Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə35/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   31   32   33   34   35   36   37   38   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

83

Müştərilərin saxlanılması/loyallığı; 



Müştərilərin ümumi sayı; 

Müştərilərin razı salınması; 

Nisbi qiymət (bazar payı/həcm); 

Müştərinin keyfiyyəti qəbul etməsi/hörmət; 

Ş

ikayətlər (narazılıq dərəcəsi); 



Tanışlıq; 

Bölüşdürmə / mövcudluq. 

Embler qeyd edir ki, marketinqin təşkilatın fəaliyyət nəticələri ilə əlaqə-

ləndirilməsi ali menecerlərə daima bu göstəricilərin proqnoz göstəriciləri 

və rəqiblərin göstəriciləri ilə müqayisəsinin təqdim olunmasını tələb edir; 

bu zaman alıcıların davranışını formalaşdıran amilləri müəyyənləşdirmək 

və onlara nəzarət etmək lazımdır.  

Strategiyanın  tətbiqi  zamanı  sonuncu  vacib  məsələ  gözlənilməz  hadi-

sələrin planlaşdırılmasıdır, yəni “Biz nə edəcəyik, əgər...?” sualına cavab 

tapılmasıdır. Gözlənilməz hadisələrin planlaşdırılması hazırlanmış planın 

tətbiq  edilməsi  zamanı  rəqiblərin  ona  nə  cür  reaksiya  verməsini  və  on-

ların  ehtimal  olunan  sonrakı  fəaliyyətlərinin  proqnozlaşdırılmasını  tələb 

edir. Hadisələrin gələcək inkişafının bir sıra ehtimal edilən ssenarilərinin 

proqnozlaşdırılması  və  bu  ssenarilərin  hər  hasısa  birinin  reallaşması 

şə

raitində  fəaliyyət  planının  tərtibi  şərti  ssenarilərlə  planlaşdırma  hesab 



olunur. 

 

2.6

 NƏT CƏ 

Marketinqin  strateji  planlaşdırılmasına  baza  strategiyasının  müəyyən-

ləşdirilməsi və kompaniyanın rəqabətli mövqeləşdirilməsinin yaradılması 

və onun təklifi və bu strategiyanın tətbiqi daxildir. 

Yuxarıda qeyd olunanlar eyni dərəcədə həm bir məhsul buraxan təşkilata, 

həm  də  tərkibində  bir  neçə  təşkilat  olan  iri  konqlomerata  aiddir.  Lakin, 

konqlomerat üçün planlaşdırma işi mürəkkəbləşir. Burada portfelin plan-

laşdırılması, ümumi korporativ məqsədə çatılması üçün korporasiya daxi-

lində təşkilatların uyğun əlaqələndirilməsi tələb olunur. Portfelin planlaş-

dırılması 3-cü fəsildə nəzərdən keçirilir. 

 

Praktikadan misal 

Playboy 

FT 

 

Kişi  erotikası  üzrə  ixtisaslaşdığından  və  bunu  zövqlə  həyata  keçirdiyin-

dən fəxrlə danışan  Palyboy Enterprises bazar ertəsi Vivid TV-ni əldə et-

məklə daha açıq-saçıq parnoqrafiya dünyasına addım atdı.  



Playboya 

  baxışların  dəyişdiyini  göstərən  sövdələşmədə,  kompaniya, 



Vivid

-in,  VOD  nc.-in  41.7  mln.dollarlıq  hissəsinin,  həmçinin,  The  Hot 



Network 

və The Hot Zone-un 28.3 mln. dollara əldə edildiyi elan edildi.   




                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

84 


Kompaniya  elan  etdi  ki,  sövdələşmə  “istehlakçılara  və  distribyutorlara 

təqdim  edilən    televiziya  proqramlarının  seçim  imkanlarını  əhəmiyyətli 

dərəcədə genişləndirir”. 

Palyboy 

kompaniyasının  icraçı  direktoru  Kristi  Hefner  və  onun 

təsisçisinin qızı Hyu qabaqlar Playboy brendinin “aşağı keyfiyyətli deyil, 

yüksək keyfiyyətli əyləncə” məqsədinə xidmət etdiyini iddia edirdilər. 

Keçənilki  müsahibəsində  o  elan  etdi  ki,    Palyboy  “seksual  əyləncə”  və 

“qəşəng erotikanın fotoqrafiyaları” üzrə ixtisaslaşır. 

Onun sözlərinə görə, Playboy  brendinin parnoqrafiya ilə heç bir əlaqəsi 

yoxdur: onun “kişi ehtirası” ilə əlaqəsi var.  

Mister  Hefnerin  bazara  jurnal  şəkilində  çıxardığı  Playboy  ən  məşhur 

dünya brendlərindən birinə çevrildi. 



Vivid TV 

açıq-saçıq pornoqrafiya nümayiş etdirir və Palyboy Enterprises-

ın öz auditoriyasını saxlamaq üçün daha rəngarəng erotika təqdim etmək 

qərarına gəldiyi fikrini yaradırdı. 

Sövdələşmə Playboyun öz üzərində nə qədər rəqabət təzyiqi hiss etdiyini 

göstərir. Kompaniya televiziyaya və internetə daha açıq seksual material-

ların  vebsayt  və  kabel  pornokanal  televiziyalarında  yayımlanması 

səbəbindən keçdi. 



Palyboy  Enterprises 

bazar  ertəsi  elan  etdi  ki,  2001-ci  ildə  sövdələşmə 

faizlərə,  vergiqoymaya  və  amortziasiya  hesablanmasınadək  olan  mən-

fəətə 5 mln. dollar əlavə edəcək.  

Dünənki  sözvdələşmə  nəticəsində  Palyboy  kanalı  ümumi  sayı  91.9  mln  

nəfər olan 36.2mln. mülki əhatə edəcək. 



The Hot Network

 və The Hot Zone və həmçinin, onlarla bağlı televiziya 

aktivləri Califa Entertaintment Group tərəfindən əldə edilib. 

Vivid TV

  Stiv Hirş, Devid Ceyms və Bill Aşer tərəfindən əldə edilib. 

Ə

gər  təşkilat  müəyyən  edilmiş  plan  göstəricilərinə  nail  olsa,  onda, 



şə

bəkənin dəyəri 12 mln.ABŞ dolarına qədər qalxa bilər. 

 

 

Mənbə:James Harding, “Palyboy enters hardcore market”, 



Financial Times, 3 July 2001, p.32 

 

Müzakirə üçün suallar 

1.  Playboy-un  açıq-saçıq  pornoqrafiyaya  meyl  etməsinin  səbəbi 

nədir? 


2.  Bu, Hyu Hefnerin Playboy-a dair fikirləri ilə uyğun gəlirmi?  Bu, 

Kristi Hefnerin kompaniya haqqında dediklərinə uyğundurmu və 

uyğunsuzluq şəraitində hansı təhlükələr ola bilər? 

3.  Vivid  TV-nin  əldə  edilməsi  hansı  strateji  istiqaməti  göstərir?  



Playboy

  kompaniyası    qarşısında  hansı  alternativlər  açılır  və  o 

bunlardan istifadə edə biləcəkmi? 

 



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə