Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

 

38 


müəyyən şərt və tapşırıqları uduzmaq təhlükəsi olan bazar münasibətləri sahibkarın 

öz işlərini şəxsi təşəbbüsü, qabiliyyəti və riski əsasında görməni nəzərdə tutur. Bu 

çür  təsərrüfat  subyektinin  müəyyən  maliyyə  ehtiyatlarının  olub-olmaması  onun 

gələcək iqtisadi taleyi üçün əlverişli rol oynaya bilər. 

Bundan  əlavə,  mütərəqqi  pul  vəsaitinə  malik  olan  təsərrüfat  subyektləri 

mövcud inflyasiya şəraitində risk edərək öz pulunu daha yüksək mənfəət verə bilən 

depazit-əmanət  və  yaxud  qiymətli  kağızlar  şəklnidə  yerləşdirmək  hüququndan 

istifadə  etməyə  calışır.  Bu  halda  həm  də  istehsal  proqramlarının  həyat 

kecirilməsində müəyyən şərtlər buraxa bilərki, bu da xeyli ziyanla nəticələnir. 

Maliyyə  ehtiyatlarını  öz  təşəbbüsü  ilə  digər  təşkilatı-hüquqi  və  mülkiyyət 

formalarına  əsaslanan  təsərrüfat  subyektləri  də  yarada  bilər.  Lakin  bunun  xalis 

gəlirdən,  həm  də  büdcəyə  vergi  və  başqa  ödəmələri  köcürdükdən  sonra  etmək 

lazımdır.    Bununla  bərabər,  maliyyə  ehtiyatlarına  və  bu  kimi  başqa  fondlara 

köçürülən  pul  vəsaitlərini  onların  əlavə  gəlir  gətirmələri  üçün  bankların  depazit 

hesabında, 

yaxud 


başqa 

bir 


likvidilik 

formasında 

saxlamaq 

daha 


məqsədəuyğundur. 

Müəssisənin  fəaliyyətinə  maliyyə  nəzarəti  edilməsinə  xüsusi  diqqət 

yetirilməlidir, çünkü onun səmərəli qurulmasından müəssisənin maliyyə nəticələri 

çox aslıdır. Müəssisənin maliyyə xidmətləri biznes-planın icrasına, eləcə də xüsusi 

və  borc  kapitallarının  təyinatı  üzrə  istifadəsinə  daim  nəzarət  edilir.  Nəzarət-təhlil 

funksiyasının  həyata  kecirilməsində  maliyyə  işçilərinə  mühasibatlıq  çox  kömək 

edir.  Bununla  da  smetaların  tərtib  edilməsinin  dürüstlüyü,  kapital  xərclərinin 

ödənilməsinin  haqq-hesabı  yoxlanılır,  bütün  hesabat  növləri  tərtib  edilir,  maliyyə 

və plan intizamına əməl olunması prosesinə nəzarət edilir. 

stehsal-kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  subyektlərin  maliyyəsinin 

təşkilinin yuxarıda sadalanan pirinsiplərini hər bir konkret iqtisadi şəraitdə həyata 

kecirmək  üçün  cəmiyyətin  məhsuldar  qüvvələrinin  və  istehsal  münasibətlərinin 

mövcud  səviyyəsinə  uyğun  gələn  formaları  və  metodları  düzgün  seçərək  tətbiq 

etmək lazımdır, çünki bu pirinsiplər daim inkişafda və təkmilləşdirməkdə olur 




 

39 


Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəssisənin müvafiq  maliyyə 

resurslarının əsas mənbələrindən biri ilkin kapitaldır.  lkin kapital müəssisənin tə-

sisçilərinin payları hesabına formalaşır və nizamnamə kapitalı formasını alır. 

Nizamnamə kapitalının əmələ gəlməsi üsulları müəssisənin təşkilati-hüquqi 

formalarından  asılıdır.  Nizamnamə  kapitlanın  vəsaiti  əsas  fondların  əldə 

edilməsinə  və  normal  istehsal-təsərrüfat  fəaliyyətinin  aparılması  üçün  lazım  olan 

ölçülərdə  dövriyyə  vəsaitlərinin  formalaşdırılmasına  yönlədilir.  O,  həmçinin 

lisenziyaların, patentlərin, nou-hauların və s. alınması üçün sərf oluna bilər.  

stehsala  qoyulmuş  ilkin  kapital  satılmış  məhsulun  qiymətində  ifadə 

olunmuş dəyəri yaradır. Məhsul satıldıqdan sonra o, pul formasını – mədaxil (satış 

pulu) formasını alır. Lakin mədaxil məhsulun istehsalına sərf olunmuş vəsaitlərin 

ödənilməsi,  müəssisənin  pul  fondlarının  və  maliyyə  nəticələrinin  formalaşması 

mənbəyi  olsa  da  hələ  gəlir  deyildir.  stifadə  prosesində  mədaxil  keyfiyyətcə 

müxtəlif  tərkib  hissələrinə  bölünür.  Mədaxildən  istifadənin  istiqamətlərindən  biri 

amortizasiya  fondudur.  Amortizasiya  fondu  əsas  istahsal  fondlarının  qeyri-maddi 

aktivlərin  aşınması,  pul  formasını  aldıqdan  sonra  isə  amortizasiya  ayırmaları 

şə

klində  təşkil  olunur.  Bu  fondun  əmələ  gəlməsinin  vacib  şərti  istehsal  olunmuş 



malların istehlakçılara satılması və mədaxilin olmasıdır. 

Müəssisə  əmtəə  yaradarkən  xammalı,  materialları,  satın  alınmış 

komplektləşdirici  məmulatları  və  yarımfabrikatları  sərf  edir.  Onların  dəyəri  digər 

maddi  məsrəflərə,  əsas  istehsal  fondlarının  aşınması  və  işçilərin  əmək  haqqı  ilə 

yanaşı  məhsulun  istehsalı  üçün  müəssisənin  xərclərini  təşkil  edir  və  maya  dəyəri 

formasını  alır.  Satış  pulu  daxil  olana  qədər  bu  xərclər  müəssisənin  dövriyyə 

vəsaitləri  hesabına  maliyyələşir.  Məhsul  satıldıqdan  sonra  mədaxil  hesabına 

dövriyyə  vəsaitləri  bərpa  edilir,  məhsulun  istehsalı  üzrə  müəssisənin  xərcləri  isə 

ödənilir. 

Xərclərin  maya  dəyəri  şəklində  xüsusiləşməsi  məhsulun  satışından  əldə 

edilən mədaxili istehsal xərcləri ilə müqayisə etməyə imkan verir. Məhsul istehsalı 

üçün vəsaitin investisiyalaşdırlmasının mahiyyəti xalis gəlirin əldə edilməsidir və 




 

40 


ə

gər  mədaxil  maya  dəyərindən  çox  olarsa,  onda  müəssisə  onu  mənfəət  şəklində 

alır. 

Həm  mənfəət,  həm  də  amortizasiya  ayırmaları  istehsala  qoyulmuş 



vəsaitlərin dövranının nəticəsidir və müəssisənin xüsusi maliyyə resursları adlanır. 

Bu resursrlardan müəssisə müstəqil şəkildə istifadə edir. Müəssisənin mənfəəti isə 

bütünlükdə  onun  sərəncamında  qalmır  və  bir  hissəsi  vergilər  şəklində  büdcəyə 

daxil  olur.  Müəssisənin  sərəncamında  qalan  mənfəət  onun  tələbatlarının 

maliyyələşdirilməsinin  başlıca  mənbəyidir.  Bu  tələbatlar  yığıma  və  istehlaka 

bölünür. Məhz mənfəətin yığıma və istehlaka bölünməsi müəssisənin inkişaf pers-

pektivlərini müəyyən edir. 

Müəssisənin  pul  vəsaitlərinin  investisiyalaşıdırlması  istiqamətləri  həm 

məhsul  (iş  və  xidmət)  istehsalı  üzrə  müəssisə  fəaliyyətinin  əsas  növləri,  həm  də 

xalis  maliyyə  qoyuluşları  ilə  əlaqədardır.  Əlavə  gəlir  əldə  etmək  üçün 

müəssisələrin  və  dövlətin  qiymətli  kağızlarını  ala  bilər,  yeni  yaradılan 

müəssisələrin  və  bankların  nizamnamə  fonduna  vəsait  qoya  bilər.  Müəssisənin 

müvəqqəti sərbəst vəsaitləri bankda depozit hesabına qoyula bilər. 

Özlərinə məxsus olan pul vəsaitindən istifadə edərkən müəssisələr cəmiyyət 

və  dövlət  qarşısındakı  öhdəliklərdən  tam  azad  ola  bilməzlər.  Təşkilati-hüquqi  və 

mülkiyyət  formalarından  asılı  olmayaraq  bütün  müəssisələr  büdcədənkənar  sosial 

fondların və müxtəlif səviyyəli büdcə gəlirlərinin formalaşmasında iştirak edirlər. 

Müəssisənin  maliyyə  sisteminin  təsirliliyi  hər  şeydən  əvvəl  onun  dəqiq  və 

nizamlı işi ilə, eləcə də maliyyə xidmətinin fəaliyyətinin təşkili ilə müəyyən edilir. 

Maliyyə xidməti aşağıdakı mühüm vəzifələri yerinə yetirir: 

• 

istehsal,  banklar,  malgöndərənlər,  əmək  haqqının  ödənilməsi  üzrə 



işçilər qarşısındakı maliyyə öhdəliklərinin və digər öhdəliklərin yerinə yetirilməsi; 

• 

müəssisənin və onun tərkibinə daxil olan struktur vahidlərin istehsal-



təsərrüfat  fəaliyyətinin  vaxtında  və  keyfiyyətli  təhlilinin  həyata  keçirilməsi, 

mənfəətin  artırılması  və  istehsalın  rentabellyinin  yüksəldilməsi  yollarının 

axtarılması; 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə