Microsoft Word Maqistr dissertasiya isi Fuad Memmedli doc



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə5/29
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69051
1   2   3   4   5   6   7   8   9   ...   29

 

13 


uğursuzluqlarından  qaçmaq,  rəqiblərlə  mübarizədə  liderlik,  istehsal  həcminin 

artırılması  və  realizasiyası,  maksimum  mənfəətin  əldə  edilməsi,  əmtəə  bazarında 

müəyyən paya malik olması əlamətlərinə xidmət edir. Müxtəlif vəziyyətlərdən asılı 

olaraq  bu  və  ya  digər  kəmiyyət,  yaxud  keyfiyyət  göstəricilərinin  məqsədyön-

lülüyünü əsaslandırmaq olar. Konkret situasiyadan, fəaliyyət növündən, firmanın, 

yaxud  layihənin  təyinatından  və  digər  vəziyyətlərdən  asılı  olaraq  bu  və  ya  digər 

meyarlar çıxış edə bilər. Ən ümumi halda kapitallaşmanın artırılması və mənfəətin 

dayanaqlı alınmasına yönəldilən iki baza yanaşmasından söhbət gedə bilər. 

Biznes  fəaliyyətinin  idarə  edilməsi  ilə  əlaqədar  maliyyə  menecmenti  bütöv 

maliyyə  elmindən  ayrılaraq  müstəqil  elm  sahəsinə  çevrilmişdir.  Maliyyə  elminin 

təşəkkülü və inkişafı üçün səciyyəvi olan iki mərhələni ayırmaq olar: birincisi, Rim 

imperiyası  vaxtında  başlayan  və  XX  əsrin  ortalarında  başa  çatan  mərhələdir  ki, 

bunun  nəzəri  əsasını  maliyyənin  klassik  nəzəriyyəsi  təşkil  edir;  bu  mərhələnin 

məntiqi davamı kimi gələn və nəzəri əsasını maliyyənin qeyri-klassik nəzəriyyəsi 

təşkil  edən  ikinci  mərhələdir.  Birinci  nəzəriyyənin  mahiyyəti  ondan  ibarətdir  ki, 

maliyyələrdə  dominantlıq  dövlətindir,  ikinci  nəzəriyyənin  mahiyyəti  isə  ondan 

ibarətdir ki, maliyyələrdə dominantlıq xüsusi sektora məxsusdur.  

Orta əsrdə maliyyə mövzusu üzrə hər hansı əhəmiyyətli sistemləşdirilmiş işlər 

görülməmişdi.  Məhz  elə  ona  görə  də  bir  çox  alimlər  orta  əsrin  sonunu  maliyyə 

elminin inkişafının ikinci dövrü – elmi işləmələrə keçid mərhələsi adlandırmışlar. 

Orta əsrlərin sonunda dövlət xəzinəsinin karol xəzinəsindən ayrılması prosesi 

başladı.  Səbəb  aydındır:  daim  artan  dövlət  xərclərini  karol  xəzinəsi  ödəyə 

bilməzdi;  dövlət  ehtiyaclarını  ödəmək  üçün  iri  həcmli  daxili  vəsait  mənbələrinin 

yaradılmasında  təzahür  edən  problemi  domen,  reqaliya,  rüsum  və  müxtəlif 

yığımlar hesabına həll etmək  mümkün deyildi. Ona görə də XVIII əsrin sonunda 

bir  çox  ölkələrdə  təzahür  edən  vergi  sisteminin  formalaşması  prosesinin 

aktivləşməsi  tamamilə  təbii  hal  idi.  Domen,  reqaliya  və  yığımların  idarə 

edilməsinin  ümumi  prinsiplərini  formalaşdırmağa  cəhd  edən  müəlliflərin  ilk 

kitabları yalnız XV-XVI əsrlərdə işıq üzü görmüşdü. Maliyyə haqqında biliklərin 

sistemləşdirilməsinə 

taliya  alimləri  böyük  töhfə  vermişlər.  Rus  alimi 



 

14 


A. .Bukovetski «Maliyyə elminə giriş» kitabında qeyd edir ki, maliyyənin klassik 

nəzəriyyəsi  sahəsində  «moqikanlardan  axırıncısı»,  məhz  taliyanın  şəhərlərində 

XV  əsrdə  maliyyə  elminin  xüsusi  yaranması  baş  vermişdir.  Bu  kapitalın  ilkin 

yığım  erasını  açan  merkantalizmdən  əvvəlki  illərdə  olmuşdu.  Bu  cərəyanın  əsas 

ideyası təsərrüfat həyatına dövlətin aktiv müdaxiləsində ifadə olunur, onun başlıca 

elementi isə aktiv ticarət balansı sistemidir.  

Formalaşan  maliyyə  elminin  iki  xüsusiyyətini  xüsusi  vurğulamaq  lazımdır. 

Birincisi, maliyyə birmənalı dövlət vəsaiti kimi traktovka edilirdi; sonradan onların 

təqdim  sferası  genişləndi;  maliyyə  altında  açıq  ittifaqlara  məxsus  vəsait  başa 

düşülürdü.  kincisi, maliyyə təkcə pul vəsaitinə aid edilmədi; maliyyə altında pul, 

materiallar, xidmətlər şəklində alınmış dövlətin istənilən vəsaiti başa düşüldü. 

Maliyyənin klassik nəzəriyyəsinin təşəkkülü və inkişafı XX əsrin ortalarında 

başa  çatdı.  kinci  dünya  müharibəsi  ərəfəsində  və  ondan  sonra  dünya 

iqtisadiyyatında  vəziyyət  kəskin  şəkildə  dəyişdi,  yəni  bazar  iqtisadiyyatı  inkişaf 

etdikcə dövlətin və açıq ittifaqların iqtisadiyyatda rolu azalmağa başladı. Kapitalın 

inkişafı  və  beynəlmiləşməsi,  transmilli  şirkətlərin  rolunun  artması,  istehsal 

sahəsində  təmərküzləşmə  prosesi,  biznesin  resurs  təminatı  sistemində  maliyyə 

resurslarının  əhəmiyyətinin  güclənməsi  XX  əsrin  ortalarında  istənilən  iqtisadi 

sistemin  əsas  sistemyaradıcı  səviyyəsində,  yəni  təsərrüfat  subyekti  səviyyəsində 

maliyyənin  rolunun  nəzəri  dərk  edilməsini  zəruriyyətə  çevirdi.  ngiltərə-Amerika 

maliyyə  məktəbinin  nümayəndələrinin  səyilə  maliyyə  nəzəriyyəsi  XVIII-XIX 

ə

srlərdə  alimlərin  yuxarıda  qeyd  edilən  baxışları  ilə  müqayisədə  xeyli 



təkmilləşdirilmişdi.  Mübaliqəsiz  demək  olar  ki,  maliyyənin  klassik  nəzəriyyəsi 

çərçivəsində  əsasən  mərkəzləşdirilmiş  (yaxud  açıq)  maliyyə  inkişaf  etdirilmiş  və 

sistemləşdirilmişdi.  

XX  əsrin  40-50-ci  illərini  maliyyə  elminin  inkişafında  prinspcə  yeni 

mərhələnin başlanğıcı adlandırmaq olar, məhz həmin illərdə maliyyənin neoklassik 

nəzəriyyəsi inkişaf etdirilmişdi. Yeni nəzəriyyənin təşəkkülü və inkişafı çox sürətli 

templə  getmişdi;  əsas  səbəb  biznesin  inkişafı  və  beynəlmiləşməsi,  maliyyə 

bazarının  möhkəmlənməsi,  bank  sektorunun  genişlənməsi  və  s.  ilə  əlaqədar 




 

15 


praktiklər tərəfindən son dərəcə tələbatın artması olmuşdur. Artıq XX əsrin 50-ci 

illərinin  sonunda  ngiltərə-Amerika  maliyyə  məktəbinin  nümayəndələrinin  səyi 

sayəsində  mikroiqtisadiyyatdan  yeni  bir  istiqamət  ayrıldı  və  maliyyə  elmində 

üstünlük təşkil etdi.  

Maliyyənin  neoklassik  nəzəriyyəsini  ümumi  şəkildə  maliyyə  üçlüyünün: 

resurslar,  münasibət,  bazarların  təşkili  və  idarə  edilməsi  barədə  biliklər  sistemi 

kimi müəyyənləşdirmək olar. Bu nəzəriyyə çərçivəsində aksent, hər şeydən öncə, 

bazar  iqtisadiyyatının  əsas  sistemyaradıcı  elementi  kimi  firmanın  maliyyəsinin 

idarə  edilməsində  meyllərin  ümumiləşdirilməsi,  izahı,  proqnozlaşdırılması  və 

formalaşmasına edilir. 

Kapital  bazarına  və  iri  şirkətlərə  diqqət  yetirilməsi  təsadüfi  deyil.  Dünya 

təcrübəsi göstərir ki, real bazar iqtisadiyyatında səhmdar cəmiyyətləri mühüm rol 

oynayırlar.  Müxtəlif  mülkiyyət  formalı  müəssisələrin  ümumi  sayında  onların 

xüsusi çəkisi nisbətən böyük deyil, amma milli sərvətin yaradılmasında töhfəsi son 

dərəcə  böyükdür.  Dünyanın  inkişaf  etmiş  ölkələrinin  iqtisadiyyatında  korporativ 

biznes  aparıcı  rol  oynayır;  kapitalın  təmərgüzləşmə  səviyyəsi  yüksəkdir;  milli 

iqtisadiyyata  iri  şirkətlər  nəzarət  edirlər;  maliyyə    bazarlarının    rolu    böyükdür, 

məhz  bu  bazarlar  bir çox iqtisadi fəlakətlərin, sarsıntıların katalizatoru sayılır. 

Maliyyənin  neoklassik  nəzəriyyəsinin  əsasını  maliyyə  bazarlarının  fəaliyyət 

prinsipləri  haqqında  biliklərin  sistemləşdirilməsi  təşkil  edir.  Maliyyə  kapitalı 

təşəkkül  tapdıqca  iqtisadiyyatın  inkişafında  maliyyə  bazarlarının  rolu  daha 

ə

həmiyyətli  olur.  XIX  əsrin  sonunda  maliyyə  bazarlarında  yaranmış  meyllərin 



nəzəri dərk edilməsinə, birjaların və birja torqları iştirakçılarının işinə bəzi standart 

yanaşmaların hazırlanmasına tələbat tədricən formalaşırdı.  

Maliyyə  menecmentinin  məşhurlaşmasında  ngiltərə-Amerika  məktəbinin 

nümayəndələri  T.Kouplyend,  Dj.Uyeston,  R.Breyli,  S.Mayers,  Y.Briqxem  və 

başqalarının xidmətləri böyükdür. MDB məkanında maliyyə menecmenti haqqında 

elmin  inkişafı  Avropa  ölkələrindən  xeyli  geri  qalırdı,  uçot  və  maliyyə  sahəsində 

yenilik əsasən Almaniyadan gəlirdi. Rusiyada maliyyə üzrə ilk nəşr olunmuş kitab 

(1806-cı il) Alman professoru X.Şletserin monoqrafiyasının tərcüməsidir.  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə