Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə67/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   120

 

 

232



Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, meyvələrin tənzim olunan 

qaz mühitində saxlanılmasının başlıca üstünlükləri aşağıdakılardan ibarətdir: 

-

 

aşağı temperaturlu xəstəliklər xəbərdar edilir, lakin soyuducuda saxlanan 



bir çox alma sortları bu xəstəliklə zədələnə bilər; 

-

 



bir çox fizioloji xəstəliklərin qarşısı alınır; 

-

 



meyvələrin ətri və dadı yaxşı qalır; 

-

 



meyvələrin konsistensiyası uzun müddət bərk qalır; 

-

 



tənzim olunan qaz mühitində saxlanılan meyvələrin itkisi soyuducularda 

saxlanılan meyvələrə nisbətən 2-3 dəfə az, saxlanılma müddəti isə xeyli 

çoxdur. 

Müxtəlif növ və sort meyvələrin havanın qaz tərkibinə qarşı reaksiyası 

müxtəlifdir. Buna görə  də onların vəziyyətini nəzərə alaraq, hər növə  və sorta 

uyğun qaz rejimi yaradılmalıdır. Bəzi meyvələr üçün bu üsul effektlidir, bəziləri 

üçün isə o qədər də vacib deyildir. 

Meyvələrin tənzim olunan qaz mühitində saxlanılması praktikasında 

müxtəlif miqdarda oksigen, karbon qazı  və azot qarışığı olan müxtəlif qaz 

qarışıqlarından istifadə edilir. 

Qaz qarışıqları içərisində ən geniş yayılmış qarışıq tərkibində 5%-dən 10%-

dək karbon qazı, 11%-dən 16%-dək oksigen və 79% azot olan qarışıqdır. Belə 

qarışığa «normal» qarışıq adı verilmişdir. 

Son vaxtlar oksigenin və karbon qazının qarışığı 21%-dən aşağı götürülür ki, 

bu da «subnormal» qarışıq adlanır. Ən geniş yayılmış «subnormal» qarışıqdan, bir 

qayda olaraq 0

0

C-dən yuxarı (2-4



0

) temperaturda və havanın rütubəti 90-95% 

olduqda istifadə edirlər. Çox aşağı temperaturda və yüksək rütubətdə meyvələrin 

karbon qazına həssaslığı hiss olunacaq dərəcədə artır. Beynəlxalq Standartlaşma 

Təşkilatı armudun saxlanılması üçün 3 qrup optimal qaz qarışığı təklif edir. Birinci 

tərkibdə 5% CO

2

, 2% O


2

 və 93% N

2

, ikinci tərkibdə 7-10% CO



2

, 10-13% O

2

 və 


80% N

2

, üçüncüdə 7-10% CO



2

, 5% O


2

 və 85-88% N

2

 olur. Lakin həmin qarışıqlar 



müxtəlif ölkələrin və rayonların yerli şəraitindən asılı olaraq dəqiqləşdirilməlidir. 


 

 

233



Bir çox ölkələrdə alma və armudu 3 ~ 5

0

C temperaturda 3-5% CO



2

 və 2-5% 

O

2

 şəraitində saxlayırlar. Bəzi alma və armud sortları CO



2

 olmayan 2-3% oksigen 

şəraitində daha yaxşı qalır. 

 

 



Cədvəl 6.1. Almaların saxlanılması üçün təklif olunan  

qaz mühiti və temperatur 



Almanın  

Sortu 

Saxlanılma 

temperaturu 

Qaz tərkibi, %-lə 

CO



O



N



Saxlanılma 

müddəti 

Conatan  

3-4

0

C 6-9 



12-15 

79 7 


ay 

Starkinq  

0

0

C 5 3 



92 

ay 



Qolden - Delişes 0

0

C 10 



11 

79 


ay 


Aport 3-4

0

C 3-5 3 



92-94 

6-7 


ay 

 

Meyvələri sənaye miqyasında tənzim olunan qaz mühitində meyvə 



anbarlarında – soyuducularda müvəffəqiyyətlə saxlayırlar. Həcmi 500 ton və 1500 

ton və TQM ilə soyuducuların tipik layihəsi hazırlanmışdır. 500 ton həcmi olan 

soyuducu süni soyutma yolu ilə  tənzim olunan qaz mühiti ilə  işləyir. Bu 

soyuducunun 8 kamerası vardır. 6 kamera tənzim olunan qaz mühiti ilə, ikisi isə 

süni soyutma yolu ilə işləyir. Tənzim olunan qaz mühiti ilə işləyən hər kameranın 

həcmi 70 ton, süni soyutma yolu ilə işləyən hər kameranın həcmi isə 52,3 tondur. 

G.V.Plexanov adına MXTI-nin məlumatına  əsasən, tənzim olunan qaz 

mühitində saxlanmaya yararlı perspektiv alma sortları,  əsasən aşağıdakılardır: 

Şampan reneti, Qəndil-Sinab, Conatan, Qo-quam və s. Tənzim olunan qaz 

mühitində saxlama adi Antonovka, Zolaqlı payız, Qara qəlvil və s. sort almalara 

pis təsir göstərir. 

A.S.Qaraşarlı ilk dəfə olaraq narı tənzim edilən qaz mühitində saxlamışdır. 

Bunun üçün Göyçay rayonundan götürülmüş narlar 3 həftə Bakı meyvə-tərəvəz 

kombinatında saxlanılmış  və sonra dəmir yolu nəqliyyatı vasitəsilə Moskvaya 

aparılmışdır. Kameralara narı yığdıqndan sonra oranın temperaturu 3

0

C, qaz tərkibi 




 

 

234



isə 11-12% O

2

 və 5-7% CO



2

-dən ibarət olmuşdur. Saxlanılma zamanı temperatur 

2-4

0

C, nisbi rütubət isə 90-92% olmuşdur. Kameralardakı narlara kameranın xüsusi 



şüşə pəncərəsindən baxılmış və kameranın qaz tərkibi vaxtaşırı yoxlanılıb oksigen 

və karbon qazının miqdarı müəyyən edilmişdir. Belə kameralarda narlar uzun 

müddət öz keyfiyyətini saxlamışdır. 8 ay saxlandıqdan sonra Moskva Xalq 

Təsərrüfatı Institutunda həmin narlar dequstasiyadan keçirilmiş  və yaxşı qiymət 

almışdır. 

 



 

 

235



 

6.7. Meyvə və tərəvəzin saxlanılması zamanı təbii itki 

 

Meyvə  və  tərəvəzin tərkibindəki suyun buxarlanması  və  tənəffüs prosesinə 



sərf olunan üzvi maddələrin hesabına meyvə-tərəvəzin kütləsinin azalması 

normalaşdırılan və ya təbii itki adlanır. Itkinin 75-85%-i suyun buxarlanması 

hesabına, 15-25%-i isə üzvi maddələrin hesabına düşür. Bu itkilər saxlanılma 

şəraitindən asılı olmayaraq baş verir və yalnız optimal saxlanılma  şəraiti 

yaradılmaqla minimuma endirilə bilər. 

Itkinin həddi bir çox əlamətlərdən asılıdır. Məhsulun növünə, iqlim zonasına, 

saxlanılma üsuluna və  şərtlərinə, anbarın tipinə  və saxlanılma müddətinə görə 

itkinin miqdarı  dəyişir. Məsələn, almanın payız və  qış sortları üçün, nəmlənmiş 

qumla və ya qumsuz saxlanılan meyvəköklülər üçün itki norması müxtəlifdir. 

Tezyetişən tərəvəzlərdə itki az, orta və gecyetişənlərdə bir qədər ondan 

çoxdur. 

Ölkəmizin cənub zonasında süni yolla soyudulmayan anbarlarda saxlanılan 

meyvə-tərəvəzin təbii itkisi orta və  şimal zonaya nisbətən çoxdur. Məsələn, orta 

zona üçün kartofun sentyabr-dekabr aylarında saxlanılmasında təbii itki norması 

4% olduğu halda, cənub zonasında 6,3%-dir. 

Meyvəköklüləri burtlarda və  xəndəklərdə  nəmlənmiş qumla qarışıq 

saxladıqda onlara təbii itki norması verilmir. 

Ilin müxtəlif dövrlərində saxlanılma zamanı təbii itki norması müxtəlif olur. 

Bir qayda olaraq qış aylarında itki az, payız və yaz aylarında isə çox olur. Məsələn, 

kartofu soyudulmayan anbarlarda saxladıqda itkinin miqdarı sentyabr və oktyabr 

aylarında 1,2-1,4%, yanvar-mart aylarında 0,5%, iyun ayında isə 1,8%-dir. 

Mexaniki və  kənd təsərrüfatı  zərərvericiləri ilə  zədələnmiş meyvələrdə itki 

sağlam meyvələrə nisbətən çox baş verir. 

Təbii itki ilə yanaşı, meyvə-tərəvəz üçün aktlaşdırılmış itkilər də  nəzərdə 

tutulmuşdur. Meyvə-tərəvəzin  əmtəə emalı, daşınması  və saxlanılması zamanı 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə