Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   21   22   23   24   25   26   27   28   29

 

72 


Pul  axınlarının  kompleks  təhlili  aşağıdakı  suallara  düzgün  cavab  tapmağa 

imkan verir: 

−  hansı  mənbələrdən  nə  qədər  pul  vəsaitləri  daxil  olur  və  onlardan  istifadə 

istiqamətləri hansılardır?; 

−  müəssisənin xüsusi vəsaitləri investisiya fəaliyyəti üçün kifayət edirmi?; 

−  müəssisə öz cari öhdəliklərini yerinə yetirmək vəziyyətindədirmi?; 

−  alınan mənfəətin və nağd pul vəsaitlərinin miqdarında kənarlaşmalar nə ilə 

izah edilir?. 

         Müəssisənin bazarda fəaliyyət göstərməsi üçün pul axınlarının səmərəli idarə 

edilməsi  vacibdir.  Ona  görə  də  müəssisənin  pul  dövriyyəsinin  və  maliyyə 

resurslarının  idarə  edilməsi  üsullarını  öyrənmək  və  onları  təkmilləşdirmək 

lazımdır. 

Pul  axınlarının  səmərəli  idarə  edilməsində  dövriyyə  kapitalının  optimal 

həcminin  müəyyənləşdirilməsi  böyük  rol  oynayır.  Belə  ki,  nağd  pul  vəsaitinin 

çatışmaması  müəssisəni  iflasa  apara  bilər  və  onun  inkişaf  tempi  nə  qədər  sürətlə 

gedərsə  pulsuzluq  riski  daha  böyük  olar.  Digər  tərəfdən  həddindən  ziyada  pul 

vəsaitlərinin toplanması faydalı deyil. Çünki müəssisə mənfəət itirir, hansıki artıq 

vəsaitin investisiyalaşdırılması nəticəsində əldə edilə bilər. Belə vəziyyət kapitalın 

“ölməsinə” gətirib çıxarır və ondan istifadənin səmərəliliyini azaldır. 

Pul  axınlarının  vəziyyətinə  nəzarət  metodlarından  biri  dövriyyə  kapitalında 

nağd  pul  vəsaitinin  xüsusi  çəkisinin  düzgün  müəyyən  edilməsidir.  Nağd  pul 

vəsaitinin  məbləğini  dövriyyə  kapitalının  məbləğinə  bölməklə  nağd  vəsait  əmsalı 

(faizi)  müəyyən  edilir.  Dövriyyə  kapitalında  nağd  vəsait  əmsalını  idarə  edərkən 

nəzərə almaq lazımdır ki, nisbətin dəyişilməsi nağd pulun dəyişilməsini xarakterizə 

etməyə bilər, çünki dövriyyə kapitalının bir hissəsi olan əmtəə-material ehtiyatları 

dəyişilə bilər. 

Müəssisə  üçün  lazım  olan  nağd  pulun  miqdarının  müəyyənləşdirilməsinə 

başqa  yanaşma  da  vardır,  yəni  nağd  pul-reallaşdırılmanın  həcmilə  müqayisədə 

nağd  pul  balansının  qiymətləndirilməsidir.  Bu  göstərici  nağd  puldan  effektiv 



 

73 


istifadəni  göstərir,  dövriyyə  kapitalını  dəyişdirmədən  tədavül  xərclərini  azaltmaq 

və mənfəəti artırmaq yolu ilə satışın həcmini artırmağa imkan verir. 

Ə

gər  müəssisə  nağd  pul  çatışmamazlığı  ilə  üzləşirsə,  ödəniş  mütləq 



aparılmalıdırsa  və  cari  tələbat  üçün  nağd  pulun  miqdarını  müəyyənləşdirmək 

lazımdırsa, onda ödənişin vaxtını uzatmalı, yaxud vekseldən istifadə olunmalıdır. 

Pul  axınlarının  səmərəli  idarə  edilməsi  üçün  aşağıdakı  ümumi  tələblər  irəli 

sürülür: 

−  cari  hesablaşmaları  yerinə  yetirməkdən  ötrü  pul vəsaitlərinin  baza  ehtiyatı 

lazımdır; 

−  gözlənilməyən  xərcləri  örtmək  üçün  müəyyən  miqdarda  pul  vəsaitləri 

olmalıdır; 

−  proqnozlaşdırılan  fəaliyyəti  genişləndirmək  üçün  azad  pul  vəsaitlərinin 

olması vacibdir. 

Beləliklə,  pul  vəsaitləri  ehtiyatlarının  idarə  edilməsi  nəzəriyyəsində  işlənib 

hazırlanmış  və  pul  vəsaitlərinin  miqdarını  optimallaşdırmağa  imkan  verən 

modelləri  tətbiq  etmək  olar.  Qərb  təcrübəsində  Baumol  və  Miller-Orra  modelləri 

geniş yayılmışdır . 

Baumol modeli nəzərdə tutur ki, maksimum miqdarda pul vəsaitləri olduqda 

müəssisə işləməyə başlayır və sonradan onları xərcləyir. Əmtəə, iş və xidmətlərin 

reallaşdırılmasından  daxil  olan  bütün  vəsaitlər  qısamüddətli  qiymətli  kağızlara 

qoyulur.  Yalnız  pul  vəsaitlərinin  ehtiyatı  tükəndikdə,  yəni  sıfıra  bərabər  olduqda 

müəssisə  qiymətli  kağızların  bir  hissəsini  satır  və  bununla  pul  vəsaitlərinin 

ehtiyatını baza səviyyəsinə çatdırır. Bu model çox sadədir və müəssisə üçün qəbul 

olunandır, çünki pul məsrəfləri stabil və proqnozlaşdırılandır. 

Miller-Orra  modeli  müəssisədə  hər  günlük  pul  vəsaitlərinin  daxil  olması  və 

xərclənməsini 

ə

vvəlcədən 



müəyyənləşdirmək 

mümkün 


olmadıqda 

pul 


ehtiyatlarının idarə edilməsini nəzərdə tutur. Bu modeli qurarkən bir dövrdən digər 

dövrə pulun daxil olması və xərclənməsinin təsadüfi hadisələrdən asılı olmamasına 

ə

saslanan  Bernulli  prosesindən  –  stoxastik  prosesdən  istifadə  edilir.  Bu  model 




 

74 


mərhələlər üzrə tətbiq edilir və onun köməyilə müəssisənin hesablaşma hesabında 

pul vəsaitlərinin idarəetmə siyasətini müəyyənləşdirmək mümkündür.  

Pul  axınlarının  idarə  edilməsi  prinsipləri  və  metodları  Azərbaycan  şəraitinə 

uyğunlaşdırılaraq  tətbiq  edilməli,  bir  sözlə  pul  axınlarının  idarə  edilməsinin 

kompleks metodikası işlənib hazırlanmalıdır. 

         stehsalı  genişləndirmək  və  mənfəəti  artırmaq  üçün  müəssisənin  mütləq 

maliyyə  resursları  olmalıdır.  Maliyyə  resurslarının  formalaşması  iki  səviyyədə 

həyata  keçirilir:  ölkə  miqyasında  və  müəssisə  çərçivəsində.  Ölkə  miqyasında 

maliyyə  resurslarının  formalaşmasının  mənbəyi  və  strukturu  dövlət  büdcəsi 

gəlirlətinin  artması  imkanını  müəyyənləşdirir.  Müəssisə  səviyyəsində  formalaşan 

maliyyə resurslarının həcmi investisiya qoyuluşunun həyata keçirilməsi, dövriyyə 

vəsaitlərinin  artması,  maliyyə  öhdəliklərinin  yerinə  yetirilməsi,  sosial  xarakterli 

tələbatın  təmin  edilməsi  imkanını  müəyyənləşdirir.  Belə  maliyyə  resursları 

müəssisənin  xüsusi  vəsaiti  –  mənfəət  və  əsas  fondların  amortizasiyası  hesabına 

formalaşır. 

Müəssisənin maliyyə resurslarının formalaşmasında maliyyə bazarı müstəsna 

rol  oynayır.  Maliyyə  bazarı  –  gəlir  gətirən,  tələb  və  təklifdən,  satıcıların  və 

alıcıların ödəməqabiliyyətindən asılı olan pul resurslarının fəaliyyət göstərməsinin 

mürəkkəb mexanizmidir . 

Müəssisə  səviyyəsində  pul  vəsaitlərinin  hərəkətini  və  təsərrüfat  subyektləri 

arasında baş verən maliyyə münasibətlərini effektiv idarə etmək gərəkdir. Maliyyə 

resurslarının  idarə  edilməsi  haqqında  qərar  müəssisə  ilə  maliyyə  bazarı  arasında 

maliyyə  resurslarının  ən  effektiv  axınını  təmin  etməlidir,  hansıki  bazar  şəraitində 

müəssisənin  xarici  maliyyələşdirilməsinin  başlıca  mənbəyi  hesab  edilir.  Maliyyə 

bazarı  müəssisəyə  kapitaldan  daha  səmərəli  istifadə  və  maksimum  mənfəət 

alınması  məqsədilə  pul  axınlarının  idarə  olunmasını  düzgün  təşkil  etməyə  imkan 

verir.  


Müasir  şəraitdə  müəssisədə  pul  vəsaitlərinin  həddindən  çox  yığılıb  qalması 

borc  kapital  bazarının  inkişafına  səbəb  olur.  Borc  kapitalın  hərəkət  forması 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə