Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə12/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 

35 


 

Şəkil 6. Müəssisənin bazar modeli  

 

Blok 1 – müəssisənin əsas vəzifəsi resursları yenidən yaratmaqdan ibarətdir. 



Blok 2 – Girişdə resurslar: əmək, material, maliyyə; 

Blok 3 – Çıxışda resurslar: hazır məhsul, tullantılar, mənfəət, pul vəsaitləri; 

Blok 4 –  Sosial mühit: müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu xarici mühit 

amilləri; 

Blok 5 – təbii mühit: faydalı qazıntılar, təbii sərvətlər, hava, su; 

Blok 6 – marketinq: resursların girişi və çıxışı ilə qarşılıqlı əlaqə; 

Blok  7  –  girişdə  və  çıxışda  resursların  nisbəti  müəssisənin  iqtisadiyyatını 

formalaşdırır; 

Konkret  təsərrüfat  subyektlərinin  sərəncamında  olan  pul  vəsaitləri 

müəssisənin  maliyyə  resurslarını  təşkil  edir  və  onun  gəlirlərinin  əmələ  gəlməsi, 

bölüşdürülməsi və istifadəsi prosesini əks etdirir. 

Maliyyə-pul  fondlarının  yaranması  və  istifadə  edilməsini  ifadə  edən  pul 

münasibətləri  sistemidir.  stehsal-kommersiya  müəssisələrində  maliyyə  mü-

nasibətləri  təsərrüfat  fəaliyyətinin  əsasları  ilə  birbaşa  bağlı  olan  aşağıdakı  prin-

siplər üzərində qurulur və bu prinsiplər əsasında müəssisənin maliyyəsi təşkil olu-

nur. Bu prinsiplər aşağıdakılardır: 

•  maliyyə -təsərrüfat fəaliyyəti sahəsində müstəqillik; 

Müəssisə: resursların      

     yenidən yaranması     1 

   Sosial mühit      4 

Müəssisə  

      iqtisadiyyatı      7 

Marketinq  

    giriş      6 

     Təbii mühit      5 

Marketinq  

   çıxış      6 

Resurslar 

     xərc    2 

Resurslar 

   nəticə    2 



 

36 


•  özünümaliyyələşdirmə; 

•  işin nəticəsinə maraqlılıq; 

•  işin nəticələri üçün məsuliyyət; 

•  maliyyə ehtiyatlarının yaradılması; 

•  vəsaitlərin xüsusi və borc alınmış vəsaitlərə bölünməsi; 

•  büdcə, büdcədənkənar və dövlət fondlarına birinci növbəli ayırmalar; 

•  müəssisənin fəaliyyətinə maliyyə nəzarəti. 

Maliyyə-təsərrüfat  fəliyyəti  sahəsində  müstəqillik  prinsipi  başqa  sahələrdə 

olduğu  kimi  maliyyə  sahəsində  də,  mülkiyyət  formasından  asılı  olmayaraq 

təsərrüfat  subyektlərinin  çəkdiyi  bütün  məsrəflərin,    maliyyələşdirmə 

mənbələrinin,  pul  vəsaitlərinin  sərfəli  qoyuluşu  istiqamətlərinin  sərbəst  halda  öz 

təşəbbüsü  ilə  müəyyənləşdirilməsi  deməkdir.  Bazar  münasibətləri  müəssisənin 

maliyyə  müstəqilliyini  daha  da  genişləndirir.  ndi  respubilikamızda  bütün 

müəssisələr  əlavə  mənfəət  əldə  etmək  məqsədilə  qısa  və  uzunmüddətli 

investisiyanı  həyata  kecirmək  üçün  digər  təsərrüfat  subyektlərinin  qiymətli 

kağızlarını  almaq,  onların  nizamnamə  kapitalının  formalaşmasında  iştirak  etmək, 

pul  vəsaitlərini  kommersiya  banklarının  depazit  hesabında  saxlamaq  və  bu  kimi 

tədbirlərə  əl  atmaq  və  daha  çox  mənfəət  qazanıb  öz  iqtisadi  güclərini  artırmaq 

imkanını əldə etmişlər. 

 Lakin  müəssislərin  təsərrüfat  müstəqilliyindən  danışarkən,  bu  anlayışı 

mütləqləşdirmək  olmaz  və  onların  fəaliyyətinin  müəyyən  seqmentlərinin  dövlət 

tərəfindən  iqtisadi  alətlər  vasitəsilə  tənzimlənməsi  və  dəstəklənməsini,  işdə 

müəyyən nəzarətin həyata kecirilməsi labüdlüyünü inkar etmək səhv olardı. Bunu 

müəssisələrin mövcud qanunlara uyğun olaraq vergi ödəmələri və büdcədənkənar 

fondların yaradılmasında fəal iştirakı ilə təsdiq etmək olar. 

Özünümaliyyələşdirmə  prinsipinin  həyata  kecirilməsi  kommersiya 

fəaliyyətinin  əsas  şərtlərindən  biri  olmaqla,  təsərrüfat  subyektlərinin 

rəqabətqabilyətli olmasını təmin edir. Bu prinsip müəssisələrin istehsal etdikləri və 

satdıqları  məhsulun,  göstərdikləri  xidmətlərin    xərclərinin  öz  vəsaiti  hesabına 



 

37 


ödənilməsini,  investisiya  üçün  xüsusi  pul  vəsaitlərindən,  lazım  gəldikdə  bank  və 

kommersiya kreditlərindən istifadə edilməsini nəzərdə tutur. 

Təsərrüfat  fəaliyyəti  nəticəsində  mənfəət  əldə  edə  bilməyən,  lakin 

istehlakcılar  üçün  zəruri  məhsul  buraxan  və  xidmət  göstərən  bəzi  müəssisələr 

müəyyən şərtlər əsasında büdcədən qismən maliyyələşə bilər. 

ş

in  nəticəsinə  maraqlılıq  prinsipi  istehsal-kommersiya  fəaliyyətinin  əsası 



olmaqla  təsərrüfat  subyektinin  mütləq  müəyyən  məbləğdə  mənfəətlə  işləməsini 

nəzərdə  tutur.  Həmin  prinsip  istər  müəssisə  və təşkilatlar üçün,  istərsə  də onların 

ayrı-ayrı işçiləri üçün vacib şərtdir. Onun həyata keçirilməsi münasib əmək haqqı 

alınmasını,  dövlətin  optimal  vergi  siyasəti  yürütməsini,  xalis  gəlirin  iqtisadi 

cəhətdən  əsaslandırılmış  nisbətdə  istehlakı  ilə  yığım  arasında  bölüşdürülməsini 

tələb edir. 

ş

in  nəticələri  üçün  məsuliyyət  prinsipi  özünün  maliyyə-təsərrüfat 



fəaliyyətinin  müsbət  nəticələnməsi  üçün  bütün  işçilərin  müəyyən  məsuliyyət 

sisteminə  tabe  olması  zəruriəti  şəklində  təzahür  edir.  Bu  prinipin  xüsusiyyəti 

maliyyə-təsərrüfat  fəaliyyətinin  həyata  kecirilməsində  maliyyə  metodlarının 

müxtəlif  təsərrüfatdaxili  subyektlərdə  fərqli  olmasından  ibarətdir.  Bu  fərqlərə 

təsərrüfat subyektləri tərəfindən müqavilə şərtlərinin pozulmasını, qısamüddətli və 

uzunmüddətli  ssusda  borclarının  vaxtında  qaytarılmasını,  veksellərin  mövcud 

şə

rtlərlə  uyğun  qaydada  ödənilməsini,  vergi  qanunvericiliyinin  və  sairə  görə 



peniyalar,  cərimələr  ödəməyə  məcbur  edilməsini  səmərəsiz  fəaliyyət  göstərən 

təsərrüfat  subyektlərinə  qarşı  müflisləşmə  qaydasının  tətbiq  edilməsi  kimi  tənbeh 

tədbirlərinə əl atmasını aid etmək olar. Müəssisə rəhbərləri üçün maddi məsuliyyət 

prinsipinin pozulması cərimə sisteminin tətbiq edilməsinə, ayrı-ayrı işcilərin həmin 

məsulliyəti  pozması  isə  onların  müvafiq  şəkildə  cərimə  olunmasına,  mükafatdan 

məhrum  edilməsinə,  yaxud  zay  məhsul  istehsal  etdikdə  işdən  çıxarılmasına  və 

yaxud ziyanın ödənilməsinə gətirib cıxara bilər.  

Maliyyə ehtiyatlarının yaradılması prinsipi sahibkarlıq fəaliyyətini çox vaxt 

müşaiət  edən  risklə  əlaqədar  müəyyən  maliyyə  ehtiyatlarının  və  başqa  oxşar 

fondların  yaradılması  zəruriətini  ön  plana  çəkir.  Əsas  prinsipi  daimi  rəqabət, 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə