Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   ...   6   7   8   9   10   11   12   13   14

balasını dirildir [21, s.177 - 179]. 

Dünya modelinin kosmik düzümünə fikir versək, bu nizamda qurbanın yeri totemizm ilə ilgili olan ölüb-

dirilmənin həyata keçirilməsi prosesində üzə çıxır. Ayrı-ayrılıqda kəsilən hər bir heyvan totem olaraq 

mifoloji şüurda qalmaqdadır. 

Totem də insanla kosmos arasında əlaqə yaradan real fəaliyyət sferasıdır. Qurbanın funksiyası qəbilə üzvləri 

ilə kosmos arasında əlaqə yaratmaqdan ibarətdir. İnsan, kosmos, ağac, dağ, totem və qəhrəman bu çevrəni 

birləşdirən kosmik nizam kimi bir-birini tamamlayır. Qurbankəsmə isə bunların hər biri üçün ayrıca 

düşünülmüş ritualdır. 

Magik akt kimi qəbul edilən qurban mərasimi mifoloji düşüncənin qanunları ilə yaşayan qədim insanın 

ruhuna rahatlıq gətirirdi. Qurban verən insan özünü şər ruhlardan qoruyacağını, onu əhatə edən kosmosun 

nizamını saxlaya biləcəyini düşünürdü. İbtidai çağlarda qurbanvermə mərasimi qəbilə üzvlərinin iştirakı ilə 

həyata keçirilirdi və universal xarakter daşıyırdı. 

Qədim türklər qurbanı kəsərkən onun sümüklərini sındırmaz, itlərə verməzdilər. Onlar bu sümükləri bir 

torbaya yığıb ağacdan asar, ya da torpağa basdırardılar. Bu sümüklər əkinə qədər saxlanardı. Əkin vaxtı 

torpağa səpilərdi [37, s.228]. 

Qurbanlıq heyvanlarla bağlı inamlar xalq arasında bu gün də yaşamaqdadır. İnama görə hər hansı bir adam 

birinin qurbanlıq qoçunu oğurlasa, onun üç heyvanı ölməli, ya da itməlidir. Qurbanlıq heyvanın kəsiləcəyi 

yeri tanıması da, yuxarıda dediyimiz kimi, hələ sirr olaraq qalır. «Öysüz piri» əfsanəsində deyilir ki, Uzun 

Yasin adlı bir kişi oğluna inək qurban deyir. Oğlu qayıdıb gələn kimi kişi inəyi ocağa gətirir. Yoldan xeyli 

aralıda inək adamların əlindən çıxır. Onlar narahat olurlar ki, inək qaçıb gedəcək. Yasin kişi deyir ki, o düz 

ocağa gedəcək. Doğrudan da inək ocağa gedir, harda heyvanları kəsirlər, orada dayanır. Salman kişi də 

ocağa qoç gətirirmiş. Qoç əllərindən çıxır. Ocağa gəlib onun ətrafında üç dəfə fırlanır. Sonra yenə heyvanlar 

kəsilən yerdə dayanır (Bu əfsanələri T.Qurbanov top- lamışdır). 

Xalq arasında qurban bayramı ilə bağlı müxtəlif adətlər də vardır. Bayramdan bir gün əvvəl (bayram 

axşamı) Zaqatala rayonunda Kosa-kosa mərasimi keçirilir. Cəbrayıl rayonunda qurban kəsildikdən sonra 

(adətən qurbanın kəsilmə vaxtı sübh tezdən saat 12-dəkdir) halva bişirilir, dürməyin arasına qoyulub ölülərə 

pay çıxılır. 

Qurbanın tarixi haqqında söz demək çətindir. Ancaq güman etmək olar ki, totemdən qurbana doğru uzanan 

proses, kulta çevrilmək, Allahla qurbanlıq arasındakı sakral əlaqə, heyvanın qurban seçilməsi ilə onun 

özünün zor işlətmədən kəsiləcək yerə gəlməsi bu vaxtadək açılması mümkün olmayan təfəkkürdən uzaq, 

idrakdan kənar hadisədir. 

Qurbankəsmənin sosial strukturu ölüb-dirilmənin fizioloji xüsusiyyətlərini özündə əks etdirir. Yuxarıda 

deyildiyi kimi, kosmosu təşkil edən hər bir mərhələnin canlı olaraq başa düşülməsi, insanın özünü onlardan 

asılı hesab etməsi qurbankəsməni həmin mərhələlər üçün vacib etmişdir. Həm də qurbankəsmədə icra 

olunan mərasim bilavasitə bir zamanlar qəbilə və tayfaların həyatında totem kimi müəyyən rol oynamış 

heyvanların kəsilməsini ehtiva edir. Diqqətlə fikir versək, görərik ki, kəsilən qurbanlar toplumun müqəddəs 

hesab etdiyi heyvanlardan ibarətdir. Lakin Azərbaycan folklorunda elə mətnlər də vardır ki, bunlar da it və 

qurd ilə bağlıdır. Onların totem ola bilməsi mətnlərdə qabarıq deyil, həmin zoomorf heyvanların totemizmin 

təşəkkül etdiyi ibtidai çağlardakı rolu hələ öyrənilməmişdir. 

Bunu nəzərə alıb problemin şərhində öz mülahizələrimizi irəli sürmək fikrindəyik. Azərbaycan 

folklorşünaslığında itlə bağlı mifoloji görüşlər hələ öyrənilməmiş olaraq qalır. İtə olan inam dünyanın bir 



çox xalqlarının mifo- logiyasında yaşamaqdadır. Qədim Misir, yunan və başqa xalqların mifologi- yasında 

bu haqda məlumatlara rast gəlirik. Bizim mifologiyada isə itlə bağlı görüşlər daha qədim qatları əks 

etdirdiyindən və bu haqda miflər, əfsanələr adda-budda, dağınıq olduğundan bu görüş haqda söz demək bir 

qədər çətindir. 

Qeyd etdiyimiz kimi, qədim dövrlərdə Misirdə itə böyük sitayiş olmuş, hətta qədim misirlilər öz inanclarını 

Anubis adlı tanrının timsalında bütləşdirmişlər. Eyni zamanda itə olan sitayiş qurda olan inancla 

eyniləşdirilib. Bu da ondan irəli gəlib ki, dünyanın bir çox xalqlarında olduğu kimi, misirlilər də it və qurdu 

bir cinsdən saymışlar. Bu inamı misirlilərdən yunanlar da götürmüş və itə olan inam əsas inanclardan biri 

olmuşdur. Platon «Qorqi» dialoqunda Sokratın itə olan inamını, onun itə and içməsini qeyd edir. Sokratın itə 

and içməsi nə ilə bağlıdır? Məlum olduğu kimi, Anubis ölümdən sonrakı qaranlıq dünyanın idarəçisi, 

qoruyucusu sayılırdı. İtə, yaxud Anubisə and içməklə Sokrat ölümdən sonrakı həyatını, əzablarını 

yüngülləşdirməyə çalışırdı [52, s.72]. «Mifoloji lüğət»də Anubisin ölülərin himayəçisi, uzanmış halda olan 

qara rəngli çaqqal və ya it kimi təsəvvür olunduğu yazılır. Anubisin qurd şəklində təsəvvür olunan Upuat ilə 

eyniləşdirilməsi də diqqət çəkir [196, s.563]. 

Araşdırmalarımıza rəğmən deyə bilərik ki, türk xalqlarının mifologiyasında Anubisə sırf oxşar olan məbud 

yoxdur. Ancaq «Mifoloji lüğət»də Anubis qaranlıq dünyanın qoruyucusu, yunanlarda olan Kerberin 

xüsusiyyətlərinin daşıyıcısı kimi qeyd olunur [196, s.563]. Onun bu vəzifəsini, yəni ölülər dünyasını 

qorumasını türk mifoloji mətnlərində İt-Barak adlı qorxunc bir it həyata keçirir. Yəni o da qaranlıq dünyanın 

qoruyucusudur. Bahaəddin Ögələ görə, Barak, Kumayık - əfsanəvi bir heyvandır ki, heç bir canlı canını 

ondan qurtara bilməz [134, s.123]. Prof. Kamil Vəli Nərimanoğlu araşdırmalarında göstərir ki, Barak adı 

verilən uzun tüklü caydaq köpəyi şumerlər müqəddəs sayırdı. Şamanlar Barak adlı itə minərək göyə 

çıxırdılar. Qırğızlar da cins itə Barak deyirdilər [124, s.21]. «Qədim türk sözlüyü»ndə Barak uzun tüklü, 

caynaqları uzun olan, cəld və iti sıçrayışlı cins it kimi təqdim edilir [170, s.83]. Xalq əfsanələrində deyilir ki, 

Ağbaba adlı bir qartal qocalanda iki yumurta qoyurmuş, birindən İt-Barak adlı köpək çıxırmış [124, s.23]. 

«Oğuz Kağan» dastanında da İt-Barak adlı bir qəbilədən bəhs olunur. Onların totemləri quşdan törəmiş bir 

köpək imiş. 

Rəşidəddinin də «Oğuznamə»sinə görə, İt-Barakın qoruduğu qaranlıq dünya ilə işıqlı dünyanın sərhədində 

Qıl-Barak ölkəsi yerləşir. Oğuz kağan bu ölkəyə hücum edib onu özünə tabe etmək istəyir. Əgər biz yunan 

mifologiyasında Heraklın qaranlıq dünyaya səfərini və bu zaman Kerber adlı itlə qarşılaşmasını [219] türk 

mifoloji görüşünün təsiri kimi qəbul etsək, onda Oğuz xanın da İt-Barakla üz-üzə gəldiyini, vuruşduğunu 

təxmin edə bilərik. 

Yuxarıda deyilənlər baxımından «Barak» sözünün etimologiyası əhəmiyyət kəsb edir. Qədim türk dilində 

«börə» qurd mənasında işlənmişdir. «Qara it ilə Bənək» haqqındakı əfsanədə də qurdun adı Qara Barakdır 

(mətn yaddaşdan qeydə alınanda bu ad başa düşülmədiyindən Qarabalıq kimi qeyd olunsa da, onu Qara 

Barak kimi qəbul etmək düzgün olardı). Əlimizdə mövcud olan başqa mətnlərdə isə Qara Barak itin adıdır. 

Rəşidəddinin «Oğuznamə»sindən də göründüyü kimi, burada da Barak it mənasında işlənmişdir. Eyni adın 

həm itə, həm də qurda deyilməsi təsadüfdürmü? V.A.Qordlevski Q.Potaninin Barquzin buryatlarından adına 

«Burto» deyilən itin haqqındakı əfsanəni qeydə aldığını yazır. Həmin əfsanədə Veneranın qoyunlarının 

qoruyucusu olan bu «Burto»nu buryatlar səma iti adlandırırdılar [167, s.497]. Bizə elə gəlir ki, İt-Barak eyni 

məzmun daşıyan iki adın birləşməsindən yaranan addır. Bir çox elmi ədəbiyyatlarda da itlə qurdun eyni 

cinsdən olduğu göstərilir. Elə tərəfimizdən toplanan mətndə də bunun şahidi oluruq. Əfsanədə deyilir ki, itlə 

qurd qohum imiş. Qurd həyətdə yaşayırmış, it dağda-daşda. İtin balaları xəstələnir. İt gəlib qurda deyir ki, 

sənin yerin istidi, balalarım xəstədi, bir həftə biz həyətdə yaşayaq, balalarım sağalan kimi yenə dağa 

çıxaram. Qurd inanır, həyətdən çıxıb dağa gedir, bir həftədən sonra gəlir itə deyir ki, uuu... balaların 

sağalduuu... 



Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə