Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   ...   6   7   8   9   10   11   12   13   14

Türk xalqlarının dini, mifoloji və sosial həyatında da qurban xüsusi yer tu- tur. Qurban, qurbanvermənin 

kökləri çox qədimdir. Eramızdan əvvəlki dövrlərə gedib çıxan bu ritualın ifadə etdiyi məna əcdadlarımızın 

mifoloji görüşləri ilə sıx bağlı olmuşdur. Türk xalqlarının mifoloji görüşlərində qurbanın obyektləri

formaları, məzmunu çoxçeşidlidir. Bu müxtəlifliyə baxmayaraq, qurbanın sosial mahiyyəti qədim türkün 

sitayiş etdiyi mifoloji tanrıları əzizləmək, onların qəzəbini yumşaltmaqla ilgili olub onlara xüsusi rituallar 

təşkil etməkdən ibarət olmuşdur. Diqqətlə nəzər yetirdikdə ilkin dövrlərdə insanların tanrılara qurban 

verilməsini hədiyyə də adlandırmaq olar. Çünki onlar bunu könüllü yapırdılar. Burada hədiyyənin sərhədi ilə 

qurbanın sərhədi bir-birinə yaxınlaşır. Lakin sonrakı dövrlərdə hədiyyə ilə qurban arasındakı fərqlər əmələ 

gəlmiş, tanrılara qurban məcburi xarakter daşımışdır. Bunun üçün də qurban öz sosial tipinə görə həm 

könüllü, həm də məcburi olaraq xalq arasında qalmaqdadır. 

Sosial tipini nəzərə alsaq, keçmiş zamanlarda qurban öz arxetipinə görə də indikindən xeyli fərqlənmişdir. 

Bunu tarixi faktlar və arxeoloji qazıntılar da sübut edir. Tarixdə adı qalan məşhur sərkərdələrin qəbirlərindən 

tapılan insan və heyvan cəsədləri düşünməyə əsas verir ki, sərkərdə ilə birlikdə bas- dırılanlar ona qurban 

rolunu oynamışdır. Qədim hunlarda dəfn mərasiminin axırıncı mərhələsi ölənin xidmətinə kəsilən qullar, 

atlar və qoyunlardan ibarət olmuşdur. J.P.Roux Attilanın qəbrinin üstündə xidmətçilərin, at və başqa 

heyvanların kəsildiyini qeyd edir. İbn Fədlan oğuzlarla birlikdə gömülən atların «onlar tərəfindən cənnətə 

götürüldüyünü» yazmışdır. Ayrıca cənazə günündə ölənin yaxınları və əqrəbası adak olaraq bir qoyun başı 

ilə bir at başı sunarlar və bu başlar məzarın üstündə sallanırdı. Məzar üstündə heyvanlar qurban edilməklə 

bərabər adamları da qurban edirdilər. Əsasən əsirləri və qulları öldürürdülər. İskitlər «onları boğduqdan 

sonra başçının qadınlarından birini, yardımçısını, bir seyisini, bir xidmətkarını, bir xəbərçisini boğduqdan 

sonra atları, mallarından geri qalan qismindən bir bölümünü altun arabalarla birlikdə gömərlərdi. Hunlarda 

və türklərdə məzara yüz və min qadın və xidmətçi gömülürdü» [142, s.218]. 

Qurbankəsməni simvollaşdıran digər mühüm adət ölənin atının kəsilib ehsan kimi verilməsi idi. Bu adət 

oğuzlarda da var idi. Ölən oğuzun atını kəsib ətini ehsan kimi yeyir, başını, ayaqlarını, dərisini qəbrin 

üstündəki payalara sancırdılar. Onlar güman edirdilər ki, at ehsan veriləndən sonra ölü cənnətə bu atın 

köməyi ilə gedəcək [67, s.65]. «Kitabi-Dədə Qorqud» dastanlarında Beyrəyin atının kəsilib ehsan verilməsi

özünün isə atın dərisinə bükülməsi haqqında məlumatlar verilir. Ölünü heyvan dərisinə bükmək, o heyvanın 

mifoloji tanrılara qurban verilməsi ritual xarakteri daşıyırdı. Tanrı bu qurbanı qəbul etsə, ölünün o dünyaya 

getməsi asan olarmış. 

Burada qurban dedikdə ancaq tayfadaxili mövqeyinə görə başçıya və ya sərkərdəyə kəsilən hər hansı bir 

nəsnə başa düşülür. Tayfanın başqa üzvlərinə belə bir təmtəraqın olması məlum deyil. Buna görə də antik 

zamanlarda kəsilən qurban dar və məhdud mənada başa düşülür. Onun sosial məzmun kəsb etməsi, 

zənnimizcə, İsmayıl qurbanından sonra baş vermişdir. 

Bunu da qeyd etmək yerinə düşər ki, qəbrə atın qoyulması (atın o dünyada sahibinə xidmət etməsi üçün) 

özünün magik keyfiyyətlərini nağıllarda da yerinə yetirir. V.Y.Propp qəbir atının nağıl qəhrəmanına 

bağışlanılması motivini qurbankəsmə ilə bağlayır [208, s.147]. 

Qurbankəsmə ilə bağlı mifoloji görüşdə kəsilən qurbanın ölünün ruhunun o dünyaya aparılmasında rolu 

aydın görünür. Qurbankəsmə eyni zamanda ölünün ruhunun mənimsənilməsi məqsədini güdür. Kəsilən 

qurbanın müəyyən hissələri yeyilir. Qədim insanların mifoloji şüurunda insanın ruhu hər hansı bir heyvan 

şəklində təsəvvür olunurmuş. Bu isə totemizm ilə bağlıdır. Ə.Əsgərov yazır ki, «Ceyranın nağılı»nda Nisə 

onun ürəyini, ətini, yağını yeməklə totemin ruhunu öz oğluna keçirir» [62, s.100]. 

Tarixən qurbanın formaları da müxtəlif olmuşdur. Erkən paleoloji dövrlərdə (eramızdan əvvəl VIII əsr) 

qurban adının mənası mifoloji ruhlara və tanrılara ediləcək yalvarışların məzmunu ilə bağlı olmuşdur. Bu 

dövr insanların mifoloji tanrılara qurban verməsi ilə xarakterikdir. Hətta İbrahim peyğəmbərin oğlu 




olacaqsa, onu Allaha qurban kəsəcəyi haqqındakı dini rəvayətlər də bu inama söykənir. Tənha ağaclara və 

ağac ruhuna qurban kəsilməsi də bununla bağlıdır. Təzə ev tikiləndə baş tirinin qoyulması zamanı qurban 

kəsilir. Kəsilən qurbanın qanını baş tirinə sürtürlər. Bu adəti D.K.Zelenin belə izah edir ki, kəsilmiş ağac-

totemin, ağac ruhunun inciməməsi, adamlara ziyan vurmaması üçün onun şərəfinə qurban kəsilir. Ağac ruhu 

tikilən evə gəlir və kəsilən qurbandan yeyir [198, s.221]. Hətta yaxın vaxtlara qədər Sibirin qədim 

etnoslarının bəzilərində yazın gəlişi ərəfəsində gölə (su ruhuna) cavan qızların qurban verilməsi adəti 

olmuşdur. C.Freyzer və L.Şternberq göstərirlər ki, insanla allah arasındakı cinsi yaxınlıq məhsuldarlığa 

xidmət edir. Əkin-biçin qabağı belə qurbanlıq «adaxlanma» və məhsuldarlıq anlayışlarına yaxınlaşırdı. 

Məhsuldarlıq Nil, Qanq, Evfrat kimi çaylardan asılıdır, buna görə də qurbanlıq qızlar çaya «töhfə» verilirdi. 

«Adaxlanma» və məhsuldarlıq türk düşüncəsində böyük sosial prosesdən keçmişdi. Qısaca demək 

mümkündür ki, kiçik bacının da ilana «töhfə» verilməsi buna xidmət edir. Yaxud o biri nağıllarda şahzadə 

qızların əjdahaya yem kimi verilməsi də bu motivlə eyni kökdəndir. Suya, su allahına qurban vermə 

mürəkkəb anlayış olub sadə təzahürünü su, çay başında oturmuş əjdahaya qızların qurban verilməsi ilə 

tamamlayır. 

Prof. A.Nəbiyevin topladığı mətnlərin birində isə günəşə verilən qurbandan danışılır. O qeyd edir ki, 

«Günəşə qurban aparma» Novruzla bağlı ən qədim ayinlərdən biridir. Axır çərşənbə günü adamlar müxtəlif 

heyvanları - at, dəvə, kəl və qoyunu günəşə qurban vermək üçün hündür bir təpənin üstündə tonqal 

qalayırlar. Sonra təpədən aşağı düşüb günəş doğmağa başlayanda iki nəfərlə qurbanı tonqal tərəfə aparırlar. 

Adamlardan biri qabaqda, o biri arxada gedir. Qabaqda gedən cilovu tutur, arxada gedən isə əlində balta onu 

müşayiət edir. Günəşin ilk şüaları doğulanda heyvanlar oda atılır. Adamlar təpəyə yüyürüb, tonqalın 

ətrafında dövrə vurub xorla oxuyurlar. Bu nəğmələrdə günəşin böyüklüyü, əzəməti, rəhmliliyi təriflənir. 

Günəş doğub qurtarandan sonra adamlar tonqaldan kösöv götürüb evlərinə gəlir, kösövü ocaqlarına atırlar 

[95, s.33]. Arxaik miflərə oxşayan bu mətn özünün strukturuna görə relikt məzmun daşıyır. Belə bir mətnin 

yaddaşlarda yaşaması 

heyrət doğuracaq qədər əhəmiyyətlidir. Bu mərasimin mənası odur ki, günəş torpağa bərəkət gətirsin, eldə, 

obada bolluq olsun. Günəşə olan inamı B.Abdullanın qeyd etdiyi «Günəşi dəvət» mərasimində də izləyə 

bilirik. Mərasimdə iştirak edənlər günəşin işığını güzgüyə salır və torpağa sarı çevirirlər [43, s.37; 156, 

s.201]. 


Mərasimlərdə və rituallarda kəsilən qurban müqəddəs tanrıların yaratdıqları çevrəni qapayan heyvandır 

[197]. Hər bir tanrının müqəddəs heyvanı olmuşdur. Misirlilərdə Osirisin heyvanı öküz, türklərdə Oğuzun 

heyvanı öküz (yəqin onlara qurbanlıq kimi öküz kəsilirmiş) olmuşdur. Yəhudilərdə, babillərdə, şumerlərdə 

bulaqların, çayın sahibi EA torpağın məhsul verməsinə yardım edirmiş. EA-nın nişanəsi dağ keçisi imiş. 

Onun şərəfinə keçi kəsilirmiş. «İki yoldaş» nağılında da keçinin qurban kimi gətirilməsi ilə bağlı maraqlı 

fakt vardır. «İronik qəhrəman keçinin qulağını dişləyir. Dostu padşah qızına bildirir ki, bizim yerdə keçini 

belə kəsirlər» [62, s.16]. Çox zaman pirə qurban aparanda belə edirlər. Prof. M.Həkimov şifahi 

söhbətlərində qeyd edirdi ki, keçi qurban kəsilmir, o, şeytanla əlaqəli olduğu üçün onu kəsmir, ancaq 

bəyirdirlər. 

Mifoloji ritualın sonu qurban kəsmək ilə tamamlanır. Əhd yerinə yetəndən sonra ritualın komponentləri - 

magik hərəkətlər, mistik sözlər deyilir. Sonra qurban gətirilir, üç dəfə fırladılır və kəsilir. Qurbankəsmə 

qurban ilə, onun vasitəsilə müqəddəs hesab edilənin arasında əlaqə yaratmağa xidmət edir. 

Qədim zamanlardan bəri türk xalqlarında qurbankəsmənin icra olunmasının müəyyən olunmuş vaxtları var 

idi. Məsələn, suya qurban kəsilməsi adətən yazbaşı sellərin, suların artdığı dövrlə bağlı idi. Belə sular bağ-

bağata, əkinə zərər vururdu. Odur ki, yaz girəndə qurban kəsmək adət halını alırdı. Dünyanın müxtəlif 

xalqlarında qurbankəsmənin vaxtları da bir- birindən fərqlənirdi. J.P.Roux qədim moğolların qurbankəsmə 




Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə