Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 

41 


• 

istehsal fondlarından və kapital qoyuluşlarından daha səmərəli istifadə 

olunmasına yardım göstərilməsi; 

• 

maliyyə  resurslarından  düzgün  istifadə  olunmasına  və  dövriyyə 



vəsaitlərinin dövr etməsinin sürətləndirilməsinə nəzarət edilməsi. 

Bazar  münasibətləri  və  müəssisənin  tam  sərbəstliyi  şəraitində  maliyyənin 

təşkili,  hər  şeydən  əvvəl  müəssisənin  maliyyə  siyasətinin  işlənib  hazırlanması 

nəzərdə  tutulur.  Maliyyə  siyasətinin  işlənib  hazırlanmasında  məqsəd  müəssisənin 

maliyyəsinin  idarə  edilməsinin  elə  səmərəli  sisteminin  qurulmasıdır  ki,  qarşıda 

duran  strateji  və  taktiki  vəzifələrin  yerinə  yetirilməsinə  bilavasitə  əlverişli  şərait 

yaratmaq mümkün olsun. Müəssisənin maliyyə siyasətinin işlənib hazırlanmasında 

bir sıra funksional struktur bölmələri iştirak edir. 

Müəssisənin maliyyə siyasətinin işlənməsinin strateji vəzifələri aşağıdakılar 

hesab olunur: 

• 

Müəssisənin mənfəətinin maksimumlaşdırılması; 



• 

Müəssisənin  kapitalının  strukturunun  optimallaşdırılması  və  onun 

maliyyə sabitliyinin təmin edilməsi; 

• 

Mülkiyyətcilər, investorlar  və kreditorlar üçün müəssisənin maliyyə-



iqtisadi vəziyyətinin “şəffaflığına” nail olunması; 

• 

Müəssisənin  investisiya  qoyuluşu  üçün  cazibədarlığının  təmin 



edilməsi; 

• 

Müəssisənin idarə edilməsinin səmərəli mexanizminin qurulması; 



• 

Maliyyə  vəsaitlərinin  cəlb  olunmasının  bazar  mexanizmlərindən 

istifadə edilməsi. 

Müəssisənin maliyyə siaysətinin işlənib hazırlanmasının əsas istiqamətlərinə 

aşağıdakılar aiddir: 

•  müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlili 

•  uçot və vergi siyasətinin müəyyən edilməsi 

•  müəssisənin kredit siyasətinin işlənib hazırlanması  

•  dövriyyə vəsaitlərinin idarə olunması  



 

42 


•  istehsal  xərclərinin  idarə  olunması,  o  cümlədən  amortizasıya  siyasətinin 

seçilməsi 

•  mənfəətin bölgüsü və istifadəsi siyasətinin seçilməsi. 

Müəssisənin iqtisadi imkanı baxımından- həm onun əmlakı, həm də maliyyə 

vəziyyəti  mövqeyindən-xarakterizə  etmək  olar.  Təsərrüfat  fəaliyyətinin  qeyd 

edilən  tərəfləri  sıx  qarşılıqlı  əlaqədədir:  əmlakın  qeyri-  səmərəli  sektoru,  onun 

keyfiyyətsiz  tərkibi müəssisənin  maliyyə  vəziyyətinin pisləşməsinə gətirib  çıxarır 

və  əksinə.  Buna  görə  müəssisənin  maliyyə  siyasətinin  işlənib  hazırlanması  onun 

maliyyə  -  iqtisadi  vəziyyətinin  təhlili  və  qiymətləndirilməsindən  başlanır.  Belə 

təhlil qiymətləndirmə isə müəssisənin əmlak və maliyyə vəziyyətini əks etdirən bir 

sıra göstəricilərin köməyi ilə həyata kecirilir. 

Müəssisənin əmlak və maliyyə vəziyyətini qiymətləndirmək üçün onların sə-

rəncamında  olan  əsas  fondların  dəyəri,  əsas  fondların  aktiv  hissəsinin  payı,  əsas 

fondların  köhnəlmə,  yeniləşmə,  sıradan  çıxma  əmsalları  və  s.  bu  kimi 

göstəricilərdən istifadə olunur. 

Müəssisənin  maliyyə  vəziyyətinin  sabitliyi  maliyyə  resurslarının  aktivlərə 

məqsədəuyğun  və  düzgün  qoyuluşundan  əhəmiyətli  dərəcədə  aslıdır.  Aktivlər  isə 

təbiəti  etibarilə  dinamikdir,  müəssisənin  fəaliyyəti  prosesində  həm  aktivlərin 

miqdarı,  həm  də  onların  strukuru  daim  dəyişikliklərə  məruz  qalır.  Uzunmüddətli 

perspektiv  baxımından  müəssisənin  maliyyə  vəziyyəti    vəsaitlərin  mənbələrinin 

strukturu, müəssisənənin kənar investorlardan və kreditorlardan aslılıq dərəcəsi və 

s.  ilə xarakterizə olunur. Müəssisənin xüsusi və  cəlb  edilmiş  vəsaitləri  arasındakı 

nisbət üçün qəbul olunmuş vahid normativ yoxdur. Lakin belə bir geniş yayılmış 

fikir var ki, müəssisənin xüsusi vəsaitlərinin payı 60%-dən cox olmalıdır. 

 

 

Fəsil 2. Müəssisədə maliyyə resurslarının formalaşması strategiyası.  

             2.1. Maliyyə resurslarının formalaşması prosesinin idarə edilməsi. 

       Müəssisənin  maliyyə  resursları  dedikdə  onun  təsərrüfat  fəaliyyətini  təmin 

etmək üçün topladığı xüsusi və borc vəsaitlərinin, həmçinin məqsədli pul fondları 

formasında onların ekvalentlərinin məcmusu başa düşülür. 



 

43 


Məqsədli  pul  fondları  iqtisadi  məzmununa  görə  üç  qrupa  ayrılır:  ödəmə 

fondu;  istehlak  fondu;  yığım  fondu.  Strateji  inkişaf  prosesində  əsas  diqqət  yığım 

fonduna  (investisiya  maliyyə  resurslarına)  yönəldilən  maliyyə  resurslarının 

formalaşdırıl-masına 

yönəldilir, 

hansıki 


müəssisənin 

həm 


korporativ 

strategiyasının,  həm  də  funksional  strategiyası  və  biznes-vahid  strategiyasının 

reallaşdırılmasının maliyyə bazasına xidmət edir. 

Bazar  münasibətləri  şəraitində  müəssisənin  uzun  müddət  səmərəli  fəaliyyət 

göstərməsi,  yüksək  inkişaf  tempinin  təmin  edilməsi  və  rəqabət  qabiliyyətinin 

yüksəldilməsi  onun  maliyyə  fəaliyyətinin  strateji  idarə  edilməsi  səviyyəsindən 

ə

həmiyyətli  dərəcədə  asılıdır.  Müəssisənin  maliyyə  fəaliyyətinin  perspektiv  idarə 



edilməsinin effektiv aləti kimi maliyyə strategiyası çıxış edir.  

Xarici  maliyyə  mühitinin  intensiv  dəyişilməsi,  müəssisənin  həyat  tsiklinin 

növbəti  mərhələsinə keçid,  yeni kommersiya  imkanlarının  yaranması  ilə  əlaqədar 

müəssisənin  fəaliyyət  məqsədinin  əsaslı  şəkildə  dəyişilməsi  müəssisənin  maliyyə 

strategiyasının işlənib hazırlanmasını zəruri edir. 

Müasir dövrdə müəssisənin maliyyə strategiyasının hazırlanması idarəetmənin 

yeni  konsepsiyasına  –  XX  əsrin  70-ci  illərində  ABŞ  və  Qərbi  Avropanın 

korporasiyalarında  fəal  tətbiq  edilən  “Strateji  idarəetmənin”  metodoloji 

prinsiplərinə  əsaslanır.  Strateji  idarəetmə  strateji  planlaşdırma  metodologiyasının 

inkişafı əsasında meydana gəlmişdir. Yaranmış inkişaf meyllərinin ekstrapolyasiya 

konsepsiyasına əsaslanan ənənəvi perspektiv planlaşdırmadan fərqli olaraq, strateji 

planlaşdırma  nəinki  bu  meylləri,  həm  də  müəssisənin  inkişaf  imkanlarını  və 

təhlükəliyini, gələ-cəkdə bu meylləri dəyişdirə biləcək fövqəladə situasiyanın baş 

verməsini nəzərə alır. 

darəetmənin  yeni  paradiqmasına  uyğun  müəssisənin  strategiyasının 

hazırlanması,  hər  şeydən  əvvəl,  bu  idarəetmə  obyektlərinin  eyniləşdirilməsinə 

ə

saslanır. Strateji menecment mövqeyindən strateji idarəetmə obyektləri üç qrupa 



ayrılır: bütövlükdə müəssisə, strateji təsərrüfat zonası və strateji təsərrüfat vahidi. 

Müəssisənin  maliyyə  resurslarının  formalaşması  prosesinin  idarə  edilməsi 

onların təsnifləşdirilməsini zəruri edir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə