Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə11/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 

32 


Mikroiqtisadi nəzəriyyənin əsasını firma (müəssisə) nəzəriyyəsi təşkil edir. Bu 

nəzəriyyə  milli  iqtisadiyyatın  əsas  həlqəsi  kimi  firmanın  fəaliyyətini  öyrənir. 

Məşhur alman alimi V. Zombari müəssisəni uzunmüddətli planın mövcud olduğu 

və  həyata  keçirilməsi  üçün  vahid  iradəli  bir  neçə  şəxsin  uzun  müddət  birgə 

fəaliyyət  göstərmələrini  tələb  edən  subyekt  adlandırılmışdır.  R.Kour  demişdir  ki, 

firma  resurslardan  istifadə  istiqamətlərinin  sahibkardan  asılı  olmağa  başladığı 

zaman  baş  verən  münasibətlər  sistemidir.  «Firma»  anlayışı  həm  elmi 

ə

dəbiyyatlarda və həm də gündəlik biznes fəaliyyətində geniş istifadə olunur. 



Qeyd etmək lazımdır ki, dünyanın ayrı-ayrı ölkələrində sözügedən termindən 

istifadənin  fərqli  xüsusiyyətləri  vardır.  Məsələn,  Britaniya  qanunvericiliyində 

«şirkət» anlayışı işlədilir və baza normativ aktlardan biri məhz «şirkətlər haqqında 

qanun»  adlanır.  Rusiya  Federasiyasının  qanunvericiliyində  «müəssisə»  və 

«təşkilat»  anlayışları  təsbit  olunub.  Bazar  iqtisadiyyatı  inkişaf  etmiş  Qərb 

dövlətlərində  biznesin  təşkilat-hüquqi  formaları  kimi  fərdi  xüsusi  müəssisə, 

tərəfdaşlıq və səhmdar cəmiyyəti (şirkət) göstərilir. 

Müəssisə  bir  tərəfdən  çoxlu  alt  sistemlərdən  ibarət  olan  mürəkkəb  sistemi 

ifadə  edir,  digər  tərfədən  isə  daha  yüksək  nizamlı  sistemin  tərkib  hissəsi  sayılır. 

Mexaniki sistemlərdən fərqli olaraq müəssisənin sosial-iqtisadi sistem kimi çoxlu 

eynitipli  və  öz-özünə  əmələgələn,  çox  vaxt  formalaşmayan  fəaliyyət  aspektləri 

olur, hansıki məntiqi idarəetmənin ümumi nəzəriyyəsi çərçivəsində izah edilir. 

Müəssisə mülkiyyət formasından asılı olmayaraq ictimai təlabatın ödənilməsi 

və  mənfəət  alınması  məqsədilə  məhsul  istehsal  edən  və  satan,  işlər  görən  və 

xidmətlər göstərən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir. 

Bazar münasibətləri şəraitində müəssisə özünün istehsal-təsərrüfat fəaliyyətini 

müstəqil  həyata  keçirir,  istehsal  etdiyi  məhsulun  reallaşdırılmasından  alınan 

gəlirdən vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra sərəncamında qalan 

mənfəətdən istədiyi kimi istifadə edir. Bu zaman müəssisə mənfəətin alınması və 

ictimai  tələbatın  ödənilməsi  məqsədlərinə  nail  olmağa  çalışır.  Klassik  iqtisadi 

ə

dəbiyyatlarda, xüsusilə Adam Smitin əsərlərində «görünməz əl» termini işlədilir. 



Bu  terminin  mahiyyəti  ondan  ibarədir  ki,  istehsal  müəssisəsi  və  malgöndərən 


 

33 


təşkilatlar öz şəxsi  gəlirlərini (mənfəətini)  artırmağa  cəhd  edərkən,  eyni  zamanda 

ictimai tələbatın ödənilməsinə xidmət edirlər. Ona görə də sivil bazar münasibətləri 

şə

raitində  fəaliyyət  göstərən  hər  bir  sahibkarlıq  subyekti  sözügedən  məqsədlərin 



ağıllı şəkildə əlaqələndirilməsinə ciddi diqqət yetirilməlidir. 

Qeyd etmək lazımdır ki, biznes sahibkarların iqtisadi fəaliyyəti, onların daim 

artan  həcmdə  mənfəətin  alınmasını  və  rentabellik  səviyyəsinin  yüksəldilməsini 

təmin  etmək  qabiliyyətidir.  Bununla  belə,  bazar  iqtisadiyyatı  şəraitində  biznesin 

inkişafı  istehlak  bazarını  əmtəə  və  xidmətlərlə  zənginləşdirir,  iqtisadiyyatın 

struktur 

yeniləşməsini 

fəallaşdırır, 

elmi-texniki 

nailiyyətlərin 

tətbiqini 

stimullaşdırır, istehsalın səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəldir. 

Müasir  müəssisə  mürəkkəb  təşkilati  struktura  malikdir.  Bazar  iqtisadiyyatı 

şə

raitində  müəssisənin  təşkilinin  üç  əsas  istiqaməti:  istehsalın,  əməyin  və 



idarəetmənin elmi təşkili müstəsna əhəmiyyəti kəsb edir. 

stehsalın  elmi  təşkili  müəssisənin  optimal  texniki-texnoloji  sisteminin 

yaradılması məqsədinə xidmət edir. 

Ə

məyin  elmi  təşkili  əmək  kollektivində  sağlam  münasibətlərin  qurulmasını 



nəzərdə tutur. 

darəetmənin  elmi  təşkili  müəssisənin  maddi  və  insan  altsisteminə 

məqsədyönlü təsir göstərən texniki, iqtisadi və humanitar sistemdir. 

Bazar münasibətləri şəraitində hər cür müəssisə mənfəət əldə etmək məqsədilə 

istehsal-təsərrüfat  fəaliyyətinin  genişləndirilməsi  və  səmərəliliyinin  yüksəldilməsi 

istiqamətində  konkret  tədbirlər  həyata  keçirməli,  düzgün  maliyyə,  investisiya  və 

qiymət siyasəti işləyib hazırlamalı və həyata keçirməlidir. 

Cəmiyyət  üçün  zəruri  olan  məhsullar  istehsal  edən,  xidmətlər  göstərən 

müəssisələrdə  əsas  iqtisadi  proseslər  baş  verir,  istehsalın  texnologiyası  və 

buraxılan  məhsulun  keyfiyyətilə  bağlı  problemlər  tənzimlənir,  iqtisadi  və  sosial 

münasibətlər qurulur, ictimai və xüsusi mənafelər səmərəli şəkildə əlaqələndirilir. 

stehsal  müəssisələrində  qarşıya  qoyulmuş  məqsədlərə  və  mövcud  şəraitə  uyğun 

olaraq  məhdud  resurslardan  səmərəli  istifadə  etmək  yolu  ilə  istehlakçıların 



 

34 


tələbatının  optimal  ödənilməsi  üçün  texniki,  texnoloji,  iqtisadi,  maliyyə  və  s. 

məsələlər uğurla həll edilir. 

qtisadi ədəbiyyatlarda «firma» və «müəssisə» anlayışları bəzən sinonim kimi 

işlədilir.  Bu  fikrə  aydınlıq  gətirmək  lazımdır.  Firma  geniş  profilli  fəaliyyətlə 

məşğul  olur,  yəni  istehsal, ticarət, nəqliyyat,  bank,  auditor və  s.  fəaliyyəti  həyata 

keçirir.  Firma  tərkibində  eyni  və  ya  müxtəlif  profilli  bir  neçə  müəssisəni 

birləşdirməklə  istehsal  və  kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  iqtisadi 

subyektdir.  Firma  bazarın  ilkin  həlqəsi  olub  bazarda  qiymət  siyasətini 

formalaşdırır, rəqabət  mübarizəsi  aparır  və  mənfəətin  bölüşdürülməsində iştirak  

edir. 


qtisadiyyatın  ilkin  həlqəsi  olan  müəssisə  isə  müxtəlif  mülkiyyət  formasına 

ə

saslanan,  ictimai  tələbatın  ödənilməsi  və  mənfəət  alınması  məqsədilə  məhsul 



istehsal  edən,  iş  yerinə  yetirən  və  xidmətlər  göstərən  istehsal-texniki,  təşkilati  və 

iqtisadi vəhdətə malik olan hüquqi şəxs səlahiyyətli təsərrüfat subyektidir. 

Bazar  münasibətləri  şəraitində  müəssisənin  sosial-iqtisadi  əhəmiyyəti  dəyişir 

və bu dəyişikliklər aşağıdakı əsas istiqamətlər üzrə baş verir: 

- bazarın müəssisəyə qarşı irəli sürdüyü tələbin ödənilməsi; 

- mümkün qədər daha çox və yüksək keyfiyyətli məhsul istehsal etmək; 

- müəssisənin bir çox məsələlər üzrə müstəqilliyinin artırılması . 

Deməli, təsərrüfatçılığın bazar şəraitində müəssisənin sahibkarlıq davranışı dəyişir 

ki,  bu  da  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinə  müsbət  təsir  göstərir.

         



 

Müəssisənin təsərrüfat fəaliyyətində maliyyə xüsusi əhəmiyyət kəsb edir. Maliyyə-

nin  xüsusiyyəti  ondadır  ki,  o,  həmişə  pul  formasında  çıxış  edir.  O,  bölüşdürücü 

xarakterdə  olub,  maddi  istehsal  sahələrində  təsərrüfat  subyektlərinin,  dövlətin  və 

qeyri-istehsal sahəsi iştirakçılarının gəlirlərinin və yığımlarının formalaşmasını və 

istifadəsini əks etdirir. 

        Hər  bir  müəssisə  təşkilati-hüquqi  formasından,  sahə    mənsubiyyətindən,  

buraxdığı    məhsulun  çeşidindən,  yaxud  göstərdiyi  xidmət  növündən  asılı 

olmayaraq  açıq  iqtisadi  sistemdir.  Bunu  müəssisənin  bazar  modelindən  aydın 

görmək olar. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə