Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə40/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   36   37   38   39   40   41   42   43   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

95

qurulmuş  artım  matrisi-xüsusi  çəkidə  qrafiki  olaraq  portfelin  mahiyyəti  əks 



olunmuşdur. Şəkil 3.5-də aşağı sol sektor daha maraqlıdır, çünki, burada aşağı 

sürətlə  artan  bazarda  vəsaitə  olan  tələbat  yüksək  bazar  payından  irəli  gələn 

yüksək vəsait daxil olmasına uyğun gəlir. Biznesin belə istiqaməti toplanmış 

təcrübənin üstünlüklərindən faydalana bilər.  Formalaşmış bazarlarda olmaları 

və  böyük  bazar  payına  malik  olmaq  sayəsində  onların  investisiyaya  olan 

tələbatı az olur. Onlar nəğdiyyənin generatoruna çevrilir və digər kommersiya 

fəaliyyətlərinə yatırılası vəsaitin potensial mənbəyi olurlar.  Boston Consulting 

Group 

firması  biznesin  bu  növlərini  “sağmal  inək”  adlandırmışdır,  çünki, 

onlardan  digər  istiqamətlərdə  xərcləmək  üçün  əlavə  vəsaitin  əldə  edilməsi 

məqsədilə istifadə etmək olar.  

Öz  əksər  fəaliyyətlərini  bu  sektorda  yerləşdirmiş  bir  çox  kom-

paniyaları  göstərmək  olar.  1990-cı  illərdə  Böyük  Britaniyada  GEC  

korporasiyasında  yetkin  biznes  istiqamətlərinə  malik  olması  nəticəsində 

nəğdiyyə  bolluğu    var  idi.  Digər  Britaniya  kompaniyası  RTZ    mineral 

hasilatından  əldə  etdiyi  vəsaiti  bazarda  liderlik  etdiyi  digər  sektorların 

müxtəlif  sahələrinə  uğurla  yatıra  bildi.  Belə  “sağmal  inəklər”  bu  günkü 

mövcudluğun  mənbələridir,  lakin,  təhlükə  ondan  ibarətdir  ki,    onları 

həddən artıq inadla “sağırlar” və onlar öz rəqabətqabiliyyətlərini itirirlər 

və  ya  onlar  tərəfindən  artıq  istehsal  edilmişlərin  passiv  istehlakçılarına 

çevrilirlər. Korporativ səviyyədə arxayınçılığın yaranması təhlükəsi olur, 

çünki  portfelində  “sağmal  inəklər”  olan  kompaniya  heç  də  həmişə 

gələcək mövcudluq mənbələri haqqında düşünmürlər. 

              

0

5



10

15

20



25

30

35



40

1

2



3

4

5



 

 

 



 

 

 



 

Şə

kil 3.6. P MS təhlili –bazarda pay effekti 

 

 

Bazar payı kəmiyyəti üzrə yer 



Tədqiqat,         

işləmə və  

marketinq 

        


stehsal     

 

nv



es

ti

si



ya



re

nt

ab



el

li

yi



, %

 

Biznes  



istiqamətlər

inin 


intensivliyi 


                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

96 


Simon & Schuster Adult Publishing Group –un bölməsi The Free Press 

nəşriyyatının  icazəsi  ilə  müəllifləri  R.D.Buzzell  və  B.T.Gale  olan  THE 

P MS  PR NC PLES  kitabından  götürülmüşdür.  Müəlliflik  hüququ  © 

1987 The Free Press-ə məxsusdur. Bütün hüquqlar qorunur. 

 “Sağmal  inəklərin”  əlverişli  cəhətlərini  yavaş  inkişaf  edən 

bazarda az paya malik “sevimlilərin” xüsusiyyətlərinə qarşı qoymaq olar. 

Bazarın  yetkinliyi  investisiyaya  tələbatın  aşağı  olduğunu  göstərsə  də 

bazar payının aşağı olması mənfəət səviyyəsinin və nəğd axınları kəmiy-

yətinin  bazarda  liderlik  edən  kompaniyanın  göstəriciləridən  əhəmiyyətli 

dərəcədə geri qalması anlamına gəlir. Şəkil 3.5-də göstərildiyi kimi sadə 

toplamalar  nəticəsində  nəğd  axınları  kəmiyyətinin  sıfıra  bərabər 

olduğunu  görəcəyik.  Əgər  belə  situasiyaya  daha  real  olaraq  yanaşsaq, 

onda, nəğd axınlarının ya müsbət, ya da mənfi olmaqla çox kiçik rəqəm 

olduğunu görə bilərik. Bu sektorda biznes istiqaməti ona görə “sevimli” 

adlanır ki, onların mövcudluğu ucuz olur və müəyyən razılıq hissi gətirir.  

Bununla  belə,  kompaniya  üçün  onların  maliyyə  əhəmiyyəti  azdır. 

Təhlükə ondan ibarətdir ki, onlar öz əhəmiyyətlərinə proporsional olma-

yacaq  dərəcədə  inzibati  resursları  və  vaxtı  məşğul  edə  bilərlər.  Bu  sek-

torda  yeni  texnologiya  ilə  və  ya  qlobal  bazarın  iştirakçıları  ilə  rəqabətə 

görə  əvvəlki  cəlbediciliyini  itirmiş  mənfəətli  biznes  istiqamətləri  ola 

bilər. Heç vaxt mövcudluq mənbəyi olmayan indi ağır vəziyyətini yaşayır 

və ya Drukerin təbiri ilə desək keçmişdə qalıb. Kiçik bazar payına malik 

və fomalaşmış bazarda “dünənki” mövcudluq mənbəyi olan “sevimlilər” 

(və ya artım matrisi – xüsusi çəkiylə bağlı oaraq onları tez-tez “itlər” də 

adlandırırlar)  cari  vaxtda  çox  az  pul  gətirir  və  gələcəkdə  böyük  pullar 

gətirməsi perspektivi də yoxdur. 

Bir  çox  kompaniyaların  portfelində  “sevimlilər”  var.  Əksər  ba-

zarların yetkin olduğunu (hər halda, inkişaf etmiş iqtisadiyyatlarda) və bu 

bazarlarda yalnız bir məhsulun lider olduğunu nəzərə alsaq, onda, bütün 

məhsulların əksər hissəsini “sevimlilərin” sırasına aid etmək olar.  Port-

felində  olan  istiqamətlərin  əksər  hissəsi  “sevimlilər”  olan  kompaniyalar 

GE

 kimi bazar rəqabətlərində ən yaxşı olmaq strategiyasını həyata keçirə 

bilməyəcəklər.  Kiçik  nisbi  bazar  payına  malik  yaxşı  mənfəət  əldə  edən 

kompaniyalara da misallar çəkmək olar. Belə kompaniyaları ifadə etmək 

üçün  “pullu  sevimlilər”  termini  işlədilir  və  bu  “sağmal  inəklərlə” 

“sevimlilər” arasında sərhədə  yaxın  yerləşən biznes istiqamətini bildirir. 

Belə kompaniyaların startegiyalarından aşağıda bəhs ediləcək. 

Yüksək artım templi bazarda böyük bazar payına malik kommer-

siya  istiqamətinin  nəğd  axın  kəmiyyəti  “sevimlilərin”  nəğd  axın  kəmiy-

yətinə  analoji  olsa  da,  tamamilə  başqa  perspektivə  malikdir.  Müəssisə 

hesablarının  belə  statistik  təhlili  təhlükə  mənbəyi  ola  bilər,  çünki,  təhlil 

zamanı  bu  istiqamət  “sevimlilərlə”  eyni  kateqoriyaya  düşə  bilər.  Həmin 

sektorda  yerləşən  kompaniya  əhəmiyyətli  bazar  payına  malik  olduğu 



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə