Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

dövrlərdə qəbilənin həyatında yaşlı adamlardan ibarət qəbilə şurası - magiyanın uyğun tələblərini bilən və 

onları insanlara öyrədən qocalar fəaliyyət göstərirdi. Barbarlıqdan təzəcə azad olmuş insanlar magiyanın 

sehri altında ibtidai dini görüşlərin, inancların quluna çevrilirdi. Bu adət, inanc və görüşlər özünə o qədər 

möhkəm yer edirdi ki, onu başqası ilə əvəz etmək heç ağıllarına da gəlmirdi. Magiyada əsas əlamət yüksək 

ali qüvvələrə inancın olması idi ki, qədim insan tanrısını yumşaltmaq üçün yalvarmağa, qurban kəsməyə, 

mərasimlər keçirməyə başlayırdı [228, s. 39 - 56]. İnsanlar quraqlıqdan əziyyt çəkən vaxtlarda da magiyanın 

gücündən istifadə etmişlər. C.Freyzer qeyd edirdi ki, onlar yağış yağdırmaq üçün cadugərlərə üz tutur

onlardan xahiş edirdilər ki, yağış yağması üçün göylərdəki allahlara dualar etsinlər. Bu zaman cadugərlər və 

qəbilə üzvləri dövrə vuraraq əllərindəki su dolu qabları cingildədə-cingildədə mərasim nəğmələri oxuyaraq 

rəqs edərdilər [228, s.70 - 72]. 

Cadugərin sənəti öz kökləri ilə mistik inama bağlı idi və o, özü də cadugrliyə inanırdı. Bu inam olmasaydı, 

o, qəbilənin sosial həyatında aparıcı rol oynaya bilməzdi. Ritualın icra edilməsində cadugrin, şamanın ekstaz 

vəziyytinə gəlməsi ritualın simvolikasının tələbidir. O, özünün daxili psixologiyasını ona görə haldan çıxarır 

ki, camaatı özünə inandıra bilsin. 

Cadugərlər və ya şamanların hadisəni aşkar etmək üçün istifadə etdikləri çoxlu predmetlər vardır. Bu 

predmetlərin hər biri öz-özlüyündə bir simvolik məna daşıyır. «Tapıcılar bunlardan ona görə istifadə edirlər 

ki, sirli şeyləri görsünlər» [215, s.50]. Cadugər-tapıcıların nəzrində «simvol» baş verən hadisənin aşkar 

edilməsinə işarə edəndir. 

Magiya inamdan ayrılmazdır. Magiya və cadugərlik inamdan qidalanır. Məsələn, stolun küncündə oturan 

qızın 7 il evdə subay qalması, nəhs rəqəm və nəhs gündən qaçmaq, yuxuya inanmaq, ələ və karta baxıb tale 

söyləmək, qapı ağzında görüşməmək və s. inamlar magiya üçün əsas mənbədir. Magiyada ruhlarla əlaqəyə 

daha çox yer verilir. İnsanın ruhlarla cinsi əlaqəyə girə bilməsinə aid inam (ruhlar və allahlarla birbaşa 

olmayan intim əlaqə) Sibir türklərində şamanın «səma qadını» ilə əlaqəsinə aid çoxlu materiallar 

toplanmışdır [218, s.143]. Ruhla cinsi əlaqəyə olan inamdan totemik inkarnasiya, doğuşdan yaranan anormal 

insanların qeyri-adi xüsusiyyətləri, erotik yuxugörmələr, əkizlərin doğulması haqda təsəvvürlər yaranır [218, 

s.146]. 


Animizmin inkişafı fetişizmi doğurur. Erkən düşüncədə insanın təbiətin qüvvələrini öz beynində 

simvollaşdırması fetişizmə (ibtidai allahlığın, ayrı-ayrı əşya və canlıların bütün xüsusiyyətlərini birləşdirib 

inamın yüksək dərəcəsinə) gətirib çıxarırdı [101, s.126]. Qədim insanlar şər ruhlardan qorunmaq üçün 

müqəddəs saydıqları əşyadan istifadə edirlər. Fetişizmdə əsas olan fetişin sehrli gücə malik olmasıdır. 

Folklor mətnlərində fetiş kimi istifadə olunan əşyalar içində toppuz, muncuq, papaq, üzük, kasa, çubuq, 

süfrə və s. qəhrəmana düşmənə qalib gəlmək üçün lazım olur. 

Fəlsəfə ensiklopediyasında «mifolojinin ən öncəki şəkli fetişist təsəvvürlərdir» deyə yazılmışdır [225, s.83]. 

Fetişizm, əsasən, qədim insanların təbiətlə üz-üzə qaldığı dövrlə bağlı məlumatları haqqında təsəvvürlərdir. 

Təbiətlə ilk tanışlıq, ovçuluq və s. sənətlərlə yaxınlıq ağac budağının, quş qanadının, yumurtasının, heyvan 

üzvlərinin düşərli olmasına inamı yaradırdı. Onların daxilində möcüzəli xüsusiyyətin olması haqda 

təsəvvürlər mifoloji şüurun məhsulu idi. Biz nağıllarda quş yumurtasının var- dövlət verməsi inamının 

yaşamasını görürük («İki qardaş» nağılı). F.Bayat fetişin insana köməyinin totem vasitəsilə olduğunu 

göstərir [132, s.56]. Görünür, ilk fetişlər totemlə bağlı olmuşdur. Amma fetişlərin heç də hamısında totemə 

bağlılıq görünmür. 

Fetişist təsəvvürlər mifoloji dünya modelində dual əksliklərin olması ilə formalaşmağa başlamışdır. Mifoloji 

dünyada xeyir və şər, işıq və qaranlıq, həyat və ölüm problemləri qədim insanları düşünməyə məcbur etmiş, 

problemin həllini fetişdə görmüşlər. Nağıllarda çox zaman fetişlər divlərin əlində olur, onu ələ keçirmək 

istəyən qəhrəman fetişin vasitəsilə həyatını dəyişdirmək istəyir. Qədim insanın nəzərində fetişlər ruha 




malikdir, bu ruh onu möcüzəli, sehrli edir. Ruhun fetişdən ayrılması nəticəsində o öz gücünü itirir və 

mifoloji düşüncədə hami ruhlar - dağ, ağac, su, yer, meşə ruhları və s. haqqında ibtidai görüşlər əmələ gəlir. 

F.Bayatın fikrincə, sehrli gücün fetişdən ayrılması nəticəsində ruhlar orman, dağ, su, yer və s. ruhları kimi 

müstəqil yaşama hüququnu əldə edirlər [132, s.63]. 

Totemizm öz ideoloji köklərini animizm və antropomorfizmdən götürür. Animizmdə insanla ağac, daş, dağ, 

meşə, su, od və s. arasında ruhi cəhətdən bir bağlantı vardır. Totemizm haqqında da bir-birinə zidd fikirlər 

vardır. E.Taylortotemizmi əcdad kultunun əsası hesab edir, C.Freyzer isə onu qəbilə quruluşunu təşkil edən 

sosial qrupun özəl bir hissəsi hesab edir. C.Freyzerə görə totemizm ilə bağlı ayin və mərasimlərdə qəbilənin 

keçmişi haqqında təsəvvürlər təbliğ olunur [132, s.36]. Totemizm bir kollektivin öz kökünə, soyuna yaxın 

bildiyi heyvanla olan «qohumluq əlaqəsinə» söykənir. Totemizmdə fərdilik prinsipi yoxdur. 

F.Bayat Afrika, Amerika və Avropa xalqlarının inanclarında totemizmin 4 ünsürünü göstərir ki, onlardan 

üçüncüsü bizim tədqiqatda olan bəzi məsələlərə uyğun gəlir. Məsələn, o, «insanın heyvana çevrilməsinə, 

insanın heyvandan törəməsinə inam, insan ilə heyvan arasındakı cinsi əlaqəyə inanc, insan ilə heyvanın 

birlikdə yaşaması inancı»nı göstərir [132, s.60]. «Türk xalqlarında totemizmin mövcud olduğu söylənir. 

Ancaq hər bir sistemin ictimai və hüquqi tərəfi vardır və bu sistemin yaşaması üçün bu şərtlərin olması 

şərtdir (o, 4 ünsürün olmasını əsas gətirir, 3-cünü qeyd etdik). Birincisi, qəbilə və tayfa adının totemlə 

bağlılığı; ikincisi, ətin, qidanın yasaq olması; dördüncüsü, ayrı-ayrı qəbilələrin heyvana sitayişin bir şəklini 

daşıdığı adlar». 

Bu şərtlər ola-ola F.Bayat totemizmin türk yaşamı ilə bağlılığının olmamasını deyir, yenə altı şərt irəli sürür: 

1. Totemizm ana xaqanlıq dövründəki insanların təsəvvürlərini xarakterizə etdiyi halda, türkxalqlarında ata 

xaqanlıq mövcud olmuşdur. 

2. Qəbilə dini olan totemçilikdə mülkiyyət ortaqlığı olduğu halda, türk xalqlarında özəl mülkiyyət rol 

oynamışdır. 

3. Eyni bir totemə bağlı olanlar bir-biri ilə soydaş sayıldığı halda, türk tayfalarında qan əqrəbalığı mövcud 

olmuşdur. 

4. Tayfa və qəbilələrdən hər birinin totemi mövcud olduğu halda, əksər türkxalqlarının kult saydığı bir 

heyvan mövcuddur. 

5. Totemizmin hökm sürdüyü qəbilə və tayfalardan hərfərd totemin adını daşıdığı halda, türkxalqlarnda 

hərfərdin, hər ailənin ayrı bir bir adı vardır. 

6. Totemçilikdə ruhun varlığına və keçmiş dünyaya inanılmadığı halda, əski türklərdə ruhun ölməzliyinə 

inanc mövcud olmuş, ata ruhları ayrı bir kateqoriya kimi yaranmış və ruhların şərəfinə qurbanlar kəsilmişdir 

[132, s.61]. 

Ümumiyyətlə, türk mifologiyasında totem məsələsi hələ öz həllini tapmamışdır. Osman Turan, Nihat Nirun, 

Lazslo Rasonyi, S.Hayri Bolay, Özkan İzgi türklərdə totemçiliyin varlığını irəli sürmüşlər [137, s.29]. 

Mifoloji şüurun digər mərhələsi, həm də sonuncu mərhələsi antropomorfizmdir. Antropomorfizm mifoloji 

düşüncədə insan və təbiətin, onun predmetlərinin eyni mifoloji birlik çərçivəsində qoşalığı, qovuşuğu kimi 

düşünülməsidir. Bu mərhələdə insana xas olan xüsusiyyətlər təbiətin üzərinə köçürülür, insanın mikrokosmu 

ilə təbiətin makrokosmu bərabərləşir. İnsan da təbiətin bir üzvüdür. Özünü mifoloji surətdə dərk edən ibtidai 

insan təbiət hadisələrini də mifoloji düşüncəsində qloballaşdırırdı. Onun nəzərində təbiət də ağlaya, gülə 

bilir, dağlar, ağaclar insan kimi danışa bilir və s. Bütün bu məsələlərin kökündə ruhun varlığı dayanırdı. 




Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə