Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   2   3   4   5   6   7   8   9   ...   14

şüuru asqırığı da xeyirli, düşərli və düşməz kimi iki növə ayırmışdır. Qədim insan elə düşünmüşdür ki

xeyirxah ruh onun bədəninə daxil olanda asqırığı xeyirli, düşərli olur, bədxah ruh bədənə girərsə onun 

asqırığı işini çətinləşdirəcəkdir. Bu zaman deyilən «sağlam ol» ifadəsinin dini mənası vardır. Sağlam olmaq 

əbədi yaşamağın nişanəsidir. Ruhlar da əbədi hökm sürür. Bir növ «sağlam ol» deməklə xəstəyə əbədi 

yaşarılıq arzulayırlar. Təsadüfi deyil ki, bəzən «sağlam ol» əvəzinə «çox yaşa» ifadəsini də işlədirlər. 

Türkxalqları içərisində əsnəməklə bağlı olan görüşlər də sağlamlıq haqqındakı dini inamlara xidmət edir, 

yəni türk oğlu əsnəyəndə bədəninə şər ruhların, şeytanın girməsinin qarşısını almaq üçün əlini ağzına aparır 

[59; 214; 219]. 

Animizmin izlərinə «Avesta»da da rast gəlinir. Qədim azərbaycanlılar ruhun varlığına inanırdılar. İndinin 

özündə də azərbaycanlılar ata-baba ruhlarının martın 15 - 25-i arasında öz evlərinə baş çəkməsinə inanırlar. 

Onlar 10 gecə el-obanı gəzib dolaşır, soruşurlar ki, görək kim bizi tərifləyəcək, kim bizi yada salacaq, kim 

bizə qurban verəcək? Ata-baba günü hesab edilən bu on gün qışla yazın arasında olan müddətdir [117, 

s.171]. 

Türk xalqlarının mifoloji görüşlərində ruhlarla bağlı çoxlu təsəvvürlər vardır. Bu təsəvvürlərin ən əsası 

ondan ibarətdir ki, ruhlar ölməzdir, istənilən vaxt öz köməyini qədim insandan əsirgəməz. Belə inanışlardan 

biri də spiritizm - müxtəlif zahiri üsullarla ruhlarla, ölülərin ruhları ilə əlaqə yaratmağın mümkün olduğu 

haqda mistik təsəvvürlərdir. Əski təsəvvürlərə görə ruhlarla insan arasında əlaqə yaradanlar qəbilənin göylər 

tərəfindən xüsusi seçilmiş üzvləri, cadugərlər və ya şamanlardır. E.Taylor Sibir şamanlarının bu xüsusiyyətə 

malik olduqlarınıyazır [214, s.117]. 

E.Taylor qədim xalqların mif yaradıcılığını iki yerə ayırır: «Mən öz tərəfim- dən fikirləşdim ki, ibtidai 

cəmiyyətin mifologiyası real və hiss olunan oxşarlıqlara istinad edir və mifdə genişləndirilən şifahi 

metaforalar sivilizasiyanın daha qədim dövrünə aiddir. Bir sözlə, maddi mifləri ilkin, şifahi mifləri törəmə 

hesab edirəm». Daha sonra sözünə davam edərək E.Taylor yazır ki, poeziyanın ruhunu təşkil edən miflər 

insanla təbiət arasındakı oxşarlıqdan hasil olaraq və bu hekayətlərə çevrilərək bizim üçün hələ də öz 

unudulmaz həyatını və gözəlliyini itirməyən, keçmişdən daha çox indiki zamana məxsus mükəmməl sənət 

əsəri olur [214, s.150]. Mifin bu xüsusiyyətini Prometey haqqındakı təsəvvürlərdən də görmək mümkündür. 

Bəşər tarixində elə bir qəbilə yoxdur ki, onların odla tanışlığı olmasın [190, s.227; 161, s.42 - 53]. Ona görə 

də odun Prometey tərəfindən insanlara bəxş edilməsi ideyası abstrakt təfəkkürdə başa düşülməzdir. 

Prometey adının da etimoloji cəhətdən odla bağlılığı yoxdur. Odun canlandırılması animizmlə əlaqədar olub 

od ruhu ilə bağlı məsələdir. Od ruhu hər bir qəbilənin, evin ocaq adlanan müqəddəs yerində canlı təsəvvür 

edilərək obrazlaşdırılmış və beləliklə onun ilahidən gəldiyinə inanmışlar. Bu, tamamilə matriarxat dövrünün 

nəticəsidir. Qədim türklərin mifoloji görüşlərinə görə, odu türklərə öyrədən yarı insan, yarı tanrı şəklində 

imiş. Soyuqdan donan qədim türklər odun vasitəsilə həm isinmiş, həm də yemək bişirməyi öyrənmişdilər. 

Bu barədə bir Altay mifində deyilir ki, «Tanrı insanı yaradanda düşünmüş: mən bu insanları yaratdım, amma 

çılpaq yaratdım. Hava da bu günlərdə çox soyuq. İnsan soyuğa qarşı özünü necə qoruyacaq? Yaxşısı odur ki, 

bunlara bir atəş verim ki, isinib yaşasınlar. Tanrı Ülgenin üç qızı varmış. Bir gün tanrı çölə çıxıbmış. 

Tanrının da saqqalı çox uzunmuş. Gedəndə saqqalına ilişib səndələyirmiş. Qızları bunu görəndə gülür və 

tanrıyla zarafat edirlər. Tanrı isə qızışıb getmiş. Qızlar tanrını pusmağa başlamışlar. Tanrı öz-özünə 

deyirmiş: - Tanrı Ülgenin 3 qızı mənimlə zarafat etdi, amma mən onlardan ağıllıyam. Onlarda ağılmı var? 

Atəşi əldə etmək üçün sərt bir daşla sərt bir dəmir tapmalıdırlar ki, bir-birinə vursunlar və qığılcım 

çıxartsınlar. Qızlar bunu eşidib daş və dəmir tapmış və bir-birinə vuraraq odu əldə etmişlər [133, s.55]. 

O dövrdə odu qorumaq qəbilənin qadın başçısına həvalə olunmuşdu, sonradan patriarxatlıq dövründə odu 

qorumaq kişi başçıya, kahinlərə tapşırılmışdı. Od qoruyucusu olan kahinlər mifik düşüncənin təsiri ilə 

zaman keçdikcə od tanrılarına çevrilirdi. Həmin od tanrılarına sitayiş ümumi xarakter alaraq atəşgahların 

yaranmasına səbəb olurdu. Odun Prometeylə bağlılığı şərtidir və odun əmələ gəlməsi bütün mifologiyalarda 



qadın başlanğıcları ilə əlaqədardır. Zevs isə patriarxatlığın başçısıdır, odu qadın başlanğıcın əlindən alıb 

özündə saxlamaq istəyir. Burada od həm də hakimiyyətin bəlirtisidir. Patriarxatlıq matriarxatlığa nisbətən 

inkişafa meyllidir. Bu yolda odun da rolu danılmazdır. Patriarxatlıqda inkişaf qeyri-bərabərdir və qəbilə 

üzvlərinin oda münasibəti də fərqlidir. Kim güclüdür, odu öz hakimiyyətinə almaq istəyir, lakin Prometeyin 

gördüyü, şahidi olduğu matriarxatlıqda isə oddan hamı bərabər istifadə edir. Görünür, Prometeyin onsuz da 

mövcud olan odu Zevsin (patriarxatlığın) əlindən alıb matriarxatlığa qaytarmasına da kişi başlanğıcına 

qədərki dövrün bərpa olunmasına olan arzusu, istəyi kimi də baxılmalıdır. 

Bu, türk mifologiyasında da geniş yayılmış motivlərdən biridir. Burada şər qüvvəni təmsil edən, geriliyin 

nümunəsi olan atanın yenilik tərəfdarı, müəyyən dövr üçün xeyirxah qüvvə sayılan oğullar tərəfindən qətlə 

yetirilməsi mühüm yer tutur. Bu motiv Mete - Tuman, Oğuz xan - atası arasında da baş verir ki, dünya 

mifologiyasında da bu motivə geniş surətdə rast gəlinir. Ziqmund Freyd bu motivi Edip kompleksi 

adlandırır. Bu bənzətmə türk mifologiyasındakı qəhrəmanların keyfiyyətinə uyğun gəlmir. Edip türk 

qəhrəmanları kimi cəngavər deyildi. Atasını da təsadüfən öldürmüşdü, qabaqcadan yuxu vasitəsilə ona 

atasını öldürmək təlqin edilmişdi. Türk mifologiyasında isə atalar və oğullar arasında ziddiyyət, barışmazlıq 

var idi [133, s.8 - 9]. 

Tarixin sonrakı dövrlərində müxtəlif tayfa birlikləri öz aralarında bir-birinə qaynayıb-qarışmış, konkret bir 

etnos əmələ gətirmişdi. Vaxtilə yaranıb inkişaf edən, getdikcə daha çox təkmilləşən mifoloji təfəkkür sistemi 

də o etnosun hazır mədəniyyətinə çevrilmiş və ümuminin malı olmuşdu. Etnosun üzvləri arasında yeni 

yaranan din ilə yanaşı (müasir dinlərdən əvvəlkilər nəzərdə tutulur), mifoloji təlimlər də öz funksiyasını 

yerinə yetirir, özünün yaşamaq qabiliyyətini sübut etmək üçün yeni dini təlimlərlə mübarizə aparırdı. Yəqin 

ki, mifoloji təfəkkür öz yerini dini görüşlərə tərk etməliydi. Artıq insanlar kollektiv halda yaşamırdılar. 

Müxtəlif sənət formalarının əmələ gəlməsi insanların daha mədəni şəraitdə yaşamalarını tələb edirdi [168, 

s.39 - 45]. İnsan şüurunun yeni zamana uyğun inkişafı mifoloji təfəkkürü arxaik tip formasında yaşadaraq, 

özünün keçmişini əks elətdirən mifoloji zamana çevirirdi. Artıq bu dövr üçün xarakterik sayılan cəhət 

mifoloji-mədəni sistemlər toplusuna şüurlu münasibətin yaranması idi. İnsan öz mifoloji keçmişinə yeni 

zaman aspektindən yanaşırdı. Öz ulularının yaratdığı mifoloji qavrayışlara kor-koranə itaət yox, ənənə kimi 

sitayiş edirdi. Məsələn, indi də kənd yerlərində il quraq keçəndə yağışı çağırmaq mərasimi keçirilir. Bu isə 

mifoloji inamlar içərisində mühüm yer tutan sınamalarla bağlıdır. «Qurbağalar sahildə quruldaşarsa, yağış 

yağacaq», «Mal-qara az su içərsə, deməli, həmin gün yağış yacağaq», «Yaşıl otu yandırsan yağış yağar» 

kimi sınamalar müasir insanlar üçün mifoloji təfəkkürdən qalma ənənəvi inanışlardır. Yaxud ruh haqqında 

həm dini, həm də mifoloji təsəvvürləri götürək. Türk, eləcə də Azərbaycan mifoloji təfəkküründə ruh 

problemi üç cəhətdən özünü göstərir: 

1. Şəxsləndirilmiş formada. Bu zaman ayrı-ayrı miflərdə, nağıl daxilində ruha canlı donu geydirilir, ruh 

insan kimi canlandırılaraq mifoloji zamanın işti- rakçısına çevrilir. Məsələn, «Cantiq» nağılında qəhrəman 

sonradan nəfəslən- dirilmiş (nağılda açıq-aydın göstərilir ki, damarı qəhrəmanın bədənindəki yarığa qoyan 

kimi o dirilir), canlandırılmış ruhdur. Cantiq adının məzmunu da bunu deyir: Can - ti (k). Ti - nəfəs, həyat 

vermək, can isə ruh mənasında türk dillərində işlədilir. 

2. Zamansız, məkansız təsəvvür olunan, yaxud nağıllarda deyildiyi kimi o dünyada yaşayan ölmüş ata 

ruhunun (bəzən əcdad ruhu da əvəz edir) timsalında. Belə ruh əbədi, maddi təsəvvür olunur. Birincisində 

söhbət təkcə ümumi başa düşülən ruhdan gedirsə, ikincidə şaman ruhu, əcdad ruhu, hami ruhlar, totem ruhu 

və s. «növlər» olmaq üzrə xüsusiləşmiş ruhlardan danışılır. Bir şeyi də qeyd edək ki, ruhlar haqqındakı ilk 

mifoloji görüşlər sonradan yetkin Allah və ya allahlar obrazının yaranmasında mühüm rol oynamışdır [228, 

s.349]. Hami ruhlar haqqındakı bir-iki mifoloji rəvayətə diqqət yetirək. 

«Evlərin hamısında hər şeyə qadir olan hami ruhlar yaşayır. İnsan öz xoşbəxtliyini qorumaq üçün mütləq 




Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə