Microsoft Word mitiloji 1-2 dL



Yüklə 372,39 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix31.10.2018
ölçüsü372,39 Kb.
#77174
1   2   3   4   5   6   7   8   9   ...   14

A.F.Losev yazır ki, mifdəki bütün simvollar işarədir, bütün işarələr isə simvol deyil. Əşyanın və ya 

hadisənin işarəsi onların mənasıdır, sadəcə məna yox, canlandırılmış, şəxsləndirilmiş, bədii surətdə əks 

olunmuş substratın (qidaverici mühitin), dərk edilmiş əşya və hadisələrin ifadəsidir. Deməli, bütün sözlər 

işarə olmadığı kimi, bütün işarələr də simvol ola bilmir [189]. 

Hər bir simvolun ümumi strukturu vardır. Simvol bu ümumi struktur əsasında özünün yaradılış prinsiplərinə 

malik olur. Struktur və yaradılma prinsipi simvolun modelini əmələ gətirir. Böyük mifoloqun struktur 

haqqında fikirləri belədir: Biz simvola onun məna elementləri prizmasından baxdıq, lakin bu elementləri bir 

bütövlükdə birləşdirən struktur anlayışı da vardır. Məntiq bizə öyrədib ki, müşahidə edilən predmetin 

məzmunun azalması ilə birvaxtda bütün bu cür predmetlərin həcm dərəcəsi də artır. Məsələn, fransızdan 

insana, insandan canlı varlığa, canlı varlıqdan adi varlığa, daha sonra «heç nəyə». Predmetin həcmi olduqca 

genişdir, çoxlu sayda çevrilmələr mümkündür. Bu cür çevrilmə predmetin çoxlu sinfinə aid olacaq, məzmun 

isə cüzi də olsa ilkin mənasını saxlayacaq [189]. Bu fikirləri mif əmələgəlməyə şamil etsək, simvolun mifin 

poetikliyində oynadığı rolu görə bilərik. Bütün bu fikirlərdən sonra qənaətə gəlmək olar ki, simvolun 

tərkibinə onun mənası, ümumiləşdirilmə xüsusiyyəti, hər hansı qanuna, yaxud qanunauyğunluğa tabe 

olması, simvolun daxili-xarici ifadəsi, onun qurulması və bir də strukturu daxildir. Simvolun sözlə ifadə 

olunan işarə və mənası (mifin özündən süzülüb gələn) mif dilinin təsviri-çalarlılıq xüsusiyyətlərindən də 

asılıdır. İşarənin həqiqətlə uyğunluğu daha dəqiq olmalıdır. İşarənin düzgünlüyü ictimai praktikada 

yoxlanılmalıdır. Burada ilkin əsas hadisənin, anlayışın, təsəvvürün, məlumatın işarə ilə əlaqəsidir. 

A.F.Losev işarənin aşağıdakı əlamətlərini göstərir: 1) əks etdiricilik; 2) mənalılıq; 3) mətnə uyğunluq; 4) 

əyanilik; 5) funksiya; 6) əşya və ya həqiqətlər necə varsa; 7) işarənin məzmununun şüurda subyektivcəsinə, 

dəyişilmiş şəkildə qəbul olun- ması; 8) ümumiləşdirmənin sərhədi; 9) əksinə inikas olunma; 10) 

invariantlılıq; 11) qeyri-sabit dəyişkənlik; 12) şəhadət; 13) əşyavilik; 14) informasiya [189]. Bunlar 

simvolun özünün daxilindən gələn iradi mənalardır. Simvolun xaricində də özü ilə bağlı üst qatlar vardır. 

Bunlar daha çox simvolun formalarına aiddir. Belə formalardan biri simvolun alleqoriya ilə əlaqəsidir. 

Əlbəttə, elə başa düşülməməlidir ki, hər hansı bir alleqoriyanı, yaxud təmsili simvol hesab edirik. Simvolun 

alleqorikliyi dedikdə, təmsilə aid yeganə xüsusiyyətin - heyvanın adam dili ilə danışmağının mifdə olduğunu 

görürük. Əgər təmsildə heyvan və ya bitki insan dili ilə danışırsa, buna təmsil demək olar. Miflərdə isə 

heyvanlar, quşlar və bitkilərin dil açması, insan dili ilə danışması təmsildəkindən fərqlidir. Miflərdə 

dilaçmalar ilə bağlı olan proseslər mütləq yuxarıdakı əlamətləri özündə əks etdirməlidir. 

Simvolun formalarından biri də şəxsləndirmədir. Biz şəxsləndirmə dedikdə insana xas olan xüsusiyyətlərin 

cansız əşyalara köçürülməsini başa düşürük. Yəni cansız əşya kimi təsəvvür olunur. Günəş, Ay haqqındakı 

miflərdə bu cisimlər insan kimi danışır, yatır, yuxudan durur, hətta ulduzlar onların uşaqları kimi təsvir 

olunur. 

Simvol ümumi səciyyə daşıyır, tutaq ki, mif də simvol mənasındadır, alle- qoriya, yaxud şəxsləndirmə fərdi 

səciyyə daşıyıb ancaq müəyyən özgürlük qazanır. Mifdə bədii struktur məsələsi birbaşa sxematik 

şəxsləndirmə (hər hansı ardıcıllığa tabe olmaqla sıralanma) ilə bağlıdır. Şəxsləndirmə bütövlükdə mifin 

özünü əhatə edir. Alleqoriklikdə isə dil açıb danışmaq mifin konkret bir yerində özünü büruzə verir. 

Alleqoriyada bədii hissə sərbəstdir, heç bir öyüd, nəsihət vermədən təmsildə iştirak edir. Alleqoriklikdə isə 

bədii hissə məsələsində ayrıca sərbəstlik yoxdur, hətta belə deyək ki, hər hansı bir canlı dil açıb qəhrəmana 

yol göstərmək, nəsihət vermək hüququna malikdir. Məsələn, «Çil madyan» nağılında qəhrəmanın atla 

məsləhətləşməsi bu qəbildəndir. Şəxsləndirmədə də bədii hissə sərbəstliyə malik deyil, bu bədiilik mifin 

daxilində estetik cəhətdən onun qavranılmasına kömək edir [189]. 

İndi maraqlı bir məsələ üzə çıxır. Yuxarıdakı fikirlərə əsaslanıb belə bir fərziyyə yürütmək olar ki, 

alleqoriya, təmsil və s. miflərdən yaranmışdır. Onlar qədim insanların mifoloji-bədii yaradıcılığının hansısa 

mərhələsində mifdən 



ayrılaraq bədii janr formasına düşmüşdür. Mifoloji şüur isə bədii şüur məhsulunu əvvəlcə obrazlaşdırır, ona 

ilkin forma geyindirir, sonra yenə ona əlavə cizgilər daxil etməklə bitkin hadisəyə, görüşə, inama və s. 

çevirir. 

Simvolun bağlı olduğu əsas şərtlərdən biri də dildir. Dil nitqin üzə çıxmasında, bədii materialın ifadə 

olunmasında, dinləyiciyə çatdırılmasında xüsusi yeri olan şifahi fəaliyyət sahəsidir. Dil, nitq səslə əlaqədar 

olub məna ilə bir yerdə materialın özülünü təşkil edir. Şifahi nitqin vasitəsilə bədii materialın dinləyiciyə 

çatdırılmasının da müxtəlif formaları vardır. Məsələn, nağılçı nağılı danışanda təhkiyə üsulundan istifadə 

edir, mifin personajlarının dili ilə danışmağa başlayır və s. [163]. Səsin tonunun aşağı və ya yuxarı olması 

da, vəziyyətə uyğun olaraq, nağılçının və ya mif söyləyənin materialı nə dərəcədə mənimsəməsindən 

asılıdır. Tədqiqatçıların yazdığı kimi, hər bir mifdə quruluş etibarilə müəyyən hissələr və elementlər olur ki, 

bunlar da mifin məzmununun açılmasına xidmət edir. Bütün bunlar ümumilikdə model anlayışı altında 

birləşir və nəqletmədə bitkin bir forma kimi mifin bədiiliyinin artırılmasına kömək edir, mifdə ezoterikliyi 

və ekzoterikliyi qoruyur [165]. Mifyaratma prosesində bu dediklərimiz aktiv iştirak edir, mifdə model 

dedikdə bədii forma anlayışı yada düşür ki, mifyaratma prosesində ümumi modeldə bir-birini tamamlayan 

müxtəlif bədii formaya malik çoxlu oxşar miflərə rast gəlmək olar. Model təkcə mifyaratmada iştirak etmir, 

onlar süjetlərin, motivlərin də yaranmasında öz xidmətini təklif edir. Məsələn, təpə- göz haqqında yaranan 

mifləri götürək. Model birdir. İstənilən sayda isə va- riantları mövcuddur. Burada birincilik, ya da ikincilik 

söhbəti yoxdur. Ümumi ideya mövcuddur. Bu ideyaya xidmət edən qəhrəmanlar tipi prinsipcə bir- birinə 

oxşayır. Simvol isə mifin nəzərdə tutduğu daxili mənanı əks etdirir. Məlik Məmmədin almanı qoruması 

təbiətdə cavanlaşma keyfiyyətinin, yaxud xüsusiyyətinin qədim insanların beynində həkk olunması və 

simvolik qavranılması üçün bəlkə də səbəb rolunu oynayır. Deməli, simvol var, bunu təkcə ifadə etmək 

qalır. Odur ki, mifçi yuxarıda dediklərimizdən də gen-bol istifadə edərək obrazlı mif yaratmağa nail 

olmuşdur. Məsələn, Məlik Məmməd şəxsləndirilmiş obrazdır. Burada şəxsləndirmə obrazın simvolizmini 

açmağa kömək edir. Lakin bu şəxsləndirmə obrazın daxilində o qədər ərimişdir ki, həmin keyfiyyət mifin və 

nağılın özündə görünmür. Bütün bu dediklərimiz mif dili adlanan bir anlayışı da qabarıqlaşdırır. Mif dili isə 

mifin məntiqi ilə sıx əlaqədədir [166]. Mif dilinin hansı xüsusiyyətləri vardır? Bunlar aşağıdakılardır: 

-Mifdə hadisələr keçmiş zamanda (mifoloji zaman) nəql olunur; 

-Miflərdə sıxılmış informasiya məzmunun daxilində hökm sürür; 

-Əşya və ya hadisənin mifoloji kökləri «sübut olunur»; 

- Miflərdə ənənəvilik cidd-cəhdlə qorunur; 

- Mifdə hadisələr ardıcıllıqla sadalanır; 

- Mifdə təsvir olunan hadisənin səbəbi göstərilir; 

-Mifdə mifoloji hadisələrə inam vardır; 

-Mifdə məkansızlıq ideyası mifoloji zamana uyğun gəlir və s. 

Bundan başqa mif dilinə bədii obrazlılıq da daxildir. Bədii obrazlılıq mif faktlarının bədii şəkildə obrazlı 

ifadələrlə şüurda və danışıqda əks olunması deməkdir. Şüurda əks olunan bədii simvoldur. Şifahi nitqdə 

formalaşan bədiilik ümumi simvolun bədii obrazlılığıdır. Bədii simvol hər bir mifdə özünü göstərir. 

Simvolika bədii obrazın daxilində yaşayır və hər bir mifdə iki yaşam hiss edilir. Birincisi, simvolla bağlı 

ümumi ideyadır, ikincisi, hissi məlumatlara əsaslanan fərdilik, vahidlik prinsipidir. Demək, simvolika bir 

şeyin və ya hadisənin öz təbiətinə xas olan daxili xüsusiyyətidir (immanent xüsusiyyət). Mifdə bədiilik onun 

ideyalılığı ilə çulğalaşır. Bu nə deməkdir? Bu, bir çox mifin daxilində maddiləşən öz dövrü üçün gizli bir 



Yüklə 372,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə