220
sonra binanın havası yaxşı dəyişdirilir, yığıma 10-15 gün qalmış əhənglə ağardılıb
yenidən qurudulur. Anbarlarda keçidin axırında yerdən 20 sm hündürlükdə və
anbarın ortasında yerdən 150 sm hündürlükdə termometr qoyulur.Psixrometrlər
anbarın orta hissəsində yerdən 125-150 sm hündürlükdə yerləşdirilir. Əgər kartof
və ya tərəvəz daqqa tipli anbarlarda saxlanılarsa, əlavə olaraq bir termometr də 30-
35 sm dərinlikdə bilavasitə tərəvəz və ya kartof tağının içərisinə yerləşdirilir.
6.4. Kartofun və tərəvəzin saxlanılması
Kartofu həm burtlarda, həm də xəndəklərdə saxlayırlar. Lakin xüsusi
anbarlarda saxlanan kartof keyfiyyətini uzun müddət saxlaya bilir. Belə anbarlarda
kartof aktiv hava cərəyanı və ya təbii ventilyasiya ilə saxlanılır.
Kartofu saxlamaq üçün anbarlar daxili quruluşuna görə daqqa və konteyner
tipli olur. Kartofun saxlanılması üçün normal temperatur 1-3
0
C-dir. Əgər
konteynerlərdə saxlanılarsa, temperatur 0,5-1
0
C arasında olur.
Daqqa tipli anbarlarda keçidin hər iki tərəfində 3x4 m ölçüdə daqqalar
düzəldilir və oraya kartof tökülür. Aktiv hava cərəyanı olan anbarlarda kartofun
hündürlüyü 3-4 m, təbii hava cərəyanı ilə işləyən anbarlarda isə 1,5-1,75 m olur.
Kartof anbara yığıldıqdan sonra onu tədricən soyudurlar. Aktiv ventilyasiya
zamanı verilən havanın temperaturu əvvəlcə 12-20
0
C, soyutma dövründə 1-5
0
C,
qalan dövrdə isə 2-3
0
C olmalıdır.
Kartof anbara yığıldığı vaxt əvvəlcə 1 ton kartof üçün ən azı 50 m
3
/saat hava
(200 m
3
/saatdan çox olmaz) verilməlidir və hava cərəyanı gündə 1+5 saat ərzində
işləməlidir.
Kartofu soyutma dövründə hava cərəyanı gündə 8-20 saat ərzində dövr
etməlidir. Əsas saxlama dövründə isə kartofun istiliyi 3-4
0
C-dən çox olduqda,
ventilyasiya sistemi işə salınır. Kartofu 85-95% nisbi rütubətdə saxlayırlar.
Konteynerlərə yığılmış kartofu satışa verməzdən əvvəl çeşidləmək lazım
deyildir. Kartofun konteynerlərdə saxlanılması itkinin miqdarını 8%
221
azaldır. Yükləmə-boşaltma işləri tamamilə mexanikləşdirilir. Nəticədə
əmək məhsuldarlığı 30-50% artır və daqqa tipli saxlanılmaya nisbətən
xərclər azalır.
Kökümeyvəlilərin saxlanılması üçün normal temperatur 0-1
0
C
arasında olmaqla, nisbi rütubət 90-95% olmalıdır. Yerkökünü saxlamaq
üçün onu qat-qat yığaraq üstünü nəmliyi 16%-dən az olmayan qumla
örtürlər.
Yerkökünü istehlak yerlərində və tədarük məntəqələrində
xəndəklərdə, şəhər bazalarında isə burtlarda saxlayırlar. Yerkökü
saxlanan burtların eni 1-0,8 m, hündürlüyü 0,8-0,9 m və uzunluğu 4-7 m
olur.
Yerkökü çox vaxt piramida şəklində burtlarda yığılır. Burtlarda
həmin piramidaları 40-50 sm bir-birindən aralı yerləşdirmək daha
məqsədə uyğundur. Piramidaların altından burtun kənarına qədər 25 sm
enində arx qazılır. Arxların üzərinə döşənən taxtalar arasında 2 sm ara
saxlanılır. Onun üstünə əvvəlcə 5 sm qalınlığında qum töküb, sonra 1
lay yerkökü yığırlar, yerkökü layının üstünə azacıq nəmlənmiş qum
tökürlər. Hər sonrakı lay yığıldıqda burtların eni və uzunu 2 sm azaldılır.
Yerkökünü yığdıqda baş hissəsi xarici tərəfə yerləşdirilir. Əvvəlcə bütün
yığılmış yerkökünün üstünü nazik qum qatı ilə örtürlər, sonra 1
0
C-yə
qədər soyutduqdan sonra, şaxta vurmasın deyə, məhsulun üstünü
yenidən saman və ya torpaqla basdırırlar. Saman olmadıqda yerkökünün
üstünü qabaqca həsrlə, onun üstündən isə ağac kəpəyi və ya quru torf
tozu ilə 10 sm qalınlığında örtürlər.
222
Yerkökünü 1
0
C-yə qədər soyutduqdan sonra 3
0
C şaxta olarsa,
piramidaların üstü ağac kəpəyi və ya torfla əlavə olaraq basdırılır.
Yerkökü saxlamaq üçün qazılan xəndəklərin dərinliyi 1,2 m,
uzunluğu 15-5 m, eni isə 0,3-0,5 m olur. Xəndəklərin içində 6
0
C
temperatur yarandıqdan sonra yerkökünü ora yığırlar. Başlanğıc örtük
eniş olmaqla yağış suyunun axması üçün əlverişli vəziyyətdə
yerləşməlidir. Laylar arasında 1-2
0
C temperatur yarandıqda yerkökü qəti
olaraq saman və torpaqla örtülür.
Xəndəklərdə yerkökünün keyfiyyətli saxlanılması üçün onun
temperaturuna nəzarət edirlər. Əgər içəridə 5-7
0
C istilik yaranmışsa,
yerkökünü xəndəklərdən çıxarıb ya realizə edir və yaxud anbarlarda
saxlayırlar.
Yerkökünü saxlamaq üçün daha perspektivli üsul onu taralara
qablaşdırılmış şəkildə soyuducularda hava cərəyanı ilə və yaxud
polietilendən hazırlanmış kisələrdə saxlamaqdır.
Soyuducularda, buz anbarlarında və adi anbarlarda yerkökünü
yeşiklərdə qumla laylanmış şəkildə saxlayırlar. Taralarda saxladıqda
yerkökünü daşımaq daha asandır. Yerkökünü taralarda qarlama üsulu ilə
saxlamaq xüsusilə əlverişlidir. Bu zaman örtücü materiallara tələb azalır.
Bu üsuldan geniş istifadə edilir.
Cəfəri, cırhavuc, kərəviz və şalğam, saxlanılma xüsusiyyətinə görə
yerkökünə oxşayırlar. Çuğundur daqqa tipli anbarlarda 1,5-2 m
hündürlüyündə yığılmaqla saxlanılır. Bütün meyvəköklülər üçün
optimal saxlanılma temperaturu -1,0-0
0
C, nisbi rütubət isə 90-95%
olmalıdır.
Dostları ilə paylaş: |