Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

 

26 


edir.  Bu  sistem  təcrid  edilmiş  halda  deyil,  ətraf  mühitin  təsiri  altında  fəaliyyət 

göstərir.  Ona  kapital  göndərənlər,  cari  fəaliyyət  iştirakçıları,  dövlət  və  açıq 

orqanları, şirkətin işçiləri və sair maraqlı şəxslər daxildir. 

Məqsədlərin ierarxiyası. Müəssisə maliyyəsinin idarə edilməsi sistemi elə şə- 

kildə  qurulmalıdır  ki,  həm  maraqlı  şəxslərin  məqsədli  göstərişlərinin 

rəqabətliliyinin  təmin  edilməsi,  həm  də  vaxt  və  struktur  təşkilediciləri  üzrə 

müəssisənin  məqsədli  göstərişlərinin  nizama  salınması  və  razılaşdırılması  kimi 

kontekstdə onun harmoniyası haqqında danışıla bilsin. 

Maliyyə  menecmentinin  kateqoriya  sisteminə  amil,  model,  stavka,  faiz, 

diskont, maliyyə aləti, pul axını, risk, gəlir və s. aiddir.  

Baza  konsepsiyası  maliyyə  menecmentinin  məntiqini  və  praktikada  onun 

tətbiqi metodları və üsullarının istifadəsini müəyyənləşdirir. 

Maliyyə  prosesləri.  Maliyyənin  idarə  edilməsi  iki  eyni  proseslərin  səfər-

bəretmə,  yəni vəsaitlərin cəlb edilməsi və onların axınlar və investisiyalaş-dırma, 

yəni    vəsaitlərin    qoyuluşu    və  onların  axınları  münasibətində  qəbul  edilən 

qərarların sonsuz əvəz edilməsi şəklində reallaşdırılır. 

Elmi-praktiki instrumentariya  (apparat)  –  təsərrüfat subyektlərinin maliyyə 

fəaliyyətinin  idarə  edilməsinin  ümumi  elmi  və  konkret  elmi  üsullarının 

məcmusudur.  Bazar  iqtisadiyyatında  maliyyə  mexanizmlərinin  əsas  növləri 

maliyyə bazarları, institutları və alətləri hesab edilir. 

Təminedici  sistemlər.  Maliyyə  menecmentinin  konseptual  əsaslarının  bu 

elementi onun praktiki reallaşdırılması imkanlarını müəyyənləşdirir.  

Maliyyə  menecmenti  elm  kimi  müasir  maliyyə  nəzəriyyəsi  və  maliyyə 

bazarlarındakı meyllərin mahiyyətini, maliyyə xarakterli qərarların qəbul edilməsi 

məntiqini,  kəmiyyət  təhlilinin  bu  və  ya  digər  metodlarının  tətbiqinin 

ə

saslandırılmasını  başa  düşmək  üçün  xidmətedici  metodoloji  əsas  çərçi-vəsində 



hazırlanmış  fundamental  konsepsiyalara  əsaslanır.  Konsepsiya  hər  hansı 

təzahürlərin  şərhi  üçün  əsas  ideyaları  ifadə  edən,  onların  başa  düşülməsinin, 

traktovkasının müəyyən üsuludur. 



 

27 


Maliyyə  menecmentinin fundamental konsepsiyalarına pul axınları konsepsi-

yasını;  pul  resurslarının  müvəqqəti  dəyərini;  risk  və  gəlir  arasında  kompromisi; 

ə

məliyyat və maliyyə risklərini; kapitalın dəyərini; kapital bazarının effektivliyini; 



informasiyanın  asimmetrikliyini  (uyğunsuzluğu);  agentlərin  münasibətini; 

alternativ xərcləri; təsərrüfat subyektinin fəaliyyətinin müvəqqəti qeyri-məhdudlu- 

ğ

unu; təsərrüfat subyektinin əmlak və hüquqi ayrılmasını aid etmək olar. 



Müəssisənin  əsas  məqsədi  səhmdarın  mülkiyyətini  maksimumlaşdırmaq  və 

onun  nəticəsində  müəssisənin  kapitallaşmış  dəyərini,  yaxud  bazar  dəyərini 

maksimum  artırmaqdır.  Bu  nöqteyi-nəzər  mülkiyyətçinin  prinsipi  adlanır,  çünki 

müəssisəni  zəruri  maliyyə  resursları  ilə  təmin  edən  səhmdar-ların  maraqlarında 

müəssisənin  mövcudluğunu  qoruyub  saxlamaq  durur.  Bu  prinsip  o  zəminə 

ə

saslanır ki, səhmdarlar bu müəssisəni yaradıblar, istehsal fəaliyyətinin aparılması 



zəruriliyini əsaslandırıblar, onun əsas məqsədini müəyyənləşdirməyi davam etdirir 

və onun həqiqi cəhətdən sahibi və sərəncamvericisi adlanır. 

ş

tirakçı  prinsipi  etiraf  edir  ki,  şirkətin  hüquqi  sahibi  olan  səhmdarlardan 



başqa  şirkətin  fəaliyyətində  iştirak  etməyə  qanuni  hüququ  olan  bir  sıra  digər 

qruplar mövcuddur. Bunlara aşağıdakılar aiddir: 

−  uzunmüddətli kreditlər verən maliyyə institutları; 

−  şirkətin fəhlə və qulluqçuları; 

−  hazır məhsulun alıcıları; 

−  xammal, materiallar, xidmətlər və s. göndərənlər; 

−  cəmiyyət. 

XX  əsrin  sonunda  dünyada  gedən  dəyişiklklər  şirkət  mülkiyyətçisinin 

prinsipini  yalnız  müstəsna  hallarda  məqbul  saymışdır.  Mülkiyyətçi  prinsipinin 

transformasiyası  müəssisənin  sosial  məsuliyyətinin  maksimumlaşdırılması 

prinsipinin yaradılmasına gətirib çıxarmışdır. Sosial məsuliyyət o zəminə əsaslanır 

ki,  müəssisə  sosial  boşluqda  deyil,  əksinə  cəmiyyətin  bütün  elementləri  ilə  daim 

qarşılıqlı fəaliyyət göstərir. Sosial məsuliyyətin etiraf edilməsi inzibatçının üzərinə 

müəssisənin  fəaliyyət  göstərdiyi  rayonun  sakinlərinin  rifah  halının  və  bütövlükdə 

cəmyyətin  güzəranının  yaxşılaşdırılmasına  töhfə  verməsi  üçün  əlverişli  şərait 



 

28 


yaratmaq  vəzifəsini  qoyur.  nzibatçının  vəzifəsi  cəmiyyətin  yaxşı  üzvü  olmaq 

tələbləri  ilə  uğurlu  və  mənfəətli  iş  aparılması  zəruriyyəti  arasında  müvafiq 

bərabərliyi saxlamaqdır.  

Aşağıdakı şəkildə firmanın mülkiyyətçisi və menecerləri ilə cəmiyyət arasında 

qarşılıqlı fəaliyyət xarakterizə olunur. 

 

Şəkil 4. Firmanın səhmdarları və menecerləri 



 ilə cəmiyyət arasında qarşılıqlı fəaliyyə

 

Bu qarşılıqlı fəaliyyətin detalları şirkətlər üzrə fərqlidir. Bütün firmalar üçün 



bu  münasibətlər  sosial  və  iqtisadi  mühitdə  baş  verən  dəyişikliklər  nəticəsində 

müəyyən vaxtdan sonra düzəlişlər edilir. 

Müəssisənin  maliyyə  məqsədi  kimi  səhmdarların  gəlirlərinin  maksimum 

artırırlması çıxış edə bilər.  kincidərəcəli maliyyə məqsədləri xalis mənfəət, yaxud 

cəlb edilən kreditlərin həcmi ola bilər. Qeyri-maliyyə məqsədləri kimi aşağıdakılar 

çıxış edə bilər: 

−  müəssisənin işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması; 

−  əmək şəraitinin yaxşılaşdırılması və ətraf mühitin vəziyyəti;  

−  məhsulun və xidmətlərin keyfiyyətinin yüksəldilməsi. 

Müəssisə  əsas  maliyyə  məqsədlərini  elə  formalaşdırmalıdır  ki,  onlar  qeyri-

maliyyə məqsədlərinə uyğun gəlsin. 

Firma sahiblərinin məqsədi 

Firmanın məqsədi 

Məqsədə nail olmaq üzrə 

siyasətin seçilməsi 

Menecerlərin idarəetmə 

qərarları 

Cəmiyyəti hüquqi və 

iqtisadi əhatə 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə