Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 

47 


Müəssisənin  xüsusi  maliyyə  resurslarının  formalaşmasının  strateji  idarə 

edilməsi aşağıdakı əsas mərhələlər üzrə həyata keçirilir: 

−  ötən  dövrdə  müəssisənin  xüsusi  maliyyə  resurslarının  formalaşmasının 

təhlili; 

−  xüsusi maliyyə resurslarına ümumi tələbatın müəyyən edilməsi; 

−  müxtəlif  mənbələrdən  cəlb  edilən  xüsusi  maliyyə  resurslarının  dəyərinin 

qiymətləndirilməsi; 

−  daxili  mənbələrdən  cəlb  edilən  xüsusi  maliyyə  resurslarının  maksimum 

həcminin təmin edilməsi; 

−  xarici  mənbələrdən  cəlb  edilən  xüsusi  maliyyə  resurslarının  lazımi 

həcminin təmin edilməsi; 

−  xüsusi  maliyyə  resurslarının  formalaşmasının  daxili  və  xarici  mənbələr 

arasında optimal nisbətin müəyyən edilməsi. 

Xüsusi maliyyə resurslarının formalaşması siyasətinin uğurla reallaşdırılması 

aşağıdakı vəzifələrin həlli ilə əlaqədardır: müəssisənin mənfəətinin bölüşdürülmə-

sinin effektiv siyasətinin (dividend siyasətinin) formalaşması; müəssisənin effektiv 

amortizasiya  siyasətinin  formalaşması;  səhmlərin  əlavə  emissiyasının  həyata 

keçirilməsi, yaxud əlavə pay kapitalın cəlb edilməsi. 



2.2. Müəssisələrdə dividend siyasəti 

       Səhmdar  cəmiyyətin  illik  mənfəətinin  məbləğindən  səhmdar  malik  olduğu 

səhmlərə, yaxud təsis payına görə dividend alır.  

Dividend siyasəti biznesin maliyyələşdirilməsi sahəsində müəssisə rəhbərinin 

qəbul etdiyi qərarların tərkib hissəsidir. Biznesin maliyyələşdirilməsi mənbəyi kimi 

müəssisənin  sərəncamında  qalan  mənfəətin  məbləği  dividendin  ödənilməsi 

ə

msalından asılıdır. Lakin müəssisənin təsərrüfat fəaliyyətinin inkişafına nə qədər 



çox  mənfəət  yönəldilərsə,  dividentin  ödənilməsinə  bir  o  qədər  az  pul  qalacaqdır. 

Beləliklə, müəssisənin dividend siyasətinin mühüm aspekti dividendin ödənilməsi 

və 

müəssisənin 



təsərrüfat 

fəaliyyətinin 

inkişafı 

arasında 

mənfəətin 

bölüşdürülməsində optimal nisbətin müəyyənləşdirilməsidir. 




 

48 


Müəssisənin  dividend  siyasəti  onun  maliyyə  resurslarının  formalaşmasının 

idarə  edilməsi  siyasətinin  tərkib  hissəsi  olub  müəssisənin  bazar  dəyərini 

maksimum artırmaq məqsədilə mənfəətin istehlak və kapitallaşan hissələri arasında 

nisbətin optimallaşdırılmasını nəzərdə tutur. 

Müəssisənin  dividend  siyasətinin  formalaşmasına  üç  yanaşma  mövcuddur: 

konservativ,  yumşaq  (kompromis)  və  aqresiv.  Bu  yanaşmalardan  hər  birinə 

dividend siyasətinin müəyyən tipi uyğun gəlir. 

Səhmdar  cəmiyyətin  dividend  siyasəti  aşağıdakı  mərhələlər  üzrə 

formalaşdırılır: 

−  dividend  siyasətinin formalaşması  zəminlərini  müəyyənləşdirən  əsas  amil-

lərin nəzərə alınması; 

−  səhmdar cəmiyyətin maliyyə strategiyasına uyğun dividend siyasəti tipinin 

seçilməsi; 

−  seçilmiş 

dividend 

siyasətinə 

uyğun 

mənfəətin 



bölüşdürülməsi 

mexanizminin işlənib hazırlanması; 

−  bir səhmə dividend ödənilməsi səviyyəsinin proqnozlaşdırılması; 

−  dividendin ödənilməsi formasının müəyyən edilməsi; 

−  dividend siyasətinin effektivliyinin qiymətləndirilməsi. 

Səhmdar cəmiyyəti dövriyyədə olan səhmlər üzrə aralıq (rüblik, yarımillik) və 

illik dividend ödəyə bilər. 

Qanunvericiliyə  əsasən  adi  səhm  üzrə  dividend  səhmdar  cəmiyyətin 

sərəncamında qalan xalis mənfəətin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış 

ödənişlər  şəklində  bölüşdürülən  hissədir.  mtiyazlı  səhm  üzrə  dividend  səhmdar 

cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olaraq, sahiblərinə 

səhmlərin nominal dəyərinin sabit faizi şəklində ödənilən vəsaitdir. Həmin vəsaitin 

ödənilməsi üçün səhmdar cəmiyyəti öz vəsaitləri hesabına xüsusi fond yarada bilər. 

 

 



 

 

 


 

49 


Cədvəl 2. 

 

Səhmdar cəmiyyətin dividend siyasətinin əsas tipləri 

 

Dividend siyasətinin 



formalaşmasına yanaşmalar 

Dividend siyasətinin tipləri 

1. Konservativ    

  

1. Dividend ödənilməsinin qalıq siyasəti  



2. Dividend ödənilməsinin stabil həcm 

siyasəti 

2. Yumşaq (kompromis) 

 

 



3. Ayrı-ayrı dövrlərdə dividendin güzəştlə 

ödənilməsinin stabil həcm siyasəti 

3. Aqresiv 

 

  



4. Dividendin stabil səviyyə siyasəti  

5. Dividend həcminin daim artırılması 

siyasəti 

 

Dividend siyasəti  səhmdarların dividend  alması  sahəsində  əmlak iddialarının 



ödənilməsinə  rəğmən  səhmdar  cəmiyyətin  mövqeyini  əks  etdirən  fəaliyyət 

proqramıdır,  səhmdar  cəmiyyətin  maraqları  və  səhmdarların  əmlak  maraqları 

arasında optimal nisbətin işlənib hazırlanmasıdır.  

Dividend  modellərini  iki  qrupa  ayırmaq  olar:  dividend  siyasətinin  özünün 

modelləşdirilməsi  və  dividend  siyasətinin  müəssisənin  bazar  dəyərinə  təsirinin 

müəy- 


yənləşdirilməsi.  Birinci  qrupa  C.Linter  modeli,  ikinci  qrupa  isə  Qordin,  Miller-

Modilyanı və Miller Roka modelləri aiddir. 

C.Linterə  görə  müəssisənin  məqsədli  dividend  səviyyəsi  mövcuddur  və  o, 

aşağıdakı amillərdən asılıdır: 

−  cari mənfəət; 

−  sahənin inkişaf perspektivləri və mənfəətin həcmi; 

−  investisiya proqramı; 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə