Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Şəkil 10.5. Püre və povidlo  1-çiyələk püresi; 2-moruq povidlosu  10.3.2. Şəkərlə konservləşdirilən məhsulların tədqiqi



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə103/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   99   100   101   102   103   104   105   106   ...   141
2017-1715

Şəkil 10.5.
Püre və povidlo 
1-çiyələk püresi; 2-moruq povidlosu 
10.3.2. Şəkərlə konservləşdirilən məhsulların tədqiqi 
Meyvə-giləmeyvə şirniyyatında marmelad, pastilla, povidla, 
mürəbbə, cem, jelə və sukat aiddir. 
Mürəbbə, cem və povidla qəbul edilərkən bir litrlik bankadan 10, 
üç litrlik həcmə qədər olan balonlardan 3-5 ədəd üç litrdən çox tutu-
mu olan qablardan isə bir ədəd götürüb orqanoleptik üsulla keyfiyyə-
tinin müəyyən etmək lazımdır. Əgər məmulat çəlləkdə daxil olmuş-
sa, onda yerlərin sayının 3%-dən (3 yerdən az olmayaraq) 200 q gö-
türüb yaxşı qarışdırmaq, sonra 500 q miqdarında orta nümunə ayır-
maq lazımdır. Qablaşdırılmış məmulatda bankadakı bütün məhsul
çəki ilə satılanlarda isə orta nümunə keyfiyyətcə yoxlanır.
Mürəbbə, cem və povidlanın orqanoleptik üsulla qiymətləndi-
rilməsinin öz xüsusiyyətləri vardır. Bu ondan irəli gəlir ki, mürəb-
bə və cemin əmtəə sortu, onların orqanoleptik göstəricilərinə görə 
müəyyənləşdirilir. Keyfiyyətindən asılı olaraq mürəbbə ekstra, əla 
və 1-ci sorta bölünür. Tumlu gilas və albalı mürəbbəsi və çəlləklə-
rə qablaşdırılmış mürəbbə yalnız 1-ci sortda buraxılır. Cem əla və 
1-ci sorta ayrılır. 


268 
Keyfiyyətinin müəyyən edilməsinə taranın və onun markalan-
masını yoxlamaqdan başlamaq lazımıdır. Qablaşdırılmış meyvə-
giləmeyvə şirniyyatı əvvəlcə çini fincana və ya başqa bir dayaz 
qaba tökülməlidir.
 
10.3.3. Orqanoleptik göstəricilərin təyini 
Orqanoleptik üsulla meyvə-giləmeyvə şirniyyatının xarici gö-
rünüşü, dadı, iyi, rəngi və konsistensiyası müəyyən edilir.
Mürəbbənin xarici görünüşü yoxlanılarkən, onun meyvəsinin 
bircinsli olmasına fikir verilir. Şərbətin şəffaflığını və onun daxi-
lində olan asılı hissəciklərin olmasını yoxlamaq üçün şərbət süzü-
lür və açıq şüşədən stəkanda gündüz işığında nəzərdən keçirilir. 
Bütün məmulat növləri üçün xarlama və qıcqırma əlamətlərinin 
olması müəyyən edilməlidir. 
Povidlonu yoxlayarkən onun eynicinsli olmasıma, əzilməmiş 
hissənin, tumun və qabıq hissəsinin olub-olmamasına fikir vermək 
lazımdır. 
Dad və iyi yoxlayarkən, onun hazırlandığı meyvənin də və iyi-
nə müvafiq olması dərəcəsi, kənar dad və iyin, eləcə də karamel-
ləşmiş şəkər dadının olması müəyyən edilməlidir.
Rəngini yoxlayarkən hazırlandığı meyvə-giləmeyvənin rənginə 
uyğun olması nəzərə alınmalıdır. Mürəbbə isə əlavə olaraq ləkəli və 
üzərində qara nöqtə olan meyvələrin sayı müəyyənləşdirilməlidir. 
Konsistensiyasını təyin etmək üçün məhsulu qarışdırırlar. Po-
vidlo və cemdən fərqli olaraq mürəbbədə meyvənin və şərbətin 
konsistensiyası ayrıldıqda yoxlanılır. Meyvənin konsistensiyasını 
yeməklə müəyyən edirlər. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə