırılmış  təklif  və  tövsiyələr  işləyib  hazırlamaqdan 



ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələlərin həll edilməsi 

nəzərdə tutulmuşdur: 

       .      maliyyənin  klassik  və  neoklassik  nəzəriyyələrinin  təşəkkülü  və  inkişafı     

mərhələlərinin öyrənilməsi 

•  müəssisədə  maliyyə  menecmentinin  təşkilinin  xüsusiyyətlərinin  öyrənilib 

aşkara çıxarılması; 

•  maliyyə 

menecmentinin 

metodoloji 

və 


konseptual 

planının 

formalaşmasının metodiki səmtlərinin açıqlanması; 

•  maliyyə menecmentinin təkmilləşdirilməsinin başlıca istiqamətləri 

•  təsərrüfat  subyektlərinin  maliyyə  resurslarının  formalaşması,  istifadəsi  və 

idarə edilməsi proseslərinin tədqiq edilməsi; 

•  maliyyə menecmenti sistemində investisiya fəaliyyətinin səmərəli təşkili ilə 

bağlı məsələlərin araşdırılması; 

         Tədqiqatın  predmeti  və  obyekti.  Tədqiqatın  predmetini  maliyyə  və 

investisiya təminatı məsələləri, obyektini isə milli iqtisadiyyatın sənaye sektorunda 

biznes fəaliyyəti təşkil edir. 



 

94 


Tədqiqatın  informasiya  bazası  və  işlənməsi  metodlarını

  Azərbaycan 

Respublikası  Dövlət  Statistika  Komitəsinin  hesabatları,  respublikamızda  maliyyə 

menecmentinin genişləndirilməsinə həsr edilmiş Dövlət Proqramları təşkil edir. 



Tədqiqatın elmi yeniliyi 

aşağıdakılardan ibarətdir: 

•  müəssisədə 

maliyyə 


menecmentinin 

təşkilinin 

təkmilləşdirilməsi 

məsələləri kompleks şəkildə tədqiq edilmişdir; 

•   maliyyə  strategiyasının  işlənib hazırlanması və  reallaşdırılması  prinsipləri 

və metodları araşdırılmışdır;  

•  müəssisənin maliyyə dayanıqlığının kompleks təhlil edilməsi; 

•  qeyri-müəyyənlik  şəraitində  müəssisənin  maliyyələşdirilməsinin  səmərəli 

variantının seçilməsi və qiymətləndirilməsi modeli işlənilmişdir; 

•  Azərbaycanın sahibkarlıq mühitində maliyyə menecmentinin mövcud və- 

ziyyəti  və  investisiya  təminatı  müxtəlif  təhlil  metodlarının  köməyi  ilə 

qiymətləndirilmiş və ehtiyat imkanları aşkara çıxarılmışdır. 



Tədqiqatın  praktiki  əhəmiyyəti

  ondan  ibarətdir  ki,  onun  əsas  müddəaları, 

hazırlanan  əməli  nəticə  və  təkliflər  Respublikamızda  fəaliyyət  göstərən  sənaye 

müəssisələrində  biznesin  inkişafını  sürətləndirməyə,  keyfiyyətcə  yeni  mərhələyə 

qaldırmağa  imkan  verər.  Müəssisədə  maliyyə  menecmentinin  təkmilləşdirilməsi 

üzrə  irəli  sürülən  təklif  və  tövsiyələr  müvafiq  Dövlət  Proqramlarının  işlənib 

hazırlanmasında istifadə oluna bilər 

                                              Nəticə və təkliflə



          Maliyyə sistemi və onun idarə edilməsi məsələsinə həsr edilmiş bu doktorluq 

dissertasiyası konseptual, sistemli iqtisadi problemlərlə əlaqədardır. Bütövlükdə iş 

iqtisad  elminin,  makroiqtisadi  nəzəriyyənin,  o  cümlədən  maliyyə  nəzəriyyəsi  və 

praktikasının ən vacib, vaxtı çatmış problemlərinə həsr edilmişdir. Burada maliyyə 

menecmenti  həm  də  bazar  idarəetmə  mexanizmlərinin  təkmilləşdirilməsi,  onun 

milli  iqtisadiyyatın  stabilləşməsinə  pozitiv  təsiri  baxımından  da  nəzərdən 

keçirilmişdir.  Bu  məqsədlə  qlobal  iqtisadiyyatın,  habelə  bir  çox  ölkələrin  pozitiv 

təcrübəsindən  geniş  istifadə  edilmiş  və  həm  də  yeri  gəlmişkən  müəllif  müvafiq 

problemli məsələlərə öz tədqiqatçı mövqeyini bildirmişdir. 



 

95 


 

Müasir  dövrdə  qlobal  və  milli  iqtisadiyyatda,  makro  və  mikro  səviyyəli 

problemlər  getdikcə  kəskinləşmiş,  qeyri-müəyyənlik  və  riskli  hallar  daha  da 

artmışdır. Bu baxımdan müasir şəraitdə  maliyyə menecmentinin təkmilləşdirilməsi 

probleminə  həsr  edilmiş  dissertasiya  mühüm  əhəmiyyət  kəsb  edir.Dissertasiya 

işində  maliyyə  menecmentinin  təkmilləşdirilməsi  problemləri  sistemli  şəkildə 

tədqiqi  aşağıdakı  elmi-nəzəri  nəticələr  çıxarmağa  və  təkliflər  irəli  sürməyə  əsas 

verir: 


Maliyyənin  klassik  nəzəriyyəsinin  çərçivəsində  əsasən  mərkəzləşdirilmiş 

maliyyə inkişaf etdirilmiş və sistemləşdirilmişdi.  kinci dünya müharibəsi ərəfəsin-

də və ondan sonrakı dövrdə dünya iqtisadiyyatında vəziyyət kəskin şəkildə dəyişdi, 

bazar  iqtisadiyyatı  inkişaf  etdikcə  dövlətin  və  açıq  ittifaqların  iqtisadiyyatda  rolu 

azalmağa  başladı.  Kapitalın  inkişafı  və  beynəlmiləşməsi,  transmilli  şirkətlərin 

rolunun artması, istehsalın təmərküzləşməsi prosesi, biznesin resurs təminatı siste-

mində  maliyyə  resurslarının  əhəmiyyətinin  artması  XX  əsrin  ortalarında  istənilən 

iqtisadi  sistemin  əsas  sistemyaradıcı  səviyyəsində,  yəni  təsərrüfat  subyektində 

maliyyənin rolunun nəzəri cəhətdən dərk edilməsini zəruriyyətə çevirdi.  

Maliyyə  menecmenti  üç  elmi  istiqamətin:  maliyyə,  mühasibat  uçotu  və 

idarəetmənin kəsişməsində müstəqil sistemləşdirilmiş elmi-praktiki istiqamət kimi 

formalaşmışdır.Bazar  münasibətlərinin  bərqərar  olduğu  ölkələrdə  maliyyə 

menecmenti  maliyyə,  idarəetmə,  uçot  və  təhlil  sahəsindəki  müvafiq  nəzəri  və 

praktiki  yanaşmaların  vəhdəti  şəklində  meydana  çıxmaqla  ən  perspektivli  elmi 

istiqamətlərdən birinə çevrilmişdir 

Bazar    iqtisadiyyatı    şəraitində    maliyyə    menecmentinin    ayrılmaz    tərkib 

hissəsi olan maliyyə təhlilinin əhəmiyyəti xeyli artmışdır. Müasir dövrdə maliyyə 

təhlilinə  dair  iki  yanaşma  mövcuddur.  Birinci  yanaşmada  maliyyə  təhlili  geniş 

aspektdə  başa  düşülür,  yəni  kapital  bazarı  da  daxil  olmaqla  ətraf  mühit 

kontekstində  təsərrüfat  subyektlərinin  maliyyəsinin  idarə  edilməsi  ilə  əlaqədar 

analitik  işlərin  bütün  bölmələrini  əhatə  edir,  ikinci  yanaşma  maliyyə  təhlilinin 

ə

hatə sferasının mühasibat uçotunun təhlili ilə məhdudlaşdırılmasını nəzərdə tutur. 




 

96 


    Müştərək sahibkarlıq xarici kapitalın ölkə iqtisadiyyatına cəlb edilməsində, 

beynəlxalq  əmək  bölgüsünün  dərinləşməsində,  firmalararası  koopera-siya 

ə

laqələrinin  qurulmasında,  əhalinin  məşğulluq  səviyyəsinin  yüksəldilməsində  və 



rifah  halının  yaxşılaşdırılmasında  müstəsna  rol  oynayır.  Müştərək  sahibkarlığın 

inkişafı iqtisadi artıma, ümumi daxili məhsulun strukturuna və keyfiyyətinə müsbət 

təsir  göstərir,  həmçinin  yerli  xammal  resurslarından  daha  səmərəli  istifadə 

olunmasına, daxili bazarın keyfiyyətli əmtəə və xidmətlər ilə zənginləşdirilməsinə, 

ixrac potenmsialının artırılmasına səbəb olur. 

       Maliyyə  təhlilinin  başlıca  məqsədi  müəssisənin  maliyyə  vəziyyətini  obyektiv 

şəkildə xarakterizə edən əsas parametrləri, yəni aktiv və passivlərin strukturunda, 

debitor  və  kreditor  borclarında,  mənfəət  və  zərərin  tərkibində  baş  verən 

dəyişiklikləri  aşkara  çıxarmaqdan  ibarətdir.  Maliyyə  təhlilinin  köməyilə  təsərrüfat 

subyektlərinin  maliyyə  dayanaqlığını  obyektiv  qiymətləndirmək,  maliyyə 

resurslarından 

istifadənin 

səmərəliliyini 

müəyyənləşdirmək, 

mütərəqqi 

maliyyələşdirmə mənbələrini aşkara çıxarmaq mümkündür.

 

       Pul  axınları  müəssisənin  istehsal-kommersiya  fəaliyyəti  prosesində  baş  verir 



və  maliyyə  fəaliyyətinin  son  nəticələrinə  təsir  edirBazar  münasibətləri  şəraitində 

pul  axınlarının  effektiv  idarə  edilməsi  maliyyə  menecmentinin  təşkilinin  mühüm 

alətinə  çevrilib,  çünki  müəssisənin  fəaliyyətinin  yüksək  son  nəticələrinə  nail 

olmağın əsas yolları istehlak bazarında cəmlənmişdir. 

                                          

                       



 

 

 

 

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə