Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə110/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   106   107   108   109   110   111   112   113   ...   141
2017-1715

T
ə
bii gül k
ə
l
ə
m
.
Gül kələm populyar tərəvəz bitkilərindəndir. 
Konservləşdirmək üçün diametri ən azı 7 sm olan bərk ağ başlı 
sortlardan istifadə olunur. Başlardan ona yapışmış yaşıl yarpaqlar 
kənar edilir və onlar çiçək topalarına bölünərək möhkəm yuyulur. 
Sonra çiçək topaları 2% xörək duzu və 0,05% limon turşusuna 
malik qaynayan məhlulda 2-3 dəqiqə müddətində blanşirlənir. 
Blanşirlənmədə kələm tərəvəzlərinin zəngin olduğu kükürdlü bir-
ləşmələr kənar olunur. Kükürlü birləşmələrin hesabına konservləş-
dirilən gül kələm tutqunlaşmır. Su və duz dəmirə malik olmama-
lıdır. Çünki dəmirdə tutqunlaşma yaradır. Xörək duzu və limon 
turşusu öz növbəsində çiçək topasının ağarmasını təmin edir.
Kələm blanşirlənmədən sonra soyuq suda soyudulur, şüşə 
bankalara doldurulur, 2% xörək duzu və 0,2% limon turşusuna 
malik qaynar məhlul üzərinə əlavə olunur. 0,5 litrlik şüşə 
bankalarda sterilizə aşağıdakı formula uyğun aparılır: 

2,2. 
Sterilizədən sonra soyudulan konservlər qaranlıq yerdə 
saxlanır.


281 
10.8. Meyvə və tərəvəzlərin qurudulması və təhlili 
 
10.8.1. Xammalın qurudulması və məhsul çıxımının hesa-
batı 
 
İşin məqsədi
. Meyvə və tərəvəzlərin qurudulma texnologiyası 
ilə tanışlıq. Xammalın hazırlanmasının hazır məhsulun keyfiyyəti-
nə təsirini göstərmək, qurudulmuş meyvə və tərəvəzlərin çıxımı-
nın təyin olunmasını öyrənmək. 
Tapşırıq
. Xammalın qurudulmaya hazırlanma texnologiyası 
ilə, qurutma prosesi və sənaye şəraitində hazır məhsulun emalı ilə 
tanışlıq. Təzə meyvə və tərəvəzlərin laboratoriya şəraitində quru-
dulmaya hazırlanması və onun ilkin xammalla müqayisədə çıxımı-
nın və qalıqların hesablanması. Xammalın blanşırlənməsi və kü-
kürd qazı ilə emalının qurudulmuş meyvələrin keyfiyyətinə təsiri-
nin müəyyən edilməsi.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə