Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 

50 


−  dövriyyə kapitalına tələbat; 

−  müəssisənin maliyyə imkanları, kapital bazarına daxil olmağın mümkünlüyü; 

−  borc  vəsaitlərinin  və  yeni  səhm  buraxılışının  istifadəsi  üzrə  müəssisənin 

siyasəti. 

Azərbaycan  Respublikasında  səhmdar  cəmiyyətlərin  dividend  siyasətinin 

formalaşmasının  ən  geniş  yayılmış  üsulu  “qalıq  prinsipi”  sayılır.  Bu  prinsip  üzrə 

dividendin  ödənilməsi  cəmiyyətin  sosial  və  investisiya  proqramlarının 

müəyyənləşdirilməsi təmin edildikdən sonra həyata keçirilir. 

Sosial  -  iqtisadi  islahatların  həyata  keçirilməsi  nəticəsində  əsas  kapitalların 

ümumi  yığımının  dinamik  olaraq  artması  ölkə  iqtisadiyyatının  çoxsahəli  və 

tarazlaşdırılmış    inkişafına    zəmin  yaratmışdır.  Azərbaycan  Respublikasında  əsas 

kapitala  yönəldilən  investisiyanın  ÜDM-də  xüsusi  çəkisi  2000–ci  ildə  5,3  faiz, 

2005–ci  ildə  17  faiz  və  2010–cu  ildə  13,9  faiz,  2013–cü    ildə  30,9  faiz  təşkil 

etmişdir.  2000–ci  ildə  investisiya  qoyuluşunun  81,8  faizi  məhsul  istehsalı 

obyektlərinin  tikintisinə  və  18,2  faizi  isə  xidmət  sahələri  üzrə  obyektlərin 

tikintisinə  yönəldilmişdirsə,  2005–ci  ildə  bu  nisbət  müvafiq  olaraq  86,9  və  13,1 

faiz  və  2010–cu  ildə  48,7  və  51,3  faiz,  2013  –  cü  ildə  49,2    və  50,8  faiz  təşkil 

etmişdir.  Təhlildən  göründüyü  kimi  xidmət  sahələri  üzrə  obyektlərin  tikintisinə 

kapital  qoyuluşu  davamlı  olaraq  artmışdır.  Bütün  maliyyə  mənbələri  üzrə  əsas 

kapitala yönəldilən investisiyalar 2000–ci illə müqayisədə 2013 – cü ildə 18,4 dəfə 

artmışdır. 

Dövlətin fəal investisiya siyasəti nəticəsində maliyyə  mənbələri üzrə kapital 

qoyuluşunun strukturunda da xeyli dəyişikliklər baş vermişdir. 

Ölkənin  əmanət  banklarında  2000-ci  ildə  əmanətlərin  məbləği  79,3  min 

manat  olmuşdursa,  2005-ci  ildə  494,5  min  manat,  2010-cu  ildə  isə  3029,8  min 

manat təşkil etmişdir. Deməli, 2000-ci illə müqayisədə 2010-cu ildə əhalidən cəlb 

edilmiş əmanətlərin məbləği 38,2 dəfə artmışdır.  

Keçid  dövründə dövlət büdcəsinin gəlirləri də davamlı olaraq artmışdır. Belə  




 

51 


ki,  büdcə  gəlirləri  20  ildə  2,9  dəfə  və  2010-cu  ildə  isə  16  dəfə  artmışdır.  Büdcə 

gəlirlərinin  ÜDM-də xüsusi çəkisi 2000–ci ildə 19,2 faiz,  2005–ci ildə 16,4 faiz 

və 2010-cu ildə isə 16 faiz təşkil etmişdir. 

Təhlil  göstərir  ki,  Azərbaycan  iqtisadiyyatına  investisiya  qoyuluşu  1995-ci 

ildən  başlayaraq  mütəmadi  olaraq  artan  xətt üzrə getmiş və 2013-cü ildə onun 

həcmi 22 milyard manatdan çox olmuşdur (cədvəl 3.2). 

Dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı, neft müqavilələrinin 

imzalanması,  müştərək  müəssisələrin yaradılması xarici investorların Azərbaycan 

iqtisadiyyatına investisiya qoymaq marağını xeyli gücləndirmişdir. Belə ki, 2000–

2012  -  ci  illərdə  Azərbaycan  iqtisadiyyatına  yönəldilmiş  ümumi  investisiyaların 

tərkibində    xarici    investisiyaların  həcmi    58,3  milyard    manat  və  ya  65,2    faiz 

təşkil  etmişdir.  Milli  iqtisadiyyatın  inkişafına  yönəldilmiş  daxili  investisiyaların 

həcmi də ilbəil artmış, yəni  2000-ci ildəki 460,3  milyon  manatdan 2012– ci ildə 

12148 milyon manata çatmış və ya 26,4 dəfə artmışdır.  

Dövlətin  fəal  investisiya  siyasəti  nəticəsində  maliyyə  mənbələri  üzrə  kapital 

qoyuluşunun  strukturunda  da  xeyli  dəyişikliklər  baş  vermişdir.  Bu  dövrdə  nəzərə 

çarpacaq  əsas  meyl  xarici  investorların  vəsaitləri  hesabına  kapital  qoyuluşunun 

artmasıdır.  Digər  mənbələrin  payı  isə  bir  o  qədər  cəlbedici  olmamışdır.  Belə  ki, 

1993-cü  ildə  mərkəzləşdirilmiş  kapital  qoyuluşunun  payı  33%  təşkil  edirdisə, 

1995-ci  ildə  bu  13,4%,  1998-ci  ildə  isə  1,7%  olmuşdur.  Bu  isə  investisiyanı 

maliyyələşdirmək üçün ölkə büdcəsinin imkanlarının və onun rolunun xeyli aşağı 

olduğunu  göstərir.  Lakin  buna  baxmayaraq  son  illərdə  iqtisadiyyatın  inkişaf 

tempinə  müvafiq  olaraq  mərkəzləşdirilmiş  kapital  qoyuluşunda  artım  müşahidə 

olunmuşdur. Belə ki, 2000-ci il Dövlət büdcəsi xərclərinin 89,4 mln manatı və ya 

11,7  faizi,  2005-ci ildə isə  müvafiq  olaraq  444,7  milyon  manatı və  ya  20,8  faizi, 

2010-cu  ildə  3255,3  milyon  manatı  və  ya  32,9  faizi  əsaslı  vəsait  qoyuluşu 

xərclərinin maliyyələşdirilməsinə yönəldilmişdir.               

                                                                                               

 

 



 

52 


                                                                                         Cədvəl 3. 

 

                                  Azərbaycan iqtisadiyyatına yönəldilən  

investisiyaların artım dinamikası 

 

llər  



2000 

2005 

2010 

2011 

2012 

2013 

nvestisiya qoyuluşu 

bütün mənbələr üzrə, 

mlyn.manat 

Ondan: 

Xarici investisiyalar,  



mlyn.manat 

faizlə 


Daxili investisiyalar,  

mlyn.manat 

faizlə 

 

 



1289,8 

 

 



829,5 

64,3 


 

460,3 


35,7 

 

 



6733,4 

 

 



4628,5 

68,7 


 

2104,9 


31,3 

 

 



14118,9 

 

 



6619,7 

46,9 


 

7499,2 


53,1 

 

 



 

17048,8 


 

 

6849,8 



40,3 

 

10199,0 



59,7 

 

 



 

20250,7 


 

 

8102,7 



40,0 

 

12148,0 



60,0 

 

 



21974,2 

 

 



8269,3 

37,6 


 

13704,9 


62,4 

 

 



   Mənbə: Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, “Səda” 2014, səh. 403 

 

Cədvəl 4. 



 

Azərbaycan iqtisadiyyatına yönəldilən xarici  

investisiyaların strukturu (mlyn. ABŞ dolları) 

 

Göstəricilə



llə

2000 

2005 

2010 

2011 

2012 

2013 

Cəmi xarici investisiya 

Ondan: 

927,0 


4893,2 

8247,8 


 

8673,9 


10314,0 

10540,9 


 

Maliyyə kreditləri 

262,9 

698,4 


3405,9 

3692,5 


3135,5 

2655,8 


Neft sənayesinə 

546,1 


3799,9 

2955,3 


3407,8 

4287,8 


4935,2 

Birgə müəssisələr və xarici 

firmalar 

 

118,0 



 

230,5 


 

659,6 


 

886,0 


 

1094,5 


 

1041,0 


 

  Mənbə: Azərbaycanın statistik göstəriciləri 2014, Bakı, “Səda”, 2014, səh. 404 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə